Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə25/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   21   22   23   24   25   26   27   28   ...   138

55 
 
cəlb  edir.  Karvansaranın  ətrafında  çox  qədim  bir  qəbiristanlığın  qalıqları  vardır. 
Qəbir daĢlarında yazı və ornamentlərin olmaması diqqəti cəlb edir. Bu karvansara 
da Səlim karvansarası kimi qədim Ġpək yolunun üzərində tikilmiĢdir (190). 
 
Ağoğlan monastr kompleksi 
 
Bu  monastr  VIII-IX  əsrə  aid  erkən  xristian  memarlıq  abidələrindən  biri 
olmaqla bazilika məbəd tikinti üslubundan inĢa edilmiĢ qədim alban mədəniyyətinə 
aid  qiymətli  tarixi  abidədir.  Ağoğlan  monastrı  Laçın  rayonunun  Ağoğlan  çayı 
yaxınlığındakı  eyni  adlı  kənddə  üçnefli  bina  quruluĢunda  tikilmiĢ,  sütunlarla  3 
hissəyə  bölünmüĢ  düzbucaqlı  bazilika  formasında  məbəd  kompleksidir.  Məbədin 
iki  sıralanan  kvadrat  Ģəkilli  8  dayaq  sütunları  binanın  içərisini  üç  hissəyə  bölür. 
Mərkəzi  hissə  kənar  hissələrdən  iki  dəfə  böyükdür.  Binanın  damı  silindrik 
tağbəndlə örtülmüĢdür. 
Məbədin orta nefi Ģərq tərəfdən yarım dairəvi formada olan absidalı altarla 
tamamlanır. Altarın sağ və sol tərəflərində iki kiçik üçbucaqlı formada otaq vardır. 
Altar divarının yuxarı hissəsində və qərb divarda orta nefi iĢıqlandırmaq üçün dar, 
uzunsov  pəncərələr  düzəldilmiĢdir.  GeniĢ  otaqlar  isə  iki  yarusda  düzəldilən  ensiz 
pəncərələr ilə iĢıqlanır. 
Məbədin  cənub  divarında  giriĢ  qapısı,  Ģimal  divarında  isə  çıxıĢ  qapısı 
düzəldilmiĢdir.  Məbədin  divarları  gəc  ilə  suvanmıĢ,  suvağın  üzərində  isə  dini 
məzmunlu  süjetlərin  izləri  qalmıĢdır.  Bu  möhtəĢəm  bina  yerli  bazalt  daĢından 
tikilmiĢ və ətraf təbiətə  uyğunlaĢdırılmıĢdır. Məbədin həyətində  müxtəlif təyinatlı 
təsərrüfat və yaĢayıĢ tikililəri olmuĢdur. Monastr kompleksi hasara alınmıĢdır (70, 
8-9). 
Xotavəng monastr kompleksi 
 
Zəngəzurdakı Alban abidələrindən biri də son dövrlərə qədər əsasən salamat 
qalmıĢ Kəlbəcər rayonunun  Vəng kəndində, Tərtər çayın sol sahilində  yerləĢən 
bazilika  üslubunda  inĢa  edilmiĢ  Xotavəng  kompleksidir.  Bu  kompleks  orta  əsr 
Qafqaz  Albaniyası  memarlığının  ən  gözəl  nümunələrindən  biri  olmaqla  X  əsrdən 
XV  əsrə  qədər  Alban  Xaçın  knyazlığının  xristian  dini  mərkəzi  kimi  fəaliyyət 
göstərmiĢdir.  Məbədin  ətrafında  aparılan  qazıntı  zamanı  tapılan  keramika 
məmulatı,  abidənin  VI-VII  əsrlərdə  inĢa  edildiyini  söyləməyə  imkan  verir.  Eyni 
zamanda qeyd etməliyik ki, X-XIII əsrlərdə daha da geniĢlənmiĢ, kompleks halına 
salınmıĢ və bir neçə dəfə təmir olunmuĢdur. 
Alban  knyazı  Həsən  Cəlalın  oğlu  Vaxtanqın  hökmranlığı  dövründə 
monastrın  əsas  kilsəsi  tikilmiĢdir,  bu  kilsənin  inĢası  Vaxtanqın  arvadı  Arzu 
xatun tərəfindən 1214-cü ildə baĢa çatdırılmıĢdır. Kilsənin 2 barelyefi vardır. 1-ci 
barelyefdə  Arzu  xatunun  əri  knyaz  Vaxtanqın,  2-ci  barelyefdə  isə  onların 
oğullarının  təsviri  verilmiĢdir.  Bu  kompleks  500  ilə  yaxın  bir  müddətdə  Alban 


56 
 
yepiskopunun  iqamətgahı  və  Albaniyanın  mədəni-maarif  mərkəzi  kimi  fəaliyyət 
göstərmiĢdir (70, 9-10). 
 
Baba Haci məqbərəsi 
 
Orta əsr Oğuz abidələrinə aid bir məqbərə Meğri rayonunun Nüvədi kəndi 
yaxınlığındadır.  Baba-Haci  məqbərəsi  Kamasi  adlanan  yaylaq  yerində  palıd 
meĢəliyinin  geniĢ  talasında  yerləĢir  (64,  75).  Məqbərənin  hündürlüyü  3,5  metr, 
çevrəsinin  diametri  6  metrdir.  Divarları  yonulmamıĢ  vulkan  daĢlarından,  gec 
məhlulla  hörülmüĢdür,  qalınlığı  1,14  metrdir.  Baba-Haci  məqbərəsi  bayırdan 
dairəvi,  daxildən  isə  16  guĢəli  plandadır.  Məqbərənin  damındakı  fərqli  suvaq 
qalıqları  binanın  bir  neçə  dəfə  təmir  olunduğunu  göstərir.  Məqbərənin  içərisində 
yan-yana  üç  qəbir  vardır.  Ortadakı  qəbirlərin  üzərində  qoç  heykəli  qəbirüstü 
abidəsi  vardır.  Məqbərə  divarları  və  qəbirlərin  heç  birinin  üzərində  yazı  və  tarix 
yoxdur. 
Məqbərənin  ətrafındakı  köhnə  qəbiristanlıqdakı  ərəb  əlifbası  ilə  yazılmıĢ 
qəbir  daĢları  buranın  müsəlman  qəbiristanlığı  olduğunu  və  XV-XVI  əsrlərə 
məxsusluğunu göstərir. 
Qəbir daĢlarını tədqiq edən professor MəĢədixanım Nemətova bu qəbirlərin 
1525-1586-cı  illərə  aid  olduğunu  qəbirüstü  yazıların  ərəb  əlifbasının  süls  xətti  ilə 
yazıldığını,  daĢların  üzərində  Qurani-Kərimdən  surələrin  epitaftiya  kimi  qeyd 
olunduğunu bildirir (152, 74). 
Mığrı qalası 
 
Mığrı  qalası  haqqında  ilk  dəfə  1083-cü  ildə  məlumat  verilmiĢdir.  XVIII 
əsrdə  qala  tamamilə  yenidən  bərpa  olunmuĢdur.  Qalanın  6  bürcü  (dördü  dairəvi, 
ikisi  düz  bucaqlı)  Meğri  Ģəhərinin  Böyük  məhlə  deyilən  hissəsinin  Ģimalında 
dağın təpələri üzərində nal formasında düzülərək, qəsəbəni dövrələmiĢdir. 
Qalanın  divarları  yonulmamıĢ  və  hamarlanmamıĢ  qranit  daĢlardan  gil 
palçıqla  hörülmüĢdür.  Qalanın  bayırdan  hasarı  yoxdur,  onun  ətrafındakı  sıldırım 
qayalı dağlar təbii hasar rolunu oynayır. 
Qalanın  ön  divarları  boyunca  atəĢ  açmaq  üçün  çoxlu  sayda  mazqallar 
vardır. Öz quruluĢu baxımına görə Zəngəzurda analoqu olmayan müdafiə-istehkam 
xarakterli tikilidir (199, 450). 
Oxçu qalası 
 
Oxçu qalası (erməni mənbələrində "Baqaberd") Qafan rayonunda Oxçu və 
Kığı  çaylarının  qovuĢan  yerində  Novruzyurd  adlı  hündür  bir  təpəliyin 
üstündədir.  Bu  qala  Zəngəzurun  iki  zirvəsini  -  Xustub  və  Gəzbel  dağ  zirvələrini 
bir-birindən  ayıran  hərbi-strateji  baxımdan  çox  əhəmiyyətli  bir  mövqedə 
yerləĢmiĢdir (64, 15). Qalanın inĢa olunma tarixi  VI-VII əsrlərə aid edilir. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə