Ġdeya və layihə müəllifi


Urud qalasının öndən görünüĢü



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə23/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   19   20   21   22   23   24   25   26   ...   138

50 
 
Urud qalasının öndən görünüĢü. 
Rəssam A. Quliyev. 1987-ci il. 
 
Əmir Teymurun qoĢunları 1386-cı ildə Süniki iĢğal edərkən Urud qalasını 
da  zəbt  etmiĢ,  qalanın  hakimləri  Burtelo  və  Sumbat  Orbeliani  qardaĢlarını  əsir 
alaraq Səmərqəndə aparmıĢdır. 
Qaraqoyunlu  hökmdarı  Qara  Yusif  1407-ci  ildə  Urud  qalasını  almıĢ  və 
yerli  feodal  məlik  Bağırı  qalanın  hakimi  təyin  etmiĢdir  (200,  651).  Qeyd  etmək 
yerinə düĢərdi ki, Qaraqoyunlu feodallarından olan Məlik Bağırın tayfası üç yüz ilə 
yaxın  bir  müddətdə  Urud  qalasının 
hakimi  olmuĢlar.  Məlikbağırlılar  XX 
əsrin 
əvvəllərinə 
kimi 
Urudda 
yaĢamıĢ,  yüksək  dini  təhsil  görmüĢ, 
dini  rütbə  daĢımıĢ,  savadlı,  sayılıb 
seçilən  bir  nəsil  kimi  tanınmıĢlar. 
1905-ci  il  erməni-müsəlman  davası 
zamanı  Urud  kəndindən  bir  neçə  ailə 
o,  cümlədən,  Məlikbağırlılar  köçüb 
Bakıya  və  Orta  Asiyaya  getmiĢlər. 
Vaxtilə,  Azərbaycan  SSR  KP  MK-nın 
birinci 
katibi 
iĢləmiĢ 
Kamran 
Bağırovun  da  həmin  nəsildən  olması 
ehtimalı müəyyən əsaslardan xali deyildir. 
Urud qalası haqqında daha bir qiymətli məlumatı isə tarixçi alim, bu kitabın 
yazılmasında öz köməyini bizdən əsirgəməyən hörmətli Hüsaməddin Məmmədov 
Türkiyə  arxivlərində  iĢləyərkən  əldə  etmiĢdir.  Həmin  sənədi  -  1590-cı  il  tarixli 
"Ġrəvan  əyalətinin  müfəssəl  dəftəri"nin  124-cü  səhifəsindən  Urud  qalası  ilə  bağlı 
Sultan fərmanının çıxarıĢını Hüsaməddin müəllimə minnətdarlıq hissi ilə oxuculara 
təqdim  edirik:  "Bitlis  hakimi  ġərəf  xan  ilə  Maku  sancaqbəyisi  Əvəz  bəy  Sultana 
məktub  göndərib,  bildirdilər  ki,  Naxçıvan  əyanından  Əmir  Ziyaülmülkün 
övladlarından olan mövlana Məhəmməd bəd əməlli qızılbaĢlardan üz döndərib, öz 
adamları  ilə  gəlib  Urud  qalasına  yerləĢmiĢdir.  Urud  qalasında  olduğu  müddət 
ərzində, qızılbaĢlarla dəfələrlə vuruĢmuĢ və onları məhv etmiĢdir. Qalanın hakimi 
Urud  qalasını  zəbt  etmək  məqsədilə  üzərinə  hücum  etmiĢdirsə  də,  döyüĢləri 
uduzub  geri  çəkilmiĢdir.    Urud    qalasını    lazımınca  müdafiə    etmiĢ  mövlana 
Məhəmməd  sultan  üçün  də  böyük  xidmətlər  göstərmiĢdir.  Deyilənləri  nəzərə 
alaraq,  mövlana  Məhəmmədə  məxsus  və  Naxçıvanın  Cəhrik,  Qıvraq  adlı 
kəndlərindən  və  Türküt  adlı  məzrədən  ibarət  övlad  vəqfinin  yenə  də  onun 
istifadəsində  qalması  üçün  Sultandan  xahiĢ  olunmuĢ,  Sultanın  cümadüləvvəl  ayı 
995-ci il tarixində (9-18 aprel 1587-ci il, H. Məmmədov) bu barədə fərmanı (əmri-
Ģərif) verilmiĢdir. 
Gürcü  mənĢəli  knyaz  Davit  bek  Sünikdə  Ġran  hakimiyyətinə  qarĢı  üsyan 
qaldırarkən  1724-cü  ildə  Məlik  Bağırı  qətlə  yetirmiĢ  və  Urud  qalasını  ələ 


51 
 
keçirmiĢdir.  Lakin  4  il  sonra  Osmanlı  türkləri  Süniki,  o  cümlədən  Urud  qalasını 
Davit bekin üsyançı dəstələrindən təmizləmiĢdir. 
Təxminən o vaxtlarda Urud qalasında taun infeksiyası yayılmıĢ və qalanın 
demək  olar  ki,  bütün  sakinləri  bu  dəhĢətli  xəstəlikdən  vəfat  etmiĢlər.  Urud 
qalasının  taundan  xilas  olunmuĢ  əhalisi  öz  ev-eĢiklərini  tərk  edərək,  qalanın 
qarĢısında əvvəllər bostan sahəsi kimi istifadə  etdikləri yerdə indiki Urud kəndini 
salmıĢlar. 
Urud  qalasına  yerli  camaat  həm  də  "Babək  qalası"  deyirlər.  Nəsillərdən-
nəsillərə  keçən  Ģifahi  Ģəhadətlər  böyük  Azərbaycan  sərkərdəsi  Babəkin  öz 
mübarizəsinin son  mərhələsində bu qalada məskən salaraq  ərəb iĢğalçılarına qarĢı 
vuruĢduğunu  təsdiq  edir.  Eləcə  də  həmin  dövrü  təsvir  edən  bir  sıra  ərəb  və  fars 
salnaməçiləri  də  (Təbəri,  Bələzuri)  öz  əsərlərində  Rud-ər-rud  qalasının  adını 
çəkirlər. Azərbaycanın VII-IX əsrlərdəki tarixini böyük elmi dəqiqliklə Ģərh edən 
akademik  Ziya Bünyadovun  fikrincə,  Babəkin  son döyüĢlərindən biri  məhz  Urud 
qalasında və onun ətrafındakı dağlarda baĢ vermiĢdir (138, 179). 
Urud  qalası  indi  uçulub-dağılmıĢ  haldadır,  qalanın  yuxarıdan  görünüĢü 
Ģimal-qərb və cənub-Ģərqə doğru uzanan yəhər formasındadır. Qala hər üç tərəfdən 
sıldırım  qayalarla  əhatə  olunmuĢdur.  Yalnız  cənub-qərb  tərəfdən  qoĢa  hasar 
divarlarının  qalıqları  görünür.  Hasar  iri,  yonulmamıĢ  bazalt  daĢlarla  və  gec 
məhlulla  hörülmüĢdür.  Urud  qalasının  Bazar  çayına  baxan  divarında  çaya  doğru 
gedən  yeraltı  yolun  qalıqları  indiyədək  saxlanılmaqdadır.  Qalanın  səthi 
parçalanmıĢ bazalt daĢlardan ibarətdir. Palçıqsız hörülmüĢ düzbucaq, yaxud dairəvi 
kiçik həcmli yaĢayıĢ evlərinin divarları Urud qalasının cənub-qərb tərəfində böyük 
bir  sahəni  tutur.  Qalanın  cənub-qərbində  qoĢa  kvadrat  qüllələrin  qalıqları  diqqəti 
cəlb edir. 
 
Qarakilsə, yaxud müqəddəs Qriqori məbədi 
 
Sisyan rayonunun mərkəzində hündür bir təpəlikdə salınmıĢ bu monumental 
məbəd VI-VII əsrlərdə  inĢa  edilmiĢdir. Xristianlığın  diofizit  məhzəbinə  biət edən 
albanların  yaratdığı  ən  gözəl  dini  abidələrdən  sayılan  bu  məbəd  qara,  yonulmuĢ 
bazalt  daĢdan  tikildiyinə  görə  Qarakilsə  adlandırılmıĢdır.  Maraqlıdır  ki,  son 
vaxtlara qədər Sisyan erməniləri də bu məbədə azəri türklərinin dili ilə "Qarakilsə" 
deyirdilər. Tarixi mənbələrə görə Qarakilsə məbədi xristianlıqdan əvvəl bu bölgədə 
mövcud olmuĢ, bütpərəst məbədinin yerində tikilmiĢdir. 
Kilsənin  o  vaxtkı  Sünik  knyazı  Kaozatın  sifariĢi  və  vəsaiti  ilə  tikildiyi 
söylənilir.  Binanın  içərisində  divarda  Kaozatın  daĢ  üzərində  Ģəkli  həkk 
olunmuĢdur. Kaozatın  dar, badama bənzər qıpçaq gözü adamın diqqətini cəlb 
edir.  Maraqlıdır  ki,  Müqəddəs  Teodorosun  və  onun  yanında  o  vaxtkı  Sünik 
yepiskopu Hovsepin Ģəkillərindəki sifət və göz quruluĢu da qıpçaq tiplidir. Bu  ya 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə