Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə6/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   2   3   4   5   6   7   8   9   ...   138

13 
 
qaldığımız  informasiya  blakadasını  dağıtdı,  Azərbaycan  həqiqətlərini  dünyaya 
çatdırdı. 
Neçə illərdi ki, üzləĢdiyimiz və içərisində yaĢadığımız Qarabağ probleminə 
konseptual  baxımdan,  sistemli  Ģəkildə  yanaĢmağın  gərək  olduğunu  məhz  bizə  və 
dünyaya  Heydər  Əliyev  öyrətdi.  Heydər  Əliyev  öyrətdi  ki,  tarixi  analogiyalar 
aparmadan,  ötən  dövrdəki  hadisələrlə  müqayisə  etmədən,  "erməni  məsələsi"nin 
tarixi,  siyasi,  dini,  etnik  köklərini  araĢdırmadan  bu  məsələyə  düzgün  qiymət 
vermək, bu məsələni ədalətli həll etmək mümkün deyildir. 
"Tarix hər Ģeyi öz yerinə qoyur", "Tarix heç nəyi silmir" (57, 67; 74) deyən 
Heydər  Əliyev  xalqımızın  və  dövlətçiliyimizin  tarixinə  həmiĢə  çox  böyük 
həssaslıqla  yanaĢmıĢdır.  Xalqımızın  XX  əsrdə  məruz  qaldığı  deportasiya  və 
genosid  aktlarına  hüquqi,  siyasi  qiymət  verilməsi  də  Prezident  Heydər  Əliyevin 
fərmanları ilə reallaĢdı. 
Cənab  Heydər  Əliyevin  18  dekabr  1997-ci  il  tarixdə  imzaladığı  "1948-
1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi-etnik 
torpaqlardan kütləvi surətdə deportasiya haqqında" Fərmanı ilə ermənilərin fitnəsi 
ilə  Sovet  hökuməti  tərəfindən  xalqımıza  qarĢı  törədilmiĢ  kütləvi  deportasiya  aktı 
dünyaya  bəyan  edildi,  Azərbaycan  xalqının  milli,  tarixi  hüququnun  pozulması 
pislənildi, bu akt cinayət kimi, ən adi hüquq normalarına zidd olan, totalitar rejimin 
repressiya tədbiri kimi qiymətləndirildi. 
Prezident  fərmanı  ilə  bu  tarixi  ədalətsizliyə  siyasi  qiymət  verildi, 
Azərbaycan xalqına qarĢı dövlət səviyyəsində həyata keçirilmiĢ bu tarixi cinayətə 
hüquqi-siyasi  qiymət  verilməsi  və  onun  beynəlxalq  ictimaiyyətə  çatdırılması 
məqsədilə dövlət komissiyası yaradıldı. 
Heydər  Əlirza  oğlunun  1993-cü  ildə  yenidən  hakimiyyətə  gəliĢi  ilə 
Azərbaycan  dağılmaq  və  məhv  olmaq  təhlükəsindən  xilas  edilməklə  bərabər, 
xalqımıza  qarĢı  törədilən  deportasiya  və  soyqırımı  siyasətinin  davamına  son 
qoyuldu.  Heydər  Əlirza  oğlunun  1998-ci  ilin  26  martında  imzaladığı 
"Azərbaycanlıların  soyqırımı  haqqında"  fərmanı  ilə  xalqımıza  qarĢı  edilmiĢ  bu 
tarixi  cinayət  bütün  dünyaya  bəyan  edildi,  ona  siyasi  qiymət  verildi,  iĢğalçı  və 
cinayətkar öz adı ilə çağırıldı. 
Cənab Heydər Əliyev öz ata-baba yurdlarından didərgin salınmıĢ insanların 
hüquqi,  mənəvi,  maddi,  sosial  problemlərinə  həmiĢə  böyük  həssaslıqla  yanaĢmıĢ, 
bu  insanların  məskunlaĢma,  sosial  müdafiə,  adaptasiya  və  reinteqrasiya 
məsələlərinə daim qayğı və diqqət göstərilmiĢdir. 
Cənab Prezidentin 22 avqust 2001-ci ildə imzaladığı "Erməni millətçilərinin 
apardığı  etnik  təmizləmə  nəticəsində  Ermənistan  ərazisindəki  öz  tarixi 
torpaqlarından  didərgin  salınmıĢ  azərbaycanlıların  məskunlaĢması  haqqında" 
Fərman  qaçqın  soydaĢlarımıza  Prezident  qayğısının,  dövlət  qayğısının  bariz 
nümunəsidir. Fərmanda göstərilir ki, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın 
soydaĢımız  öz  tarixi  vətənindən  zorla  köçürülmüĢ,  etnik  təmizləmə  siyasətinin 


14 
 
qurbanına  çevrilmiĢdir.  Cənab  Heydər  Əliyevin  bu  fərmanı  qaçqınların  status, 
məskunlaĢma,  məĢğulluq,  hüquqi,  sosial  müdafiə  problemlərinin  həllində  yeni 
addım, əsaslı dönüĢ nöqtəsi olmuĢdur. 
Bu  kitab  da  müstəqil  dövlətimizin  banisi  və  qurucusu,  xalqımızın 
ümummilli  lideri  Heydər  Əliyevin  tariximizə  düzgün  qiymət  verilməsinə, 
xalqımızın baĢına gələn müsibətlərin öyrənilməsinə və dünyaya bəyan edilməsinə 
çağıran  tövsiyələri  əsasında,  onun  bu  məsələlərə  aid  fərman  və  sərəncamlarının 
icrasından  irəli  gələn  bir  tarixi,  milli,  dövlətçilik  məsələsi  olaraq  yazılmıĢdır. 
DüĢünürəm ki, bu kitab Azərbaycanımızın ən qədim, ən gözəl torpaqlarından biri 
olan Zəngəzur haqqında ensiklopedik xarakterli ilk tarixi etnoqrafik araĢdırma kimi 
oxucuların diqqətini özünə cəlb edəcəkdir. 
Ümummilli  liderimiz  cənab  Heydər  Əliyevin  tariximizin  öyrənilməsi, 
tariximizin  faciəli  və  təntənəli  səhifələrinin  (57,  67)  obyektiv  araĢdırılması 
istiqamətində  ziyalılarımız  qarĢısında  qoyduğu  Ģərəfli  vəzifənin  böyük 
məsuliyyətinin  hər  sətrini  hiss  etdiyim  "Zəngəzur"  kitabını  milli  iftixarımız, 
Azərbaycan  xalqının  əbədiyyət  qədər  daim  yaĢar  böyük  oğlu,  müstəqil 
dövlətimizin  banisi  və  qurucusu  Cənab  Heydər  Əliyevin  əziz  xatirəsinə  ithaf 
edirəm. 


15 
 
ÖN SÖZ ƏVƏZĠNƏ 
 
Azərbaycanda  "Zəngəzur"  sözünü  eĢitməyən  adam,  yəqin  ki,  yoxdur. 
Azərbaycanda  "Zəngəzur"  sözü  Naxçıvan,  ġirvan,  Qarabağ,  Borçalı  və  s. 
mahalların  adları  qədər  qədim,  ümumiĢlək,  bir  qədər  də  kövrəklik  gətirən, 
xatirələrə qaytaran sözdür. 
Azərbaycanda hamı bilir ki, Zəngəzur Vətən torpağıdır, Azərbaycanda hamı 
bilir ki, Zəngəzurun əzəli sakinləri biz - Azərbaycan türkləri, bizim ata-babalarımız 
olmuĢlar. 
Ancaq təəssüflər olsun ki, bizim Zəngəzur haqqında bilgilərimiz bu beĢ-üç 
kəlmədən çox deyildir. 
Təəssüflər  olsun  ki,  biz  Zəngəzurun  tarixini,  bu  qədim  torpağın 
Azərbaycanın taleyində vaxtilə necə mühüm rol oynadığını kifayət qədər bilmirik. 
Azərbaycan tarixĢünaslığında bəlkə də Zəngəzur qədər az öyrənilən bölgə yoxdur. 
Sanki  1920-ci  ildə  Zəngəzuru  Ermənistana  bağıĢladıqdan  sonra  hansısa  bir  sehrli 
çubuğun  hökmü  ilə  hər  Ģeyi  birdən  yaddan  çıxardıq.  Əvvəl  Zəngəzurun  yolunu 
yaddan  çıxardıq,  sonra  orada  yaĢayan  qan  qardaĢlarımızı  qəza-qədərin  ümidinə 
buraxıb  onları  amansız  tale  ilə  üz-üzə  qoyduq.  Daha  sonra  isə  Zəngəzuru  yavaĢ-
yavaĢ  unutduq,  tarix  qarĢısında,  torpaq  qarĢısında,  babalarımızın  ruhu, 
balalarımızın sual dolu baxıĢlarının qarĢısındakı məsuliyyətimizi unutduq. 
Nəsillər  dəyiĢdikcə  sifət  cizgilərini,  qədd-qamətini  görmədiyimiz,  yalnız 
adını  eĢitdiyimiz  babalarımızdan  uzaqlaĢdığımız  kimi  yadlaĢdıq  Zəngəzurdan. 
YadlaĢdıq  və  kökümüzü  itirdik,  manqurdlaĢdıq,  genofondumuz  dağıldı,  cırlaĢdıq, 
cılızlaĢdıq, bəsitləĢdik. Kökümüzü itirdik, bizi bir-birimizə bağlayan telləri dolaĢıq 
saldıq,  bir-birimizdən  ayrı  düĢdük,  təkləndik,  yenildik,  adam  saymadığımız, 
düĢmənliyə  də  layiq  bilmədiyimiz  qapımızın  nökərinə,  ilxımızın  mehtərinə 
yenildik. Ötən 100-150 ildə ən gözəl torpaqlarımızı - Göyçəni, Zəngəzuru, Ġrəvanı, 
Borçalını, Dərbəndi itirdik, Qarabağımız on beĢ ildir ki, ağlar qalıb. 
Ġtirdiyimiz  bəsdir!  Özünə  qayıtmaq  və  özününküləri  qaytarmaq  vaxtıdır! 
Vaxtdır!  Özümüzü  tanımaq,  kökümüzə  qayıtmaq,  təzədən  dirçəlmək,  ayağa 
qalxmaq və yurda dönmək vaxtıdır. 
Ġtirdiyimiz  yurdlara  qayıtmaq  üçün  isə  ən  birinci  Ģərt  təbii  ki,  yolu 
tanımaqdır,  itirdiyimiz  rəddi,  cığırı,  izi  tapmaqdır.  Məhz  ona  görə  mən  bu  kitabı 
yazdım.  DüĢünürəm  ki,  bu  kitab  Zəngəzura  getmək  istəyənlər  üçün  bir  kompas, 
mayak, xəritə rolunu oynayacaq, böyük Vətənimizin gözəl bir guĢəsi olan itirilmiĢ 
torpağı tapmaqda hər kəsə yardımçı olacaq. O torpaqları qaytarmaq isə hamımızın 
iĢidir! Müqəddəs borc, Ģərəf və  ləyaqət  məsələsidir. O günün gələcəyinə GünəĢin 
əbədiliyinə inandığım qədər inanıram! O günə isə biz indidən hazırlaĢmalıyıq, bir 
an da unutmamalıyıq ki, müqəddəs mübarizəmiz təkcə Qarabağla bitmir! 
 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə