Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə28/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   24   25   26   27   28   29   30   31   ...   138

61 
 
Belə  (yəni  ermənilərə  lazım  olan)  məlumat  olmadıqda  isə  kitabın  sonrakı 
nüsxəsinə həmin məlumat əlavə edilmiĢdir. 
VII  əsrin  ortalarında  (642-ci  il)  ərəb  xilafəti  Sasani  ordusunu  darmadağın 
edərək, bir-birinin ardınca Ġranı və onun tabeliyində olan yarımmüstəqil ölkələri - 
Azərbaycanı,  Albaniyanı,  Süniki,  Ərməniyyəni  və  Ġberiyanı  iĢğal  etdi.  Ərəb 
xilafətinin  ordularına  qarĢı  Ġran  qoĢunlarının  tərkibində  vuruĢan  yarımmüstəqil 
dövlətlərin döyüĢçüləri bu müharibədə misilsiz Ģücaət göstərdilər. 
Bu  döyüĢdə  böyük  qəhrəmanlıqlar  göstərən  Alban  hökmdarı  CavanĢir  üç 
yerdən  ağır  yara  aldı,  Ġran  qoĢununun  sərkərdəsi  Rüstəm,  erməni  sərkərdəsi 
MuĢeq, Sünik sərkərdəsi Qriqori isə həlak oldular. 
Burada  haĢiyəyə  çıxaraq  qeyd  etmək  istəyirik  ki,  bir  çox  ərəb  və  fars 
mənbələri Süniki (Sisakanı) ayrıca dövlət kimi göstərir, onun Ərməniyyə, Ġberiya 
və  Albaniya  ilə  bir  səviyyədə  olduğunu  qeyd  edirlər.  Amma  nədənsə  bizim  bəzi 
tarixçilərimiz  istər  Sovet  dönəmində,  istərsə  də  indi  Süniklə,  Zəngəzurla,  bağlı 
məlumatları daha çox erməni mənbələrindən axtarmağa həvəs göstərirlər. Özləri də 
bilə-bilə  ki,  ermənilərin  tarixi  də,  mahiyyəti  də  özləri  kimi,  "Böyük 
Ermənistan"ları kimi saxtadır. 
Ərəblərin  Qafqaza  gəliĢi  bir  tərəfdən  yeni  ideologiya,  yeni  qaydalar 
gətirərək, sasani zülmü altında var-yoxdan çıxan əhalinin maddi vəziyyətinə, qısa 
müddətə  olsa  da,  müsbət  təsir  göstərsə  də,  digər  tərəfdən  Albaniyanın  və  Sünik 
Knyazlığının  süqutuna  səbəb  oldu.  Məsələ  burasındadır  ki,  ərəblər  islam  dininin 
təkallahlılığı  qəbul  etməyən,  zərdüĢtiliyə,  atəĢpərəstliyə,  buddizmə  sitayiĢ  edən 
əhali  arasında  məcburi  qaydada,  qılınc  gücünə  yayırdılarsa  ("qılınc  müsəlmanı" 
ifadəsi  də  buradan  götürülmüĢdür),  təkallahlılığı  qəbul  etmiĢ  xristianlar  və 
yəhudilər  üçün  belə  bir  məcburiyyət  yox  idi.  Ərəblər  onları  "Əhli  əl-kitab" 
adlandırır  və  bu  dinlərə  hörmətlə  yanaĢırdılar.  Qeyri  -  müsəlman  dindarlardan 
əlavə olaraq din vergisi cizyə alırdılar (169, 196). 
Bütün  dövrlərdə  asanlıqla  Ģəraitə  uyğunlaĢa  bilən  və  ən  ağır  vəziyyətdən 
belə  öz  xeyri  üçün  istifadə  etməyi  bacaran  ermənilər  ərəb  xilafətinin  Qafqaza 
gəliĢindən də olduqca məharətlə istifadə etdilər. 
Uzun müddət (dörd yüz ilə yaxın) nüfuz uğrunda alban kilsəsi (və ona tabe 
olan  Sünik  kilsəsi)  ilə  mübarizə  aparan  erməni  qriqorian  kilsəsi,  nəhayət,  ərəb 
xilafətinin köməyilə alban katolikosluğuna qurĢaqdan aĢağı zərbə endirə bildi. 
Qriqorian  keĢiĢləri  Dvindən  xilafətin  paytaxtına  dalbadal    müxtəlif 
danoslar,    alban    kilsəsinə    qarĢı  böhtan  dolu  məktublar  göndərərək,  diofizit 
məhzəbli  albanların  guya  Bizansla  gizli  əlaqələr  quraraq  xilafətə  qarĢı  üsyana 
hazırlaĢmaları  barədə  yalan  məlumatlar  yaymağa,  alban  katolikosluğunu  ərəb 
xilafətinə və islama düĢmən kimi qələmə verməyə baĢladılar. Özlərini xilafətin ən 
sədaqətli müttəfiqləri kimi qələmə verməyə müvəffəq olan erməni qriqorian kilsəsi 
alban katolikosluğunun məhv edilməsi və erməni kilsəsinə qatılması, yaxud tamam 
onun tabeliyinə verilməsi barədə xəlifəyə müraciət etdilər. 


62 
 
Həmin  dövrdəki  erməni  katolikosu  Ġlyanın  Xəlifə  Əbd  ül-Malik  ilə 
yazıĢması  erməni  məkrinin,  erməni  xəyanətinin,  erməni  hiyləgərliyinin  və 
alçaqlığının  bariz  nümunəsi  kimi  bu  gün  də  maraq  kəsb  edir  və  necə  iyrənc 
sifətlərə malik bir millətlə qarĢı-qarĢıya durduğumuzu bütün çılpaqlığı ilə bir daha 
bizə xatırladır. 
Həmin  məktublaĢmanın  bəzi  fraqmentlərini  bu  kitaba  daxil  etməyi  gərəkli 
sayırıq (Akademik Ziya Bünyadova istinadən (138, 94). 
 
Erməni katolikosu Ġlyanın Əbd ül-Malik Əmir Mömininə məktubu 
 
"Hökmdar Əbd ül-Malik Əmir Mömininə erməni katalikosu Ġlyadan: 
Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz sizə qulluq edir. Biz və Alban 
kilsəsi  bir  ilahi  İsa  dininə  etiqad  edirik.  Partav  taxtında  oturan  indiki  Alban 
katolikosu yunan imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və 
ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul 
etsin. 
İndi qoy bu sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu 
bədəfkarlıqda  onun  bir  əyan  qadın  həmfikri  də  vardır.  Böyük  hökmdar,  siz  öz 
hakimiyyətinizlə  əmr  buyurun,  onlar  Allaha  qarşı  işlədikləri  günah  üstündə 
müstəhəqq olduqları cəzaya çatsınlar". 
Erməni  katolikosu  Ġlyanın  məktubuna  Əbd  ül-Malik  Əmir  Mömininin 
cavabı: 
"Ey  Allahın  xadimi  və  erməni  xalqının  katolikosu  İlya,  sənin  səmimi 
məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu 
qoşunla  göndərdim.  Əmr  etdik  ki,  bizim  hökmranlığımıza  qarşı  qiyam  edən 
albanlarda  sizin  dininizə  uyğun  dəyişiklik  edilsin.  Bizim  hökmü  bəndəmiz 
Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri 
olan  qadını  bir  zəncirə  bağlayacaq  və  elə  şahanə  mühakimə  edəcəkdir  ki,  onlar 
bütün qiyamçıların yanında rüsvay olsunlar". 
 
Erməni katolikosu Ġlyanın Partava gəlməsi;  
Nersesin cəzalandırılması 
 
Böyük  erməni  patriarxı  Albaniya  paytaxtı  Partava  gəlib,  böyük  kilsədə 
oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmiĢdi 
və onu tapa bilmirdilər. Onda böyük din xadimi,  Alban knyazı ġeroy onun yaxın 
adamlarını  tutub  əmr  etdi  ki,  Nersesi  gətirsinlər.  Sonra  onu  böyük  yığıncağın 
ortasında  Ġlyanın  qarĢısına  gətirdilər.  Lakin  bu  aciz  adam  cavab  verə  bilmədiyi 
üçün padĢahın əmri ilə dəhĢətli əzab çəkdi,  həmin qadınla bir zəncirə  bağlanaraq 
addım-addım gəzdirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə 
bilmədi, 8 gün heç bir  Ģey  yemədi və öldü. O,  vəsiyyət etdi ki, özünü ayağındakı 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə