Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə41/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   37   38   39   40   41   42   43   44   ...   138

88 
 
kəsiyində Qafqazda yaĢayan prototürklərin böyük türk axını (səlcuqlar, qıpçaqlar, 
tatar-moğollar,  hunlar,  oğuzlar  və  s.)  ilə  qaynayıb  qarıĢaraq  müasir  Azərbaycan 
türkü  etnosunun  formalaĢıb  qurtardığı  tarixi  dövrdür.  Zəngəzur  əhalisi,  əski 
Zəngəzur  türkləri  də  bu  prosesdən  kənarda  qalmamıĢlar.  Səlcuq  imperiyasının 
böyük  hökmdarlarından  biri  Sultan  Alp-Arslan  1065-ci  ildə  Qapan  Ģəhərini 
tutaraq Süniki öz hökmranlığı altına aldı. Bu dövrdən sonra Zəngəzurda uzun illər 
davam edən türk hökmranlığı baĢladı (199, 33-36). 
Səlcuq  imperiyasının  banisi  Səlcuq  islamı  qəbul  etmiĢ  Orta  Asiya 
türklərindən  olmuĢdur.  O  yüz  ildən  artıq  ömür  sürmüĢ  və  islamın  qatı 
tərəfdarlarından, ardıcıl təbliğatçılarından biri  kimi tanınmıĢdır. Səlcuqların  gəliĢi 
ilə  Zəngəzurda  islam  dininin  və  adət-ənənələrinin  inkiĢafı  yeni  bir  mərhələyə 
qədəm qoydu, məscidlər tikilməyə, islamın dini ayinlərinə və qayda-qanuna ardıcıl 
və ciddi əməl edilməyə baĢlandı. 
Səlcuqlar  Zəngəzurda  təxminən  150  il  hökmranlıq  etdilər.  Zəngəzurda 
yaĢayan  xristian  dinli  məliklərin  (albanlar)  bir  hissəsi  öz  hakim  mövqelərini 
saxlamaq  naminə  islamı  qəbul  etdilər.  Bu  faktın  baĢ  verməsi  həm  də  onunla 
əlaqədar idi ki, həmin dövrdə Zəngəzurda alban kilsələri ermənilər tərəfindən artıq 
qapadılmıĢdı, qriqorian kilsələri isə o qədər nüfuz qazanmamıĢdı. 
1200-ci ilin əvvəllərində iqtisadi və hərbi qüdrəti ilə Qafqazda yeni bir güc 
mərkəzi  kimi  özünü  göstərməyə  baĢlayan  Gürcü  çarlığı  qonĢu  Azərbaycan 
torpaqları hesabına öz sərhədlərini geniĢləndirməyə çalıĢırdı. 
Gürcü çarı Tamaranın hakimiyyəti illəri (1184-1213) Gürcüstanın ən iĢıqlı 
dövrlərindən biridir. Bu zaman gürcü qoĢunlarının böyük bir hissəsinə əslən yezidi 
kürdü olan iki qardaĢ Zaxare və Ġvane sərkərdəlik edirdilər. 
1203-cü  ildə  bu  qardaĢların  baĢçılıq  etdiyi  gürcü  ordusu  Ərməniyyənin  və 
Azərbaycanın bir çox torpaqlarını, o cümlədən Dərələyəzi, Zəngəzuru və Qarabağı 
ələ  keçirdilər.  Qelakuni,  Bjni,  Ġrəvan,  Göyçə,  Dərələyəz,  Zəngəzur  və 
Qarabağın dağlıq hissəsi (Arsaq) Ġvane Zəkəriyyənin tabeçiliyinə keçdi. Gürcü 
mənĢəli  bir  çox  knyaz  ailələri  (Donianilər,  ProĢianilər,  Orbelianilər  və  s.)  gürcü 
çarının iradəsini yerlərdə ifadə etmək üçün bu vilayətlərə köçürüldülər (143, 142-
143).  Zəngəzurda  adlı-sanlı  knyaz  sülaləsi  kimi  tanınan  və  bu  diyarın  tarixində 
əhəmiyyətli  rolu  olan  Orbeliani  (erməni  qaynaqlarında  Orbeliyan)  nəsli  də  bu 
dövrdə  Gürcüstandan  köçürülənlərdən  idilər.  Əslində  araĢdırmalar  sübut  edir  ki, 
Orbelianilər  türk  mənĢəlidirlər.  Türk  tədqiqatçı  alimi  Fəxrəddin  Kırızoğlu 
"Dədə-Qorqud  oğuznamələri"  kitabında  orbelyanların  parfiyalıların  arĢagünik 
sülaləsindən - Ģamsuldin (3 oxlu mənasındadır) xanədanından olduğunu və eradan 
öncə Türküstandan Qafqaza gələn Ġç Oğuz elbəyilərindən törəndiklərini qeyd edir 
(74,  5).  XIII  əsr  Sünik  salnaməçisi  Stepanos  Orbelian  "Sisakan  ölkəsinin  tarixi" 
əsərində  öz  sülaləsi  haqqında  belə  yazmıĢdır:  "Toqqormanın  ikinci  oğlu  Kartlos 
(türk  sözüdür,  "qartal"  anlamındadır  -  M.U)  Orta  Kür  boyunda  yerləĢib,  bir  qala 


89 
 
qurdu və qalaya Orpet - qartal yurdu adı verdi. Gürcülərin milli adları da - Kartvel 
- qartal sözündən götürülmədir" (74, 27). 
S.Orbelianın  Ģəhadətinə  görə  e.ə.  IV  əsrdə  ġərqi  Türkmənistandan  və  Çin 
ətrafında  gedən  hakimiyyət  uğrunda  mübarizədə  məğlub  olmuĢ  bir  türk  soyu 
Dəryal  (türk  sözüdür  -  Daryal,  dar  boğaz  mənasındadır  -  M.U)  keçidini  aĢıb, 
Qafqaza  -  Kür  çayı  sahillərinə  gələrək  burada  məskunlaĢdı.  Təbiətcə  döyüĢkən 
olan  bu  tayfa  yerli  gürcü  knyazları  ilə  ittifaqa  girərək  onları  Ġran  tərəfindən  olan 
quldur  basqınlarından  qorumağı  öhdəsinə  götürdü.  Əvəzində  isə  gürcülər  Orbet 
qalasını  və  onun  ətrafındakı  əraziləri  Çinistandan  gəlmiĢ  türklərə  bağıĢladılar. 
Orbet  qalasında  məskunlaĢan  bu  tayfanı  orbetlilər  -  orb  ellilər  adlandırmağa 
baĢladılar.  Orbetlilər  gürcü  deyiliĢində  "orbelianilər",  ermənicə  isə  "orbelyanlar" 
adlanmağa baĢladı (74, 217). 
Orbelyanlar  on  altı  əsr  ərzində  Gürcüstanda  hakim  sülalə  olmuĢlar. 
Xristianlığın  Pravoslav  məzhəbini  qəbul  etmiĢlər.  1177-ci  ildə  isə  Gürcü  çarı  III 
Georgi  Baqrationiyə  qarĢı  çıxaraq  onu  devirməyə  cəhd  göstərmiĢlər.  Lakin 
qıpçaqlarla birləĢən III Georgi orbelianları məğlub edərək demək olar ki, bu böyük 
sülalənin  axırına  çıxmıĢdır.  Böyük  qardaĢ  Ġvane  Orbelianinin  gözləri  çıxarılmıĢ, 
orbelianların  bir  hissəsi  qılıncdan  keçirilmiĢ,  bir  hissəsi  Lori  qalasında  dustaq 
edilmiĢ,  bir  hissəsi  isə  Gürcüstandan  qaçaraq,  ġəmsəddin  Eldəgizin  himayəsinə 
sığınaraq  Gəncə  və  Qarabağ  torpaqlarına  -  indiki  Qafan  və  Sisyan  rayonlarının 
ərazisinə pənah gətirmiĢlər. 
1236-cı  ildə  Zəngəzurda  gürcülərin  cəmi  33  il  davam  edən  hakimiyyətinə 
son qoyuldu. Qədim Altaydan və cənubi Sibir çöllərindən qopan bir qasırğa kimi 
üzü qərbə bütün torpaqları atlarının dırnaqları altında yoğurub yeni nəhəng bir türk 
imperiyası yapan Çingiz xanın süvariləri Zəngəzura daxil oldu. Gürcü qoĢunları 
dəli küləyin ağzında yelqovan kolu kimi yoxa çıxdı, moğol-tatarların Zəngəzurda 
düz yüz il davam edən hakimiyyəti baĢladı. 
Burada  Çingiz  xanın  və  ümumiyyətlə,  moğolların  mənĢəyi  barədə  izahat 
vermək yerinə düĢərdi. 
Moğollar  bütün  əski  türklər  kimi  Altay  və  Tibet  dağlarının  ətəklərində 
ġərqi  Sibir  düzlərində  məskunlaĢmıĢ  qədim  türk  tayfalarından  biridir. 
Onların  rus  (və  oradan  da  Qərb)  ədəbiyyatında  monqol  adlandırılması  və  indiki 
Monqolustan ərazisində yaĢayan xalqla eyniləĢdirilməsi tamamilə səhvdir. 
Çingiz  xanın  soy-kökü  etibarilə  tanrıçı  -  türk  olduğu  onun  bir  nitqində 
bəyan edilir, 1196-cı ildə Çingiz xan Tibeti və Qara-Tibetin üç əyalətini özünə tabe 
etdirdikdən  sonra  böyük  şənlik  törəni  düzəltmiş,  döyüşdə  şücaət  göstərən 
sərkərdələrinə  mükafatlar  vermiş,  xalqa  xəzinədən  bəxşişlər  paylamışdır.  Çingiz 
xanın  salnaməçisi  Sanan-Seçenin  şəhadətinə  görə  həmin  törəndə  xalq  qarşısında 
çıxış edən Çingiz xan demişdir: 
- Ən böyük yaradanın - Tenqri Hörmüzdün - mənim atamın buyruğu ilə, yer 
üzərində  12  ölkəni  özümə  tabe  etdirdim,  kiçik  hakimlərin  özbaşınalığına  son 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə