Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   15   16   17   18   19   20   21   22   23

 

61 


 

Đbn  Bəttal  deyir  ki,  kim  başqasını  olmayan  keyfiyyətinə 

görə  tərifləyərsə,  təriflədiyi  adama  xeyir  gətirməz.  Çünki, 

təriflənən  onda  belə  bir  keyfiyyətin  olmasını  zənn  edərək  xeyir 

əməllərdən  və  inkişafdan  əl  çəkə  bilər.  Peyğəmbər  (s)  buyurur: 

“Məddahların  üzlərinə  torpaq  tökün!”  (Müslim  4/2297) 

Ömər (Allah ondan razı olsun!) deyir ki, tərif qurban verməkdir. 

(“Fəthul Bari” 10/477)  

 

Həmmam  bin  əl-Haris  rəvayət  edir  ki,  bir  kişi  Osmanı 



mədh  edirdi.  Miqdad  bunu  görüb  kiçik  daş  dənəciklərini  onun 

sifətinə atdı. Osman dedi: “Sən nə edirsən?” O, dedi: Həqiqətən, 

Allahın  rəsulu  buyurdu:  “Əgər  məddahlar  görsəniz,  onların 

sifətlərinə  torpaq  atın!”  Başqa  bir  rəvayətdə  Miqdad  deyir  ki, 

Allahın  rəsulu  (s)  bizə  məddahların  sifətinə  torpaq  atmağımızı 

əmr etdi. (Müslim 4/2297) 

 

TƏRIFIN ICAZƏ VERILIDIYI HALLAR 



 

 

Şübhə  yoxdur  ki,  mədh  etmək  mədh  olunanın  fitnəyə 



düşməsinə  səbəb  olursa  və  ya  həddən  artıq  tərifə  yol  verilirsə, 

bu,  dilin  törətdiyi  bəlalardandır.  Lakin,  belə  olmadığı  təqdirdə 

bunu bəla adlandırmaq olmaz. 

 

Imam  Buxari  (Allah  ona  rəhmət  etsin!)  “Kim  qardaşını 



olduğu keyfiyyətinə görə tərifləyərsə” fəslində qeyd edir ki, Səd 

belə rəvayət edir: “Peyğəmbərin yalnız Əbdürrəhman bin Salam 

barəsində  yer  üzərində  gəzən  Cənnət  əhli  deməsini  eşitdim”. 

(Buxari 7/87 “Fəthul Bari” 10/478)  

 

Musa bin Uqbə Salimdən, o da atasından rəvayət edir ki, 



rəsulullah  (s)  paltarın  aşağı  düşməsini  qeyd  edəndə  Əbu  Bəkr 

dedi:  “Ey  Allahın  rəsulu,  mənim  də  paltarımın  bir  tərəfi  aşağı 

düşür”.  Rəsulullah  (s)  ona  cavab  verdi:  “Sən  onlardan 

deyilsən”. (Buxari 7/87 “Fəthul Bari” 10/478)  

 

Bu  icazə  verilən  istisna  haldır.  Lakin,  tərifləyərkən 



mübaliğəyə,  fitnəyə  və  təriflənən  insanda  özünü  bəyənmə  kimi 


 

62 


hisslərin  yaranmasına  yol  vermək  olmaz.  Göründüyü  kimi, 

peyğəmbər  (s)  səhabələri  (Allah  onlardan  razı  olsun!)  gözəl 

sifətlərlə  vəsf  etmişdir.  Peyğəmbər  (s)  Ömər  barəsində  deyir: 

“Şeytan  sənin  getdiyin  yolda  səninlə  qarşılaşmaz.  Ancaq, 

sənin  getdiyin  yoldan  başqa  yolda  görükə  bilər”.  (Müslim 

4/1864  Buxari  “Fəthul  Bari”  10/479)  Kim  başqasını  bilindiyi 

xüsusiyyətinə  görə  tərifləyərsə,  bu  qadağan  olunmuşlar 

siyahısına  daxil  edilməz.  Peyğəmbər  (s)  şerlərdə,  xütbələrdə  və 

söhbətlərdə  mədh  edilmişdir.  Və  onu  mədh  edənlərin  sifətinə 

torpaq atılmamışdır. (“Fəthul Bari” 10/477)  

 

Imam  Nəvəvi  (Allah  ona  rəhmət  etsin!)  deyir  ki,  iki 



səhih  kitabda  üzə  tərif  etmək  barəsində  çoxlu  hədislər  varid 

olub.  Alimlər  qeyd  edirlər  ki,  onun  qadağan  olunmuş  forması 

mübaliğəyə,  fitnəyə  və  təriflənən  insanda  özünü  bəyənmə  kimi 

hisslərin  yaranmasına  yol  verməkdir.  Lakin,  təqvası,  əqli  və 

mərifəti  belə  bir  fitnənin  yaranmasına  rəvac  vermədiyi 

insanların üzünə tərif demək qadağan deyil. Əksinə, onun xeyir 

əməllərə  fəallığını  və  davamlılığını  artırır.  Allah  ən  gözəl 

biləndir. (Đmam Nəvəvinin “Müslimin şərhi” 18/126) 

 

ĐNSANIN ÖZ ƏMƏLĐN AŞKARA ÇIXARMASI 



 

 

Əbu  Hureyrə  (Allah  ondan  razı  olsun!)  peyğəmbərdən 



(s)  belə  eşitdiyini  rəvayət  edir:  “Mənim  bütün  ümmətim 

bağışlanandır. Yalnız günahlarını bəyan edən istisnadır. Çox 

biabırçı  bir  haldır  ki,  insan  gecə  bir  əməl  edə,  səhər 

oyanarkən  Allah  onun  ayıbını  örtdüyü  halda,  o  deyər:  Ey 

fılankəs, mən dünən belə etdim.  Gecə də Allah onun eyibini 

örtdüyü  halda,  səhər  yenə  də  onu  aşkara  çıxarar”.  (Buxari 

7/89 Müslim 4/2291 Bax; “əl-Lulu val Mərcan” 3/326)   

 

MÜSƏLMANLARI SÖYMƏK VƏ LAĞA QOYMAQ 



 


 

63 


 

Allah  taala  buyurur:  “Ey  iman  gətirənlər!  Bir  qövm 

digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) 

o  birilərindən  (lağa  qoyanlardan  Allah  yanında)  daha  yaxşı 

olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, 

onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) 

daha  yaxşıdırlar.  Bir-birinizə  tə’nə  etməyin  (ayıb tutmayın) 

və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və 

i.  a.)  çağırmayın.  Đman  gətirdikdən  sonra  fasiq  adını 

qazanmaq  necə  də  pisdir.  Məhz  tövbə  etməyənlər 

zalımlardır”. (əl-Hucurat, 11)  

 

Əbu  Hureyrə  (Allah  ondan  razı  olsun!)  rəvayət  edir  ki, 



rəsulullah (s) buyurur: “Səhabələrimi söyməyin! Canım əlində 

olana  and  olsun  ki,  əgər  sizlərdən  biriniz  Uhud  dağı  boyda 

qızıl  xərcləsəniz,  yenə  də  onların  etdiyi  bir  əmələ,  hətta 

yarısına  belə  çatmaz”.  (Müslim  4/1967  “Şərhun  Nəvəvi” 

16/93)  

 

Imam  Nəvəvi  (Allah  ona  rəhmət  etsin!)  deyir:  “Bil  ki, 



səhabələri  (Allah  onlardan  razı  olsun!)  söymək  ən  çirkin 

haramlardan  biridir.  Istər  onların  fitnəyə  uğrayanı  olsun,  istər 

olmasın.  Çünki,  onlar  bu  müharibələrdə  nələrisə  ictihad 

etmişdilər”. (“Şərhun Nəvəvi” 16/93) 

 

Əbu Zər (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə 



buyurduğunu  eşitmişdir:  “Bir  insan  başqasını  fasiqlik  və  ya 

küfrlə  ittiham  etdiyi  halda  dediklərində  yalnışdırsa,  o  özü 

onlardandır”.  (Buxari  “Fəthul  Bari”  10/464  Əhməd  “Müsnəd” 

5/181)  


 

Abdullah bin Məsud peyğəmbərin (s) belə buyurduğunu 

rəvayət  edir:  “Müsəlmanı  söymək  fasiqlik,  öldürmək  isə 

küfrdür”. (Buxari 1/17 Müslim 1/18 Bax; “əl-Lulu val Mərcan” 

1/13)  

 

Abdullah  bin  Ömər  (Allah  ondan  və  atasından  razı 



olsun!)  rəvayət  edir  ki,  peyğəmbər  (s)  buyurur:  “Bir  kişi 

müsəlman  qardaşına  “ey  kafir”  deyərsə,  onlardan  biri 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə