Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə17/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   13   14   15   16   17   18   19   20   ...   138

37 
 
Sisakan  nəinki  erməni  torpağı  olmayıb,  əksinə,  həmiĢə  erməni  çarlığı  ilə 
münaqiĢə vəziyyətində olan, onunla mübarizə aparan bir Alban vilayəti olmuĢdur. 
Ümumiyyətlə,  demək  olar  ki,  bu  torpaqlarda  (bütün  Qafqaz  ərazisində  - 
müəl:) üç min ilə yaxın dövrdə müstəqil bir dövlət olmamıĢdır. Həm gürcülər, həm 
ermənilər, həm albanlar və azərbaycanlılar, gah Bizans, gah Parfiya, gah Ġran, gah 
Ərəb, daha sonralar isə Türk (moğollar, səlcuqlar, teymurilər, səfəvilər, osmanlılar) 
imperiyasının tabeliyində ən yaxĢı halda, yarım asılı vəziyyətdə olmuĢlar. 
Tarixi xronologiyaya nəzər salaq: 
E.ə VII əsr - Sakların və kimmerlərin (Saqat-qəmərlərin) Qafqaza gəliĢi 
E.ə 675-550-ci illər - Midiya (Maday) dövləti mövcud olmuĢ, Göyçə gölü 
də daxil olmaqla Kür-Araz aralığı bu dövlətin tərkibində olmuĢdur. 
E.ə 550-330-cu illər -  Əhəmənilər imperiyası dövrüdür ki, bu Ġran dövləti 
Ərməniyyəni,  ġərqi  Gürcüstanı,  Kür-Araz  çayları  arasındakı  əraziləri  iĢğal 
etmiĢdir.  Bisütun  kitabələrində  Əhəməni  hökmdarı  I  Daranın  adından  belə  bir 
məlumat yazılmıĢdır: 
"Mən ordu ilə Sak ölkəsinə, ucuşiş papaq qoyan saklara qarşı getdim. Çaya 
çatdım,  onu  ordu  ilə  keçdim.  Bundan  sonra,  sakları  darmadağın  etdim,  qalanını 
əsir tutdum. Skunxa adlı başçılarını tutub mənim yanıma gətirdilər. Mən başqasını 
onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu". 
Əhəmənilərin  hakimiyyətinin  son  dövrlərində  Albaniyadakı  xırda  tayfa 
ittifaqları  birləĢərək  Albaniya  dövlətini  yaratdılar.  Bu  dövlət  Əhəmənilərin 
hakimiyyətindən qismən asılı  idi, ona xərac verirdi və müharibə zamanı Əhəməni 
ordusunu hərbi dəstələrlə təchiz edirdi. Yarım müstəqil Alban dövləti gah tərəqqi - 
gah  tənəzzül  edərək  bizim  eranın  VIII  əsrinə  qədər  (705-ci  il)  -  Ərəb  xilafətinin 
Qafqaza gəliĢinə qədər mövcud olmuĢdur. 
E.ə  III  əsr  -  b.e  226-cı  ilinədək  Qafqazın  bir  çox  əraziləri,  o  cümlədən, 
indiki Zəngəzurun ərazisi Parfiya padĢahlığının tabeliyində olmuĢdur. 
226-651-ci  illərdə  fars  xanədanının  Sasanilər  sülaləsi  hakimiyyətdə 
olmuĢdur. 
656-889-cu  illər  -  Ərəb  xilafətinin  hökmranlığı  dövrüdür.  Bu  dövrdə 
Qafqazda  Ġslam  dövləti  yarandı,  Ġslam  dini  yayıldı.  Qafqaz  Albaniyasının  bütün 
vilayətləri  kimi,  Sünik  də  xilafətin  tabeliyinə  keçdi.  Albaniya-Arran,  Sünik  isə 
Sisəcan (Sisakan) adlandırılmağa baĢladı. 
Sünik IX-XI əsrlərdə Sacilər (889-942-ci illər), Salarilər (941-981-ci illər), 
ġəddadilər  (971-1088-ci  illər)  dövlətlərinin  tabeliyində  olmuĢdur.  Bu  dövrlərdə 
Ərməniyyənin  böyük  bir  hissəsi  yuxarıda  adları  çəkilən  dövlətlərin  tabeliyinə 
keçmiĢdi. 
XIII  əsrdə  Moğol-tatarlar  Qafqaza  gəldilər.  Qafqazı  və  Cənubi 
Azərbaycanı tutdular. Öz hakimiyyətlərini (hülakilər, elxanilər) yaratdılar. 
1385-ci  ildə  Əmir  Teymurun  ordusunun  Qafqazı  iĢğal  etməsi  ilə  bu 
ərazilərdə  uzun  illər  davam  edən  türk  hökmranlığı  dövrü  baĢladı,  Qafqaz,  Ġranın 


38 
 
çox  hissəsi,  ġərqi  Anadolu  bir-birini  əvəz  edən  Cəlairilər  (1385-1410), 
Qaraqoyunlular  (1410-1467),  Ağqoyunlular  (1468-1501)  hakimiyyətinin  təsiri 
altına düĢdü. 
1501-1590 - Səfəvilər dövləti - Böyük Azərbaycan yarandı. 
1590-1748  -  Qafqazın,  Anadolunun  və  Ġranın  bir  çox  əraziləri  kimi, 
Zəngəzur  mahalı  da  Osmanlı  və  Cənubi  Azərbaycan  (Səfəvilər,  Nadir  Ģah) 
türklərinin hakimiyyəti altında oldular. 
1748-ci  ildə  Qarabağ  xanlığı  yarandı.  Pənahəli  xan  Qarabağ  xanı  elan 
olundu.  Sisyan,  Qafan,  Tatev,  Meğri,  Güney,  Çəlbair,  Hacısamlı,  Kolair 
mahalları Qarabağ xanlığına daxil oldular. 
1806,  1813  və  1828-ci  illərdə  Kürəkçay,  Gülüstan  və  Türkmənçay 
müqavilələri ilə Qarabağ, Naxçıvan və  Ġrəvan xanlıqları Rusiyaya ilhaq edildi. 
1868-ci  il  -  Yelizavetpol  quberniyası  təsis  edildi  və  bu  quberniyanın  ən 
böyük ərazi-inzibati vahidi olan Zəngəzur qəzası yaradıldı. 
1920-ci il 1 dekabr - Zəngəzur Sovet Ermənistanına bağıĢlandı. 
Ġlk  baxıĢda  quru  görünən  bu  rəqəmlər,  əslində  böyük  bir  dövrün  tarixi 
salnaməsini  əks  etdirir.  Bu  quru  rəqəmlər  əslində  çox  Ģey  deyirlər.  Bu  quru 
rəqəmlər  bizim  Zəngəzur  torpağına  olan  sevgimizdən  və  özgə  torpağına  sahib 
çıxmıĢ  (özgə  atına  minmiĢ)  yadelli  və  yaddilli  qonĢulara,  daha  doğrusu,  onların 
apardığı siyasətə  münasibətimizdən  asılı olmayaraq  mövcuddur  və  nə  qədər tarix 
elmi yaĢayır, bu həqiqət də yaĢayacaqdır. 
"Sünik  qədim  erməni  torpağıdır"  -  fikri,  "Böyük  Ermənistan",  "dənizdən 
dənizə Ermənistan" müddəası qədər əsassız və cəfəng bir Ģeydir. 
Ġndi  isə  baxaq  görək  ki,  tarixdə  Erməni  dövlətinin  yeri  və  mövqeyi  necə 
olmuĢdur? 
Erməni tarixçiləri öz ölkələrinin tarixini öz soy-kökləri kimi o qədər qatıb-
qarıĢdırmıĢlar,  o  qədər  dolaĢığa  salmıĢlar  ki,  erməni  xalqının  və  dövlətinin  tarixi 
haqqında o qədər mistik, illüziyalı təsəvvür  yaradan məqamlar düĢünüb tapmıĢlar 
ki,  öz  dövlətlərini  və  milli  varlıqlarını  o  qədər  dövlət  və  millətlərə  calamıĢlar  ki, 
onların tarixi keçmiĢi haqqında birmənalı söz demək müĢkül bir iĢə çevrilmiĢdir. 
Dünyada təmiz qanlı bir nəfər də olsun erməni olmadığı kimi, ermənilərin 
mənĢəyi haqqında birmənalı fikir də yoxdur. 
Özləri  özlərini  hay  adlandıran  bu  milləti  hər  qonĢusu  bir  adla  çağırır: 
Gürcülər  -  somexi,  Kürdlər  -  filə,  azərbaycanlılar  -  erməni,  ruslar  -  armyani 
adlandırırlar. Buradan görünür ki, bu millətin əsl adı "hay" olsa da, digər adlar ona 
kənardan  veriləndir  və  həmin  xalqa  mənsubluqdan  çox  onlara  qonĢularının 
münasibətini ifadə edir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  "haylar"  və  "ermənilər"  (əslində 
"ərmənlər")  kökü  tamamilə  ayrı  olan  etnoslardır  və  ərmənlərdən  fərqli  olaraq, 
hayların tarixi e.ə IV əsrdən o yana keçmir. Baxmayaraq ki, ermənilər özlərini Nuh 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə