Bununla da, Türkiyə tarixində “Atatürk devrimləri” adlanan proseslər
həyata keçirilməyə başlanılır və Türkiyə Cumhuriyyəti laikliyi rəhbər
tutaraq yeni dövrə qədəm basır. Qeyd etmək lazımdır ki, dini və
dünyəvi dövlətlərlə bağlı hüquqda istifadə olunan və elmi dairələrdə
Böyük Fransa inqilabından sonra işlədilməyə başlanılan “laik” termini
qədim yunan dilində olan “laicos” sözü ilə bağlıdır. Qədim yunanlar bu
sözü özlərini Tanrıya həsr edən rahiblər sinfinə daxil olmayan geniş xalq
kütlələrini adlandırmaq məqsədilə istifadə edirdilər. Buna görə də,
laiklik iki təməl prinsipə söykənir: 1) Din azadlığı 2) Din və dövlət
məsələlərinin ayrılığı
Laikliyin vətəndaşlara verdiyi din azadlığı ondan ibarətdir ki, hər bir
şəxs istədiyi inancda ola bilər və dövlətçiliyə zidd olmadığı təqdirdə öz
inancının tələb etdiyi ibadətləri sərbəst şəkildə yerinə yetirə bilər. Eyni
zamanda istənilən fərd hər hansı bir dinə mənsub olmamaq hüququna
da malik ola bilər. Böyük Atatürk haqlı olaraq deyirdi: “Din bir vicdan
məsələsidir, hər kəs vicdanının səsini eşitməkdə sərbəstdir”. Yəni laiklik
dinsizlik və insanlığın sahib olduğu dini dünyagörüşü qadağan etmək
anlamında olmayıb, dinin azadlığı və fərdiliyi prinsipini rəhbər
tutmaqdır. Laikliyin ikinci təməl prinsipi din və dövlət məsələlərinin
ayrılığıdır. Hüquqi bir anlayış olan laikliyə görə, din və dinə aid işlər
cəmiyyətin ümumi xarakter daşıyan tələbatlarından olduğundan
dövlətin sosial xidmətləri çərçivəsinə salınmalı və bu məsələləri
tənzimləyəcək qurumlar dövlətdə olmalıdır. Hər hansı bir dinin
qanunları və ya bir din ətrafında birləşən icmaların açıq və ya gizli
şəkildə dövlət idarəedilməsində istifadəsinə cəhd göstərilməsi qanuna
zidd hesab olunur. Laik hüquqda qanunlar ağıla, isbat olunmuş
dəyərlərə və ortaq məntiqə əsaslanır və dini qanunlar kimi doqmatik
xarakter daşımır. Teokratik monarxiya dövləti olan Osmanlıdan fərqli
olaraq Atatürkçü Düşüncə Sistemində hüququn əsasını insanların ortaq
iradəsi təşkil edir, hüquq bəşəri dəyərlərə əsaslanır və zamana uyğun
olaraq dəyişdirilməsi nəzərdə tutulur. Atatürk haqlı olaraq deyirdi:
“Yüz, beş yüz, min il əvvəl yaşayan bir cəmiyyət üçün qəbul edilmiş
qanunlarla çağdaş cəmiyyəti idarə etməyə cəhd göstərmək qəflətdir,
cəhalətdir”. Məhz buna görə 23 aprel 1920-ci ildə açılan Türkiyə Böyük
Millət Məclisi milli suverenlik, milli iradə prinsiplərinə söykənirdi. 1921-
ci il yanvarın 21-də qəbul edilən konstitusiyaya əsasən bu prinsiplər
siyasi-hüquqi əsasa çevrildi. Bu inqilabların ardınca 1922-ci il noyabrın
1-də xilafət idarəçiliyi aradan götürülür. Və bunun ardınca 29 oktyabr
1923-cü
ildə
Türkiyə
Cumhuriyyətinin
əsası
qoyulur.
Artıq
Cumhuriyyətin əsası qoyulduğu üçün Mustafa Kamal hələ I Dünya
Müharibəsi ərəfəsində düşüncəsində formalaşan dəyərləri ardıcıllıqla
həyata keçirməyə başlayır. 2 mart 1924-cü ildə verilən qərarla 479
mədrəsə ləğv olunur, martın 3-də alınan qərarla Türkiyə ərazisində olan
bütün təhsil mərkəzləri Təhsil Nazirliyinin nəzarətinə verilir. 1924-cü il
aprelin 20-də alınan qərarla ibtidai təhsil məcburi elan edilir. Bu
islahatların ardınca 1925-ci ilin sentyabrın 2-də türbələrin, təkkələrin
fəaliyyəti və çoxevlilik qadağan edilir, noyabrın 25-də qiyafət yasası, 1
yanvar 1926-cı ildə təqvim və ölçü dəyişikliyi həyata keçirilir. 1926-cı il
oktyabrın 4-də İsveçrə, Almaniya və İtaliya hüquqi sistemlərindən
nümunələr əsasında yeni hüquqi dəyərlər yaradılır. 1928-ci ildə
konstitusiyada aparılan dəyişikliklə qanunda mövcud olan “dövlət dini
İslamdır” maddəsi götürülərək Türkiyə Cumhuriyyəti laik sistemə
qədəm qoyur. Həmin ilin noyabrın 1-də alınan qərarla ərəb əlifbası latın
əlifbası ilə əvəz olunur. 1932-ci ildə isə məscidlərdə azanın türkcə
verilməsi qanuniləşdirilir. Çağdaşlaşan Türkiyə 1934-cü ildə qadınlara
millət vəkili olmaq və seçmək hüququnu bəxş edir. Növbəti ildə artıq
TBMM-ə 15 qadın millət vəkili seçilir. 1935-ci ildə qüvvəyə minən
qanuna əsasən ərəbcə olan familiyalar Türk soyadları ilə əvəz olunur.
1937-ci il 5 fevralda Anayasada edilən dəyişikliklə Türkiyədə laik sistem
ana qanunla müəyyənləşir və 1982-ci ildə qəbul edilmiş sonuncu
Anayasada da təsdiqlənir. Konstitusiyanın ikinci maddəsində yazılır:
“Türkiyə Cümhuriyyəti, cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və
ədalət anlayışı içində, insan haqlarına hörmətlə yanaşan Atatürk
millətçiliyinə bağlı, “Başlanğıcda” müəyyən edilən əsas prinsiplərə
söykənən demokratik, dünyəvi (laik) və sosial bir hüquq Dövlətidir”.
Bu gün Türkiyə Cumhuriyyətində müəyyən qruplar və dini əsaslı
icmalar tərəfindən Atatürkçü Düşüncə Sisteminə qarşı açıq və
üstüörtülü şəkildə müəyyən hücumlar edilir. Yeni Osmanlıçılıq ideyası
adı altında modernləşən Türkiyəni yenidən qəflətin və cəhalətin hökm
sürdüyü xilafət və ya sultanlıq idarəçilik sisteminə aparmaq, türkçülük
ideologiyasını türkiyəçiliklə əvəz edərək Türk Birliyinə gedən uğurlu
yolun qarşısını kəsmək istiqamətində psixoloji müharibə aparılır. Bu
psixoloji müharibənin tərəfdarı olan qüvvələr insanların dini inancından
istifadə etməkdə, Türkiyəni yenidən şəriət dövlətinə çevirmək
arzusundadırlar. Modern Türkiyəni teokratik idarəçiliklə əvəz etmək
istəyənlər
cumhuriyyəti
uçurumun
kənarına
gətirdiklərini
anlamalıdırlar. Çünki bu gün dövlət təsisatının formalaşması ilə bağlı
olan teoloji nəzəriyyə artıq yalnız bir sıra ləng inkişafda olan dövlətlərdə
hakimdir və əsas üstünlük verilən ictimai müqavilə və marksist
nəzəriyyələr dövlətin sadəcə olaraq insan amili ilə əlaqəli olduğunu
isbatlamışdır. Biz marksist nəzəriyyəni (dövlətin meydana gəlməsinin
varlı-yoxsul təbəqələrin formalaşması, yəni güclülərin zəiflər üzərindəki
hökmranlığı ilə əlaqələndirilməsi) qəbul etmirik və fikrimizcə, ilk
dövlətlər ictimai müqavilə nəzəriyyəsini (insanların özlərini idarə
etmələri üçün birlikdə düşünərək dövlət təsisatını yaratmaları)
dəstəkləyənlərin söylədikləri kimi olmuşdur. Yəni fikrimizcə, insanlar
necə ki özlərini idarə etmələri üçün düşünərək dövlətin yaradılmasını
məqbul saymışlar, eləcə də bu dövlətdə tətbiq olunacaq qanunları da
özləri qəbul etmişlər və etməlidirlər. Bu baxımdan Atatürkçü Düşüncə
Sisteminin
əsasını
təşkil
edən
laik
sistem
Türk
Birliyinin
formalaşmasının yeganə çıxış yoludur.
Dostları ilə paylaş: |