Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 

52 


hər vəclə hər şeyi bir-birinə qatır. Onun dili həm özünə, həm də 

yaşadığı  topluma  bəla  olur.  (Bax;  Əbdürrauf  əl-Munəvinin 

“Feydul qadir şərhul Camius Sağir” 2/283) 

 

DÜŞMƏNÇĐLĐK və QƏZƏBĐN ÇARƏSĐ 



 

 

Hirslənərkən  hirsi  boğmaq,  qəzəb  və  onu  stimullaşdıran 



amillərdən uzaq durmaq, kin ədavət və düşmənçilik kimi çirkin 

əməllərdən  qorunmağın  ən  mühüm  səbəblərindəndir.  Qəzəbin 

əlacı dini formada iki cür mümkündür:  

1.  Ona  düşməkdən  qorunmaqdır.  Məlumdur  ki,  ondan 

qorunmaq  ona  düşdükdən  sonra  çarə  axtarmaqdan  daha 

xeyirlidir.  Ona  aparan  səbəblərdən  çəkinmək  və  uzaqlaşmaq 

ondan  qorunmaq  üçün  ən  mühüm  köməkçi  amillərdir.  Gərək, 

buna  nail  olmaq  istəyən  hər  bir  müsəlman  ona  aparan 

təkəbbürlük,  özünübəyənmə,  başqalarını  xor  görmə,  hərislik, 

boş  yerə  danışmaq  və  sair  bu  kimi  səbəblərdən  özünü 

təmizləsin!  (Suhbi  Məhməsani  “əd-Dəaimul  xalqiyyə  val 

qavaninuş şəriyyə” səh 227) 

 

2.  Ikincisi isə qəzəb  anında tapılan çarədir ki, bunlar da 



aşağıdakılardır:  Birincisi,  qəzəblənərkən  lənətlənmiş  şeytandan 

Allaha  pənah  aparmaq,  (Bax;  əl-Əraf,  200  əl-Muninun,  97 

Fussilət,  36  Buxari  10/518  Müslim  4/2015)  Ikincisi,  dəstəmaz 

almaq,  (Bax;  Əbu  Davud  “Sünən”  4/249  “Təhzib  əs-Sünən” 

7/165-168 “Övnul Məbud” 13/141 Şeyx Əbduləziz bin Abdullah 

bin  Baz  onun  sənədinin  yaxşı  olduğunu  qeyd  etmişdir.) 

Üçüncüsü,  qəzəblənkən  olduğu  vəziyyətini  dəyişdirmək: 

oturmaq,  uzanmaq,  çıxmaq  kimi  hərəkətlər,  (Əhməd  “Müsnəd” 

5/152  Əbu  Davud  4/249  Đbn  Hibban  “Məvarid”  484  Heysəmi 

“Məcməuz zəvaid”də qeyd edir ki, Əhmədin raviləri etibarlıdır. 

8/70 Bax; Bəğəvi “Şərhus sunən” 13/162)  

 

 




 

53 


ƏDƏBSĐZ SÖZLƏR 

 

 



Ədəbsiz sözlər danışmaqdan çəkin! Allah taala buyurur: 

“Onların  gizli  söhbətlərinin  çoxunda  xeyir  yoxdur.  Xeyir 

ancaq  sədəqə  verməyi,  yaxud  yaxşılıq  etməyi  və  ya  insanlar 

arasında  sülh  yaratmağı  əmr  edən  kimsənin  söhbətindədir. 

Allahın  razılığını  qazanmaq  üçün  belə  işlər  görən  kimsəyə 

(axirətdə) böyük mükafat verəcəyik”. (ən-Nisə, 114) 

Đbn  Kəsir  (Allah  ona  rəhmət  etsin!)  “Onların  gizli 

söhbətlərinin çoxunda xeyir yoxdur” kəlamı barərsində deyir: 

“Yəni,  insanların  söhbəti”.  (“Muxtəsəru  təfsiru  Đbn  Kəsir” 

1/437)  


 

Başqa  bir  ayədə  Allah  taala  buyurur:  “Allah  pis  sözün 

açıq  (ucadan)  deyilməsini  sevməz.  Yalnız  zülm  olunmuş 

şəxslər  müstəsnadır.  Allah  (hər  şeyi)  eşıdəndir,  biləndir”. 

(ən-Nisə, 148) 

Yəni  Allah  pis  danışmağı  və  ədəbsiz  sözlər  işlətməyi 

sevməz.  Məzlum  isə  istisnadır.  Çünki,  zülm  olunmuş  kəs  ona 

zülm etmiş insana qarşı belə ifadələr işlədə bilər.  

 

Ibn  Abbas  (Allah  ondan  və  atasından  razı  olsun!) 



buyurur ki, burada Allahın sevmədiyi şey, zülmə uğrayanlardan 

başqasının kiminsə əleyhinə dua etməsidir. (Sabuni “Safvatu ət-

Təfəsir” 1/314)  

Uca Allah digər bir ayədə buyurur: “Dediyi hər  sözü (yazmaq 

üçün)  onun  yanında  hazır  durub  gözləyən  (iki  mələk) 

vardır”.  (Qaf,  18)  Həmçinin,  buyurur:  “Şübhəsiz  ki,  Rəbbin 

(bəndələrinin bütün əməllərini) baxıb görür”. (əl-Fəcr, 14)  

 

Əbu  Musa  əl-Əşari  deyir  ki,  bir  gün  rəsulullahdan  (s) 



soruşdum:  “Hansı  müsəlman  daha  fəzilətlidir?”  O,  (s)  mənə 

belə cavab verdi: “O kəsdir ki, müsəlmanlar onun dilindən və 

əlindən zərər görməzlər”. (Buxari 1/9 Müslim 165)  

 

Əbu  Hureyrə  (Allah  ondan  razı  olsun!)  peyğəmbərdən 



(s) belə eşitdiyini rəvayət edir: “Həqiqətən, qul elə söz danışa 


 

54 


bilər  ki,  ona  görə  Cəhənnəmdə  arası  məşriq  böyüklüyündə 

olan  məsafədən  daha  uzaq  yerə  atılar”.  (Buxari  7/184) 

Müslimdə  keçən  hədisdə  isə  peyğəmbər  (s)  belə  buyurur: 

“Həqiqətən,  qul  elə  söz  danışa  bilər  ki,  o  söz  onu 

Cəhənnəmdə  məşriqlə  məğribin  arasındakı  məsafədən  daha 

uzaq  yerə  atar”.  (Müslim  4/2290  Bax;  əl-Lulu  val  Mərcan 

3/325)  

 

Əbu  Hureyrə  (Allah  ondan  razı  olsun!)  rəvayət  edir  ki, 



peyğəmbər  (s)  buyurur:  “Həqiqətən,  qul  Allahın  razılığı 

səbəbi  ilə  ağlına  gəlmədən  elə  söz  danışa  bilər  ki,  onunla 

Allah  onun  dərəcəsini  yüksəldər.  Həqiqətən,  qul  Allahın 

qəzəbindən ağlına gəlmədən elə sözlər işlədə bilər ki, onunla 

Allah onu Cəhənnəmə atar”. (Buxari 7/185)  

 

Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərin (s) 



belə buyurduğunu rəvayət edir: “Həqiqətən, insan heç bir eyib 

hesab  etmədiyi  bir  şeyi  Allahın  qəzəbi  ilə  danışarsa,  onunla 

Cəhənnəmdə  yetmiş  illik  məsafə  uzaqlıqdakı  yerə  atılar”. 

(Đbn  Macə  2/1313  Tirmizi  4/557  Bax;  “Səhih  Đbn  Macə”  2/358 

“Səhih ət-Tirmizi 2/268)  

 

Əbu  Hureyrədən  rəvayət  olunan  digər  bir  hədisdə 



rəsulullah (s) buyurur: “Allaha və axirət gününə iman gətirən 

kəs, ya xeyirli bir söz söyləsin, ya da sussun! Allaha və axirət 

gününə  iman  gətirən  kəs,  qonşusuna  əziyyət  verməsin! 

Allaha  və  axirət  gününə  iman  gətirən  kəs,  qonağına  ikram 

etsin!” (Buxari 7/184 Müslim 1/68)  

 

Səhl  bin  Səd  (Allah  ondan  razı  olsun!)  peyğəmbərin  (s) 



belə  buyurduğunu  rəvayət  edir:  “Kim  mənə  iki  saqqalı  və  iki 

qılçası  arasında  olan  şeydən  zəmanət  versə,  mən  də  onun 

Cənnətə  daxil  olmasına  zəmanət  verərəm”.  (Buxari  7/184 

Tirmizinin  rəvayətində  isə  “Allah  iki  saqqalı  və  iki  qılçası 

arasında olanın şərindən kimi qorusa, o Cənnətə daxil olar” 

deyilir. Bax; “səhih ət-Tirmizi” 2/287) 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə