Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   36   37   38   39   40   41   42   43   44

XXII yarpaq 
Elçibəy və Azərbaycan tarixşünaslığı 
Azərbaycan  dünyanın  qədimdən-qədim  insan  məskənlərindən  və 
ilkin mədəniyyət mərkəzlərindən biri, varlı təbiətli, əzəli və əbədi bir 
Türk yurdudur. (Ə.Elçibəy)
 
Bu  gün  Azərbaycanda  Ə.Elçibəy  şəxsiyyəti  müxtəlif  yanaşmalar 
çərçivəsində  tədqiq  olunsa  da,  onun  ictimai-siyasi  fəaliyyəti,  xüsusilə 
prezidentlik  dönəmindəki  və  ondan  sonrakı  elmi  fəaliyyəti  yetərincə 
araşdırılsa  da,  fikrimizcə  onun  hələ  Sovet  dönəmindən  etibarən 
Azərbaycan  tarixşünaslığına  gətirdiyi  yeniliklər  təəssüflər  olsun  ki, 
lazımi  şəkildə  tədqiq  olunmayıb.  Elçibəy  Sovet  tarixşünaslığı 
çərçivəsində  təhsil  almasına,  bu  sahə  üzrə  pedaqoji  fəaliyyət 
göstərməsinə  baxmayaraq  onun  düşüncə  sistemi  bütün  bu  təhrifləri 
vaxtında  dərk  edərək  sonralar  Azərbaycan  tarixşünaslığında  yeni  bir 
mərhələnin  əsasını  qoymuşdur.  Təsadüfi  deyil  ki,  istər  ayrı-ayrı 
çıxışlarında,  istərsə  də,  elmi  monoqrafiyalarında  Azərbaycan  türkünün 
qədimliyindən,  onun  əzəli  yurdunun  tarixindən  bu  və  ya  digər  şəkildə 
ciddi mənbələrə əsaslanan məlumatlar verirdi.  
Elçibəy illər öncə qarşısına qoyduğu bir sualın cavabını uzun tədqiqatlar 
sonucunda  əldə  etmişdi:  “Türkün  gerçək  tarixi  haradan  başlayır? 
Araşdırmalarımın  sonunda  gördüm  ki,  nəinki  türkün,  bütövlükdə 
dünyanın  tarixi  Turandan  başlayır.  Şumer  miladdan  3  min  il  əvvəl 
mövcud olub, üstünə indiki eranı da gələndə edir 5 min il, yəni Şumerin 
5  min  il  tarixi  var.  Azərbaycanınsa  tarixi  Şumerinkindən  qabaqdır.  6 
min-7  min  il  qabaq  Azərbaycan  mədəniyyəti  olub  -  böyük  Kür-Araz 
mədəniyyəti!  Bu  mədəniyyət  sonralar  Şumerə  keçib,  ona  təsir  edib, 
orada yayılıb”. 
Elçibəyə görə Azərbaycan tarixşünaslığında müəyyən bir sistem, çərçivə 
yoxdur,  tədqiqatçılar  tarixi  araşdırarkən  hansı  metodlardan  istifadə 


edəcəklərini  bilmirlər.  Çünki  indiyədək  Azərbaycan  tarixşünaslığı 
marksist-leninçi  metodologiya  ilə  (xalqları  ibtidai  icma,  quldarlıq, 
feodalizm, kapitalizm və sosializm ictimai-iqtisadi formasiyalar əsasında 
araşdırılması) tədqiq olunduğundan bütünlükdə gerçəkliyi əks etdirmir. 
Buna  görə  də  Azərbaycan  tarixçiləri  (güneyli-quzeyli)  bir  yerə  yığışıb 
Azərbaycan  tarix  və  mədəniyyətinin  araşdırılmasının  metodologiyasını 
hazırlamalıdır.  Çünki  bir  sıra  xalqların,  xüsusilə  türklərin  tarixini  bu 
metodologiya  çərçivəsində  tədqiq  etmək  mümkün  deyil.  Marksist-
leninçi  metodologiyaya  əsasən,  hər  hansı  bir  dövlətin  mövcudluğu 
yuxarıda  sadaladığımız  mərhələlərdən  hansına  təsadüf  edərsə, 
birmənalı  şəkildə  həmin  dövlət  dövrün  səciyyəsinə  uyğun  şəkildə 
tədqiq edilir. Yəni  hər hansı bir  dövlət miladi  III-V əsrlərdən  öncədirsə 
deməli  quldar,  bu  əsrlərdən  sonradırsa,  feodal  mahiyyət  daşıyır.  Buna 
görə də Elçibəy ilk öncə tarixi-məntiqi metoddan istifadə etməyi gərəkli 
hesab  edirdi.  Bu  metoda əsasən  Əbulfəz Elçibəy  ilk  insan  məskənlərini 
formalaşma tarixinə görə aşağıdakı mərhələlərə ayırır: 

 
Amudərya və Sırdərya çaylarının hövzəsi, Aral gölünün ətrafı və 
Turan ovalığı 

 
Xəzərin qərb sahilləri, Kür-Araz ovalıqları, Qızılüzən çayı boyu və 
Urmiya gölü ətrafı 

 
Dəclə-Fərat  hövzəsi,  Zaqros  dağlarının  qərb  ətəklərindən 
Ərəbistan səhrasının şimal-şərqinədək olan ərazi 
 
Bu  bölgüyə  əsasən  Elçibəy  tarixin  başlanğıcı  kimi  ilk  olaraq  Turanı, 
ikinci  yerdə  Azərbaycanı,  üçüncü  olaraq  isə  Şumeri  götürür.  Bunun 
ardınca  Misir  dördüncü,  Çin  beşinci,  Hind-Qanq  ərazisi  altıncı  sırada 
gəlir. Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətini miladdan öncə 
VI-II  minillikləri  əhatə  etdiyini  qeyd  edən  Elçibəy  bu  mədəniyyətin 
formalaşdığı  ərazi  kimi  mərkəzi  Azərbaycan  olmaqla  şərqdə  Orta 
Asiyanın  güney-batısından  tutmuş  qərbdə  Doğu  Anadolu,  şimalda 
Güney  Qafqazdan  tutmuş  cənub-qərbdə  Dəclə  çayı,  güneydə  Bəsrə 
körfəzinədək  olan  əraziləri  götürür.  Şumerlərin  (Kəngərlərin)  ilkin 


dövlət qurumunun Azərbaycanda - Kür-Araz ovalığı və Urmu gölünün 
ətrafında  yarandığını,  sonralar  onların  Urmunun  yaxınlığındakı  Patağ 
(Zaqros) 
dağlarının 
keçidlərindən 
aşaraq 
İkiçayarasına 
(Mesopotamiyaya)  yerləşməsini,  orada  yeni  mərkəzlərini  yaratmasını 
qeyd  edən  Elçibəy  bütün  bunların  həqiqət  olduğunu  dünya  elminin 
bildiyi  halda,  şumerlərin  (kəngərlərin)  əcdadının  Orta  Asiyaya, 
Hindistana  calamağın  sadəcə  olaraq  antitürkçülüyün,  irqçiliyin 
formalaşdırdığı amillərlə əlaqələndirir. Kür-Araz mədəniyyətinin m.ö X-
VI 
minilliklərdə 
formalaşmış 
Turan 
mədəniyyətinin 
varisi, 
İkiçayarasında  formalaşmış  Şumer  mədəniyyətinin  isə  sələfi  qismində 
çıxış  etdiyini  bildirən  Elçibəy  Şumer  və  Azərbaycan  tarixinin  iç-içə 
olduğunu  nəzərə  alaraq  gələcək  tarixşünaslıqda  Kür-Araz  və  Şumer 
mədəniyyətinin  birləşdirilərək  Azər-Kəngər  (şumerlər  özlərini  kəngər 
adlandırırdılar)  mədəniyyəti  adı  altında  öyrənilməsini  məqsəduyğun 
hesab  edirdi.  Əbülfəz  Elçibəyi  “Tarix  Turandan  başlayır”  və  Azər-
Kəngər mədəniyyətinin bilavasitə Azərbaycan tarixi ilə əlaqəli olmasına 
vadar edən əsas amillər isə bunlardır: 

 
Bir  sıra  görkəmli  mütəxəssislər  tərəfindən  Şumerdən  öncə  Ön 
Asiyada mövcud olan mədəniyyətə dair uğurlu tədqiqatların aparılması 

 
Azərbaycanın 
quzeyində 
yerləşən 
Azıx, 
Kültəpə, 
Qaraköpəktəpə,  Baba-Dərviştəpə,  Qobustan,  Gəmiqaya  abidələri  ilə 
guneydə  yerləşən  Yanıqtəpə,  Sarabtəpə,  Firuztəpə,  Gəncədərə  və 
Dolmatəpə arasında olan bənzərliklər və eyniliklər 

 
Şumerlərə 
aid 
olan 
arxeoloji 
qazıntıların, 
sənətkarlıq 
nümunələrinin  bilavasitə  İkiçayarasından  şimalda  və  şərqdə  yaşayan 
xalqlarla əlaqəli olması 

 
Tur  Xeyerdalın  geniş  tədqiqat  sonucunda  Xəzərdəki  qamış 
qayıqların tarixini ən az miladdan öncə VI minliliyə aid etməsi  

 
Dünyada  tapılan  yeddi  ən  əski  insan  sümüyündən  birinin 
(Azıxantrop insanın çənə sümüyü) Azərbaycanda tapılması 
Dünyada ən az öyrənilmiş tarixin azərbaycan tarixi olduğunu qeyd 
edən  Elçibəy  Azərbaycan  tarixşünaslığının  həll  etməli  olduğu  əsas 
problemlərin aşağıdakılar olduğunu qeyd edir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə