Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə7/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   2   3   4   5   6   7   8   9   10   ...   138

16 
 
I HĠSSƏ 
 
SĠRLĠ ÖLKƏ – ZƏNGƏZUR 
 
ZƏNGƏZUR SÖZÜ NƏ DEMƏKDĠR? 
 
Müstəqil  dövlətimiz  üçün  taleyüklü  məsələlərin  həyata  keçirilməsi 
tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, 
milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. 
Heydər ƏLĠYEV 
 
Yerin,  ərazinin  adı  onun  tarixi,  kimə  məxsusluğu  haqqında  çox  Ģey  deyir. 
Adları,  təbii  ki,  insanlar  verirlər  və  öz  dillərinə,  xarakterlərinə,  yaĢadıqları  yerin 
təbiətinə  uyğun  adlar  düĢünüb  tapırlar.  Azərbaycanda  (eləcə  də  Qafqazda)  yapon 
mənĢəli yer-yurd adlarına rast gəlmək mümkün deyildir. Ən azı ona görə ki, burada 
heç zaman yaponlar yaĢamamıĢlar və heç bir azərbaycanlı da (erməni, yaxud gürcü 
də eləcə) öz kəndinə qeyri-millətin dilində ad qoyası deyildir. 
Bu  mənada  Azərbaycanın  ən  qədim,  ən  Ģöhrətli  və  ən  baĢıbəlalı 
torpaqlarından biri olan Zəngəzurun da adının mənasını Azərbaycan türkcəsində və 
Azərbaycanın  tarixi  keçmiĢində  axtarmaq  lazımdır.  Bu  yolla  getməyənlər  səhv 
edəcəklər,  həqiqəti  danmaq,  haqqa  böhtan  atmaq  yolu  tutacaqlar.  Necə  ki,  bəzi 
erməni  mənbələri  bu  səhvi  edirlər.  Əslində  zamanın  amansız  hökmü  ilə  öz  soy-
kökünü və əzəli vətənini itirmiĢ, baĢqa bir xalqın torpaqları hesabına  özünə dövlət 
yaratmıĢ, həmin torpaqlardakı min illik qəbirlərdə uyuyan baĢqa millətin kiĢilərini 
öz  dədə-babaları  kimi  qələmə  vermək  məcburiyyətində  qalan  köksüz  bir  millətin 
baĢqa  yolu  da  yoxdur.  Əslində  baĢqa  və  yeganə  düzgün  yol  erməni  xasiyyətinə, 
daĢnak  ideologiyasına  əks  olan  həqiqət  yoludur  ki,  bizim  qonĢularımız  bu  yola 
gəlmək  üçün,  görünür ki,  bir  xeyli tarixin dərsini oxumalı  və  yaĢamalı olacaqlar. 
Bizim iĢimiz isə haqqa söykənməkdir, haqqı söyləməkdir. 
Erməni  alimləri  "Zəngəzur"  sözünün  mənasını  iki  anlamda  izah  etməyə 
çalıĢırlar.  "Zanqe",  yaxud  "Zanqa"  -  "mağara"  və  "Zur"  -  "bərk  səslənən" 
(ermənilər  özlərinin  sevimli  alətləri  olan  zurnanı  da  bu  anlamda  baĢa  düĢürlər, 
ancaq  zurna  aləti  və  sözü  də  ermənilərə  məxsus  deyildir,  ərəblərdən  gəlmədir: 
"sur"  -  tütək  sözündəndir.  Məsələn:  Ġsrafilin  suru).  Guya  ki,  Zəngəzurda  çoxlu 
kahalar  və  mağaralar  vardır  və  bu  mağaralar  çox  bərk  əks-səda  verir.  Əslində  bu 
cür  "izah"  erməni  yalanının  əks-sədasından  baĢqa,  bir  Ģey  deyildir.  Əvvəla  ona 
görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və 
kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də 
ermənilər  yaĢayan  baĢqa  yerlərdə  böyük  bir  regiona  "bərk  səslənən  mağara"  adı 
vermirlər? 


17 
 
Ġkincisi,  axı,  Zəngəzurda  o  qədər  də  çox  mağara  yoxdur,  əksinə,  çoxlu 
sıldırım qayalı, baĢı qarlı dağlar, dərin dar dərələr, sıx meĢələr, kollu yamaclar və 
çiçəkli  alp  çəmənlikləri  vardır.  Erməni  alimləri  isə  yalnız  mağaraları  görüblər?! 
Ġzahı çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri "Zanqe", yaxud 
"Zanqa" kimi səslənmir. 
Nisbətən  abırlı  erməni  alimləri  bir  qədər  həqiqətə  yaxın  gələrək 
"Zəngəzur"  sözünü  "Zanqe+dzor",  yəni  Zəngi  dərəsi  anlamında  izah  etməyə 
çalıĢırlar. Bu izahın  birinci hissəsi  həqiqətə  yaxındır.  Lakin erməni  mənbələrində 
erməni  mənĢəli  termin  ("dzor"  -  ermənicə  "dərə"  deməkdir)  kimi  vurğulamağa 
cəhd göstərildiyinə baxmayaraq, əslində "Zəngəzur" toponiminin nə ermənilərə, nə 
də  onların  "dzor"  sözünə  heç  bir  dəxli  yoxdur.  Ermənilər  özləri  də  heç  vaxt 
"Zəngəzur" sözünü Zanqedzor Ģəklində iĢlətməyiblər. 
Fikrimizcə,  "Zəngəzur"  toponimi  bu  ərazilərdə  yaĢayan,  öz  igidliyi  və 
cəngavərliyi  ilə  seçilən  Zəngi  tayfalarının  adı  və  ərəblərin  bu  ərazilərə  gəliĢi  ilə 
bağlıdır.  Ərəbcə  "sur"  daĢ-divar,  qala,  bürc  deməkdir.  Çox  döyüĢkən  və  azadlıq 
sevən  bu  tayfa  ərəblərə  qarĢı  axıradək  mübarizə  aparmıĢ,  Ģübhəsiz  ki,  bu  illərdə 
onlarca qalalar, istehkamlar tikərək, eləcə də, yerlərə xas olan təbii istehkamlardan 
düĢmənə qarĢı  mübarizə vasitəsi kimi istifadə etmiĢlər. Ömrünün sonunadək ərəb 
xilafətinə qarĢı ardıcıl, amansız mübarizə aparmıĢ Babəkin Bəzz qalası yeniləndən 
sonra Darvazatəpə dağında yerləĢən ġəki qalasına gəlməsi və məhz Zəngəzurdakı 
ġəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması 
epizodu  da  bu  ərazilərin  o  dövrdə  geniĢ  döyüĢ  meydanı  olduğunu  və  Zəngəzurun 
ən  sonda,  həm  də  Sumbat  kimilərin  xəyanəti  nəticəsində  yenildiyini  təsdiq  edən 
tarixi faktlardır. 
Məlum  olduğu  kimi,  Zəngi  tayfaları  tarixdə  görkəmli  qoĢun  baĢçıları  və 
dövlət  xadimləri  ilə  məĢhur  olan  bir  türk  boyudur.  Zəngi  tayfalarının  ən  qədim 
yaĢayıĢ məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan Ģəhəridir. Bu Ģəhərin 
adını  farslar  "Zənqən"  ("ən"  farsca  çoxluq  bildirən  Ģəkilçidir.)  kimi  tələffüz 
edirlər. Ərəblərin bu ərazilərə  gəliĢi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi 
nəticəsində yazılı mənbələrdə Ģəhərin adı Zəncan kimi qeyd olunmağa baĢladı. 
Zəngi  tayfalarının  ana  vətəni  Orta  Asiya,  daha  konkret  desək,  indiki 
Özbəkistan əraziləridir. Zəngi tirəsi hal-hazırda da Özbəkistanda yaĢayır və burada 
zəngi  adı  ilə  bağlı  çoxlu  toponimlər  indi  də  qalmaqdadır  (Zəngi,  Zəngitəpə, 
Zəngərik və s.). 
Zəngilər  bizim  eranın  əvvəllərində  daha  geniĢ  areala  səpələnməyə 
baĢladılar.  Qazaxıstana,  Əfqanıstana,  Ġrana  və  Qafqaza  gələn  zəngilər 
məskunlaĢdıqları yerlərdə öz adları ilə bağlı Ģəhərlər, kəndlər salmağa, öz adlarını 
çaylara, dağlara, dərələrə verməyə baĢladılar. Zəncan və Zəngəzur adından savayı, 
zəngilərlə  bağlı  onlarca  toponim  saymaq  olar:  Türkiyədə  -  Ərzincan, 
Gürcüstanda  -  ZəngiĢamlı,  Zəngənə,  Azərbaycanda  -  Zəngilan,  Sanqaçal, 
Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), ZəngiĢalı (Ağdam 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə