Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə10/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   6   7   8   9   10   11   12   13   ...   138

22 
 
Maraqlıdır ki, kimmerlər ərməni (əsasən Van gölü ətrafında  məskunlaĢmıĢ 
ərmənlərin  -  bunlar  haylar  deyillər!)  etnosunun  formalaĢmasında  da  iĢtirak 
etmiĢlər. 
Saqa  və  qəmərlərlə  bağlı  yer-yurd  adları  da  Zəngəzurda  kifayət  qədərdir. 
Sisyan  rayonunda  Sisyan,  ġəki,  ġükər,  Püsək,  Gomur,  Qafan  rayonunda 
Gomaran  yaĢayıĢ  məntəqələri  məhz  sak  və  kimmerlərlə  bağlı  tarixi  sirləri 
indiyədək  gizləyib  saxlamıĢ,  lakin  bizim  öz  tariximizə  qarĢı  olan  ənənəvi 
biganəliyimiz  ucbatından  öyrənilməmiĢ,  yad  əlinə,  yağı  tapdağına  keçmiĢ  milli-
mənəvi itkilərimizdəndir. 
Zonada digər böyük türk tayfalarının (peçeneq, suvar, yaycı, sofulu, saral, 
qiqili)  adlarını  daĢıyan  Piçənis  (ġahbuzda  Biçənək),  Sofulu,  Sarallı,  Gığı, 
Suvarlı, Yaycı və s. yaĢayıĢ məntəqələrinin olması da buranın aborigen əhalisinin 
məhz Azərbaycan türklərinin olduğunu sübut edən danılmaz tarixi dəlillərdir. 
Zəngəzurdakı yer-yurd adlarının bəziləri islamla bağlı və ərəb-fars mənĢəli 
adlardır:  ġıxlar,  Mollalı,  Müsəlləm,  Pirdovdan,  Sənçərli,  ġəhərcik,  Ərəbxana, 
ġam, ġamsız, Məzrə, Məliklər və s. 
Zəngəzurdakı bəzi yaĢayıĢ məntəqələrinin tarixi isə çox qədimdir. Eramızın 
əvvəllərində, hətta, müasir eradan qabaqkı minilliklərdə mövcud olmuĢ və öz tarixi 
keçmiĢini  və  mənsubluğunu  adında  yaĢadan  Urud,  Vağudi,  Ağudi,  Dovrus, 
ġurnuxu,  ġabadin,  Qurdqalaq,  Gorus  və  s.  kimi  toponimlərin  izahını  vermək 
xeyli çətindir. 
Ümumiyyətlə,  demək  olar  ki,  apardığımız  ətraflı  tarixi,  etnoqrafik, 
linqvistik,  toponomik  tədqiqatlar  tam  qətiyyətlə  deməyə  əsas  verir  ki,  bir  neçə 
kəndi  çıxmaqla,  Zəngəzurda  erməni  mənĢəli  heç  bir  topomorfant  yoxdur. 
Ermənilik Zəngəzura ruslar Qafqaza gələndən sonra, xüsusilə, 1828-ci ildən sonra 
gəlmiĢdir və yəqin ki, ruslar Qafqazdan gedənə qədər qalacaqdır. 
 
Zəngəzur haradır? 
 
Məlum olduğu kimi, Zəngəzur dağlıq ölkədir. Zəngəzurun coğrafiyasından 
danıĢarkən  qeyd  etmək  lazımdır  ki,  Zəngəzur  Rusiya  imperiyasının  daxilində  bir 
inzibati ərazi vahidi - qəza kimi yaranandan çox-çox əvvəl, hələ XIV əsrdə coğrafi 
ərazi  kimi  mövcud  olmuĢdur  (Sünik  əyalətinin  Ģərq  hissəsi  olaraq).  Orta  əsrlər 
erməni tarixçisi Moisey Xorenski Sünikin hüdudlarını belə göstərirdi: Sünik Göyçə 
gölündən  Araz  çayının  dar  dərədən  dəhşətli  gurultu  qoparaq  sürətlə  düzənliyə 
axdığı yerə qədər uzanan bir ərazidir (13, I kitab, 12). 
Azərbaycan  Rusiyaya  ilhaq  edilənə  qədər  Zəngəzur  adı  bir  coğrafi 
məkan  olaraq  ara-sıra  xatırlanırdı.  Bu  dövrə  qədər  Zəngəzur  Ġrəvan, 
Naxçıvan və Qarabağ xanlıqlarının tərkibində mahal kimi mövcud olmuĢdur. 
Çar  Rusiyası  öz  sərhədlərini  Cənuba  və  ġərqə  doğru      geniĢləndirə-
geniĢləndirə,  nəhayət,  XVIII  əsrin  axırlarında  Qafqaza  gəlib  çıxdı.  Artıq  çoxdan 


23 
 
Dəvəboynu dağı. 
 
zəifləmiĢ Ġran ĢahənĢahlığına qalib gəlmək cavan və Avropa üslubunda  müharibə 
aparan  rus  ordusu  üçün  heç  bir  çətinlik  törətmirdi.  Qısa  müddətli  Rus-Ġran 
müharibəsində  fars  xanədanı  Azərbaycanın  bir  hissəsini,  o  cümlədən,  Qarabağ, 
Gəncə daha sonra isə Naxçıvan və Ġrəvan xanlıqlarını Rusiyaya güzəĢtə getdi. Bu 
güzəĢt  1813-cü  il  oktyabrın  12-də  Gülüstan  müqaviləsi  ilə  tarixə  düĢdü  ki,  bu 
müqaviləyə  əsasən  Qarabağ  vilayəti  sərhəd  Çaundur  çayı  olmaqla  Rusiyanın 
tabeliyinə  verildi.  Lakin  müharibə 
davam  etdirildi  və  Ġran  yeni  itkilərlə 
üzləĢərək,  1828-ci  ilin  10  fevralında 
imzalanan  Türkmənçay  müqaviləsinə 
görə  Rusiya-Ġran  sərhədi  Zəngəzurda 
Araz çayına qədər cənuba sürüĢdürüldü. 
Zəngəzurun  ərazisi  XIX  əsrin  50-ci 
illərinə  qədər  ġamaxı  quberniyasının, 
60-cı  illərdə  isə  Bakı  və  Ġrəvan 
quberniyalarının  tabeliyində  olmuĢdur 
(165, 2). 
Cənubi  Qafqazda  yeni  inzibati-ərazi  bölgüsünü  müəyyənləĢdirən  layihəyə 
uyğun olaraq, 1868-ci ilin 25 fevralında Bakı, Ġrəvan və Tiflis quberniyalarının bir 
hissəsi  hesabına  yeni  bir  quberniya  -  Yelizavetpol  quberniyası  yaradıldı.  Bakı 
quberniyasının  ġuĢa  qəzasından  və  Ġrəvan  quberniyasının  Ordubad  qəzasından 
ayrılan  hissələr  hesabına  indiyə  qədər  haqqında  danıĢılan  Zəngəzur  qəzası 
mərkəzi  Gorus  Ģəhəri  olmaqla  inzibati,  məhkəmə,  ərazi  vahidi  olaraq 
formalaĢdırıldı və Gəncə quberniyasının tərkibinə qatıldı. 
О  vaxtkı  Zəngəzur  qəzasının  hüdudları,  coğrafi  mövqeyi,  təsərrüfat  və 
məiĢət Ģəraiti,  dini,  etnik tərkibi rus tədqiqatçısı  S.Zelinskinin  1886-cı  ildə  tərtib 
etdiyi "Економический быть государственных крестиан в Зангезурском уезде 
Елизаветпольской  губернии"  (Yelizavetpol  quberniyasının  Zəngəzur  qəzasında 
dövlət  himayəsində  olan  kəndlilərin  iqtisadi  vəziyyəti)  adlı  tədqiqat  əsərində  (bir 
qədər  ermənipərəst  mövqedən  olsa  da)  geniĢ  və  ətraflı  təhlil  edilmiĢdir. 
S.P.Zelinskiyə  görə  Zəngəzur  qəzası  Yelizavetpol  quberniyasının  ən  böyük 
qəzalarından  biri  olaraq  Zaqafqaziyanın  cənubunda  yerləĢir  və  ərazisi  137  mil
2
 
təĢkil edir. Zəngəzur qəzası Ģərqdən və Ģimal-Ģərqdən Cəbrayıl və ġuĢa qəzaları ilə, 
Ģimaldan  CavanĢir  qəzası  ilə,  qərbdən  və  cənub-qərbdən  Ġrəvan  quberniyasının 
ġərur-Dərələyəz  və  Naxçıvan  qəzaları  ilə,  cənubdan  və  cənub-Ģərqdən  isə  Araz 
çayı boyunca Ġranla həmsərhəddir. 
ġuĢa  qəzası  ilə  Zəngəzur  qəzasının  sərhəddini  dəniz  səviyyəsindən  7-9,5 
min  fut  hündürlüyündə  dağ  və  yaylalar  silsiləsi  müəyyən  edir  ki,  onlardan  ən 
əhəmiyyətliləri  bunlardır:  Kirs  dağı,  Sağsağan  silsiləsi,  Sarıbaba  dağı,  Qırxqız 
yaylası və s. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə