Ġdeya və layihə müəllifi


rayonu),  Zəngidərə  çayı  (Qobustan  rayonu),  Zəngi  çayı  (Ġsmayıllı  rayonu)



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə8/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   4   5   6   7   8   9   10   11   ...   138

18 
 
rayonu),  Zəngidərə  çayı  (Qobustan  rayonu),  Zəngi  çayı  (Ġsmayıllı  rayonu), 
Ġrəvan  mahalında  -  Zəngibasar,  Zəngilər,  Zəngili,  Zəngi  çayı  kimi  "zəngi" 
komponenti  ilə  bağlı  toponimlərin  olması  bu  toponimin  məhz  geniĢ  arealda 
yaĢamıĢ,  bir  yerdən  baĢqa  yerə  köçmüĢ  böyük  və  qüdrətli  bir  tayfanın  adı  ilə 
bağlılığından xəbər verir.  
Bəzi irandilli və erməni ədəbiyyatlarında zəngilərin guya kürd mənĢəli tayfa 
olduqları  iddia  edilir.  Bu  fikrin  heç  bir  elmi,  tarixi  və  məntiqi  əsası  olmasa  da, 
müəyyən ideoloji yükü - antitürk, antiazərbaycan çaları olması gün kimi aydındır. 
Əvvəla,  kürdlər  heç  bir  zaman  belə  geniĢ  bir  arealda  məskun  olmamıĢlar,  nəinki 
yaĢamamıĢ, heç bəlkə də adları çəkilən yerlərin bəzilərinə indiyə qədər belə kürd 
ayağı  dəyməmiĢdir.  Necə  deyərlər,  kürd  hara  -  Özbəkistan  hara?  Kürd  hara  - 
Yardımlı hara? Ġkincisi, tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan 
Atabəylər  dövlətində  yuxarı  zümrədə  təmsil  olunmuĢ,  sonra  isə  Səfəvilər 
dövlətinin  yaranmasında  və  inkiĢafında,  eləcə  də  bəzi  kürd  üsyanlarının 
yatırılmasında  yaxından  iĢtirak  etmiĢlər.  Məhz  zəngilərin  indiki  Zəngəzur 
ərazilərinə  kütləvi  köçü  də  Atabəylər  dövründə  baĢlamıĢ,  Səfəvilərin  hərbi 
yürüĢlərində isə daha da güclənmiĢdir. 
ġah  Ġsmayıl  Xətainin  yaratdığı  qüdrətli  Səfəvilər  səltənətinin  təkamülündə 
və  güclənməsində  qayı  oğuzların  bir  boyu  olan,  igidliyi  və  cəsurluğu  ilə  seçilən 
zəngi  tayfalarının  böyük  rolu  olmuĢdur.  Əksinə,  kürd  tayfaları  bu  dövrdə 
Səfəvilərlə  daim  müharibə  Ģəraitində  yaĢayan  Osmanlı  Türkiyəsinin  təhriki  və 
dəstəyi ilə dəfələrlə qızılbaĢlara qarĢı üsyan qaldırmıĢ, qiyam etmiĢlər. 
Orta  əsr  tarixi  mənbələrinin  ("Kitabi-Dədə  Qorqud"  (VII  əsr)  Mahmud 
QaĢğari  (Divani  Lüğəti-it-Türk  (XI  əsr)),  RəĢid  əd  Din  (Oğuznamə  (XIV  əsr), 
Əbdülqazi  (ġəcəreyi-Tərakimə  (XVII  əsr)  Ģəhadətinə  görə  oğuzlar  24  tayfaya 
bölünür  ki,  onların  da  ən  məĢhurlarından  biri  qayı  (kayıq)  boyudur  (66,  17). 
Qayı  türklərinin  məĢhur  qəbilələri  bunlardır:  Qacar,  avĢar,  zülqədər,  zəngənə, 
çoban,  baharlı,  padar,  ustaclı,  lək,  xəlilli,  sorsor,  Ģəfəq  və  s.  Bu  qəbilələrin 
çoxusu  səfəvilər  dövlətinin  yaranmasında  yaxından  iĢtirak  etmiĢ,  qəbilə  baĢçıları 
isə qızılbaĢların hərbi və inzibati rəhbərliyində geniĢ təmsil olunmuĢlar. 
A.Bakıxanov  zəngənə,  xəlilli,  ustaclı,  qacar,  kəngərli,  xələc,  qaramanlı, 
çıraqlı, təkəli, Ģamlı tayfalarının adlarını çəkmiĢ, onların türk tayfaları olduğunu və 
Azərbaycanın müxtəlif bölgələrində məskunlaĢdığını göstərmiĢdir (123, 22). 
Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının 
dövründə  Ġrəvan,  Çuxursəd,  Ərzincan,  Sisakan  ərazilərində  zəngənə  oğuzlarının 
ictimai-siyasi  fəallığının  yüksəlməsi  müĢahidə  edilməyə  baĢladı.  Bu  dövrdən 
etibarən  "zəngi(ə)"  kökü  ilə  bağlı  müxtəlif  toponimlər  və  oronimlər  bu  arealda 
yayılmağa baĢladı. 
Babək  xürrəmdinin  ərəb  xilafəti  ilə  mübarizəsi  illərindən  ərəblərə  yaxĢı 
tanıĢ olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan 
silsilə  daĢlardan  ibarət  landĢaftı  ərəb  səyyahlarının  və  alimlərinin  diqqətində 


19 
 
müdafiə  istehkamı-qala  kimi  qalmıĢdır.  Eyni  zamanda  yaĢayıĢ  məntəqələrinin 
demək olar ki, hamısı qalalar Ģəklində tikildiyindən zəngi tayfalarının geniĢ arealda 
yayıldıqları  bu  dağlıq  ərazini  ərəb  səyyahları  "Zəngisur  -  zəngilərin  qalası" 
adlandırmaqda  tamamilə  haqlı  idilər.  "Sur,  sür"  sözü  (eləcə  də  sürü,  sürəkli, 
sürüĢmək  sözlərinin  kökündəki  "sür")  ərəb  dilində  silsilə  divar,  daĢ  hasar,  qala 
mənasını daĢıyır. 
Kiçik Qafqaz sıra dağlarının mabədi və ən hündür dağ silsiləsi sayılan, daĢ 
zəncir kimi  ta  Qarabağ  yaylasına  qədər uzanan,  dar dərələri,  keçilməz  yamacları, 
qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, 
Zəngi  türklərinin  at  oynatdığı  bu  dağlıq  mahalın  Zəngəzur  adlandırılması  həm 
tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə baĢa düĢüləndir. 
Məlum  olduğu  kimi,  "Zəngəzur"  termini  bir  toponim  kimi  yazılı 
mənbələrdə  XIV  əsrdən  məlumdur  (46).  Bu  dövrdə  isə  təkcə  Zəngəzurda  deyil, 
eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Əmir Teymur, 
Ağqoyunlu,  Qaraqoyunlu  və  nəhayət,  Səfəvilər  dövlətlərinin  tərkibində  olan  bir 
müsəlman  vilayətinə  orada  yalnız  bir  neçə  kənddə  yaĢayan  ermənilərin  ad 
(Zanqedzor Ģəklində) verməsi qeyri-mümkün, qeyri-məntiqi və qeyri-inandırıcıdır. 
Bu elə bir dövr idi ki, əksinə, ermənilər kütləvi surətdə türk dilini öyrənir, türk və 
fars mədəniyyətini, mətbəxini mənimsəyirdilər, bir sözlə, məğlub və kiçik xalqların 
özünüqoruma  instiktinə  uyğun  olaraq,  yalnız  öz  dinlərini  və  əlifbalarını  qorumaq 
hayında idilər. 
Zəngəzur  ərazisində  xeyli  sayda  Sur  (zür)  topomorfantı  ilə  bitən  digər 
toponimlərin  də  olması  və  bu  kəndlərin  demək  olar  ki,  hamısının  dağlarda  və 
sıldırım  qayalıqlarda  yerləĢməsi  (Təkəzür,  Ərcəzür,  Gecəzür,  Dərməzür, 
Astazur, Əynəzur, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, 
dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir (42, 236). 
Bütün  tarixi  mübarizələrlə,  yerli  və  gəlmə  hakimlərin  ağalıq  iddialarından 
yaranan  irili-xırdalı  döyüĢ  səhnələri  ilə  zəngin  olan  dağlıq  bir  ərazidə  yaĢayıĢ 
məntəqələrinin  dərədə  deyil,  dağlarda,  özü  də  təbii  istehkamlara  yaxın  yerlərdə 
salınması  məqsədə  uyğun  idi  və  yuxarıda  adlarını  sadaladığımız  kəndlərin  demək 
olar ki, hamısı belə bir landĢaftı olan ərazidədir. Digər tərəfdən, Zəngəzurun təbiəti 
-  qarlı,  sərt  Ģaxtalı  qıĢı  və  kifayət  qədər  günəĢli  yayı  tələb  edir  ki,  yaĢayıĢ 
məntəqələri dərədə deyil, dağ döĢündə, qar uçqunu basmayan, sel, tufan tutmayan 
yerlərdə, digər kəndlərlə nəqliyyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyati və 
strateji baxımdan əlveriĢli olan yerlərdə salınsın. 
Bu  toponimin  "Səngi-Sur"  formasında  izahı  da  maraq  doğurur.  Belə  ki, 
fars dilində "səng - daĢ, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır. 
Zəngəzur  sözü  bu  anlamda  baĢdan-baĢa,  daĢlı,  qayalı  yer,  daĢların  qala  divarları 
kimi düzüldüyü ölkə mənasını verir. 
 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə