59
Murad Adcı özünün "Avropa, türklər və böyük çöl" əsərində yazır:
IV əsrdə Atilla Avropanın o baĢına qədər gedib çıxdı, Bizansı və Romanı
titrətdi. Bu zaman xristianlıq Fələstində, Suriyada, Romada və Yunanıstanda
özünün ilk addımlarını atırdı. Xristianlıq Ġsanı
Məsih kimi göstərirdi, vəssalam.
IV əsrə qədər xristianlığın
Göy Tanrısı, Ġlahi haqqında bir kəlmə də
anlayıĢı yox idi. Türklərdə isə tanrıçılıq müqəddəs inam kimi mövcud idi və onlar
Göy Tanrısının yeganə ulu varlıq, hər Ģeyin yaradıcısı və hakimi olduğuna
inanırdılar. M.Adcının Ģəhadətinə görə ilk dəfə Avropada
Səma Allahının adına
dua 312-ci ildə
Türk dilində oxunub (151, 146). Dörd tərəfli xaç isə xristianlıqda
yalnız V əsrin əvvəllərində qəbul edilib. O vaxta qədər isə xristianlıq Ġsanın edam
olunduğu T Ģəkilli 3 tərəfli kresti qəbul edirdilər.
Dörd tərəfli xaç isə Qədim
türklərin, qıpçaqların döyüĢ bayrağında uğur rəmzi idi. Bu xaç (haça
sözündəndir) dörd tərəfi də biri-birinə bərabər taxta rəmz idi.
Qədim türklərdə
baĢ barmaqla Ģəhadət barmağı birləĢdirib alına və sinəyə aparmaq sülh,
əminamanlıq rəmzi idi (151, 147). Erməni və Alban (o cümlədən Syünik)
xristianları da eyni ilə
dörd tərəfi də bərabər xaçı qəbul etdilər və xaç çevirəndə
eynən tanrıçı türklər kimi edirdilər.
Xristianlıqda Troitsa - üç ünqum, yəni Ġsus Xristosun üç mahiyyəti (Ġsa -
Allahdır, Ġsa - Allahın oğludur, Ġsa - insandır) deyilən inam var.
Bu inam da türklərin tannçılıq inamından gəlmədir. Tanrıçılığın əsas
müddəası budur: Tanrı əbədidir. O dünyanı yaradandır. O dünyanın özüdür (151,
150).
Albanlar və süniklər diofizit idilər - yəni Ġsanı həm Allah, həm də Allahın
oğlu kimi qəbul edirdilər.
Qədim türklər də Tanrını həm yaradan, həm də
dünyanın özü kimi baĢa düĢürdülər.
Albaniya və Sünik xalqı (prototürklər) məhz bu genetik yaxınlığa görə
xristian dinini 4 tərəfi bərabər xaçla qəbul etdilər. Qısa müddət ərzində Sünikdə
bir-birindən əzəmətli məbədlər, kilsələr tikilməyə baĢladı. Bu
məbədlərin çoxu
Roma, Yunan memarlığı üslubunda tikilsə də, hamısında qədim
türklərin
damğaları, iĢarələri və Türk
rumi əlifbasında yazılar qalmaqdadır. M.Adcı
yazır ki, Ermənistandakı qədim məbədlərin divarlarında türklərə məxsus 23 iĢarə
və ornament vardır (151, 168).
Ġrəvanda Matenadaran arxivlərində erməni,
bəlkə də alban əlifbası ilə lakin qədim türk dilində yazılmıĢ V-VII əsrlərə
məxsus kitablar indi də qırx qıfıl altında saxlanılmaqdadır.
Sisyanda rayon mərkəzindəki təpənin üstündə VII əsrdə tikilmiĢ böyük bir
məbədgah vardır. Azərbaycanlılar qədim zamanlardan bu məbədgahı Qara kilsə
adlandırırlar. Erməni mənbələrinə görə bu məbədi VII əsr Sünik knyazı Koazat
(adından və qrpçaq gözlərindən görünür ki, erməni deyildir) tikdirmiĢdir (164,
114). Kilsə yonulmuĢ qara daĢlardan tikilib, memarlıq baxımından Xotavəng və
Qandzasar kilsələri ilə bir üslubdadır.
60
Türklər xristian məbədlərinə kəlisa, kilsə deyirlər.
"Kilsə" sözü qədim
Tibetdəki Müqəddəs Kaylisa dağının adı ilə bağlıdır (151, 167). Tanrıçılıq
kultuna pərəstiĢ edən türklər bu dağın ətəklərinə yaxınlaĢıb dua edər, qurban
kəsərmiĢlər, lakin dağa çıxmağa heç kəsə icazə verilməzdi, çünki
dağ müqəddəs idi
və oraya insan ayağı dəyə bilməzdi.
Maraqlıdır ki, VII-VIII əsrlərə qədər
xristianlar, o cümlədən süniklilər də,
məbədin (kilsənin) içərisinə girməzdilər.
Onun çölündə dua edib, xaç çevirərdilər
(154,
167).
Sonrakı
dövrlərdə
isə
ayaqqabılarını
çıxarmaq
Ģərtilə
əvvəl
kahinlər, onların ardınca da adi möminlər
kilsəyə daxil olmağa baĢladılar. Kilsələrin
təpələrdə, hündür yerlərdə tikilməsi də
Kaylisa dağının rəmzi idi.
Sünikdəki alban kilsə abidələrinin
təsvirinə geniĢ yer ayırmağa imkan
olmadığından yalnız onu deyə bilərik ki, xristianlığın erkən dövrlərinə (IV-IX əsr)
aid abidələrdə türk ornamentləri üstünlük təĢkil edirsə, artıq sonrakı dövrlərə
məxsus abidələrdə erməni-qriqorian simvolikası özünü göstərməkdədir. Bu da bir
daha sübut edir ki, VIII-IX əsrlərdən baĢlayaraq, bütün Albaniyada olduğu kimi,
Sünikdə də erməni qriqorian kilsəsi alban kilsəsini sıxıĢdırmağa, onun fəaliyyətini
məhdudlaĢdırmağa və xristian əhalisini sürətlə qriqorianlaĢdırmağa baĢladı. Bu
mübarizədə erməni kilsəsinə ərəb xilafəti həm hərbi, həm maddi, həm də mənəvi
dəstək vermiĢdir (138, 95).
Dvində yerləĢən erməni qriqorian kilsəsi Bərdədəki alban kilsəsini (və onun
nəzdində olan Sünik kilsəsini) özündən asılı vəziyyətə salandan sonra ermənilər
tərəfindən albanlara qarĢı əsl mənəvi genosid baĢlandı. Alban dilində və
alban
əlifbası ilə yazılan bütün kitablar ermənicəyə, erməni kilsəsinə sərf edən Ģəkildə
köçürüldükdən sonra yandırıldı, Tərtər çayına atıldı, məhv edildi (88, 177).
Alban tarixinin yazılı abidələrindən dövrümüzə gəlib çıxan yeganə əsər
alban salnaməçisi Moisey Kalankatuklunun "Alban tarixi" kitabıdır. Düzdür, bu
kitab da bizim zəmanəmizə orijinalında deyil, qrabarcaya tərcümə Ģəklində
gəlmiĢdir. Lakin erməni tarixçilərinin bütün cidd-cəhdinə baxmayaraq, əsərin
müəllifinin erməni olmadığı və əsərin ermənicə yazılmadığı kitabın öz mətnindən
bəlli olur.
Həm də o bəlli olur ki, ermənilər sonradan üzünü köçürərkən bu kitaba
özlərinə lazım olan bəzi əlavələr etmiĢlər. Kitabda olduqca ibrətamiz bir səhnə
vardır:
"Alban tarixi" kitabı erməni katalikosu Ananiyanın əlinə düĢəndə o
tələb edir ki, albanların xristianlığa qəbul olunması haqqında kitabdan bizə
lazım olan, yəni bizim görmək istədiyimiz məlumatı tapsınlar.