Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   15   16   17   18   19   20   21   22   23

 

55 


 

Muğira  deyir  ki,  mən  peyğəmbərin  (s)  namazı 

qurtardıqdan  sonra  belə  dediyini  eşitdim:  “Allahdan  başqa 

ibadətə  layiq  haqq  məbud  yoxdur.  O,  təkdir,  şəriki  yoxdur. 

Mülk və həmd Ona məxsusdur. Və O, hər şeyə qadirdir”. O, 

(s) bunu üç dəfə təkrarladı və dedi-qodunu,  çoxlu sual verməyi 

malı  zay  etməyi,  analara  asi  olmağı  və  yeni  doğulmuş  qız 

uşaqlarını  diri-diri  basdırmağı  qadağan  etdi”.  (Buxari  7/183 

Hədisin əvvəli də var.)  

 

Bilal  bin  əl-Harisdən  (Allah  ondan  razı  olsun!) 



peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Həqiqətən,  insan 

Allahın  razılığı  ilə  özünün  təsəvvür  etmədiyi  səviyyədə  elə 

söz  danışa  bilər  ki,  Allah  öz  razılığını  onunla  görüşəcək 

günədək  ona  verər.  Həqiqətən,  insan  Allahın  qəzəbi  ilə 

özünün  təsəvvür  etmədiyi  səviyyədə  elə  söz  danışa  bilər  ki, 

Allah  öz  qəzəbini  onunla  görüşəcək  günədək  onun  üzərinə 

atar”.  (Đmam Malik “Muvatta 2/985  Buxari 7/185 Əhlis Sunən 

Bax; “Səhih ət-Tirmizi 2/269) 

 

Abdullah  bin  Məsud  (Allah  ondan  razı  olsun!)  deyir  ki, 



bir  evdə  olarkən  orada  iki  qureyşli  və  bir  səqəfli  var  idi.  Onlar 

yekə  qarın,  lakin,  zəif  zəkaya  malik  insanlar  idi.  Onlardan  biri 

dedi:  “Məgər  bilmirsinizmi,  Allah  bizim  dediklərimizi  eşidir?” 

Digəri isə: “Biz ucadan danışsaq, eşidər. Gizlində danışsaq, bizi 

eşitməz”  dedi.  Başqa  biri  isə  dedi:  “O,  bizim  gizlində 

danışdığımızı eşidirsə, aşkarda ucadan danışdığımızı da eşidir”. 

Daha sonra Allah taala bu ayəni nazil etdi: “Siz qulaqlarınızın, 

gözlərinizin 

və 

dərilərinizin 



əleyhinizə 

şəhadət 


verəcəklərinizdən  qorxub  (günah  işləməkdən)  çəkinmir, 

etdiyiniz  əməllərin  çoxunu  isə  Allahın  bilməyəcəyini  zənn 

edirsiniz”.  (Fussilət,  22)  (Buxari  6/37  Fussilət  surəsinin  təfsiri, 

Müslim 4/2141 Bax; əl-Lulu val Mərcan 3/270)  

 

Sufyan  bin  Abdullah  (Allah  ondan  razı  olsun!)  belə 



rəvayət edir: “Ey Allahın rəsulu, mənə elə bir şey danış ki, mən 

ondan  tutunum”.  Dedi:  “De  ki,  mənim  rəbbim  Allahdır! 




 

56 


Sonra  doğru  yolla  get!”  Dedim:  “Ey  Allahın  rəsulu,  mənim 

üçün ən çox qorxduğun nədir?” Peyğəmbər (s) öz dilini tutdu və 

dedi: “Bax, bu!” (Müslim 1/65 Əhməd “Müsnəd” 3/413 Tirmizi 

4/607) 


 

 Əbu Hureyrənin belə dediyi rəvayət olunur: “Allaha and 

olsun ki, insan elə söz danışa bilər ki, onunla dünya və axirətini 

itirər”.  (Bəğəvi  “Şərhus  Sunən”  14/385  Əhməd  2/328  Əbu 

Davud 4901) 

 

Ibn  Ömər  (Allah  ondan  və  atasından  razı  olsun!) 



peyğəmbərin  (s)  belə  buyurduğunu  rəvayət  edir:  “Allahı 

zikrdən  başqa  çox  danışmayın!  Həqiqətən,  Allahı  zikrdən 

başqa çox danışmaq qəlbi sərt və paslı edir. Allaha ən uzaq 

olan  insanlar  qəlbi  sərt  və  paslı  olanlardır”.  (Tirmizi  4/607 

Tirmizi  bu  hədisi  “Həsən  ğarib”  adlandırmışdır.  Əbdülqadir  əl-

Ərnavut  onun  sənədinin  yaşxı  olduğunu  qeyd  etmişdir.  Bax; 

Nəvəvi “Zikrlər” səh 285)  

 

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) rəsulullahın 



(s)  belə  buyurduğunu  rəvayət  edir:  “Adəm  övladı  hər  səhər 

durarkən bütün əzaları onun dilinə tabe olaraq deyir: Bizim 

işimizdə Allahdan qorx! Biz səninləyik. Əgər bizi doğru yola 

çəksən,  biz  elə  o  yolla  da  gedəcəyik.  Əgər  bizi  əyri  yola 

çəksən, biz elə həmin əyri yolla da gedəcəyik”. (Tirmizi 4/615 

Əbdülqadir  əl-Ərnavut  hədisin  həsən  olduğunu  demişdir.  Bax; 

Nəvəvi “Zikrlər” 286 və “Səhih Tirmizi” 2/287)  

 

Muazın (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə 



peyğəmbər  (s)  dilini  tutaraq  dedi:  “Bundan  qorun!”  Dedim: 

“Ya  rəsulullah,  biz  danışdığımızla  danlanacağıqmı?”  Dedi: 

“Anan  səni  itirsin,  insanlar  oda  üzləri  üstə  dillərinin 

qazandıqları  günahlar  ucbatından  girəcəklər”. (Tirmizi 5/11 

Və onun Həsən Səhih hədis olduğunu vurğulamışdır.) 

 

Əbu  Hureyrə  (Allah  ondan  razı  olsun!)  rəvayət  edir  ki, 



peyğəmbərdən (s) insanı ən çox Cənnətə daxil edən əməlin hansı 

olduğu  barəsində  soruşdular.  Peyğəmbər  (s)  dedi:  “Allahdan 




 

57 


qorxmaq  və  gözəl  əxlaq  sahibi  olmaq”.  Insanı  ən  çox  oda 

salan  şeyin  nə  olduğu  barəsində  soruşulanda  isə,  belə  cavab 

verdi:  “Ağız  və  övrət  yeri”.  (Tirmizi  4/363  Bax;  “Səhih  ət-

Tirmizi 2/194) 

 

YAĞIŞI ALLAHDAN QEYRISININ ENDIRDIYINI 



ETIQAD ETMƏK 

 

Zeyd bin Xalid əl-Cəhmi rəvayət edir ki, Hudeybiyyədə 



olarkən  gecədən  bəri  göyü  bulud  almışdı.  Peyğəmbər  (s)  sübh 

namazın  qıldırdıqdan  sonra  camaata  dedi:  “Siz  bilirsiniz 

rəbbiniz nə dedi?” dedilər: “Allah və rəsulu daha yaxşı bilir”. 

Dedi: “Qullarımdan səhərə mömin olanı da çıxdı, kafir olanı 

da.  Kim  “Allah  bizə  öz  rəhməti  və  fəziləti  ilə  yağmur 

endirdi”  dedisə,  o,  mənə  iman  gətirdi,  ulduzları  inkar  etdi. 

Və  kim  “fılan  fırtına,  fılan  bulud  bizə  yağmur  endirdi” 

dedisə,  o,  məni  inkar  etdi,  ulduzlara  iman  gətirdi”.  (Buxari 

1/207 Müslim 1/83 bax; “əl-Lulu val Mərcan” 1/14)  

 

ALLAHDAN QEYRĐSĐNƏ AND ĐÇMƏK 



 

 

Bureydə  (Allah  ondan  razı  olsun!)  rəvayət  edir  ki, 



peyğəmbər (s) belə buyurur: “Əmanətə and içən bizdən deyil”. 

(Əbu Davud 3/223 Bax; “Səhihul Cami” 5/282) 

 

Ömər  (Allah  ondan  razı  olsun!)  peyğəmbərin  (s)  ona 



belə  dediyini  rəvayət  edir:  “Həqiqətən,  Allah  sizə  atalarınıza 

and  içməyi  qadağan  etmişdir”. (Buxari 7/221  Müslim 3/1266 

Bax; “əl-Lulu val Mərcan” 2/170) 

 

Đbn  Ömər  rəvayət  edir  ki,  Ömər  bin  əl-Xəttab  süvarilər 



içərisində olarkən atasının canına and içir. Rəsulullah (s) bu halı 

görür və onları çağıraraq deyir: “Məgər Allah sizə atalarınızın 

canına and içməyi qadağan etmədimi? And içmək istəyən ya 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə