Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə14/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   10   11   12   13   14   15   16   17   ...   138

30 
 
gedirlər,  bu  dağdan  uçub  qarşıdakı  ən  uca  dağa  düşürlər,  uçarkən  gözəl  səs 
çıxarırlar,  onları  ovlamaq  çətindir.  Ətinin  tayı  bərabəri  yoxdur,  yazda-yayda 
vuranda  ətindən  soğan  iyi  gəlir,  dağların  döşündə  ancaq  soğan  bitir,  başqa  ot 
tapmaq  olmaz,  onlar  da  məcbur  olub  soğan  yeyirlər.  Dag  döşündə  bitən  soğan 
mədəni əkilən soğanla eynidir, kök yumrusu isə çoxillikdir, çürümür, hər il həmin 
kökdən soğan bitir. Ovçular,  çobanlar o soğandan istədikləri qədər yığıb gətirir, 
qurudub qışa saxlayırdılar (95, 89). 
 
TARĠXDƏN QOCA TORPAQ 
 
Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən 
biridir.  Burada  həyat  çox  erkən  yaranmışdır  və  Azıx  mağarasında  tapılmış 
azıxantrop  Azərbaycanın  ən  qədim  ibtidai  insan  məskənlərindən  biri  olmasını 
sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-
Araz  və  Xocalı  mədəniyyətlərinə  aid  maddi-mədəniyyət  nümunələri,  Kurqan 
tapıntıları  sübut  edir  ki,  hətta  miladdan  əvvəlki  minilliklərdə  də  Azərbaycanda 
inkişaf etmiş mədəniyyət mövcud olmuşdur. 
Heydər ƏLĠYEV 
 
Qafqazın  dünyada  ən  qədim  insan  məskənlərindən  biri  olması  elmi  fakt 
kimi çoxdan təsdiq olunmuĢ tarixi həqiqətdir. Təbii ki, sürü halından icmaya, yəni 
cəmiyyətə  keçənə  qədər  insan  aləmi  uzun  bir  tarixi  dövr-evolyusiya  prosesi 
yaĢamıĢdır  və  Qafqazın  da  hər  yerində  insan  populyasiyası  eyni  vaxtda 
məskunlaĢmamıĢdır.  Ġnsan  özünü  dərk  edəndən  və  ətrafdakı  digər  canlılardan 
özünün  keyfiyyət  fərqini,  yəni  nitq  və  Ģüur  fərqini  anlayandan,  canlı  aləmin  ən 
elitar  nümayəndəsi  Homo  sapiens  mərhələsinə  qədəm  qoyandan  sonra  təbiətə 
uyğunlaĢmaqla  yanaĢı,  ətraf  mühiti  özünün  maraqlarına  uyğunlaĢdırmağa,  təbii 
seçmə yolu ilə gedən mübarizədə Ģüurun və təcrübənin verdiyi üstünlükdən istifadə 
edərək öz həyatı üçün daha əlveriĢli mövqelər əldə etməyə baĢladı. Ġbtidai insanlar 
yaĢayıĢ  yerləri  seçərkən  qida  və  su  mənbələrinin  bolluğunu,  həyatın 
təhlükəsizliyini,  xüsusilə,  digər  icmaların  hücumlarından  müdafiə  imkanlarının 
geniĢliyini  yayın  istisindən,  qıĢın  soyuğundan,  yazın  və  payızın  Ģiddətli 
yağıĢlarından qorunmağı mümkün edən təbii Ģəraiti nəzərə alırdılar. 
Belə Ģərait üçün isə ən əlveriĢli yer dağlıq və dağətəyi ərazilər sayılır. Təbii 
istehkamların - kaha və mağaraların, gizlənməyə və daldalanmağa etibarlı səngər 
rolu  oynayan  nəhəng  qayaların,  yağıĢ  suyunu  dolça  kimi  yığıb  saxlayan  iri 
çalaları  olan  sal  daĢların,  keçilməz  sıx  meĢələrin,  gur  bulaqların  və  dumduru 
çayların  bol  olduğu  Zəngəzur  ərazisi  bu  mənada  ilk  insanların  məskunlaĢması 
üçün ən əlveriĢli regionlardandır. Ona görə də, bütün kiçik Qafqaz sıra dağlarının 
ətəkləri kimi Zəngəzur silsiləsi də ilk insan məskənlərindən sayılır. Zəngəzurun 
ilk insan məskənlərindən olmasını sübut edən tarixi abidələr,  arxeoloji tapıntılar 


31 
 
kifayət qədərdir. Bunların bəziləri haqqında ətraflı danıĢmağı lazım bilirik. Çünki, 
Azərbaycan  oxucusunun  Zəngəzurun  qədim  tarixi  haqqında  bilgiləri  ya  çox  cüzi, 
ya da yox dərəcəsindədir. 
 
ġəki qayaüstü təsvirləri (Uxtasar) 
 
Sisyan rayonunun ġəki kəndinin iki min ilə yaxın və bəlkə də daha çox yaĢı 
vardır.  ġəki  sözü  eramızdan  əvvəl  VII  əsrdə  Qafqaza  gəlmiĢ  saka  (saqat)  türk 
boyunun  adı  ilə  bağlıdır.  (46,  439)  Ötən  əsrin  40-50-ci  illərində  ġəki  kəndində 
tapılan qayaüstü Ģəkil abidələri Zəngəzurun qədim tarixinə bir daha iĢıq saldı (168, 
112). 
Sisyan  rayonunun  ġəki  və  Sarnaqunk  (1946-cı  ilədək  Saybalı)  kəndlərinin 
yaylaq  yerləri  sayılan  (dəniz  səviyyəsindən  3000-3300  m.  hündürlükdə  yerləĢən) 
Dəvəboynu  (ermənicə  Uxtasar)  və  Təgəzür  dağlarında  iri  sal  qayalar  üzərində 
müxtəlif  quĢ,  heyvan,  ox,  kaman  Ģəkilləri  cızılmıĢ  bu  qayaüstü  rəsmlər  eyni  ilə 
Qobustan  və  Gəmiqaya  abidələrinin  oxĢarıdır.  Bu  abidələrin  təxminən  eradan 
əvvəl IV-V minilliyə aid olması güman edilir (189). 
Lakin,  bizi  maraqlandıran  məsələ  təkcə  ġəki  kəndində  7  min  il  öncə  insan 
yaĢaması  faktı  deyildir.  Bizi  maraqlandıran  odur  ki,  ġəki  kəndindəki  qayaüstü 
Ģəkillər  Naxçıvandakı  Gəmiqaya  təsvirləri  ilə,  Kerç  yaxınlığındakı  Kül  oba 
kurqanındakı  qayaüstü  Ģəkillərlə,  Qazaxıstan,  Sibir-Altay,  Urmiya,  Volqa  ətrafı 
və  s.  yerlərdə  tapılmıĢ,  türk  soyu,  türk  kökəni,  türk  totemi  ilə  bağlı  abidələrlə 
oxĢardır.  Məlumdur  ki,  dünyada  atın  əhliləĢdirilməsi,  atın  minik,  nəqliyyat,  yük 
daĢıma,  qida  vasitəsi  kimi  geniĢ  istifadəsi  türk  tayfalarının  adı  ilə  bağlıdır.  At 
südündən  hazırlanan  sərinləĢdirici  içkini  -  qımızı  türk  xalqlarından  baĢqa  heç  bir 
xalq  içmir.  Məhz  buna  görə  qədim  tarixi  mənbələrdə  hər  hansı  türk  dilli  tayfanı 
xarakterizə  edəndə,  digər  əlamətlərlə  yanaĢı  "qımız  içənlər"  ifadəsi  də  iĢlənirdi. 
Qədim  yunan  tarixçisi  Strabon  yazırdı:  "Köçəri  Skitlər  içində  kumıs  içən  boylar 
var ki, onlar öz ədaləti ilə başqalarından yüksəkdirlər" (12; 6, 3, 9). 
Bizi  maraqlandıran  odur  ki,  ġəki  abidələrinin  yarandığı  yerlər  də 
(Zəngəzur və ġəki), Qobustan abidələrinin ətrafları da (Pirsaat və Sanqaçal) qədim 
türk boyları Saqatların (sakların) və Zəngilərin adı ilə bağlıdır. 
Bizi maraqlandıran odur ki, türk tayfalarının ən qədim inanclarından biri 
(onqon)  tibet  öküzüdür  və  həmin  Ģəkil  ġəki  qayaüstü  təsvirlərində  öz  əksini 
tapmıĢdır. 
Bizi  maraqlandıran  odur  ki,  eradan  əvvəl  IV-III  minilliklərdə  tunc 
dövründən dəmir dövrünə  keçid türkdilli xalqlardan baĢlayıb və onların ilk dəmir 
aləti  kimi iĢlətdikləri ox ucluqları  olubdur ki,  həmin dəmir uclu oxların qayaüstü 
təsvirləri ġəki abidələrində bu günümüzə gəlib çıxmıĢdır. 
Bizi  həm  də  daha  çox  qayğılandıran  odur  ki,  Pavel  Safoyan  adlı  bir 
erməni  alimi-biəməl  hələ  Sovet  hakimiyyəti  vaxtında  15-20  qayaüstü  təsvirlərə 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə