Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə33/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   29   30   31   32   33   34   35   36   ...   138

72 
 
Zəngəzur və BərguĢad silsiləsi üzrə yerləĢən yaĢayıĢ məntəqələri) özlərinin əvvəlki 
dinlərində - atəĢpərəstlikdə qalmaqda davam edirdilər. Ərəb xilafətinin iĢğal etdiyi 
ərazilərdə möhkəmlənməsi üçün güc  faktoru ilə yanaĢı, dini zəmində dəstəyə çox 
güclü  ehtiyacı  var  idi.  Buna  görə  də  VII  əsrin  sonlarından  baĢlayaraq,  xilafət 
atəĢpərəstliyə qarĢı müharibəyə baĢladı. AtəĢpərəstlərin məbədgahları dağıdıldı, 
özləri  kafir  və  Allahın  düĢmənləri  elan  edildi,  bu  dinə  sitayiĢ  edənlər  cinsindən, 
millətindən və yaĢından asılı olmayaraq iki yoldan birini seçməli oldular: ya ölüm, 
yaxud islamı qəbul edərək  müsəlman  olmaq.  Belə  bir Ģəraitdə  Azərbaycanda  - 
Təbriz və Ərdəbil yaxınlığında Əbu Ġmran və Səkrək oğlu Cavidan öz dinlərinin 
xürrəmiliyin müdafiəsinə qalxdılar. 
Onlar qısa müddət ərzində öz ətraflarına çoxlu tərəfdarlar toplaya bildilər və 
ərəb xilafətinə qarĢı mübarizənin iki müstəqil mərkəzi yarandı. Təəssüf ki, bu iki 
qəhrəman sərkərdə  dil tapıb birləĢmək əvəzinə, liderlik  üstündə  biri-birinə  qənim 
kəsildilər. 
Səid  Nəfisinin  yazdığına  görə  Bəzz  dağlarında  və  ona  yaxın  ərazilərdə 
yaĢayan  xürrəmilərə  rəhbərlik  etmək  üstündə  Cavidan  və  Əbu  Ġmran  deyilən  iki 
feodal arasında kəskin mübarizə gedirdi. Onlar yazda və yayda bir-biri ilə vuruĢar, 
qıĢda,  qar  yolları  bağlayan  zaman  döyüĢü  dayandırıb  təsərrüfatları  ilə  məĢğul 
olardılar (96, 4). 
Cavidan  Bəzz  qalasının  sahibi  və  xürrəmilər  icmasının  baĢçısı  idi.  Onun 
çoxlu  qoyun  sürüləri  vardı.  O,  hər  il  qıĢ  vaxtı  Zəncan  bazarında  qoyun  satardı. 
Gələcək Ģagirdi  Babəklə  tanıĢlığı da  belə  səfərlərin birində  baĢ verdi.  О  apardığı 
iki min qoyunu satıb geri qayıdarkən Babəkgildə gecələməli oldu. Cavidan söhbət 
zamanı  yəqin  etdi  ki,  Babəkin  güclü  mühakiməsi  və  idrakı  var.  Ona  görə  də 
anasının  razılığı  ilə  Babəki  Bəzz  qalasına  apardı.  Babək  tezliklə  xürrəmilərin 
təlimini qəbul etdi. Cavidanın yaxın köməkçisi və məsləkdaĢı oldu. 
Mənbələrin  məlumatına  görə  xürrəmilərin  ərəblərə  qarĢı  azadlıq 
mübarizəsinin  2/3  hissəsini  Babəkə  qədərki  dövr  təĢkil  edir  ki,  onun  da  xeyli 
hissəsinə  Cavidan rəhbərlik etmiĢdi.  Xürrəmilər Cavidana  Allah qədər inanırdılar 
və ona sadiq idilər. 
816-cı  ildə  döyüĢlərin  birində  Cavidan  Əbu  Ġmranı  öldürdü  və  bundan  üç 
gün sonra aldığı yaradan özü də öldü. Bu zaman Babəkin 18 yaĢı vardı. Cavidanın 
dul  qalmıĢ  gənc  və  gözəl  qadını  Babəkə  vurulmuĢdu.  O,  ərinin  adından 
uydurduğu  saxta  vəsiyyətlə  xürrəmiləri  aldada  bildi.  Guya,  həmin  gün  öləcəyini 
əvvəlcədən hiss edən Cavidan vəsiyyət edərək bildirib ki, öləndən sonra onun ruhu 
Babəkin ruhu ilə birləĢəcək. Deməli, Cavidan Babəkin Ģəxsində yaĢayacaqdı. Ona 
görə  də  o,  Babəki  xürrəmilər  icmasına  rəhbər  təyin  edir.  Hər  kəs  etiraz  edib 
vəsiyyətə  əməl  etməsə,  böyük  günah  etmiĢ  olur.  Xürrəmilər  qadının  dediyinə 
inanıb rəhbərləri Babəkə sadiq qalacaqlarına and içdilər. 
Beləliklə, Babək Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri 
oldu. 


73 
 
Bəzz qalası. 
 
Əsrlərdən  bəri  adı  qəhrəmanlıq  rəmzinə  çevrilmiĢ  Babək  öz 
zəmanəsinin cəsur sərkərdəsi və görkəmli siyasi xadimi idi. 
Xürrəmilərin ərəb xilafətinə qarĢı mübarizəsi 61 il davam etmiĢdir ki, onun 
da  22  ilinə  Babək  rəhbərlik  etmiĢdir  (816-837).  Xürrəmilər  hərəkatı  ərəb 
xilafətinin  bütün  tarixi  boyu  üzləĢdiyi  ən  dəhĢətli,  ağır  və  üzücü    müharibə 
olmuĢdur.  Bu  kitabda  xürrəmilik,  onun  məqsədləri,  mahiyyəti,  mübarizəsi  və 
süqutunun  səbəbləri  barədə  geniĢ  danıĢmağı  qarĢıya  məqsəd  qoymadığımızdan, 
yalnız Babəkin və onun silahdaĢlarının Zəngəzurla bağlı mübarizəsi  haqqında 
tarixi  mənbələrə  söykənərək  mümkün  qədər 
geniĢ məlumatlar vermək istəyirik. 
Ġlk  əvvəl  onu  qeyd  etmək  gərəkdir  ki, 
xürrəmilik hərəkatına və Babəkə münasibət heç 
vaxt birmənalı olmamıĢdır. 
Bu  regionun  о  dövrü  ilə  bağlı  yazıya 
malik  xalqlar  -  ərəblər,  farslar,  albanlar, 
ermənilər və  gürcülər idilər.  Gürcü və  erməni 
mənbələri Babək və onun mübarizəsi haqqında 
demək  olar  ki,  susurlar.  Ən  azı  ona  görə  ki, 
Babəkin  nə  millətinin,  nə  dininin,  nə  də 
mübarizə apardığı ərazilərin gürcü və ermənilərə aidiyyəti yoxdur. 
Alban  mənbələrindən  dövrümüzə  gəlib  çatan  tək-tük  kitablarda,  xüsusilə 
Moisey  Kalankatuklunun  "Alban  tarixi"  əsərində  Babək  və  xürrəmilər  hərəkatı 
haqqında  cüzi,  lakin  obyektiv  məlumatlar  var  ki,  bu  da  о  dövrdəki  prosesləri 
hərtərəfli  ümumiləĢdirməyə  və  sonsuz  sayda  suallara  cavab  vermək  üçün  yetərli 
deyildir. 
Babək  və  onun  mübarizəsi  haqqında  ərəb  və  fars  mənbələrində  olduqca 
çoxlu,  lakin  biri-birini  inkar  edən  məlumatlar  vardır.  Bu  da  baĢa  düĢüləndir: 
çünki Babək islam dininə qarĢı mübarizə aparmıĢ, ərəblərlə düĢmənçilik etmiĢdir. 
Konyuktura isə hər zaman və hər yerdə vardır. Buna görə də ərəb və fars mənbələri 
özlərinin  din  düĢməni  Babəkə  qarĢı  nəinki  kifayət  qədər  obyektiv  ola  bilməmiĢ, 
hətta ona nifrətlərini də bəzən gizlətməmiĢdir. 
Bu  qeyd  olunan  səbəblərdən  xürrəmi  hərəkatı,  Babək  və  onun 
mübarizəsinin  coğrafiyası  haqqında  yüz  faizli  dəqiq  fikir  söyləmək  mümkün 
deyildir.  Lakin  bu  məsələ  gün  kimi  aydındır  ki,  Babəkin  və  onun  mübarizəsinin 
sıx bağlı olduğu yerlərdən biri və bəlkə də birincisi  Zəngəzur torpağı olmuĢdur. 
Onu  da  qeyd  edək  ki,  Xürrəmilər  hərəkatı  özünün  elmi  və  obyektiv  qiymətini 
akademik  Z.Bünyadovun  çoxillik  zəhmətinin  bəhrəsi  olan  "Azərbaycan  VII-IX 
əsrlərdə"  adlı  fundamental  monoqrafiyasında  və  bu  problemlə  əlaqədar 
məqalələrində,  mötəbər  elmi  konfranslardakı  çıxıĢlarında  tapa  bilmiĢdir.  Müəllif 
yüzlərlə  mənbələri araĢdıraraq mübahisəli  məsələləri  tarixĢünaslıq baxımından və 
elmi cəhətdən düzgün dəqiqləĢdirmiĢdir. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə