69
Həqiqət odur ki, erməni xalqı iki min ildən çoxdur ki, Bizans, Parfiya,
Ġran, Osmanlı və rus imperiyasının təbəələri olublar və indi də Rusiyanın bir
muxtar vilayəti kimi yaĢamaqdadırlar.
Həqiqət odur ki, əsl erməni xalqı həyatının ən varlı, ən dinc, ən xoĢbəxt
dövrünü böyük türk və Azərbaycan xalqı ilə dostluq Ģəraitində olduğu vaxtlarda
yaĢayıbdır. Və Ermənistan nə qədər ki, Türkiyə və Azərbaycana düĢmən mövqedə
dayanacaq - erməni xalqı həmiĢə qıyıq üstündə oturmuĢ kimi yaĢayacaqdır.
Təkrar da olsa, qeyd etmək istəyirəm ki, mənim erməni xalqına nifrətim
yoxdur və bu kitab da nifrət yaratmaq məqsədi daĢımır. Nifrət - gücsüzlərin
silahıdır. Bizə isə nifrət etmək bacarığı deyil, güclü olmaq bacarığı lazımdır. Biz
iqtisadi, siyasi, hərbi və mənəvi cəhətdən güclü olmalıyıq, buna borcluyuq, sadəcə
olaraq, buna məhkumuq.
TapdanmıĢ həqiqəti biz dikəltməliyik, haqqın əyilmiĢ mizan-tərəzisini biz
düzəltməliyik.
Qafqazda ədaləti, sülhü, əmin-amanlığı biz təmin etməliyik. Çünki
Qafqazın ən güclü və ən böyük xalqı bizik. Azərbaycan (eləcə də erməni) xalqının
xoĢbəxtliyi bizim qüdrətimizdən asılıdır.
Gec-tez Rusiya da çəkilib gedəcək, Ġran da. Qafqazda isə biz qalacağıq:
Azərbaycanlılar və onun qonĢuları!
70
II HĠSSƏ
NĠġANÇI ÖZÜMÜZ, HƏDƏF ÖZÜMÜZ
BABƏKĠN AYAQ SƏSLƏRĠ
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik
məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur.
Heydər ƏLĠYEV
Zəngəzur bütün tarixi boyu irili-xırdalı müharibələr, mübarizələr,
qəhrəmanlıqlar və uğursuzluqlar meydanı olmuĢdur.
Zəngəzurun coğrafi mövqeyi və relyef Ģəraiti buranın təbii istehkama - özü
boyda qalaya və müdafiə üçün çox əlveriĢli bölgəyə çevrilməsini ĢərtləndirmiĢdir.
Zəngəzurun tarixini ardıcıllıqla izləyərkən bu torpaqlarda gedən döyüĢlərin əsasən
hakimiyyət uğrunda, dini və milli zəmində baĢ verdiyinin Ģahidi oluruq.
Hakimiyyət uğrunda müharibələr bu torpaqda insanlar məskunlaĢandan, yəni
eradan əvvəl VII əsrdə sakların və kimmerlərin (qəmərlərin) buraya gəliĢindən
baĢlayaraq, XX əsrə qədər davam etmiĢdir. Zəngəzurda hökmranlıq etmiĢ
dövlətlərin adlarını əvvəldə xronoloji ardıcıllıqla çəkdiyimizdən burada bir daha bu
məsələyə qayıtmadan onu qeyd etmək istəyirəm ki, bu bölgədə uzun illər türk və
müsəlman imperiyaları hökmran olmuĢdur.
Zəngəzurda milli zəmində mübarizələr yalnız son dövrə - bu ərazilərin
Rusiyaya ilhaq edilməsindən sonra Ġrandan və Türkiyədən ermənilərin köçürülüb,
Zəngəzurda yerləĢdirilməsi dövrünə təsadüf edir. XVIII əsrin əvvəllərindən
baĢlayaraq, Zəngəzura köçürülən ermənilər həmiĢə milli azlıqda olmalarına
baxmayaraq, Rusiya imperiyasının təhriki və dəstəyi ilə burada yaĢayan aborigen
əhali - Azərbaycan türklərinə qarĢı milli zəmində silahlı çıxıĢlar etmiĢlər. Bu
çıxıĢlar çox vaxt Ģiddətli və uzun sürən qanlı qırğınlara çevrilmiĢlər (milli zəmində
müharibələr barədə sonrakı fəsillərdə ətraflı məlumat verəcəyik).
Zəngəzurda dini etiqad, inamla bağlı mübarizələr islamın bu ərazilərə
gəlməsi ilə bağlıdır.
Səkkizinci yüz ilin ortalarında Əməvilər sülaləsinin siyasətinə qarĢı həm
Xilafət sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi.
Xəlifə sülalənin taleyi üçün yaranmıĢ siyasi böhranı və təhlükəni aradan qaldırmaq
iqtidarında deyildi. Xilafətə qarĢı Azərbaycanda çıxıĢlar 748-752-ci illərdə geniĢ
vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iĢtirak edirdi və onlara yerli feodal
əyanlar baĢçılıq edirdilər. Bu səbəbsiz deyildi. Ərəblər Azərbaycanda
möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaĢdırır, onların torpağını,
kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaĢdırırdı. Ona görə
də feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb mənsəb
71
On beĢ aĢırımlı Xudafərin körpüsü. VII əsr.
sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da
üsyançılarla həmrəy idilər.
748-ci ildə Beyləqanda baĢlanmıĢ üsyan tezliklə digər vilayətləri, xüsusilə
Bərdəni və Ərdəbili əhatə etdi (Akademik Z.Bünyadov Xilafətə qarĢı bu çıxıĢları
Pavlikanların təsiri ilə əlaqələndirir). Beyləqandakı üsyana yerli hökmdar Vard ibn
Səfvan baĢçılıq edirdi.
VII əsrdə meydana gəlmiĢ və
tarixdə Pavlikian hərəkatı adı ilə tanınmıĢ
antifeodal hərəkatı bütün Zaqafqaziyada,
о cümlədən, Zəngəzurda da geniĢ
yayılmıĢdı (42, 256). Pavlikian hərəkatı
bəzi mənbələrin göstərdiyinə görə
Arranda, Beyləqanda о dövrdə gedən
antifeodal hərəkatı Pavlikian bidətçi
təliminin təsiri altında yaransa da, daha
çox milli azadlıq xarakteri daĢıyırdı.
M.Kalankatuklu bildirir ki, 830-
831-ci illərdən bir az əvvəl balasakanlılar Bercor mahalına və Arsax əyalətinin
Ureas, KarnakaĢ, Xakari və Tapat kəndlərinə hücum etdilər, lakin Babəkin köməyi
ilə Stepannos Ablasad tərəfindən darmadağın edildilər".
Ġlk monoteist din sayılan iudaizmdən və xristianlıqdan fərqli olaraq
islam artıq rəqabət Ģəraitində yayılırdı.
Təkallahlılığı və səma kitabını ("Bibliyanı") təbliğ edən xristianlıq
Fələstindən və Suriyadan, demək olar ki, heç bir dini rəqabət olmadan yayılmağa
baĢladı.
Yalnız təbliğat, inandırma, müxtəlif möcüzəli görünən səhnələr (illüziyalar)
göstərmək yolu ilə xristian apostolları insanları yerdəki (yaxud göydəki) cansız
cisimlərə (bütlərə, oda, suya, günəĢə, iĢığa) deyil, dünyanı yaradan, əbədi-əzəli var
olan müqəddəs ruha və onun müqəddəs kitabına (kəlamlarına) sitayiĢ etməyə
çağırır və buna nail olurdular.
Ancaq islamın yayılması bir qədər fərqli idi. Çünki islam dini
xristianlıqdan 7 əsr sonra yaranmıĢdı və bu vaxta qədər xristianlıq artıq özünə
möhkəm kök salmıĢ, özünün ideoloji təbliğat sistemini qurmuĢ, bir çox dövlətlərdə
isə hakim mövqe əldə etmiĢdi.
Ġslam xristianlığın güclü olduğu və ümumiyyətlə, yayıldığı ərazilərdə
qəbul edilmirdi, ərəblər özləri də buna səy göstərmirdilər. Onlar xristianları və
yəhudiləri "əhli əl-kitab", yəni "kitab əhli" adlandırır, onların dininə hörmətlə
yanaĢır, əsas gücü buddizm, atəĢpərəstlik və zərdüĢtiliklə mübarizəyə
yönəldirdilər.
Tarixi mənbələrdən məlumdur ki, Zəngəzurun əhalisinin bir hissəsi
xristianlığın alban qanadını qəbul etsə də, bir hissəsi (xüsusilə Araz boyu,
Dostları ilə paylaş: |