Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə16/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   12   13   14   15   16   17   18   19   ...   138

34 
 
Bir para erməni alimləri isə QoĢundaĢı qədim rəsədxana hesab edirlər. Guya 
ki,  2000  il  öncə  burada  qeyd  olunan  daĢların  köməkliyi  ilə  (?!)  ayı  və  günəĢi 
müĢahidə edirlərmiĢ. 
Ancaq  QoĢundaĢın  hansısa  astronomik  məqsədlərlə  yaradılması  fikri  ağıla 
batan deyildir. Ən azı ona görə ki, bu yer çox vaxt dumanla örtülü olur, həm də o 
qədər də hündürlükdə deyildir və ayın, yaxud günəĢin daĢlar vasitəsilə müĢahidəsi 
barədə  hələlik  elmə  məlum  olan  təcrübə  yoxdur.  Digər  tərəfdən  əgər  bu  daĢlar 
astronomik  rəsədxana  məqsədi  daĢıyırdısa,  onda  kurqanlar  qəbirlər  və  yaĢayıĢ 
məntəqələrinin qalıqları və s. elmi faktlar bu fikri nəinki təsdiq etmir, əksinə belə 
gümanları daha da zəiflədir. 
QoĢundaĢ abidələri barəsində daha bir ibrətamiz hekayət də vardır: 
Deyilənlərə görə çox qədim zamanlarda Sisyanda həddindən artıq zalım bir 
padşah  yaşayırmış.  Bu  zalımın  zülmündən  cana  doyan  rəiyyət  Tanrıya  üz  tutub 
yalvarır  ki,  "bizi  ya  quş  elə,  ya  daş  elə,  təki  bu  əzabdan  qurtar".  Tanrıdan  səda 
gəlir  ki,  quş  olmaq  istəyənlər  gərək  birdəfəlik  uçub  getsinlər  və  bir  daha  bu 
torpağa  qayıtmasınlar.  İnsanların  bir  hissəsində  vətən  məhəbbəti  üstün  gəlir. 
Onlar  quş  olub  vətənsiz  yaşamaqdansa,  daş  olub  Ana  yurdda  qalmağı  üstün 
tuturlar  və  halay  vurub  Tanrıya  dua  etdikləri  yerdəcə  daş  surətində  əbədiyyətə 
qovuşurlar". 
Öz soy-kökü ilə Sisyan torpağına bağlı olan xalq Ģairi ulu Məmməd Arazın 
"Vətən  daĢı  olmayandan  Olmaz  ölkə  vətəndaĢı",  -  deyərkən  yəqin  ki,  gözlərinin 
önündən qədim Zəngəzurun QoĢundaĢ abidələri gəlib keçmiĢdir. 
QuĢa dönmək kiĢi sənəti deyildir! QoĢundaĢca da olmadıq! 
Tanrı günahımızdan keçəcəkmi? 
 
ĠĢıqlı dağı və Nuh əfsanəsi 
 
Bizim  tərəflərdə  naməlum  tarixlərdən  bəri  dillərdə  dolaĢan  bir  əfsanə  də 
olduqca məĢhurdur. Bu Zəngəzur silsiləsinin Sisyan ərazisindəki ən yüksək zirvəsi, 
baĢı buludlardan yuxarı dayanan ĠĢıqlı dağı, Nuh tufanı və Nuhun gəmisi haqqında 
əfsanədir. 
Yerin  üzünü  su  alanda  Nuh  peyğəmbər  hər  canlıdan  bir  cütünü  götürüb 
özünün  düzəltdiyi  tufanlara  sinə  gərmək  qüdrətində  olan  sehrli  gəmisinə  minir. 
Dalğalar gəmini batıra bilmir və Nuhun gəmisi günlərin birində bir dağ zirvəsinə 
toxunur. Qəfil zərbədən sarsılan Nuh peyğəmbər deyir: 
 
- Nə ağır dağdır! 
 
O gündən bu dağın adı Ağrı dağ qalır. 
Bir az keçmiĢ, gəmi baĢqa bir dağla toqquĢur. Nuh bu dəfə belə deyir: 
-  Ġnan ki, dağdır. Türklər bu dağı "Ġlanlı dağ" adlandırırlar. 
Nəhayət, gəmi iĢıqlı bir dağın zirvəsində dayanır. Nuh peyğəmbər ilk dəfə 
burada iĢıqlı dünyaya çıxaraq, torpağa qədəm basır və deyir: 


35 
 
-  Nə iĢıqlı dağdır! 
Türklər bu dağın adını ĠĢıqlı dağ qoyurlar. 
ĠĢıqlı  dağı  buludlardan  yuxarı  olduğundan  onun  zirvəsində  həmiĢə  günəĢ 
parıldayır. Çox güman ki, "ĠĢıqlı" adı da elə buradan götürülübdür (110). 
Mən bilmirəm, tarixdə Nuh tufanı olubmu? 
Mən bilmirəm, tarixdə Nuhun gəmisi olubmu? 
Mən  bilmirəm,  ümumiyyətlə,  tarixdə  Nuh  adında  peyğəmbər 
yaĢayıbmı? 
Bildiyim  odur  ki,  ağlım  kəsəndən  eĢitdiyim  bu  əfsanənin  min  illərlə  yaĢı 
vardır.  Bu  bir  türk  əfsanəsidir.  Və  bu  əfsanədəki  dağ  adlarının  hamısı  təmiz 
Azərbaycan  türkcəsindədir.  Bu  əfsanə  min  illərcə  burada  yaĢamıĢ  Azərbaycan 
türkünün dünyaya mifik-fəlsəfi baxıĢının məhsuludur. 
Hərdən  mənə  elə  gəlir  ki,  içərisində  yaşadığımız  son  15  il  dədə-baba 
yurdlarımızı selə-suya qərq edən Nuh tufanıdır. Biz Qərbi Azərbaycan türkləri isə 
Nuhun gəmisinə - paytaxtı Bakı olan Ana Azərbaycana sığınmış bəşər övladlarıyıq. 
Bu  sehirli  gəmini  -  Azərbaycan  dövlətini  yaratmış  və  tufanların,  qasırğaların 
ağzından  böyük  məharətlə  qurtarmış,  milləti  işıqlı  dünyaya  çıxartmaq  üçün 
gecəsini-gündüzünə  qataraq,  yorulmadan  çalışmış  fövqəl  insan,  sözü  və  əməli 
işıqla  dolu,  Tanrının  xilaskarlıq  missiyası  ilə  Yer  üzərinə  göndərdiyi  Nuh 
peyğəmbər isə ümummilli liderimiz Heydər Əliyevdir. 
İnşallah,  o  gün  gələcək  ki,  biz  Ağrı  dağdan,  İlanlı  dağa,  oradan  isə  İşıqlı 
dağa  qədəm  basacağıq  və  Vətən  torpağının  müqəddəsliyi  qarşısında  diz  çökərək, 
deyəcəyik: 
- Biz, işıqlı dünyaya çıxdıq! 
 
SĠSAKAN SAKLARIN ÖLKƏSĠDĠR 
 
Azərbaycanın  taleyi  belə  gətirmişdir  ki,  coğrafi-siyasi  mövqeyinə  görə  o, 
həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox 
güclü təsirini öz üzərində hiss etmişdir. 
Heydər ƏLĠYEV 
 
1920-ci  il  noyabrın  29-da  Sovet  Rusiyasının  hərbi  və  siyasi  dəstəyi  ilə 
sahəsi  9  min  kv.  km  olan  Ermənistan  Sovet  Sosialist  Respublikası  yaradıldı. 
Həmin il dekabr ayının 1-də  Azərbaycanın Zəngəzur vilayətinin ərazisinin böyük 
bir  hissəsi  -  Qafan,  Meğri,  Gorus  və  Sisyan  rayonları  "qonĢu  və  qardaĢ"  Sovet 
Ermənistanına  pay  verildi.  Naxçıvan  Azərbaycandan  ayrı  düĢdü.  Zəngəzur 
torpaqları itirildi, burada yaĢayan Azərbaycan türkləri taleyin umuduna buraxıldı. 
Zəngəzur ermənilərə verildi... 
Dərələyəz ermənilərə verildi... 
Ġrəvan ermənilərə verildi... 


36 
 
Göyçə ermənilərə verildi!!! 
Verildi və unuduldu. Verildi və hər Ģey bitdi, qurtardı, yaddan çıxdı. 
Təəssüf,  min  təəssüf  ki,  1920-ci  ildən  ta  1988-ci  ilə  qədər  Azərbaycan 
siyasəti,  Azərbaycan  elmi,  Azərbaycan  mədəniyyəti  Zəngəzuru,  eləcə  də  bütün 
Qərbi Azərbaycan torpaqlarını unutdu.  Zəngəzurun  nə  tarixi,  nə  etnoqrafiyası,  nə 
gələcək  taleyi  heç  kəsi,  hətta  ancaq  yaydan-yaya,  dincəlməyə  gələndən-gələnə 
buraya  dönən  Zəngəzur  ziyalılarını  da  düĢündürmədi,  hər  halda  lazımi  qədər 
düĢündürmədi. 
Yüz illərlə addım-addım məkrli niyyətlərini həyata keçirən erməni siyasəti 
isə fürsəti fövtə vermədi. Erməni tarixçiləri yeni bir tarix uydurdular. Zəngəzurun, 
Ġrəvanın  yalançı,  ermənipərəst  "tarixini"  yaratmağa  cəhd  göstərdilər  və  həmin 
cəhdlər bu gün də davam etməkdədir. 
Qədim  mixi  və  türk  yazılarının  güzgüdə  əksindən  özlərinə  əlifba 
düzəltdirdikləri  kimi,  qədim  türk  tarixini  də  güzgüdə  dünyaya  göstərərək  guya 
erməni "tarixi" yaratdılar. 
Ölünün üzünə güzgü tutarlar. Türkün tarixi isə ölü tarix deyil, dinamikada, 
inkiĢafda  olan  tarixdir.  Qılıncla  yazılan  tarixi  qələmlə  vərəqlərə  köçürməyə  uzun 
müddət vaxtımız olmayıb, son 200-250 ili isə letargiya yuxusuna getmiĢik və çox 
Ģeyi itirmiĢik. Ġndi isə oyanmaq, qalxmaq, geriyə dönüb baxmaq və sürətlə irəliyə 
getmək vaxtı gəlib çatmıĢdır! 
Ġndi  isə  gəlin  Zəngəzurun  qədim  tarixinə  baxaq,  ermənilər  kimi  güzgüdən 
baxmayaq,  sadəcə,  bir  az  günəĢ  iĢığı  salaq,  bir  az  elmin,  məntiqin  və  həqiqətin 
iĢığında bu qədim torpağın keĢməkeĢli həyatını izləyək. 
Bizim eradan əvvəl VII əsrdə türk dilli (prototürklər) sakların, kimmerlərin 
Cənubi Qafqaza, o cümlədən, indiki Zəngəzurun ərazisinə axını baĢladı. Sakların, 
kimmerlərin,  yerli  uti,  ud,  sod,  mar,  qarqar,  leq,  qel,  uz  və  s.  tayfalarla 
qaynayıb qarıĢmasından e.ə. IV əsrdə Alban dövləti yarandı (146, 42). Albaniyanın 
ərazisi  qərbdə  Ġberiya  (Gürzan)  və  Ərməniyyə  ilə,  ġimalda  Sarmatiya  (Dağıstan) 
ilə, ġərqdə və Cənubda Atropatena ilə həmsərhəd idi. Paytaxtı əvvəl Qəbələ, sonra 
isə  Bərdə  Ģəhəri  olan  Albaniya  dövlətinin  ən  böyük  vilayətlərindən  biri  Süni, 
yaxud  Sisakan  idi.  Bəzən  deyirlər  ki,  Süni  (Sünik)  bu  ərazinin  erməni 
mənbələrindəki  adı,  Sisakan  isə  farsca  adını  bildirən  sözdür.  Elə  buradaca  qeyd 
edək ki, həm Süni, həm də Sisakan sözü türk sözüdür. 
Eradan  əvvəl  IV  minillikdə  Çində,  indiki  uyğurların  yaĢadığı  ərazidə 
Syunnu adlanan türk tayfaları yaĢamıĢ, sonra bu tayfalar Orta Asiyaya, Qara dəniz 
sahillərinə  və  Qafqaza  yayılmıĢlar  (55,  77).  Bunlar  sak,  iskit,  yaxud  skif 
adlandırılan Saqa (Saqat) boyuna qohum tayfalar idilər. Saqaların e.ə. VII əsrdə 
məskunlaĢdığı  və  uzun  əsrlər  hökmran  olduğu  bir  ərazinin  Sünik  (sünilərin 
məskəni)  adlandırılması,  bu  yerlərin  Sis  (qədim  türkcə:  -  yaĢıl  meĢəli  dağlıq 
yaĢayıĢ  yeri)  +  Sak  (türk  tayfaları)  +  An  (məkan  bildirən  Ģəkilçi)  sakların 
yaĢadıqları, yaĢıl, meĢəli ərazi adlandırılması qədər təbii və məntiqi idi (42, 220). 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə