Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə15/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   11   12   13   14   15   16   17   18   ...   138

32 
 
Nüvədi kitabələri. 
 
dair 3 cild foto-albom düzəldir, onları bir neçə dilə tərcümə edir və belə bir cəfəng 
iddia  irəli  sürür  ki,  ġəki  qayaüstü  abidələri  erməni  xalqına  məxsusdur,  həm  də 
bütün  Qafqazdakı  qayaüstü  təsvirlər  məhz  ġəki  abidələrinin  təsiri  altında 
yaranmıĢdır - bizim alimlərimiz isə düz qırx ildir ki, susurlar. 
Susmamaq üçün heç də böyük alim olmaq gərək deyil, sadəcə böyük ürəyə 
malik təpərli türk olmağımız kifayətdir ki, belə iftiralara cavab verək. Əsasımız isə 
kifayət  qədərdir;  əvvəla,  eradan  əvvəl  III  minilliyə  qədər  Zəngəzurda  Maday 
(Midiya)  dövləti  hakim  olub  ki,  bu  dövlətin  ermənilərə  dəxli  yoxdur.  E.ə.  III 
minillikdən  baĢlayaraq  ta  islamın  gəliĢinə  qədər  Sisakan  (Syünik)  bölgəsi  Alban 
knyazlığı olub ki, bunun da ermənilərə dəxli yoxdur. Ġkincisi, təxminən 6 min illik 
böyük bir dövrü əhatə edən 750-dən artıq Qobustan qayaüstü təsviri necə ola bilər 
ki,  ondan  sonra  yaranan  və  iki  minilliyi  əhatə  edən  15-20  ədəd  ġəki  abidəsinin 
təsiri altında yaransın? 
ġəki  qayaüstü  təsvirlərindən  danıĢarkən  qeyd  etmək  lazımdır  ki,  həmin 
dövrə aid petroqliflərə Zəngəzurda çox yerdə rast gəlinir. Urud kəndində Gığı dərə 
deyilən  yerdə  4-5 iri  sal  qaya üzərində  eyni ilə belə  öküz  və  at təsvirləri  var idi. 
Eyni zamanda Qafan və Meğri rayonlarında da tədqiq edilməmiĢ qədim dövrə aid 
qaya üstü təsvirlərin olması barədə məlumatlar vardır. 
 
Nüvədi kitabələri 
 
Zəngəzurun qədim insan məskəni olmasını, bu insanların mənĢəcə kimliyini 
bir daha təsdiq edən qiymətli maddi abidələrdən biri də Nüvədi kitabələridir. Bu 
kitabələri  aĢkar  edən,  onları  iĢığa  çıxardan,  vətəni  tərk  etmək  məcburiyyətində 
qalanda  həmin  daĢ  kitabəni  də  kürəyində  Bakıya  gətirən,  elmi  diskusiyaların 
mövzusuna çevirən qeyrətli vətən oğlu, cəfakeĢ ziyalı 
və  qələm  sahibi  Həmzə  Vəlinin  ruhuna  rəhmət 
diləyərək  onun  "Nüvədi  kitabələri"  kitabından  bəzi 
parçaları burada verməyi gərəkli sayıram: 
1985-ci  ildə  Nüvədi  kəndinin  Qarqadaşı  adlı 
dağında  bir  naməlum  yazı  həkk  olunmuş  daş 
parçasına  rast  gəldim.  Daşın  bir  hissəsinin  sındığını 
təyin  edib  itmiş  parçanı  axtarmağa  başladım.  Bu 
axtarışla altı belə yazılı kitabəni də tapdım. Yazı eyni 
rəngdə  olan  olduqca  möhkəm  bazalt  daşlara  həkk 
olunmuşdur.  Təəssüf  ki,  bu  qədim  kitabələrin  daş 
səhifələri  uçub  dağılmış,  əksəriyyəti  itib-batmışdır.  Yazılar  üzərində  heç  bir  iş 
aparılmamış  adi  daşlarda  həkk  edilmişdir.  Kitabələrin  ən  böyüyünün uzunluğu  1 
m, eni 70 sm, kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-ə çatır. 
İndiyədək  məlum  olan  Şumer,  Sinay,  Xannaney-Finikya,  Hörmüz,  Ərrindi, 
Diskoridos, Kəsəc, Aramey, Qədim Yunan, Pəhləvi, Filados, Uyğur, Soqd, Monqol 


33 
 
və  "Alban"  (Arran)  əlifbaları  ilə  müqayisəli  araşdırmalar  göstərir  ki,  Nüvədi 
Qarqadaşı kitabələrindəki yazı bunların heç birinə oxşamır. Eyni bir işarənin bir 
neçə daşda təkrarı və bir daşdan digərinə adlayan yazı güman etməyə əsas verir ki
vaxtilə divar kimi düzülmüş üzü hamar daşların hamısında yazı varmış. Yan-yana 
divar kimi təbii hörülmüş daşların tədricən uçub-dağıldığı və ya qəsdən dağıldığı 
bu  kitabələrin  bəzilərinin  dığırlanıb  uzaqlara  düşdüyü  məlum  olur.  Kitabələrin 
yazılarından  təyin  etmək  olur  ki,  bəzilərindəki  yazılar  sağdan  sola,  bəzilərində 
yuxarıdan aşağıya, bəzilərində yuxarıdan sağa və təkrarən sola yazılmışdır. 
Daşların  oyma  texnikası  barədə  söz  söyləmək  çətindir.  Çox  güman  ki, 
yazılar  biz  şəkilli  metal  alətlə  oyulmuşdur.  Diqqətlə  baxanda  oyuqların  içində 
alətin  biz  şəkilli  ucunun  yerləri  bilinir.  Yazıların  hər  yerində  eni  0,2-0,3  sm, 
dərinliyi isə 3-4 mm-ə çatır. 
Yazıların oxunması üçün ilk  növbədə  onun hansı xalqa  mənsub olduğunu, 
hansı  dildə  yazıldığını  aydınlaĢdırmaq  lazımdır.  Bunun  üçün,  ilk  tutarlı  dəlil 
kitabənin tapıldığı dağın adıdır. - QarqadaĢı dağı. 
Nüvədi  "QarqadaĢı  abidəsi"  Azərbaycan  xalqının  (türkdilli  xalqının)  ən 
qədim  yerli  əcdadı  olan,  Cənubi  Zaqafqaz  və  Orta  Asiya  ərazilərində 
məskunlaĢmıĢ  qarqarlara  məxsusdur.  Kitabənin  dili  türk  mənĢəlidir.  Yazılarda 
ġumer  sözü  də  iĢlənmiĢdir.  Bu  da  kitabənin  qədimliyinə  dəlalət  edir  (63, 13; 15; 
18). 
QoĢundaĢ abidəsi 
 
Bu daĢ abidə  eramızdan öncə ikinci  minilliyə  aid olub. Sisyan rayonunda, 
köhnə  Qarakilsə  kəndi  (indiki  Sisyan)  ilə  Qızılcıq  kəndinin  arasındakı  yastı 
təpəlikdə  yerləĢir.  QoĢundaĢ  abidəsi  çoxlu  sayda  yerə  bitili  və  dik  dayanmıĢ 
nəhəng  daĢlardan  ibarətdir.  DaĢlar  dairəvi  formada  sanki  iki  min  il  öncə  nəhəng 
insanların fövqəl-insan qüvvəsi ilə yerə "sancılmıĢdır". 
DaĢların  hündürlüyü  təxminən  1,5-2,2  m,  eni  60-80  sm-dir.  Bəzi  daĢların 
üzərində  bir,  ya  bir  neçə  dəlik  açılmıĢdır.  Çox  güman  ki,  bu  dəliklər  həddindən 
artıq ağır olan daĢların qoĢqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuĢdur. 
DaĢ  dairənin  içərisində  alçaq  kurqan  vardır.  Bu  ərazidə  bir  neçə  yerdə 
qazma damların qalıqları indi də qalmaqdadır. Damların divarları iri ağır qayalarla 
kifayət qədər səliqəli hörülmüĢ, üstü nəhəng sal daĢlarla örtülmüĢdür. 
Sisyan  azərbaycanlıları  arasında  yayılmıĢ  bir  rəvayətə  görə  bu  yerlərdə 
vaxtilə  çox  nəhəng  və  güclü  insanlar  yaĢamıĢlar.  Bu  insanlar  oğuzların  ulu 
babaları imiĢlər. QoĢundaĢ isə bir döyüĢdə həlak olmuĢ əsgərlərin qəbirləridir. DaĢ 
dairənin  içərisindəki  kurqanlar  isə  qoĢun  baĢçılarına  məxsusdur.  QoĢundaĢ 
abidəsinin  ətrafında  aparılan  qazıntı  zamanı  burada  müxtəlif  insan  sümükləri, 
məiĢət və döyüĢ alətləri tapılmıĢdır (184). 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə