Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə27/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   23   24   25   26   27   28   29   30   ...   138

59 
 
Murad Adcı özünün "Avropa, türklər və böyük çöl" əsərində yazır: 
IV  əsrdə  Atilla  Avropanın  o baĢına  qədər  gedib  çıxdı,  Bizansı  və  Romanı 
titrətdi.  Bu  zaman  xristianlıq  Fələstində,  Suriyada,  Romada  və  Yunanıstanda 
özünün ilk addımlarını atırdı. Xristianlıq Ġsanı Məsih kimi göstərirdi, vəssalam. 
IV  əsrə  qədər  xristianlığın  Göy  Tanrısı,  Ġlahi  haqqında  bir  kəlmə  də 
anlayıĢı yox idi. Türklərdə isə tanrıçılıq müqəddəs inam kimi mövcud idi və onlar 
Göy  Tanrısının  yeganə  ulu  varlıq,  hər  Ģeyin  yaradıcısı  və  hakimi  olduğuna 
inanırdılar. M.Adcının  Ģəhadətinə  görə  ilk dəfə  Avropada  Səma  Allahının  adına 
dua 312-ci ildə Türk dilində oxunub (151, 146). Dörd tərəfli xaç isə xristianlıqda 
yalnız V əsrin əvvəllərində qəbul edilib. O vaxta qədər isə xristianlıq Ġsanın edam 
olunduğu  T  Ģəkilli  3  tərəfli  kresti  qəbul  edirdilər.  Dörd  tərəfli  xaç  isə  Qədim 
türklərin,  qıpçaqların  döyüĢ  bayrağında  uğur  rəmzi  idi.  Bu  xaç  (haça 
sözündəndir)  dörd  tərəfi  də  biri-birinə  bərabər  taxta  rəmz  idi.  Qədim  türklərdə 
baĢ  barmaqla  Ģəhadət  barmağı  birləĢdirib  alına  və  sinəyə  aparmaq  sülh, 
əminamanlıq  rəmzi  idi  (151,  147).  Erməni  və  Alban  (o  cümlədən  Syünik) 
xristianları da eyni ilə dörd tərəfi də bərabər xaçı qəbul etdilər və xaç çevirəndə 
eynən tanrıçı türklər kimi edirdilər. 
Xristianlıqda  Troitsa  -  üç  ünqum,  yəni  Ġsus  Xristosun  üç  mahiyyəti  (Ġsa  - 
Allahdır, Ġsa - Allahın oğludur, Ġsa - insandır) deyilən inam var. 
Bu  inam  da  türklərin  tannçılıq  inamından  gəlmədir.  Tanrıçılığın  əsas 
müddəası budur: Tanrı əbədidir. O dünyanı yaradandır. O dünyanın özüdür (151, 
150). 
Albanlar və süniklər diofizit idilər - yəni Ġsanı həm Allah, həm də Allahın 
oğlu  kimi  qəbul  edirdilər.  Qədim  türklər  də  Tanrını  həm  yaradan,  həm  də 
dünyanın özü kimi baĢa düĢürdülər. 
Albaniya  və  Sünik  xalqı  (prototürklər)  məhz  bu  genetik  yaxınlığa  görə 
xristian  dinini  4  tərəfi  bərabər  xaçla  qəbul  etdilər.  Qısa  müddət  ərzində  Sünikdə 
bir-birindən  əzəmətli  məbədlər,  kilsələr  tikilməyə  baĢladı.  Bu  məbədlərin  çoxu 
Roma,  Yunan  memarlığı  üslubunda  tikilsə  də,  hamısında  qədim  türklərin 
damğaları,    iĢarələri  və  Türk  rumi  əlifbasında  yazılar  qalmaqdadır.  M.Adcı 
yazır  ki,  Ermənistandakı  qədim  məbədlərin  divarlarında  türklərə  məxsus  23  iĢarə 
və  ornament  vardır  (151,  168).  Ġrəvanda  Matenadaran  arxivlərində  erməni, 
bəlkə  də  alban  əlifbası  ilə  lakin  qədim  türk  dilində  yazılmıĢ  V-VII  əsrlərə 
məxsus kitablar indi də qırx qıfıl altında saxlanılmaqdadır. 
Sisyanda rayon mərkəzindəki təpənin üstündə VII əsrdə tikilmiĢ böyük bir 
məbədgah  vardır.  Azərbaycanlılar  qədim  zamanlardan  bu  məbədgahı  Qara  kilsə 
adlandırırlar.  Erməni  mənbələrinə  görə  bu  məbədi  VII  əsr  Sünik  knyazı  Koazat 
(adından  və  qrpçaq  gözlərindən  görünür  ki,  erməni  deyildir)  tikdirmiĢdir  (164, 
114).  Kilsə  yonulmuĢ  qara  daĢlardan  tikilib,  memarlıq  baxımından  Xotavəng  və 
Qandzasar kilsələri ilə bir üslubdadır. 


60 
 
Türklər  xristian  məbədlərinə  kəlisa,  kilsə  deyirlər.  "Kilsə"  sözü  qədim 
Tibetdəki  Müqəddəs  Kaylisa  dağının  adı  ilə  bağlıdır  (151,  167).  Tanrıçılıq 
kultuna  pərəstiĢ  edən  türklər  bu  dağın  ətəklərinə  yaxınlaĢıb  dua  edər,  qurban 
kəsərmiĢlər, lakin dağa çıxmağa heç kəsə icazə verilməzdi, çünki dağ müqəddəs idi 
və oraya insan ayağı dəyə bilməzdi. 
Maraqlıdır  ki,  VII-VIII  əsrlərə  qədər 
xristianlar,  o  cümlədən  süniklilər  də, 
məbədin  (kilsənin)  içərisinə  girməzdilər. 
Onun  çölündə  dua  edib,  xaç  çevirərdilər 
(154, 
167). 
Sonrakı 
dövrlərdə 
isə 
ayaqqabılarını 
çıxarmaq 
Ģərtilə 
əvvəl 
kahinlər,  onların  ardınca  da  adi  möminlər 
kilsəyə  daxil  olmağa  baĢladılar.  Kilsələrin 
təpələrdə,  hündür  yerlərdə  tikilməsi  də 
Kaylisa dağının rəmzi idi. 
Sünikdəki  alban  kilsə  abidələrinin 
təsvirinə  geniĢ  yer  ayırmağa  imkan 
olmadığından yalnız onu deyə bilərik ki, xristianlığın erkən dövrlərinə (IV-IX əsr) 
aid  abidələrdə  türk  ornamentləri  üstünlük  təĢkil  edirsə,  artıq  sonrakı  dövrlərə 
məxsus abidələrdə erməni-qriqorian simvolikası özünü göstərməkdədir. Bu da bir 
daha  sübut  edir  ki,  VIII-IX  əsrlərdən  baĢlayaraq,  bütün  Albaniyada  olduğu  kimi, 
Sünikdə də erməni qriqorian kilsəsi alban kilsəsini sıxıĢdırmağa, onun fəaliyyətini 
məhdudlaĢdırmağa  və  xristian  əhalisini  sürətlə  qriqorianlaĢdırmağa  baĢladı.  Bu 
mübarizədə erməni kilsəsinə ərəb xilafəti həm hərbi, həm maddi,  həm də mənəvi 
dəstək vermiĢdir (138, 95). 
Dvində yerləĢən erməni qriqorian kilsəsi Bərdədəki alban kilsəsini (və onun 
nəzdində  olan  Sünik  kilsəsini)  özündən  asılı  vəziyyətə  salandan  sonra  ermənilər 
tərəfindən  albanlara  qarĢı  əsl  mənəvi  genosid  baĢlandı.  Alban  dilində  və  alban 
əlifbası ilə yazılan  bütün  kitablar ermənicəyə, erməni  kilsəsinə sərf edən Ģəkildə 
köçürüldükdən sonra yandırıldı, Tərtər çayına atıldı, məhv edildi (88, 177). 
Alban  tarixinin  yazılı  abidələrindən  dövrümüzə  gəlib  çıxan  yeganə  əsər 
alban  salnaməçisi  Moisey  Kalankatuklunun  "Alban  tarixi"  kitabıdır.  Düzdür,  bu 
kitab  da  bizim  zəmanəmizə  orijinalında  deyil,  qrabarcaya  tərcümə  Ģəklində 
gəlmiĢdir.  Lakin  erməni  tarixçilərinin  bütün  cidd-cəhdinə  baxmayaraq,  əsərin 
müəllifinin erməni olmadığı və əsərin ermənicə yazılmadığı kitabın öz mətnindən 
bəlli olur. 
Həm  də  o  bəlli  olur  ki,  ermənilər  sonradan  üzünü  köçürərkən  bu  kitaba 
özlərinə  lazım  olan  bəzi  əlavələr  etmiĢlər.  Kitabda  olduqca  ibrətamiz  bir  səhnə 
vardır:  "Alban  tarixi"  kitabı  erməni  katalikosu  Ananiyanın  əlinə  düĢəndə  o 
tələb  edir  ki,  albanların  xristianlığa  qəbul  olunması  haqqında  kitabdan  bizə 
lazım olan, yəni bizim görmək istədiyimiz məlumatı tapsınlar. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə