Mənbələrdə Mani- Bir filosof və nəqaş kimi Mani Şərq və Qərb fəlsəfi-
ədəbi sahəsində önəmli bir iz buraxıb. İstər qərb, istərsə də şərq filosof
və mütəfəkkirləri əsərlərində Maniyə və Maniliyə müəyyən qədər yer
ayırıblar. Maninin filosof və rəssamlığı haqqında ərəb alimi əl-Cahiz,
xristian ilahiyyatçılarından Avqustin (354-430) və Edessalı Yefrem (VI
əsr), fransız rəssamı Qoqen, Şərqin dahi şair filosoflarından Firdovsi,
Nizami Gəncəvi, Hafiz Şirazi və başqaları məlumatlar vermişlər.
Məşhur türk alimi Biruniyə görə, Mani Fadarunun şagirdi olub, ondan
zərdüştilik və xristianlığı, dualizm fəlsəfəsini öyrənib və özünü Məsihin
müjdələdiyi Farqalit olduğunu elan edib. XVIII əsrə qədər Avropada
Maniyə yalançı din xadimi, şarlatan kimi baxırdılar. Fəqət o zamandan
etibarən aparılan yeni tədqiqatlar mövcud bilgiləri tamamilə alt-üst
etdi. Məlum oldu ki, Manilik buddist əxlaqını, zərdüştilik
mədəniyyətini, xristian dünyagörüşünü özündə birləşdirən bir bəşəri
dindir. Xüsusilə, XX əsrdə əldə edilmiş məlumatlardan bəlli olub ki,
Mani Həzrəti İsanın həyatını, həvarilərin əziyyətlərini, Marcion və
Bardanes kimi qnostiklərin fəaliyyətini, xristian kilsəsinin tarixindən,
onun yaşadığı olaylardan geniş bilgilər vermişdir. O, özündən əvvəlki,
öndərlər kimi Zərdüştü, Nuhu, Samı, İsanı və başqalarını göstərmişdir.
Fəlsəfi düşüncələri- Manilik zərdüştiliyin reform edilmiş bir halıdır.
Belə ki, zaman keçdikcə Zərdüştün gətirdiyi dini prinsiplər, əxlaqi
dəyərlər unudulmuş, əvəzində batil inanclar yaranmışdı. Mani
zərdüştiliyi islah etmək məqsədi ilə xristianlığın, buddizmin,
brahmanizmin, taosizmin, əski Babil folklorunun bir sıra dəyərlərini
sintez edərək sinkretik bir din yaratmışdı. Bu dinin əsasını dualizm
ideyası təşkil edir. Maniliyin sadaladığımız dinlərin ünsürlərini özündə
əks etdirməsi bu dinin geniş bir coğrafiyaya yayılmasına səbəb
olmuşdu. Belə ki, Mesopotomiya, İran ərazisində yaradılmış manilik
tezliklə, Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya, Balkan
yarımadasına, Çinə, Türküstan ərazilərinə, Şimali Hindistana qədər
geniş ərazini əhatə edirdi.
Qeyd etdik ki,Mani öz ideyalarını həyata keçirtmək üçün Farqalit
(Paracletos) adlandırdığı kölgəsindən əmr alıb. Ərəb tarixçisi Ən-
Nədimə görə, bu kölgə ət-Taum (əkiz mənasını ifadə edən nəbaticə bir
anlayış) adlı bir mələk olub və bu mələk Manini insanları aydınlatmağa
səsləyən Farqalitdir. Farqalit termini Yuhanna İncilində (Yuhanna
XIV/16,26 - XV/26 - XVI/7) qeyd olunub və Həzrəti İsanın dilində
“təsəlliverici” şəklində işlənib. Mani Həzrəti İsa kimi öz fikirlərini
gəzərgi həvarilər vasitəsilə yaymağa çalışmışdır. O, digər din
mənsublarına hörmətlə yanaşmış, onların dini inanclarına həqarətlə
baxmamışdır. Maniyə “bizim dinimizdə yaxın qohumlarla (ana, bacı ilə
nigah) evlənmək müqəddəs adət sayıldığı halda sən bunları çirkin əməl
hesab edirsən” deyənlərə o, “mən sizin dininizə hörmət edirəm”
cavabını vermişdi.
Mani öz dini fəlsəfi əsərlərini yaratdığı Soqd əlifbası ilə (Bu əlifbada 18
hərf vardır-3-ü səssiz, 15-i səsli- və sağdan sola yazılır.) yazmışdır və
bir neçə kitabın, o cümlədən 76 risalənin müəllifidir.Onun əsərləri
aşağıdakılardır:
Ərjəng- müxtəlif rəsmlər toplusundan təşkil olunubdur.
Sahberden- bu kitabda pis insanlardan və onları aldadan
Əhriməndən bəhs edilir.
Sendokojine- yaxşılıqdan və yaxşı insanlardan söz açılır.
Riya Rast- doğru yolu və doğru olanları göstərir.
Olperesti- inanc, düşüncə və qəlb təmizliyindən bəhs edilir.
Veşarti- mövcud və keçmiş dinlərdən, peyğəmbərlərdən
danışılır.
Nivista Qernasa-
tanınmış insanlardan, pəhləvanlardan,
qəhrəmanlardan bəhs edilir.
Mani Yevangeliyası- əsər 22 hissəyə bölünür.
Şapurakan- “Şapurun kitabı” anlamındadır və orta fars dilində
yazılmışdır.
1931-ci ildə Misirdə 2 min vərəq həcmində 7 kitabda soqd əlifbası və
qibti dilində yazılmış maniçi ədəbiyyat tapılıb. Maninin fikrincə,
Zərdüşt, Budda və İsanın müvəffəq olmamalarının səbəbi öz təlimlərini
yazıya köçürməmələridir.Ona görə də, Mani xalqın başa düşə biləcəyi
formada əsərlər yazaraq öz təlimini yaymışdır.
Dualizm-Zərdüştilikdə olduğu kimi manilikdə də hər bir şeyin
əsasında Nur və Zülmət dayanır. Dünya nurla zülmətin qarışığından
yaranıb. İnsanın ruhu nurdan, bədəni isə zülmətdən törənib. Ona görə
də insan qatı asketik (tərki-dünya ) həyat tərzi sürərək nuru zülmətdən
ayırmalıdır. Var-dövlət, şan-şöhrət hərisliklərini pisləyən Maniçilər
insanları nigaha girməməyə, zahid həyat sürməyə səsləyirdilər. Onlar
İlahi Varlığı qəbul edir, Axirətə, göylərdəki Əbədi Səltənətə inanırdılar.
Zərdüştilikdən fərqli olaraq Maniçilər Xeyirin Şər üzərindəki
qələbəsinə inanmırdılar. Onların fikrincə, dünya şərdən yaradıldığına
görə (yəni mənəvi yox, maddi olduğuna görə), Xeyir səltənəti yalnız
göylərdə qurulacaq. Ona görə də, Maniçilər bu dünyanın
ləzzətlərindən əl çəkərək, səadətə qovuşmağa çalışırdılar.
Umumilikdə, Maniçilər 2 təbəqəyə ayrılırdılar:
1.
Yetkinlər- Bu insanlar müxtəlif mərhələlərdən və ayinlərdən
uğurla keçərək, sonucda qəlblərini İlahi İşıqla aydınladırlar. Bu
xoşbəxtliyə nail olanlar İlahi İşığı dünyəvi şeylərlə kirlətmir, o
cümlədən evlənmir, var-dövlət sahibi olmur, ət yemir, şərab içmirlər.
Hətta çörəyi doğramaq da onlar üçün qadağan idi. Yetkinlərin həyatı
gündəlik yeməkləri və paltarları ilə birgə gəzərgi həyat sürməkdən
ibarət idi. Onlar həyatda üç möhürə məhkum edilmişdilər: ağız, əl və
qəlb möhürləri. Birinci möhür bütün pis yeməkləri və pis sözləri
qadağan edərdi. İkinci möhür canlı varlıqların içində mövcud olan işığa
Dostları ilə paylaş: |