63
zəncirlə basdırsınlar. Nerses ġeroya lənət yağdırdı, çünki hakimiyyət üstündə
ġeroy və Sprama arasında baĢlayan çəkiĢmədə, o (ġeroy), Nerseslə Spramanın
məhv olmasına səbəb oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il
oturdu və 3 il yarım günahkar qaldı (688-704-cü illər).
Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu
Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin hərc-mərcliyini dayandırdı və
yolunu azmıĢ kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O, özünün Berdakor adlanan
yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara
doldurub Trtu (Tərtər) çayına atsınlar.
Bu əhvalatı IX əsrin baĢqa (erməni) mənbəyi də təsdiq edir. "Böyük Yegiya
öz hikmət və mərdliyi ilə ismaililərin amirapeti (xəlifəsi - Z.B.) Ömərə məktub
yazıb ərz etdi ki, "bizim ölkədə bir yepiskop və onun kimi bir qadın (I Varaz
Trdatın arvadı Sprama - Z.B.) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan
boyun qaçırıb, oxuduğumuz dualarda sizin adınızı çəkmək məsələsində bizimlə
(erməni kilsəsi ilə - Z.B.) bir deyildirlər, əksinə, yunan padĢahının adını çəkib
ölkəmizi onlara vermək fikrindədirlər. Əgər, təcili surətdə onları aramızdan
götürüb məhv etməsəniz, onlar vergi məsələsində və digər iĢlərdə tez bir zamanda
böyük imarətə (Bizansa) tərəf keçərlər".
Sonra amirapet bunu oxudu və böyük patriarxın elçisinə minnətdarlıqla
hörmət etdi və xadimlərindən birini göndərib əmr etdi ki, dərhal həmin Nersesi
böyük qadınla birlikdə onun yanına göndərsinlər.
O gəldi, hər ikisini tutub zəncirlə bağladı, dəvələrə mindirib amirapetin
yanına apardı.
Az sonra xəlifənin nümayəndələri knyaz ġeroyu və Arranın bir çox knyaz
və əyanlarını Suriyaya apardılar.
Ərəb xilafətinin dəstəyi ilə erməni kilsəsi 705-ci ildə Alban kilsəsini
monofizitləĢdirdi və özündən asılı vəziyyətə saldı. Alban katolikosluğu Bərdədən
Amarasa köçürüldü, əhalinin tədricən qriqoriyanlaĢdırılması prosesi baĢlandı (106,
16).
Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxıĢdırıb
çıxarmıĢ və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaĢayan albanları
qriqoriyanlaĢdırmağa baĢlamıĢdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli
əhali arasında tədricən heçə çıxarmıĢ və ərəb hakimlərinin əli ilə albanların bütün
ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada
biləcək hər Ģeyi məhv etmiĢlər. Bütün bu iĢlər, təkrar edirik, əvvəlcə xilafətin
köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və dəstəyi ilə görülmüĢdür.
Xilafətin Bizans imperiyası kimi qüdrətli bir rəqibi var idi və bu rəqibə
qalib gəlmək üçün Xəlifə Müaviyyənin erməni naxararlarının və
katolikosatının köməyinə ehtiyacı var idi.
Məhz buna görə də VII əsrdə ərəb xilafəti erməni knyazlığına yumĢaq, belə
demək mümkündürsə, dostcasına münasibət bəsləyirdi (169, 48).
64
661-ci ildə erməni katolikosu Nersesin iĢtirakı ilə naxararların yığıncağı
çağırıldı və həmin iclasda ermənilər ərəblərin xeyrinə fəaliyyət göstərəcəklərini
qərara aldılar (169, 48).
Xəlifə Əbd ül-Malikin fərmanı ilə VII əsrin sonunda Alban (və Sünik)
kilsəsi erməni Qriqorian kilsəsindən asılı vəziyyətə düĢdü və Alban (eləcə də
Sünik) katolikoslarının təyinatı hüququ Dvin Qriqorian kilsəsinə verildi.
Bununla da Albaniya çökdü!
Bununla da Qarabağ erməniləĢdi!
Bununla da Göyçəyə və Zəngəzura erməni ayağı dəydi!
Bununla da, dədə-baba torpaqlarımızda halala haram qarıĢdı, xeyir-
bərəkət itdi, torpaq qanla, səma ah-nalə ilə doldu, bununla da faciəmiz
baĢladı.
Qriqorianlığın nüfuzunu artırmaq adı ilə xilafətin razılığı əsasında Qərbi
Ərməniyyədən indiki Göyçə, Zəngəzur və Qarabağ torpaqlarına ermənilər
köçürülməyə baĢladı. Bu ərazilərdə nəinki kilsədə, hətta məiĢətdə belə albanca
danıĢmaq yasaq edildi. Alban yazısı unutduruldu. Albanların müsəlmanlığı qəbul
etməyən hissəsi qriqorianlaĢdıqca erməniləĢməyə baĢladı. Müsəlmanlığı qəbul
edən albanlar isə bölgənin digər müsəlmanları ilə yanaĢı, səlcuq oğuzlarına
qaynayıb-qarıĢaraq türkləĢdilər, daha doğrusu, türklüyün yeni son mərhələsinə
qədəm qoydular.
Alban ədəbi abidələrinin yox olmasını heç də bununla əsaslandırmaq olmaz
ki, "Alban dili daha dini ibadət dili deyildi" və yaxud "Alban kilsəsi dini cəhətdən
erməni kilsəsinə mənsub idi". Alban dili ərəb istilası dövründə ərəblərin nüfuz
dairəsindən kənarda qalan vilayətlərin əhalisinin qriqoriyanlaĢdırılması
nəticəsində yox olmuĢdur; bu hal ermənilərin kütləvi surətdə yuxarıda
göstərilən bölgələrə köçürülməsindən sonra baĢ vermiĢdi; ərəblərin iĢğal
etdiyi digər vilayətlərdə isə Alban dili X əsrdən sonra yox olmağa baĢladı.
Lakin qriqoriyanlaĢdırma prosesi albanların kəskin müqavimətinə rast gəldi,
buna görə də bu, çox uzun sürdü. XIII əsrdə Gəncədə yaĢamıĢ Kirakos Qandzaketsi
yazır ki, "...erməni dilini yalnız Alban "rəislərinin " əksəriyyəti, yəni zadəganlar
bilir və bu dildə danışırdılar" (26). Deməli, hətta XIII əsrdə Arran əhalisinin
hamısı erməni dilini bilmir və öz ana dilində danıĢırdı. Bunu S.T.Yeremyan da
təsdiq edir və nəticəyə gəlir ki, "Alban ədəbiyyatı" yenə də (!) yaĢayırdı".
Ġ.P.PetruĢevski haqlı olaraq göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni
erməniləĢdirmək aləti olmuĢdur. Onun bu rolu VIII əsrin baĢlanğıcından etibarən,
xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofizit katolikosu Yegi
xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə
devirmiĢdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin
erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq
(pravoslav, yunanpərəst, gürcüpərəst) monofizitlər tərəfindən yatırılmıĢdır".
Dostları ilə paylaş: |