Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə39/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   35   36   37   38   39   40   41   42   ...   138

84 
 
fərmanını qəbul etmədi. Atasının həyatını xilas etmək naminə əfv fərmanını qəbul 
etməsi  üçün  ona  müraciət  edən  əsirlikdəki  böyük  oğluna  Babəkin  cavabı  da 
ibrətamiz  bir  tarixdir:  "Əgər  sən  mənim  ardımca  gəlsəydin,  öz  sülalənin  varisi 
olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum 
sayılırdın. Lakin indi sənin fahişə ananın əxlaqsızlığı mənə aydın oldu! Ola bilər 
mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır 
və  harada  olsam,  ya  da  mənim  barəmdə  harada  nə  desələr,  mən  padşah  olaraq 
qalıram.  Sən  isə  elə  bir  cinsdən  əmələ  gəlmişsən  ki,  ondan  bir  nəfər  ləyaqətli 
(adam)  çıxmamışdır  və  (ucadan  hamıya)  deyirəm  ki,  sən  mənim  oğlum  deyilsən, 
çünki  qırx  gün  alçaq  kölə  kimi  ömür  sürməkdənsə,  bir  gün  rəhbər  kimi  yaşamaq 
yaxşıdır" (138, 253). 
Babəkin ölümündən 1200 ilə  yaxın  vaxt keçsə  də, onun  mərdliyi, igidliyi, 
cəsarəti,  dönməzliyi  bu  gün  də  yaĢamaqdadır.  Babəkin  edam  səhnəsi  ilə  bağlı 
tükürpədici hekayət dünyanın bir çox xalqlarının dillərində dolaĢmaqdadır: Babək 
əl-Xürrəmini Mötəsimin yanına gətirəndə, onun qardaĢı (tərəfdarı) əl-Məzyər ona 
dedi: "Ey Babək! Sən heç kəsin görə bilmədiyi bir iş görmüsən.  İndi də heç kəsin 
dözə  bilmədiyinə  sən  dözməlisən!"  Babək  ona  belə  dedi:  "Sən  mənim  dözümümü 
görərsən  ".  Elə  ki,  onu  Mötəsimin  yanına  gətirdilər,  Mötəsim  əmr  etdi  Babəkin 
əllərini  və  ayaqlarını  onun  gözünün  qabağında  kəssinlər.  Cəllad  da  Babəklə 
məşğul  oldu.  Əvvəlcə  onun  sağ  əlini  kəsdi,  qan  axanda,  Babək  bütün  üzünü  elə 
qana  boyadı  ki,  üzündə  zərrə  qədər  təmiz  yer  qalmadı.  Mötəsim  dedi:  "Ondan 
soruşun  nə  səbəbə  belə  etdi?"  Babəkdən  soruşdular,  o  da  belə  cavab  verdi: 
"Xəlifəyə (belə) deyin: "Sən əmr etdin məni şaqqalasınlar, mənim edamım üçün sən 
vicdanınla cavab verəcəksən. Lakin buna şübhə ola bilməz ki, məndən axan  qanı 
dayandırmağa sənin hökmün çatmaz və nə qədər ki, başım kəsilməmişdir, bu qan 
axacaqdır. Mən qorxuram ki, bütün qanım axıb qurtarsın və üzümün rəngi qaçıb 
solğunlaşsın,  adamlar  da  belə  düşünsün  ki,  guya  mən  elə  əvvəldən  ölümdən 
qorxmuşammış.  Məhz  buna  görə  mən  belə  etdim,  yoxsa  qanımın  axdığı  üçün 
etmədim.  Mən  üzümü  qana  boyadım  ki,  üzümün  rəngi  qaçmış  kimi  görünməsin". 
Onda Mötəsim dedi: "Əgər onun gördüyü və bağışlanmasına imkan verməyən işlər 
olmasaydı,  bu  faydalı  adamı  saxlamaq  düzgün  olardı",  odur  ki,  o,  (cəllada)  əmr 
etdi edamı davam etdirsin. Onun əl-qolunu kəsdikdən sonra başını kəsdilər. Sonra  
Babəkin əllərini, ayaqlarını və başını onun qarnına soxdular və üstünə neft töküb 
yandırdılar. Qardaşı ilə də belə etdilər. Lakin onlardan heç biri nə qışqırdı, nə də 
zərrə qədər ah-nalə etdi" (138, 255-256). 
AfĢinin  də  taleyi  qəmli  sonluqla  tamamlandı.  O,  xilafətə  qarĢı  Babəklə  və 
digər  bir  azərbaycanlı  üsyançı  Məzyərlə  gizli  ittifaq  qurmaq  cəhdində  ittiham 
edilərək həbs edildi və 941-ci ilin may ayında zindanda aclıqdan öldü. 
Ġki  böyük  azərbaycanlı  sərkərdənin  qəhrəmanlıq  salnaməsi  beləcə 
tamamlandı. 
Yenə də biri-birimizlə birləĢə bilmədik. 


85 
 
Yenə də bizi biri-birimizə qarĢı qoydular. 
Yenə də öz qılıncımıza doğrandıq. 
AfĢinin əli ilə Babəki məhv etdilər. 
Məzyərin Ģahidliyi ilə AfĢinin axırına çıxdılar. 
Babəkin həyatının son dövrü haqqında bilərəkdən ətraflı danıĢdıq. 
O  fikirlə  ki,  qoy  oxucularımız  Azərbaycan  tarixinin  qəhrəmanlıq  səhnəsini 
bir daha varaqlasınlar; həm yaddaĢ və qürur üçün, həm də görk üçün. 
O  fikirlə  ki,  qoy  oxucularımız  Babəkin  əqidə  və  azadlıq  mübarizəsində 
qədim  Azərbaycan  torpağı  Zəngəzurun  tarixi  və  əhəmiyyəti  haqqında  ətraflı 
bilgiyə malik olsunlar. 
O  fikirlə  ki,  qoy  dost  da,  düĢmən  də  bilsin  ki,  Babəkin  yurd  uğrunda 
bitməmiĢ mübarizəsi bu gün də davam edir və bu mübarizənin nəticəsində Babəkin 
azad  görmək  istədiyi  bütün  torpaqlar  kimi  Zəngəzur  da  öz  istiqlalını  əldə 
edəcəkdir. 
Yüz  illər  keçsə  də,  Zəngəzurdakı Babək qalaları  qəhrəmanlıq simvolu 
kimi qürurla ucalmaqdadır. 
Zəngəzur dağları öz vüqarını saxlamaqdadır. 
Zəngəzur  dağlarında  Babəkin  yaralı  ruhu  sərgərdan-sərgərdan 
dolaĢmaqdadır. 
Zəngəzurdakı  Babək  qalalarının  divarları  arxasından  Babəkin  ayaq 
səsləri eĢidilməkdədir. 
Əgər  o  kökdəniksə,  biz  Babəkin  yanında  olmalıyıq,  qalalarımıza 
qayıtmalı, Vətənin içində olmalıyıq! 
 
BABƏKDƏN SONRAKI ZƏNGƏZUR 
 
Tariximiz  zəngindir,  eyni  zamanda  əzab-əziyyətli  tarixdir.  Xalqımız  əsrlər 
boyu  böyük  sınaqlardan,  çətinliklərdən  keçmiş,  ancaq  öz  mənliyini,  milliliyini,  öz 
dilini itirməmişdir. 
Heydər ƏLĠYEV 
 
Babəkin  əqidə  və  azadlıq  uğrunda  qəhrəmanlıqla  dolu  mübarizəsi 
qəhrəmanın məğlubiyyəti və fiziki süqutu ilə nəticələnsə də, Babəkin adı, həyatı və 
mübarizəsi  uzun  illər  unudulmadı,  bir  çox  nəsillərə  örnək  oldu  və  bu  gün  də 
yaĢamaqdadır.  Xürrəmdinlərin  islam  dininə  və  ərəb  xilafətinə  qarĢı  mübarizəsi 
müxtəlif baxıĢ nöqtələrindən müxtəlif cür görünə və qiymətləndirilə bilər. Hətta bir 
müsəlman  ölkəsi  olduğundan  indiki  dövrdə  də,  ölkəmizdə  Babəki  dünyanın  ən 
mükəmməl  dini  olan  islama  qarĢı  mübarizəsinə  görə  təqsirləndirənlər  də  tapıla 
bilər.  Lakin  hər  bir  fəaliyyətə  həmin  dövrün  meyarlarından  çıxıĢ  edərək  qiymət 
vermək daha düzgündür. Bu baxımdan Babəkin mübarizəsi haqq iĢi idi; Babək heç 
kimin  ölkəsinə  hücum  etməmiĢdi  və  heç  kəsi  öz  əqidəsindən  döndərmək  üçün 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə