Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Sinonim, omonim, antonim və çoxmənalı sözlər



Yüklə 79,27 Kb.
səhifə19/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
Dilçiliyə giriş cavablar

28. Sinonim, omonim, antonim və çoxmənalı sözlər.
Sinonimlər: Müasir Azərbaycan dilində hər hansı bir məhfumu bir sözlə deyil, bir neçə müxtəlif sözlə ifadə etmək olur. Məs: fikir – xəyal, qasırğa – fırtına və s.
Azərbaycan dilində sinonimlər iki tipə ayrılır:

  1. Lüğəvi sinonimlər;

  2. Qrammatik sinonimlər.

Lüğəvi sinonimlər də leksik və frazeoloji olmaqla iki yerə bölünür.
Sinonimlərin əlamətdar cəhətləri aşağıdakılardır:
1.Ortaqlı, yaxud ümumiləşmiş məna əsasında birləşmək sinonimlərin əsas əlamətidir.
2.Sinonimləri təşkil edən sözlər məna çalarlığı və üslubi rəngarəngliyinə görə bir-birindən fərqləndiyi üçün mütləq və nisbi növlərə ayrılır.
Mütləq sinonimlər elə sinonimlərdir ki, onlar bir-birini mütləq şəkildə əvəz edir. Məs: səmt-tərəf, ulaq – eşşək və s.
Nisbi sinonimlər isə bir-birini tam şəkildə əvəz edə bilmir.
Antonimlər: Formaca müxtəlif, mənaca bir-birinin əksini təşkil edən sözlərə antonim sözlər deyilir.
Antonimlərin aşağıdakı məna növləri var.
1.Əlamət, keyfiyyət, xüsusiyyət anlayışlarını bildirənlər. Məs: ağ-qara, sərt-mülayim və s.
2.Vaxt anlayışı bildirən antonimlər. Məs: səhər-axşam, yay-qış və s.
3.Məkan anlayışı bildirənlər. Məs: irəli-geri, ora-bura və s.
4.Ölçü və miqdar anlayışı bildirənlər. Məs: böyük-kiçik, iri-xırda və s.
5.Təbiət hadisələrilə bağlı anlayışları bildirənlər. Məs: işıq-qaranlıq, donmaq-ərimək və s.
6.İstiqamət, tərəf bildirənlər. Məs: sağ-sol, o tərəf-bu tərəf və s.
7.Təsdiq və inkar bildirənlər VƏ S.
Tam və nisbi antonimlər:
Ziddiyyətin dərəcəsinə görə antonimlər tam və nisbi olaraq iki yerə ayrılır.
Mənaca bir-birinin tam və mütləq ziddini təşkil edən antonim sözlərə tam antonimlər deyilir. Məs: dağ-dərə, alt-üst və s.
Mənaca bir-birinin şərti və nisbi ziddini təşkil edən antonim sözlərə nisbi antonimlər deyilir.
Omonimlər: - bir-birilə əlaqəsi olmayan və məna əlaqəsini çoxdan itirmiş məhfumları ifadə edən, eyni səs tərkibinə malik sözlərə deyilir.
Omonimlərin 3 tipi vardır.
1.Fonetik omonimlər. Bunlara omofonlar da deyilir.
2.Morfoloji omonimlər. Bunlara omoformlar, yaxud omoqraflar da deyilir.
3.Leksik omonimlər. Bunlara xüsusi, əsl omonimlər də deyilir.
Çoxmənalı sözlər:
Çoxmənalılıq dildə müəyyən səbəblərlə bağlı olaraq yaranır. Sözlər əvvəl təkmənalı olur, müəyyən tarixi dövrdən sonra çoxmənalılığa doğru inkişaf edir. Burada məcazlaşma üstünlük təşkil edir. Daha doğrusu, çoxmənalılığın yaranmasında məcazlaşma mühüm rol oynayır.
Çoxmənalılıq dilin inkişaf qanunauyğunluğudur. Bu proses tədricən yaranır və dilin lüğət tərkibini zənginləşdirir.
Çoxmənalılığın tarixi qədimdir. Azərbaycan dilində çoxmənalılıq dilimizin qədim və ən qədim dövrlərindən başlayaraq mövcud olmuşdur.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə