Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

Mənbələrdə Mani- Bir filosof və nəqaş kimi Mani Şərq və Qərb fəlsəfi-
ədəbi sahəsində önəmli bir iz buraxıb. İstər qərb, istərsə də şərq filosof 
və  mütəfəkkirləri  əsərlərində  Maniyə  və Maniliyə  müəyyən qədər  yer 
ayırıblar.  Maninin  filosof  və  rəssamlığı  haqqında  ərəb  alimi  əl-Cahiz, 
xristian  ilahiyyatçılarından  Avqustin  (354-430)  və  Edessalı  Yefrem  (VI 
əsr),  fransız  rəssamı  Qoqen,  Şərqin  dahi  şair  filosoflarından  Firdovsi, 
Nizami  Gəncəvi,  Hafiz  Şirazi  və  başqaları  məlumatlar  vermişlər. 
Məşhur türk alimi Biruniyə görə, Mani Fadarunun şagirdi olub, ondan 
zərdüştilik və xristianlığı, dualizm fəlsəfəsini öyrənib və özünü Məsihin 
müjdələdiyi  Farqalit  olduğunu  elan  edib.  XVIII  əsrə  qədər  Avropada 
Maniyə yalançı din xadimi, şarlatan kimi baxırdılar. Fəqət o zamandan 
etibarən  aparılan  yeni  tədqiqatlar  mövcud  bilgiləri  tamamilə  alt-üst 
etdi.  Məlum  oldu  ki,  Manilik  buddist  əxlaqını,  zərdüştilik 
mədəniyyətini,  xristian  dünyagörüşünü  özündə  birləşdirən  bir  bəşəri 
dindir.  Xüsusilə,  XX  əsrdə  əldə  edilmiş  məlumatlardan  bəlli  olub  ki, 
Mani  Həzrəti  İsanın  həyatını,  həvarilərin  əziyyətlərini,  Marcion  və 
Bardanes  kimi  qnostiklərin  fəaliyyətini,  xristian  kilsəsinin  tarixindən, 
onun yaşadığı olaylardan geniş bilgilər vermişdir. O, özündən əvvəlki, 
öndərlər kimi Zərdüştü, Nuhu, Samı, İsanı və başqalarını göstərmişdir. 
Fəlsəfi  düşüncələri-  Manilik  zərdüştiliyin  reform  edilmiş  bir  halıdır. 
Belə  ki,  zaman  keçdikcə  Zərdüştün  gətirdiyi  dini  prinsiplər,  əxlaqi 
dəyərlər  unudulmuş,  əvəzində  batil  inanclar  yaranmışdı.  Mani 
zərdüştiliyi  islah  etmək  məqsədi  ilə  xristianlığın,  buddizmin, 
brahmanizmin,  taosizmin,  əski  Babil  folklorunun  bir  sıra  dəyərlərini 
sintez  edərək  sinkretik  bir  din  yaratmışdı.  Bu  dinin  əsasını  dualizm 
ideyası təşkil edir. Maniliyin sadaladığımız dinlərin ünsürlərini özündə 
əks  etdirməsi  bu  dinin  geniş  bir  coğrafiyaya  yayılmasına  səbəb 
olmuşdu.  Belə  ki,  Mesopotomiya,  İran  ərazisində  yaradılmış  manilik 
tezliklə,  Şimali  Afrika,  İspaniya,  Fransa,  Şimali  İtaliya,  Balkan 
yarımadasına,  Çinə,  Türküstan  ərazilərinə,  Şimali  Hindistana  qədər 
geniş ərazini əhatə edirdi. 


Qeyd  etdik  ki,Mani  öz  ideyalarını  həyata  keçirtmək  üçün  Farqalit 
(Paracletos)  adlandırdığı  kölgəsindən  əmr  alıb.  Ərəb  tarixçisi  Ən-
Nədimə görə, bu kölgə ət-Taum (əkiz mənasını ifadə edən nəbaticə bir 
anlayış) adlı bir mələk olub və bu mələk Manini insanları aydınlatmağa 
səsləyən  Farqalitdir.  Farqalit  termini  Yuhanna  İncilində  (Yuhanna 
XIV/16,26  -  XV/26  -  XVI/7)  qeyd  olunub  və  Həzrəti  İsanın  dilində 
“təsəlliverici”  şəklində  işlənib.  Mani  Həzrəti  İsa  kimi  öz  fikirlərini 
gəzərgi  həvarilər  vasitəsilə  yaymağa  çalışmışdır.  O,  digər  din 
mənsublarına  hörmətlə  yanaşmış,  onların  dini  inanclarına  həqarətlə 
baxmamışdır. Maniyə “bizim dinimizdə yaxın qohumlarla (ana, bacı ilə 
nigah) evlənmək müqəddəs adət sayıldığı halda sən bunları çirkin əməl 
hesab  edirsən”  deyənlərə  o,  “mən  sizin  dininizə  hörmət  edirəm” 
cavabını vermişdi. 
Mani öz dini fəlsəfi əsərlərini yaratdığı Soqd əlifbası ilə (Bu əlifbada 18 
hərf  vardır-3-ü  səssiz,  15-i  səsli-  və  sağdan  sola  yazılır.)  yazmışdır  və 
bir  neçə  kitabın,  o  cümlədən  76  risalənin  müəllifidir.Onun  əsərləri 
aşağıdakılardır: 

 
Ərjəng- müxtəlif rəsmlər toplusundan təşkil olunubdur. 

 
Sahberden-  bu  kitabda  pis  insanlardan  və  onları  aldadan 
Əhriməndən bəhs edilir. 

 
Sendokojine- yaxşılıqdan və yaxşı insanlardan söz açılır. 

 
Riya Rast- doğru yolu və doğru olanları göstərir. 

 
Olperesti- inanc, düşüncə və qəlb təmizliyindən bəhs edilir. 

 
Veşarti-  mövcud  və  keçmiş  dinlərdən,  peyğəmbərlərdən 
danışılır. 

 
Nivista  Qernasa
tanınmış  insanlardan,  pəhləvanlardan, 
qəhrəmanlardan bəhs edilir. 



 
Mani Yevangeliyası- əsər 22 hissəyə bölünür. 

 
Şapurakan-  “Şapurun  kitabı”  anlamındadır  və  orta  fars  dilində 
yazılmışdır. 
1931-ci  ildə  Misirdə  2  min  vərəq  həcmində  7  kitabda  soqd  əlifbası  və 
qibti  dilində  yazılmış  maniçi  ədəbiyyat  tapılıb.  Maninin  fikrincə, 
Zərdüşt, Budda və İsanın müvəffəq olmamalarının səbəbi öz təlimlərini 
yazıya  köçürməmələridir.Ona  görə  də,  Mani  xalqın  başa  düşə  biləcəyi 
formada əsərlər yazaraq öz təlimini yaymışdır. 
Dualizm-Zərdüştilikdə  olduğu  kimi  manilikdə  də  hər  bir  şeyin 
əsasında  Nur  və  Zülmət  dayanır.  Dünya  nurla  zülmətin  qarışığından 
yaranıb. İnsanın ruhu nurdan, bədəni isə zülmətdən törənib. Ona görə 
də insan qatı asketik (tərki-dünya ) həyat tərzi sürərək nuru zülmətdən 
ayırmalıdır.  Var-dövlət,  şan-şöhrət  hərisliklərini  pisləyən  Maniçilər 
insanları  nigaha  girməməyə,  zahid  həyat  sürməyə  səsləyirdilər.  Onlar 
İlahi Varlığı qəbul edir, Axirətə, göylərdəki Əbədi Səltənətə inanırdılar. 
Zərdüştilikdən  fərqli  olaraq  Maniçilər  Xeyirin  Şər  üzərindəki 
qələbəsinə  inanmırdılar.  Onların  fikrincə,  dünya  şərdən  yaradıldığına 
görə  (yəni  mənəvi  yox,  maddi  olduğuna  görə),  Xeyir  səltənəti  yalnız 
göylərdə  qurulacaq.  Ona  görə  də,  Maniçilər  bu  dünyanın 
ləzzətlərindən əl çəkərək, səadətə qovuşmağa çalışırdılar. 
      Umumilikdə, Maniçilər 2 təbəqəyə ayrılırdılar: 
1.
 
Yetkinlər-  Bu  insanlar  müxtəlif  mərhələlərdən  və  ayinlərdən 
uğurla  keçərək,  sonucda  qəlblərini  İlahi  İşıqla  aydınladırlar.  Bu 
xoşbəxtliyə  nail  olanlar  İlahi  İşığı  dünyəvi  şeylərlə  kirlətmir,  o 
cümlədən  evlənmir,  var-dövlət  sahibi  olmur,  ət  yemir,  şərab  içmirlər. 
Hətta  çörəyi  doğramaq  da  onlar  üçün  qadağan  idi.  Yetkinlərin  həyatı 
gündəlik  yeməkləri  və  paltarları  ilə  birgə  gəzərgi  həyat  sürməkdən 
ibarət  idi.  Onlar  həyatda  üç  möhürə  məhkum  edilmişdilər:  ağız, əl  və 
qəlb  möhürləri.  Birinci  möhür  bütün  pis  yeməkləri  və  pis  sözləri 
qadağan edərdi. İkinci möhür canlı varlıqların içində mövcud olan işığa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə