Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

kəskinləşir,  lakin  Cavanşirin  nigah  diplomatiyasından  istifadəsi 
tərəflərin razılığa gəlməsi ilə nəticələnir. 
Doğrudur,  xəzərlərin  Azərbaycan  ərazilərinə  yürüşləri  qənimət  əldə 
etmək  olsa  da,  sonralar  dil  və  adət-ənənə  birliyi  onların  bu  ərazilərdə 
qalmalarına  səbəb  olur.  Elə  bu  səbəbdəndir  ki,  hazırda  ölkəmizin 
müxtəlif ərazilərində xəzərlərlə bağlı toponimlər qalmaqdadır: Lerikdə 
Xəzəryaylaq,  Ordubadda  Xəzəryurd,  Qarabağ  və  Füzuli  ərazilərində 
Xəzərdağ,  Xəzər  dənizi  (Kaspi  terminindəki  “kas”  sözü  “xəz,  xaz” 
sözünün variantlarındandır.), Biləcəri (Bələncər  şəhəri ilə əlaqədardır). 
Xəzərlər bir neçə bölüklərə (abaz, bizal, kabar, kulas, itil, qaraçor, tarna 
və s.) bölünür ki, bunlarla əlaqədar toponimlər də mövcuddur : Kəbirli, 
Abaslı, Qaraçorlu, Bozalqanlı, Xulaşlı, Tarnahut. 
Xəzərlərin  Azərbaycan  tarixində  oynadığı  ən  önəmli  rol  onların 
xürrəmilər  hərəkatının  baş  verməsində  göstərdikləri  təsirdir. 
Xürrəmilərin  inancı  xəzərlərin  qam-şaman  inancı  ilə  əlaqədardır,  o 
cümlədən  hərəkatın  başında  iki  rəhbərin  (Cavidan  və  Əmran) 
dayanması da məhz Xəzər adətdən irəli gəlir. 
Ruslarla  münasibət-  Varyaq-normanlardan  ibarət  olan  bir  qrup  Rus 
(Ross,  Rhos-Rodh-qədim  isveç  dilində  “gəmiçi”  deməkdir,  onlar  daha 
çox kürk və bal ticarəti ilə məşğul olurdular) adlanırdı. Rusların başçısı 
olan  Rurik  IX  əsrin  ikinci  yarısında mərkəzi  Novqorod  olmaqla  Xəzər 
xaqanlığının  idarəçiliyi  formasında  kiçik bir  dövlət yaradır.  862-ci ildə 
Rurik  Sambataya  gələrək  Xəzər  xaqanından  tabelik  statusu  aldıqdan 
sonra fəal ticarətə atılırlar. Hələ 839-da qurulan ilk Rus birliyinin başçısı 
"chacanus”  (kakanus,  xaqan)  adlanırdı.  988-ci  ildə  Xristianlğı  qəbul 
edən  Vladimir  və  Yaroslav  (1036-1050)  da  xaqan  titulu  daşıyırdılar. 
İtildə  rus  məhəlləsi  olduğu  kimi  Kiyevdə  də  xəzər  məhəlləsi  mövcud 
olub.  İbn  Rüşdə  görə,  Novqorodda  xaqan  əyləşir  ki,  o,  orduya  özünü 
təmsil  etmək  üçün  bir  nəfər  təyin  edir.  Halbuki,  bu  adət  varyaqlarda 
heç vaxt mövcud olmayıb və bu xəzərlərin idarəetmə sisteminə uyğun 


idi. Artıq ticarətdən varlanan ruslar ağalarına tabe olmayaraq xaqanlığa 
qarşı  çıxırlar.  866-cı  ildə  ruslar  Kiyevi  ələ  keçirirlər,  ardınca  913-919-
943-cü illərdə dağıdıcı yürüşlər edirlər. 965-ci ildə Svyatoslav xaqanlığa 
hücum  edərək  şəhərləri  yandırır.  987-ci  ildə  isə  Vladimir  vaxtilə 
xəzərlərlə  bizanslıların  birgə  sahib  olduğu  Keson  limanını  ələ  keçirir. 
Bizans  isə  buna  etiraz  etmir.  Artıq  Bizansın  ruslarla  yaxınlaşması 
xəzərlərin məğlubiyyətindən xəbər verirdi. 
Xaqanlığın süqutu- X əsrin ortalarından başlayaraq xaqanlıq nüfuzunu 
itirməyə başlayır. Bu bir sıra amillərlə bağlıdır: 

 
Ticarətin  inkişafı  nəticəsində  muzdlu  ordunun  yaranması  və 
bunun nəticəsində milliliyin itirilməsi 

 
Din və dil birliyinin olmaması 

 
Güclənən slavların dağıdıcı yürüşləri və s. 
Xaqanlığın  süqutundan  sonra  dağınıq  düşən  xəzərlər  bir  sıra  adalara 
yayıldılar,  Azak  və  Krımda  kiçik  dövlətlər  qurdular.  Krımdakı  xəzər 
birliklərinə  “Çun”  adlı  hökmdar  başçılıq  edirdi.  1016-cı  ildə  ruslar 
Bizansın  yardımı  ilə  bu  əraziləri  də  tutdular.  Aşağı  İtil  və  Terekdəki 
Xəzər  dövlətləri  isə  səlcuqların  və  qıpçaqların  əlinə  keçdi.  Qızıl  Ordu 
xaqanı Sürbidey noyon 1299-da İtildəki xəzərlərin müstəqilliklərinə son 
qoydu.  Xaqanlıq  dağıdıldıqdan  sonra  xəzərlərin  adı  mənbələrdə  bir 
neçə dəfə də xatırlanır. X yüzillikdə macar tayfalarından birinin başçısı 
dağınıq  xəzərlərə  ərazilərində  məskən  salmağı  təklif  edir.  1117-ci  ildə 
Kiyevdə  xəzərlərdən  ibarət  bir  qrup  Vladimir  Monomaxın  sarayına 
gəlir. 1309-cu ildə Presburqda katoliklərə xəzərlərlə ailə həyatı qurmağı 
qadağan edən qanun verilir və 1346-da bu qanun papa tərəfindən qəbul 
edilir. 
Qeyd  etdik  ki,  xaqanlıq  dağıldıqdan  sonra  xəzərlər  Avropaya 
dağılışırlar. Hazırda Litvada 250-yə yaxın Karay türkü yaşayır. Krımda 
Çufutqalada, 
İstanbulun 
Karaköy 
(əslinin 
Karayköy 
olduğu 


düşünülür.)  və  Hasköy  ərazisində  də  sadə  həyat  tərzi  sürürlər. 
Hasköydəki  karaylar  (karaimlər)  hər  şənbə  günü  kenesaya 
(ibadətxanaya) gedərək ibadət edirlər (qadın və kişilər ayrı-ayrı). Türk 
Karaim  Vəqfi  adlı  təşkilatları  mövcuddur.  Hər  hansı  bir  liderlik 
mövqeyi  mövcud  deyildir.  Yaradıcıya  “Tenqri”,  nadir  hallarda  isə 
“Alla” deyirlər ki, hər iki ad türklərlə əlaqədardır. Anadolu türkcəsiylə 
yanaşı 
Karay 
türkcəsinin 
Trakay-Qalits 
şivəsindən 
istifadə 
edirlər.Krımdakı  karaylarla  əlaqələri  mövcuddur.  Ümumiyyətlə, 
hazırda karayların sayı dünyada 30.000-ə qədərdir ki, Türkiyədə 1985-
ci ildə 150, 1995-də 90, hazırda isə 80-90 arası saydadırlar. Atatürk 1934-
cü ildə Türk Dil Qurultayına karay türklərini də dəvət etmişdi. Vaxtilə 
Hitlerin Almaniya, Avstriya, Polşa, Macarıstan, Çexoslavakiya və digər 
ərazilərdə  törətdiyi  soyqırımda  ölən  yəhudilərin  əslində  yəhudiləşmiş 
xəzərlər  olması  ehtimalı  da  vardır.  Azərbaycandakı  dağ  yəhudilərinin 
də  xəzər  türklərinin  nəsli  olduğu  fikri  mövcuddur  və  onların 
koloniyaları VII-X yüzilliklərə aid edilir. 
 
XV yarpaq 
Xorasanın baltası: Müslimiyyə hərəkatları 
Rəvayətə  görə,  Əməvilər  Xorasan  və  Türküstanı  işğal  etdikdən  sonra 
tutduqları  əsirlərlə  birlikdə  üç  nəfər  türk  başçısını  zəncirə  vuraraq 
xəlifənin  hüzuruna  aparmaq  üçün  yola  çıxırlar.  Bu  üç  liderdən  biri 
Osman  adlı  Oğuz  bəyi  idi  və  xalq  onu  Müslim  ləqəbi  ilə  tanıyırdı. 
Osmanın atası çinlilərlə aparılan savaşdan məğlub  olub geri dönərkən 
Ceyhun çayında  boğulur  və  buna  görə  də  onun ailəsi  yaşadıqları  yeri 
tərk  edərək Mərv şəhəri  yaxınlığındakı Mahvan kəndinə  yerləşirlər  və 
Osman  (Müslim)  buranın  başçısına  çevrilir.  Əməvilər  buraya  hücum 
təşkil edərkən Osman onlarla savaşa girir, fəqət məğlub olaraq Mahvan 
xalqı  ilə  birlikdə  əsir  düşür.  Osmanın  istəklisi  bütün  qızıllarını  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə