Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə20/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   16   17   18   19   20   21   22   23   ...   138

43 
 
O  dövrdə  Syünikin  ən  böyük  yaĢayıĢ  məntəqələri  Naxçıvan 
(Vaspurakan),  Ordubad  (Qoxtan),  ġəki  qalası,  ġalat,  Çquq,  Qoroz,  Kapanat 
və s. olmuĢdur (211, II, 12). 
 
Alban xalqı, Sünik xalqı 
 
Qədim  mənbələrdə  Qafqaz  Albaniyasının  və  Sünik  (Sisakan)  knyazlığının 
əhalisindən danıĢarkən, adətən, "alban xalqı", "sünik xalqı" ifadəsi iĢlədilir. Bu 
ifadə Albaniyanın və Syünikin əhalisini qonĢu dövlətlərdən fərqləndirir, yəni fars, 
yunan,  erməni,  yaxud  gürcü  olmadığını  göstərsə  də,  əslində,  Albaniyada,  yaxud 
Sünikdə  yaĢayan  insanların  (etnosların)  kimliyi  barədə  heç  nə  demir.  Nə  qədim 
keçmiĢdə,  nə  sonralar,  nə  də  müasir  dövrdə  heç  bir  dövlətin  əhalisi  yalnız  bir 
millətdən, 
yaxud  bir  etnosdan  ibarət  olmamıĢdır.  Ġndiki  Ermənistan 
respublikasından  baĢqa  belə  bir  dövlət,  yəqin  ki,  dünyada  yoxdur.  Bu  isə 
anomaliyadır, milli Ģikəstlik, baĢqa xalqlara inamsızlıq və nifrətdən doğan erməni 
eqoizmi, özünü tədric və özünü məhvə aparan milli məhdudluqdan yaranan siyasi 
korluqdur. 
Təbii  ki,  nə  Alban  xalqı,  nə  Sünik  xalqı  monoetnos  olmamıĢlar.  "Alban 
xalqı"  və  "Sünik  xalqı"  ifadələri  isə  sadəcə  həmin  ərazidə  yaĢayan  insanlar 
mənasındadır;  Ġndiki  azərbaycanlı,  amerikalı,  iranlı,  suriyalı  və  s.  mənalarda 
olduğu kimi. 
Sünik salnaməçisi Stefan Orbeliyan yazırdı:  "Onun zamanında Sünikdə  və 
Arsaqda  sünik  və  arsaq  dilində  danıĢırdılar".  Erməni  tarixçiləri  Stefanın  erməni 
olduğunu  iddia  edirlər.  Hərçənd  ki,  bu  fikir  çox  Ģübhəlidir,  amma,  gəlin  bunu  bir 
həqiqət  kimi  qəbul  edərək  Stefanın  məntiqini  izləyək:  Sünikdə  yaĢayan  erməni 
müəllifi  öz  əsərində  aydın  yazır  ki,  Sünikdə  onun  yaĢadığı  zaman  Sünik  dilində 
danıĢdılar. Diqqət edin: erməni dilində yox, sünik dilində! 
Sünikin,  eləcə  də,  bütövlükdə  Albaniyanın  erməni  torpağı  olduğunu  sübut 
etmək  üçün  dəridən-qabıqdan  çıxan  erməni  alimləri  N.Adons  və  S.Malxasyans 
tarixi  və  elmi  dəlillər  qarĢısında  aciz  qalaraq, belə  bir  yarımetiraf  etməyə  məcbur 
olmuĢlar:  "Bu  şübhəsizdir  ki,  Ermənistanın  Alban  əyaləti  Sünik  əhalisinə  görə 
Mərkəzi Ermənistandan fərqlənirdi. Sünikin tayfa xüsusiyyətləri həmsərhəd dağlıq 
ölkələrindən bura olan ardıcıl köç axını ilə müəyyənləşirdi" (146, 106). 
Erməni  müəllifləri  bu  qənaətə  gələrkən  nadir  hallarda  olsa  belə,  "tarixin 
məhkəməsi" qarĢısında "yalnız və yalnız həqiqəti" söyləyiblər. 
Son  vaxtlara  qədər  (indi  oranın  etnik  tərkibindən  xəbərimiz  yoxdur) 
Zəngəzur - xüsusilə, Sisyan və Qafan ermənilərinin nitqi Yerevan ermənilərindən 
xeyli fərqlənirdi. Hətta Sisyanın dağ kəndlərindən olan yaĢlı ermənilər danıĢırdılar 
ki, onların danıĢığını Yerevan və Leninakan (indi Gümri) erməniləri baĢa düĢmür. 
"Həmsərhəd dağlıq ölkələrdən Sünikə  köç  axını barədə  də  Adons və  Malxasyans 
haqlıdırlar,  yalnız  "kiçik"  bir  istisna  ilə:  dağlardan  Böyük  Qafqazın  o  üzündən 


44 
 
Cənubi Qafqaza, o cümlədən Sünikə  köç VIII əsrdə deyil, eradan öncə VII əsrdə 
gəlməyə  baĢlamıĢ  və  zaman-zaman,  ta  səlcuqlara  və  monqollara  qədər  davam 
etmiĢdir. Bu isə  tarixdə  "böyük  köç" adlanan türk axınının  Altaydan  və  Tibetdən 
Avropanın o baĢına kimi gedib çıxan, dünyanın mənzərəsini, xasiyyətini və qanını 
dəyiĢən  Atilladan  Teymuradək  davam  edən  türk  epoxasının  balaca 
Zəngəzurda əks-sədası idi. 
Sisyan azərbaycanlılarının belə bir sözü var: "Qəməranlı görmüĢük, beləsini 
yox".  Ġnsan  haqqında  mənfi  mənada  deyilmiĢ  bu  ifadə,  həmin  Ģəxsin  keyfiyyət 
xüsusiyyətləri ilə yanaĢı, qeyri-ordinar xüsusiyyətə malik tayfanın - qəmərlilərin - 
kimmerlərin haqqında, sisyanlıların onlara ta qədimdən bələdliyi haqqında dolğun 
informasiya verir. 
Zəngəzurda tez inciyən, küsəyən, qaynayıb-qarıĢmayan adam haqqında belə 
deyirlər: 
- "Filankəs çox dudurqayı adamdır". 
Nədir bu dudurqayı sözü? 
"Dudurqayı"  -  sifətdir. Ġsimdən düzəldilmiĢ  sifət.  Özü də  xüsusi isimdən  - 
Dudurqa  tayfasının  adından.  Dudurqa  24  oğuz  tayfasından  biridir.  Özü  də  bunu 
təkcə biz demirik, Mahmud KaĢkarlı (XI əsr) deyir, RəĢid Əd-din (XIV əsr) deyir, 
Əbülqazi (XVII əsr) deyir, bütün oğuz tarixi, bütün "Oğuznamə"lər deyir. Amma 
nə  Zəngəzur  erməniləri,  nə  Ġrəvan,  nə  Gümrü,  nə  Türkiyə,  nə  Suriya  erməniləri 
"dudurqa" sözünü anlamazlar, ən azı ona görə ki, Zəngəzurun qədim sakinlərindən 
olan  dudurqa  oğuzlarının  ermənilərə  aiddiyyəti  yoxdur.  Zəngəzur  torpağının  özü 
kimi. 
Syünikdə Ptolomeyin əsərlərində adı çəkilən mard (türkcə mərd-igid, cəsur, 
ədalətli  anlamındakı  söz  ermənilərdə  "mart"  -  adam,  kiĢi  anlamındakı  söz,  çox 
güman  ki,  mard  tayfaları  ilə  bağlıdır),  uz  (Sisyandakı  Uz  və  Murxuz  kəndləri, 
Qarabağda  Çiraquz,  Maqavuz),  Ud  (Urud,  Vaqud,  Ağud,  Kurud  və  s.  kəndlər), 
Hun  (Qafan  rayonunda  Hünüd,  Qubadlıda  Qunnalı,  Gorusda  Xunzirək)  tayfa  və 
qəbilələri  ta  bineyi-qədimdən  yaĢamıĢ,  zaman-zaman  bir-biri  ilə  həmçinin  eradan 
öncə  buraya  gəlmiĢ  türk  tayfaları  (prototürklər)  və  bizim  eranın  XI  əsrində,  o 
cümlədən,  Qafqazı  da  əhatə  edən  böyük  bir  imperiya  yaratmıĢ  Səlcuq  türkləri 
(oğuzlar)  ilə  qaynayıb-qarıĢaraq  Ģübhəsiz  ki,  islam  dininin,  ərəb  və  fars 
mədəniyyətinin  təsiri  altında  keyfiyyətcə  yeni  bir  etnosu  -  müasir  Azərbaycan 
türkünü formalaĢdırmıĢlar. 
Yoxsa  ki,  albanlar,  yaxud  sünik  xalqı  islamı  qəbul  edəndən  sonra  səlcuq 
oğuzlarının, səfəvilərin  və  osmanlıların təsiri ilə türkləĢmiĢlər  fikri olduqca səhv, 
antitürk və ermənipərəst bir fikirdir. 
 
 
 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə