Ġdeya və layihə müəllifi


Urud qəbiristanlığında sənduqə (h. 992-cı il)



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə22/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   18   19   20   21   22   23   24   25   ...   138

47 
 
Urud qəbiristanlığında sənduqə (h. 992-cı il). 
 
uzun  müddətli  ezamiyyətdə  olmuĢ,  XV-XVII  əsrə  məxsus  100-ə  qədər  qəbir 
daĢının üzərində kitab tədqiq etmiĢdir. 
M.Nemətovaya  görə  Urud 
qəbiristanlığında 
olan 
qəbir 
daĢlarındakı  kalloqrafik  oymalarda 
ərəb  qrafikasının  kufi,  nəsx,  süls, 
nəstəliq  Ģriftləri  iĢlənmiĢdir.  Urud 
abidələri  yazı  və  bədii  iĢləmələrin 
üslubuna  görə  orta  əsr  Azərbaycan 
daĢ  üzərində  oyma  sənətinin  Təbriz 
və  Naxçıvan  məktəbinin  nümunələri 
sayılır.  
Urud 
abidələrindəki 
sənduqələr,  qoç  və  at  fiqurları,  fiqurlar  üzərindəki  Ģəkillər,  yazılar  türk 
xalqlarının  islama  qədərki  mədəniyyətini,  məiĢətini,  adət-ənənələrini,  ov,  məclis, 
toy-yas mərasimlərini və s. səhnələri, onqonlar və Ģamanizm kultuna pərəstiĢi əks 
etdirən  oymalar  bu  ərazinin  köklü  sakinlərinin  məiĢəti  haqqında  əvəzsiz  tarixi 
məlumat daĢıyıcılarıdırlar. 
Urud  qəbiristanlığındakı  bir  sıra  qəbir  daĢlarında  onqonlarla  bağlı 
epiqrafika,  əsasən,  maralın,  öküzün,  yaxud  qoçun  üzərinə  qonmuĢ  qanadları 
geniĢ  açılmıĢ  qartal  rəmzlərindən  ibarətdir.  Bu  cür  onqonlar  türk  xalqlarının 
islamdan əvvəlki dövrü üçün əsas sitayiĢ yerləri idi. 
BaĢqa  qrup  qəbir  daĢlarında  qarĢı-qarĢıya  (baĢ-baĢa)  dayanmıĢ  tibet 
öküzləri (yaklar), öküzlərin sağ tərəfində bir əlində balta, bir əlində xəncər tutmuĢ 
kiĢi təsviri olan səhnə təsvir olunur. 
Məlum olduğu kimi, tibet öküzü bütün türk xalqlarının ümumi onqonu-
sitayiĢ heyvanı sayılmıĢdır. 
Qədim  türklərin  inamına  görə  ildə  bir  dəfə  bu  heyvanı  qurban  kəsməklə, 
tayfa  gələcək  qada-baladan  hifz  olunardı.  Hər  evə  bu  qurbandan  müəyyən  qədər 
pay verilərdi ki, qədim inama görə bu pay o evə il boyu ruzi gətirəcəkdi. 
Urud qəbiristanlığındakı bəzi qəbir daĢlarında əllərini göyə qaldırmıĢ adam-
dua  edən  Ģaman  təsvirinin  həkk  olunması,  yazı  olmasaydı  belə,  bu  daĢların 
yalnız türk xalqlarına mənsub olmasını göstərən tutarlı dəlildir. 
Qəbir daĢlarında dəfn olunmuĢ Ģəxsin sənətini əks etdirən maraqlı iĢləmələr 
də vardır. 
Bir qəbir daĢında  mərhumun  (Xan Məhəmməd 983-cü il)  zərgər olduğuna 
iĢarə edən üzük, boyunbağı, sırğa, bilərzik Ģəkilləri həkk olunmuĢdur. 
BaĢqa  bir  qəbir  daĢında  isə  (Aysoltan  992-ci  il)  hana,  həvə,  bıçaq,  əlində 
kirgit tutmuĢ qadın təsviri mərhumənin xalçaçı olduğunu göstərir. 
Urud  qəbiristanlığındakı  qəbir  daĢlarında  mərhumun  məiĢətini,  həyat 
fəaliyyətini  əks  etdirən  zəngin  ov  səhnələrinin,  ov  heyvanlarının  (maral,  ceyran, 


48 
 
dağ keçisi, cüyür), ov ləvazimatının (silah, nizə, balta, ox-kaman) təsviri o dövrdə 
Urudda yaĢayan babalarımızın həyat tərzi, məiĢəti haqqında dəyərli məlumat verir. 
Qəbir  daĢlarında  həkk  olunmuĢ  Ģer  parçaları,  dualar,  islam  dini 
hədislərindən  və  Qurani-Kərimdən  sitatlar,  bu  ərazilərdə  yaĢayanların  mənəvi 
mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir. 
Xarakterik haldır ki, bütün qəbir daĢlarında  mərhumun yalnız ölüm tarixi 
qeyd olunub. 
 
Qəbir daĢlarındakı yazılardan nümunələr 
 
I  Sənduqə 
Allah,  Məhəmməd,  Əli.  Kəndxuda  oğlu  Əmrusəl  ramazan  ayı,  883-cü  il, 
ağvan nəslindən. 
II Sənduqə 
Bu məzarın sahibi mərhum oğul ibn Muraddır. 963-cü il. 
III Sənduqə 
Yuxarı hissədə: Allahdan baĢqa ilahi yoxdur. Məhəmməd Allahın rəsuludur. 
Əli  Allahın  köməkçisidir.  Məhəmmədqulunun  oğlu  Əmirəmin  gəlini  Pəri  xan. 
Taun xəstəliyindən vəfat etmiĢdir. 909-cu il. 
BaĢ tərəfdə: Allah, Məhəmməd, Əli. 
Yan  tərəflərində:  Məhəmmədə  Allahın  daima  salavatı  olsun.  Ġlahi, 
Məhəmmədə  öz  mərhəmətinlə  daima  rəhm  et.  Ġlahi,  ruhlar  içində  Məhəmmədin 
ruhunu  uğurlu  et.  Qəbirlərin  içərisində  Məhəmmədin  qəbrini  rahat  et. 
Məhəmmədin  əcdadına  ehsan  vaxtı  salavat  mərhəmət  et.  Məhəmmədi  və 
Məhəmmədin qəbrini uğurlu et. Mərhəmətli Allah onlara rəhmət eləsin. 
IV Sənduqə (0,93 x 0,27 x 0, 25 m.) 
Üst tərəfində Allah, Ya Məhəmməd, Ya Əli (Xan Məhəmməd ibn Mənahid) 
983-cü il. 
V Sənduqə (0,76 x 0,32 x 0,30) 
Sağ tərəfində: 986-cı il. Məhdiqar ibn Əmirəm 
VI Sənduqə (1,42 x 0,80 x 0,28) 
Allah,  Məhəmməd,  Əli.  Nurunun  oğlu  Kədaxur.  Yan  tərəflərində  III 
Sənduqədəki mətn təkrar olunur. 
VII Sənduqə (0,97 x 0,21 x 0,33) 
Sol tərəfində: Ġmamqulunun oğlu Bəhmən 936-cı il. 
VIII Sənduqə (0,85 x 0,35) 
Yuxarı  hissədə:  Allah,  Aysoltan,  992-ci  il.  Sağ  tərəfində  III  Sənduqədəki 
mətn təkrar olunur. 
IX  Sənduqə:  III  sənduqədəki  dini  mətn  yazılmıĢdır.  Daha  sonra 
Məhəmmədqulunun oğlu Vəli bəyin oğlu Ġbrahim. 
Bir cavan nazəninin məskənidir bu məzar,  


49 
 
EyləmiĢ nazik tənin xak ilə yeksan ruzigar.  
DaĢı yazdı Vəli 989. - qeydi vardır. 
X Sənduqə 
Üst tərəfındə: Allah. Kərəm oğlu Mahmud. 
Tərəflərində digər sənduqələrdəki dini mətn vardır. 
XI Sənduqə (1,35 x 0,41 x 0,32 m.)  
Sənduqənin üstündə  yazı oxunmur. Tərəflərində  digər Sənduqələrdəki dini 
mətn təkrar olunur. 
XII Sənduqə 
Nurunun oğlu ġahnəzər. Min yeddinci il. Tərəflərində digər Sənduqələrdəki 
dini mətn təkrar olunur. 
I Qoç heykəlli abidə (1,12 x 0,67 m.) 
Qoçun üstünə salınmıĢ örtüyün haĢiyəsində:  
Di gəl ki, yarı gördüm gözü yaĢlı, sözü qanlı  
Yoxdu bu dərdimə çarə...  
... oğlu Ġftixar. 986 
Sağ tərəfdə: Allah, Məhəmməd, Əli. Ağvan nəslindəndir. 
II Qoç heykəlli abidə (1,12 x 0,67 m.) 
Bir cavan nazəninin məskənidir bu məzar,  
EyləmiĢ nazik tənin xak ilə yeksan ruzigar.  
986. Ġmamqulunun oğlu Çələbi  
Sol tərəfdə ov səhnəsi təsvir olunmuĢdur. 
III Qoç heykəlli abidə (1,22 x 0,85 m.) 
Sağ  tərəfdə:  Səfər  Qulu  993.  Sol  tərəfində  xalçaçılıqla  əlaqədar  təsvirlər 
vardır. 
IV Qoç heykəlli abidə 
Sağ tərəfdə dini mətn. Üst tərəfdə: Allah, Məhəmməd, Əli. 
Sol tərəfdə: Salavat. Dəri xəstəliyindən vəfat etmiĢdir. Ġsgəndərin oğlu Fəxr. 
1019. 
Urud qalası 
 
Qədim  Zəngəzurun  Urud  kəndində  Bazar  çayın  sağ  sahilindəki  təpəlikdə 
VI-VII  əsrlərdə  tikilmiĢ  möhtəĢəm  bir  qala  ucalır.  Stepanos  Orbelian  XIII  əsrdə 
Urud  qalasını  Sünikin  məĢhur  qalaları  sırasına  daxil  etmiĢdir.  Qala  1075-94-cü 
illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. 
Qalanı 1104-cü ildə Səlcuq türkləri ələ keçirmiĢlər. 
Gürcü  çarı  Tamaranın  qoĢunları  Süniki  tutarkən  1219-cu  ildə  Urud 
qalasını almıĢ və Liparit Orbelianiyə təhvil vermiĢdir. Bununla da, Sünikdə gürcü 
mənĢəli Orbeliani  nəslinin hökmranlığı baĢlamıĢdır. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə