Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

Mixail  müşaviri  Fotinin  məsləhəti  ilə  Kirill  (Konstantin  Solunski)  və 
Mefodini xaqanlığa göndərir. Apostol Kirill 861-862-ci illərdə İtilə gəlir. 
Məşhur “Xəzər sözlüyü”ndə (“Lexicon Cospi”, ilk müəllifi polyak İones 
Daubmanus  olub.  Xəzərlər  haqqında  olan  dağınıq  məlumatlar  XVII 
əsrdə  toplanılmağa  başlanılıb.)  musəviliyin  xaqanlığın  rəsmi  dini 
olması  barədə  bir  sıra  rəvayətlər  mövcuddur.  İslami  qaynaqlardan 
verilən  rəvayətə  görə,  bir  gün  xaqan  yuxu  görür  və  bu  yuxunun 
yozumu üçün müxtəlif din xadimlərinə müraciət olunur. Yuxunu daha 
düzgün  şəkildə  yozan  müsəlman  Fərabi  ibn  Qorun  izahından  sonra 
xaqan  İslamı  qəbul  edir.  Lakin  mənbələrdə  bu  polemikada  xaqanın 
yəhudiliyi qəbul etməsi daha çox qeyd edilir. Çünki yəhudi ravvinin də 
dediyi  kimi,  yəhudi  dininin  arxasında  nə  yaşıl  yelkənli  gəmiləri  olan 
ərəb xəlifəsi, nə də əlində qızılı xaç tutub ordularının başında dayanan 
Bizans imperatoru  dayanır.  Lakin  ravvinin  bu məntiqli  cavabına Kirill 
daha  tutarlı  sual  verərək  xaqanı  fikrindən  döndərir.  Belə  ki,  Kirill 
bildirir  ki,  yəhudilərin  Allah  tərəfindən  cəzalandırılması  və  sürgün 
edilmələrini  onların  özləri  də  ilahi  cəza  hesab  edirlər.  Və  deməli, 
yəhudilər  xəzərləri  öz  tərəflərinə  çəkməklə  onları  da  bu  cazaya 
məhkum  olunmalarına  və  ərazilərindən  didərgin  düşmələrinə  şərait 
yaradırlar.  Ona  görə  də,  xaqan  Xristianlığı  qəbul  edir  və  xəzərlər  xaç 
suyuna çəkilirlər. 
Doğrudur, rəvayətlərdən anlaşıldığı kimi, xaqan Xristianlığa və İslama 
daha  çox  meyl  etsə  də,  sonucda  Yəhudiliyi  qəbul  edir.  Ravvinin 
sözündən  də  göründüyü  kimi,  əgər  Xristianlıq  qəbul  edilsə,  Bizansın, 
İslam  qəbul  edilsə,  Ərəb  imperiyasından  asılı  vəziyyətə  düşüləcəkdi. 
Bu məqsədlə ən optimal variant kimi musəvilik qəbul edilir. 
Bütün  bunlara  baxmayaraq,  ibrahimi  dinlərdən  heç  biri  xalqı  tenqrilik 
inancından  uzaqlaşdıra  bilmir.  Musəvilik  sadəcə,  elita  təbəqəsi 
tərəfindən  qəbul  edilir.  Yəhudi şairi Halovi (1085-1141) ərəbcə  yazdığı 
“Kitab al-Khazarо” əsərində yəhudilərin seçilmiş bir xalq olduğunu və 
gələcəkdə  bütün  xalqların  musəviliyi  qəbul  edəcəklərini  bildirir.  Və 


buna  misal  kimi  xəzər  türklərinin  atdığı  addımı  göstərir  və  əsərində 
xəzərlərə  geniş  yer  verir.  1170-1185-ci  illərdə  Şərqi  Avropada  və 
Anadoluda  səyahətdə  olan  alman  yəhudisi,  səyyah  Rastibonlu  Reb 
Petaşya,  “Sibub  Ha’olam”  (“Dünya  üzərində  səyahət”)  adlı  əsərində 
Krımın cənubunda yaşayan xəzərlərlə rastlaşdığını qeyd edir və onların 
Karay  məzhəbini  tənqid  edir.  Xaqanlıqda  İslam  dini  ticarət  məqsədilə 
buraya  gələn  müsəlmanlar  və  Xarəzm  türklərindən  ibarət  müsəlman 
muzdlu  əsgərlərin  vasitəsilə  yayılır.  İbn  Fədlana  görə,  paytaxtdakı 
müsəlmanlara  Xız  boyundan  biri  başçılıq  edirdi.  Əl-Məsudiyə  görə, 
xəzərlər  xəlifə  Harun  Rəşidin  zamanında  musəviliyin  “Karay” 
məzhəbinə daxil olublar. 
Xəzərlər özlərindən sonra yalnız bir yazılı tarix saxlayıblar ki, bu da iki 
mənbə əsasında çatıb. Mənbələrdən biri XVI əsrdə Misirdə (Keniset-el-
Şami)  tapılan  və  1577-ci  ildə  İstanbulda  çap  edilən  ("Correspondence 
Kha-zare")  yazışmadır.  Bu  yazışma  xaqanbəy  Yusif  Harun  oğlu  ilə 
Əndəlüslü  musəvi  dövlət  xadimi  və  mütəfəkkiri  Hasday  bin  İshak  ilə 
əlaqədardır. Belə ki, Hasday Əndəlüsdə ikən İrandan gələn tacirlərdən 
müstəqil  bir  yəhudi  xaqanlığının  mövcudluğunu  eşidir.  Əvvəlcə  buna 
inanmayan Hasdaya bunun doğru olduğunu, hətta xaqanlarının adının 
Yusif  (Josef)  olduğunu  söyləyirlər.  Əmin  olduqdan  sonra  Hasday 
Yusifə  məktub  yazaraq  (960-cı  ildə)  onların  Fələstindən  gəlib-
gəlmədiklərini  öyrənməyə  çalışır.  Çünki  yəhudi  xalqının  qollarının 
çoxu məhv olduğundan Hasday, bəlkə də onların həmin qollardan biri 
olduğunu  düşünür.  Beləliklə,  Hasdayla  Yusifin  katibləri  arasında 
yazışmalar başlayır. 
Yusif  Harun  oğlunun  məktubunda  xəzər  xaqanlarının  nəsil 
şəcərəsindən,  xəzərlərin  məişətindən  və  onların  yəhudi  dinini  qəbul 
etməsindən, xaqanlıqda yaşayan bir sıra boylar haqqında məlumatdan 
bəhs edilir. 


Məlum  olduğu  kimi,  Yəhudi  inancına  görə  Nuhun  oğlu  Samın 
nəvələrindən  Yəhudanın  12  oğlu  olub  və  12  qəbilə  də  məhz  onlarla 
əlaqədardır.  Ona  görə  də,  Hasdayı  xəzərlərin  bu  qəbilələrdən  hansı 
olduğu  maraqlandırırdı.  Lakin  Yusif  yabqu  məktubunda  nəslinin 
Nuhun  üçüncü  oğlu  Yafəsin  nəvəsi  və  türklərin  atası  hesab  edilən  
Turqarma  ilə  əlaqələndirir.  Eyni  zamanda  məktublarda  xəzər 
polemikası  və  Bulan  xaqanın  xaqanlıqdan  bütpərəst  və  cadugərləri 
qovmasından bəhs edilir. 
Xəzərlər  ölünu  suya  atırdılar,  sonradan  isə  yandırmağa  başladılar. 
Xaqan  ölərkən  20  otaqlı  bir  ev  tikilirdi  ki  ,hər  otaqda  da  bir  qəbir 
qazılırdı. Xaqanın dəfnindən sonra onu dəfn edənlər də öldürülürdülər 
və  digər  otaqlardakı  qəbirlərdə  basdırırdılar.  Beləliklə,  xaqanın  qəbri 
tanınmırdı.  Bu  adət  hun  türklərində  də  mövcud  olub.  Xaqanın  qəbri 
tamamı  qızılla  işlənmiş  qumaşla  örtülür,  sonra  çayın  suyu  qəbir  olan 
otağa boşaldılır. Bunu ona görə edirdilər ki, artıq xaqanın cəsədinə heç 
bir insan, şeytan, qurd və böcək məhv edə bilməyəcəkdi. Məhz bu adət 
nəticəsində heç bir Xəzər xaqanının qəbri tapılmayıb. 
Xaqanlıqda türk, ərəb, ibrani və kirill əlifbasından istifadə edilirdi. Fars 
tarixçisi Fəxrəddin Mübarəkşah (XIII əsr) qeyd edir ki, Xəzər əlifbası 22 
hərflidir, soldan sağa yazılır, hərflər isə birləşmir. 
Xəzərlər  və  Azərbaycan-Xəzərlərin  Albaniya  ərazilərinə  gəlməsi  bir 
neçə  mərhələdə  baş  verib.  Mənbələrdə  193-213-cü  illərdə  Çola 
keçidindən keçərək  Albaniyaya gəldikləri qeyd  edilir.  Sasanlı  I  Xosrov 
hakimiyyəti  müddətində  50.000  Xəzər  türkünü  və  3.000  türk  başçısını 
öz  ailə  və  qohumları  ilə  Azərbaycana  yerləşdirir.  623-cü  ildə  xəzərlər 
bizanslılarla  birgə  Naxçıvanı  və  Tiflisi  ələ  keçirirlər,  Qazakadakı 
məşhur  atəşgədəni  dağıdırlar.  Qəbələni  özlərinə  strateji  mərkəz  seçən 
xəzərlərin  bir  hissəsi məğlub  olandan  sonra  Albaniya ərazisində qalır. 
Xəzər-Albaniya 
münasibətləri 
Cavanşirin 
zamanında 
yenidən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə