Ġdeya və layihə müəllifi


Zəngəzurda türk mənĢəli toponimlər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə9/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   5   6   7   8   9   10   11   12   ...   138

20 
 
Zəngəzurda türk mənĢəli toponimlər 
 
Zəngəzurdakı toponimlərdən danıĢarkən, qeyd etmək  yerinə  düĢərdi ki,  bu 
bölgədəki  yer-yurd  adlarının  90%-ə  qədəri  türk-müsəlman  mənĢəlidir  (46,  17). 
Tarixdən  məlumdur ki, Zəngəzurun ərazisi qədim oğuzların məskənidir. Qalın Ġç 
Oğuz  tayfaları  bu  dağlarda  məskən  salmıĢ,  yaĢamıĢ,  mübarizə  aparmıĢdır.  Bütün 
türk  xalqlarının  qəhrəmanlıq  eposu  sayılan  "Kitabi  Dədə  Qorqud"dakı 
hadisələrin çoxu bu ərazilərdə baĢ vermiĢ və tarixin daĢ yaddaĢında, insanların qan 
və  gen  yaddaĢında  bu  günə  qədər  öz  əks-sədasını  qoruyub  saxlamıĢdır.  "Kitabi 
Dədə  Qorqudun"  X  boyunda  deyilir:  "Əkrək  dədə-baba,  el  yolu,  yəni  Gorus  - 
Əngələyüz  -  DərəĢam  yolu  ilə  üç  gün-üç  gecə  yortaraq  Əlincə  qalaya  çatdı" 
(75, 263). 
Moisey Kalankatlı "Alban tarixi" əsərində yazırdı: 
-  V  əsrin  əvvəllərində  Qor  və  Qazan  adlı  iki  qardaĢ  böyük  ordu  ilə  gəlib 
hərəsi Süninin bir kəndində məskən saldılar. 
... Bir dəfə Babik hakimiyyətinin birinci ilində ova çıxır və öz viranə qalmış 
torpağını seyr edir. Şalata çatanda o, bir təpəyə qalxır, həmin vaxt  hardansa bir 
ceyran  çıxır  və  qaçıb  torpaqla  örtülmüş  kilsənin  üstündə  durur.  Babik  həmin 
təpəyə  çatanda  onun  atının  ayaqları  torpağa  girir.  Babik  atını  düşdüyü  dəlikdən 
zorla çıxarır. Orada olanların hamısı vahiməyə düşürlər və torpağı qazaraq daş-
qaşla dolu qəşəng bir kilsə görürlər. Həmin gün böyük bayrama çevrildi. Buraya 
çoxlu  adamlar  gəlməyə  başladı.  Burada  olanların  çoxu  xəstəliklərdən  sağaldı. 
Babiki müşayiət edən Qor və Qazan adlı iki doğma qardaş dinlərini atıb xaçpərəst 
oldular.  Babik  püşk  atdı  və  Qorun  baxtına  Hot  kəndi,  Qazanın  baxtına  isə  Şalat 
çıxdı (81, 31). 
Hot  (Xot)  indi  də  Gorus  rayonunda  kənd  adıdır,  ġələt  isə  çox  güman  ki, 
Sisyan rayonundakı ġağat kəndidir. 
Qədim erməni dilində və əlifbasında "l" hərfi olmadığından, onlar "1" səsini 
"q",  "ğ"  kimi  yazır  və  tələffüz  edirdilər.  Onu  da  qeyd  etmək  yerinə  düĢərdi  ki, 
Sisyan  rayonunda  1918-ci  ilə  qədər  ġələk  və  bələk  adlı  azərbaycanlı  kəndləri  də 
mövcud olmuĢdur. ġağat adlı erməni kəndi indi də qalmaqdadır. 
Qazan  -  "Kitabi  Dədə  Qorqud"  dastanının  məĢhur  qəhrəmanı  Salur  Qazan 
xandır.  Onun  nə  dilinin,  nə  milli  mənsubiyyətinin  heç  bir  araĢdırmaya  və  əlavə 
izahata  ehtiyacı  yoxdur.  Bunun  üçün  bir  daha  "Kitabi  Dədə  Qorqud"u  oxumaq 
kifayətdir. 
Çox  güman  ki,  Qorun  qardaĢı  Qazanın  məskən  saldığı  kənd  hal-hazırdakı 
Qafan Ģəhəridir. 
Qorun (qor - türk sözüdür, "igid", "cəsur" deməkdir) məskən saldığı kəndin 
indiki  Gorus  (Qoroz,  Qoris)  Ģəhərinin  olduğu  ehtimalı  tutarlı  əsaslardan  məhrum 
deyildir. 


21 
 
"Kitabi dədə Qorqud"da mənfi personaj kimi verilən ġöklü Məlik də özgə 
birisi  deyil,  Qazan  xanla  bir  kökdən  olan  Oğuz  -  ġəkili,  Saklı  Məlikdir.  ġöklü 
(saklı)  Məliyin  kafir  kimi  verilməsi  də  baĢa  düĢüləndir.  Məlum  olduğu  kimi, 
xristianlıq  III  əsrin  sonlarında  Qafqazda  yayılmağa  baĢlamıĢ,  IV-V  əsrlərdə  isə 
Zəngəzura  (Sünikə)  gəlib  çıxmıĢ,  lakin  burada  yaĢayan  atəĢpərəstlər  tərəfindən  o 
qədər də həvəslə qarĢılanmamıĢdır. 
VI əsr Suriya tarixçisi Zaxari Ritor yazırdı: "Sisqan özünə məxsus dili və 
dindar xalqı olan bir diyardır. Sisqan əhalisi baĢda hökmdar Vasak olmaqla 
V əsrin ortalarında xristianlığın yayılmasına müqavimət göstərirdi" (43, 220). 
Albanların bir hissəsi (ġöklü Məlik, Saklı Sumbat) xristianlığı qəbul etmiĢ, 
Bizansın  maddi,  mənəvi  və  hərbi  dəstəyini  qazanaraq  regionda  hökmran  mövqe 
tutmağa nail olmuĢlar. Xristianlığı qəbul etməyən tayfalar isə VII və VIII əsrlərdə 
islamı qəbul edərək  tədricən  müsəlmanlaĢmıĢ, öz  xristian  yurddaĢlarını  münaqiĢə 
zamanı  "kafir",  sülh,  əmin-amanlıq  dövründə  isə  "din  ayrı  qardaĢ" 
adlandırmağa baĢlamıĢlar. 
Zəngəzurda oğuzların bayandur, qayı, xələc, çəpni tayfaları, xüsusilə qayı 
türklərin  qacar,  baharlı,  zəngənə,  zülqədər,  padar,  çoban  qəbilələrinin  adı  ilə 
bağlı yüzlərlə toponim vardır (46). Sisyan, Qafan və Gorus rayonlarının da bir neçə 
Baharlı kəndinin olmasını məhz eyni adlı tayfanın bu ərazidə geniĢ yayılması ilə 
izah etmək mümkündür. 
Qafan  rayonundakı  Qacaran,  AvĢarlı,  Çullu,  Xələc,  Çobanlı;  Gorus 
rayonundakı  Bayandur,  Sisyan  rayonundakı  Baharlı,  Uz,  Murxuz,  Zabahadur 
kəndlərinin adları məhz 24 oğuz tayfaları ilə əlaqədar olan topomorfantlardır (76, 
89). 
Sisyana  (eləcə  də  bütövlükdə  Kür  -  Araz  arasına)  bu  yerlərdə  uzun  illər 
bundan  öncə  həmiĢəlik  möhkəmlənmiĢ  və  bəlkə,  bu  gün  də  mövcud  olan  əksər 
tayfa  və  törəmələrin  (etnosun)  təĢəkkülündə  əhəmiyyətli  rol  oynayan  sakların  və 
kimmerlərin  (saqa  və  qəmərlər)  gəliĢi  bizim  eradan  əvvəl  VII  əsrə  təsadüf  edir. 
Zamanın  küləkləri  həmiĢə  xəzan  yarpaqları  kimi  insan  axınını,  ayrı-ayrı  tayfa  və 
qəbilələri, bütöv xalqları ordan-bura, burdan-ora qovmuĢdur. 
Məhz belə küləklərdən biri də 2700 il əvvəl Qara dənizin Ģimal sahillərində 
tufan qopararaq sak tayfalarını üzü cənuba teyləmiĢdir (89,19). 
Türk  dilli  sak  tayfaları  baĢqa  bir  türk  dilli  tayfaları  (kimmerləri)  Cənubi 
Qafqaza,  oradan  da  Ön  və  Cənubi  Asiyaya  qovdu.  Saklar  çox  idilər  və 
Tatarıstandan üzü  Anadoluya səpələnmiĢdilər. GeniĢlik axtaran bu cəngavər tayfa 
öz  qonĢularını,  nisbətən  azsaylı  kimmerləri  cənuba  sıxıĢdıraraq  öz 
mövcudiyyətlərinin hüdudlarını geniĢləndirməyə baĢladı. 
Beləliklə,  Cənubi  Qafqaza,  Ön  və  Cənubi  Asiyaya  gələn  kimmerlər  və 
saklar  burada  möhkəmlənərək  (digər  tayfalarla  birlikdə)  azərbaycanlı-türk 
etnosunun formalaĢmasında mühüm rol oynadılar. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə