Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

Maniçiliyin  Fələstində  mövcud  olması  haqqında  da  bilgilər  bəllidir. 
Müqəddəs.  Efrem  378-ci  ildə  Maniliyin  Mesopotomiyadan  başqa  heç 
bir ölkədə daha güclü olmadığına heyfslənirdi. Edessada (Urfada) 450-
ci  ildə  güclü  bir  maniçi  yığıncağın  olması  məlumdur.  Emesuslu 
Eusebiusun,  Laodicealı  Georgeunun,  Tarsuslu  Diodorun,  Antakyalı 
Chrysostomusun,  Salamisli  Epifanın  və  Bostralı  Titin  Maniçiliyə  qarşı 
mübarizə  aparmaları  barədə  bilgilər  mövcuddur.  Bütün  bunlar 
Maniçiliyin xristianlıq üçün necə bir təhlükə törətdiyindən xəbər verir. 
Manilik  xristianlıq  üzərindəki  mübarizəsində  ən  böyük  nailiyyətini 
Misirdə qazanır. Belə ki, imperator Konstantin zamanında İskəndəriyyə 
valisi  buradakı  xristian  rahiblərinə  sərt  divan  tutmuşdu.  375-400-cü 
illərdə  Manilik  Şərqi  Romada  böyük  nüfuz  qazandı  və  sonra  sürətlə 
geriləməyə  başladı.VI  əsrdə  manilik  yenidən  dirçəlməyə  başlasa  da, 
imperator Yustinian tərəfindən qarşısı alınır. 
X  əsrdə  Türküstan  ərazilərindəki  maniçilərə  Acari  adı  verilmişdi. 
Miladın 694-cü ilindən etibarən manilik Çinə daxil olmağa başladı. XIX 
əsrdən  bu  yana  Çinin  Dunhuanq  şəhəri  yaxınlığındakı  Moqao 
Mağaraları  və  Xinjianqın  Turfan  bölgəsində  Maniliyə  aid  dini  kitablar 
və bəlgələr maniliyin Çinin şimal qərbinə qədər yayıldığını göstərir. XX 
əsrdən  etibarən  Turfan  vadisində  aparılan  arxeoloji  qazıntılar  zamanı 
orta  fars  dilində,  o  cümlədən  parfiya  və  soqd  dilində  maniliyə  aid 
ədəbiyyatlar tapılmışdır.  
Bu  ədəbiyyatlar  X  əsrə  qədər  soqdi  maniləri  tərəfindən  qələmə  alınıb. 
Buradan  tapılmış  əlyazmalar  618-907-ci  illərə  aiddir.  Maniliyin 
xristianlıq  üzərindəki  qələbəsi  tez  bir  zamanda  kilsəyə  nifrət  edən 
insanların  inamına  çevrildi.  Maniliyin  qərbdəki  əsas  yurdu  Şimali 
Afrika idi.  Manidən  sonra gələn və ikinci Farqalit  adlanan Adimantus 
da  burada  yaşamışdır.  Maniliyin  buradakı  öndərlərindən  biri  IV  əsrin 
sonlarında  yaşamış  Mileveli  Faustdur.  Milevede  yoxsul  bir  ailədə 
dünyaya göz açan Faust gəncliyində Romaya getmiş və orada maniliyi 
qəbul  etmişdi. Yüksək intellektə  sahib  olmasa  da, insanları özünə cəlb 


edəcək natiqlik  qabiliyyətinə  malik  idi.  Manilər arasında  böyük  nüfuz 
sahibi  olan  Faust  383-cü  ildə  Kartacaya  köç  etdiyi  zaman  xristianlar 
tərəfindən həbs edilir, lakin heç bir cəza verilmədən azad edilir. 400-cü 
ildə  Maniliyin  prinsiplərindən  bəhs  edən  bir  kitab  yazır,  bunun 
əleyhinə  xristian  filosoflarından  Avqustin  33 cildlik  bir  tənqidlə  cavab 
verir.  Faustun  sonrakı  taleyi  barədə  heç  bir  bilgi  məlum  deyildir. 
Avqustinin sonrakı 20 illik fəaliyyətində Manilik  haqqında heç bir söz 
etməməsi  bu  dinin  artıq  öz  mövqeyini  itirməsindən  xəbər  verir. 
Vandallar  Afrikanı  ələ  keçirərkən  Maniçilər  Arius  məzhəbinə  etiqad 
edən  vandalları  öz  tərəflərinə  çəkməyə  çalışmışlar.  427-484-cü  illərdə 
hökmdarlıq  edən  kral  Huneric  bu  prosesə  qarşı  çıxmış  və  Şimali 
Afrikadakı  Maniçilərin  bir  qismini  sürgün  etmiş,  digərlərini  isə  məhv 
etmişdir. 
Maniliyin qərbdəki əsas mərkəzlərindən biri də Roma şəhəri olub. 311-
314-cü  illər  arasınada  papalıq  edən    Miltiad  "Liber  Pontificalis"  adlı 
əsərində Romadakı Maniçilərdən bəhs edib. İmperator Valentianın 372-
ci  ildə  verdiyi  fərmanda  bütün  Maniçilərin  bir  yerə  toplanmasını 
bildirmişdir. 384-388-ci illər arasında Romada "Martari" adında yeni bir 
Maniçi təriqət yaradıldı. Bu təriqətin əsas məqsədi yetkin manilərin bir 
monastr ətrafında birləşdirmək və gəzərgi fəaliyyətinə son qoymaq idi. 
Fəqət digər maniçilər tərəfindən kəskin etirazla qarşılandılar. VI əsrdən 
etibarən qərbdə Manilik demək olar ki, tamamilə yox oldu. Sonralar bu 
ərazilərdə dualist təriqətlər, xristianlığa qarşı gizli birliklər yaransa da, 
bunların heç biri bilavasitə maniliklə əlaqədar olmamışdır. 
Manilik  xristianlıqdan  255  il  sonra  yaranmasına  baxmayaraq  tezliklə 
xristianlığın  ən  böyük  rəqibinə  çevrildi.  Kilsə  itirilən  nüfuzunu  bərpa 
etmək  nüçün  əmrlər,  buyruqlar  verərək  və  dualist  inancın  əleyhinə 
çıxışlar edərək Maniliyin qərbdəki yayılışının qarşısını almağa çalışırdı. 
Kilsənin bu təbliğatından biri də Maniçi ədəbiyyatların məhv edilməsi 
idi.  Miladın  279-cu  ilində  Roma  imperatoru  Diokletian  İskəndəriyyə 
şəhərindəki 
Maniçi 
ədəbiyyatların 
yandırılmasını 
əmr 
edir. 


Xristianlığın  Maniçiliyə  qarşı  çıxmasının  bir  səbəbi  də  Maninin 
İncildəki  İsanı  yalançı  adlandırmasıdır.  Onun  fikrincə,  bu  şəxs  əsl 
İsanın  səlahiyyətlərinə  təcavüz  etmiş,  Allahla  insan  təbiətini  özündə 
birləşdirməyə  qoymamışdır.  Məhz  bu  səbəbdən  gerçək  İsanın 
səlahiyyətlərinin  davamçısı  olaraq  Allah  Manini  göndərmişdir.  Eyni 
zamanda Maniçilər İsanın Allahın oğlu olması fikrini cəfəngiyyat hesab 
edirdilər.  Çünki  Maniçilik  inancına  əsasən  insanın  bədəni  maddi 
olduğuna  görə  şərdən  yaranıb  və  şərdən  törənmiş  vücuda  sahib  olan 
insan əsla Tanrının oğlu ola bilməz. 
Maniliyin sonu- Digər dinlərdən fərqli olaraq Maniçilik heç bir zaman 
sosial-siyasi  xarakter daşımayıb.  Belə ki,  Maniçilik  yayıldığı ərazilərdə 
xalqın  sosial  durumuna,  siyasi  proseslərə  müdaxilə  etməmiş  və  dinin 
fəlsəfəsindən də aydın göründüyü kimi insanları bu dünyada baş verən 
olaylardan  qurtulub  tərki-dünya  həyat  tərzi  sürməyə  səsləmişlər. 
Maniçiliyin  bir  din  olaraq  öz  nüfuzunu  itirməsi  məhz  bu  amillərlə 
əlaqədardır.  Maniçiliyin  yayıldığı  dönəmlərdə  həm  Sasani,  həm  də 
Roma imperiyasında ağır müharibələr baş alıb gedirdi, qarətçi yürüşlər 
günü-gündən  çoxalırdı.  Belə  bir  vəziyyətdə  Maniçi  missionerlər  və 
öndərlər  xalqa  heç  bir  çıxış  yolu  göstərmirdilər.  Maniliyin  pessimist 
xarakter  daşıması,  insanları  tamamilə  dünyadan  təcrid  etməsi  onun 
sürətlə nüfuzunun enişinə səbəb oldu. 
 
XVIII yarpaq 
Məzdək Bəmdad oğlu 
Zərdüşt və Maninin ideyalarını yenidən reform edən Məzdək Bəmdad 
oğlu  klassik  feodal  cəmiyyətində  indiyədək  kimsənin  cürət  etmədiyi 
baxışlarla  çıxış  etdi.  Nəyə  görəsə,  Qərb  dünyasının  hələ  əsrlər  sonra 
düşünəbiləcəkləri  dəyərləri  daha  öncə  qəbul  etdirməyə  çalışan 
Məzdəkin adı mənbələrdə yalnız “ümumi qadın” fikrini ön plana çəkən  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə