Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

Bunun  səbəbi  qədim  dövrlərdə  bir-birinə  qonşu  olan  tayfaların  və 
dövlət  qurumlarının  hegemonluq  üzrə  apardıqları  mübarizə  idisə,  bu 
gün  bu  xalqların  hamısı  demək  olar  ki,  həm  ümumi  düşmənlərinə 
qarşı, həm də ki daxildə bir-biri ilə mübarizə aparmaqdadır. 
 
Tarixən  bu  regionlarda  dövlət  sərhədləri  tez-tez  dəyişildiyi,  müxtəlif 
dövlətlərin  yaranıb  süquta  uğraması  baş  verdiyi  üçün  xalqlar  iç-içə 
yaşamağa  məcbur  olmuş,  bir-birinin  mədəniyyətini  əxz  eləmişlər.  Bu 
baxımdan miladdan öncə V-I minilliklər arasında yaşamış tayfaların bu 
gün  hansı  xalqların  əcdadı  olması  qeyri-dəqiqdir  və  buna  görə  də 
müxtəlif mülahizələrin yaranmasına səbəb olub. Hazırda tarix elmində 
qədim  xalqların  kimliyinin  araşdırılmasında  bir  sıra  metodlardan 
istifadə  edilir  və  bunlardan  ən  dəqiqi  maddi-mədəniyyət  nümunələri 
əsasında  araşdırmadır.  Digər  metod  toponimlərin,  etnonimlərin 
etimologiyasının  düzgün  açılmasıdır.  Kimliyi  bu  gün  də  dəqiq 
bilinməyən  qədim  Azərbaycan  tayfalarından  biri  də  tarixdə 
özünəməxsus rolu olan kadusilərdir. 
Bu  mövzuya  toxunmağımızın  səbəbi  yaxın  vaxtlarda  çapdan  çıxmış 
Həşim  Kəlbiyevlə,  İqbal  Ağayevin  birlikdə  yazmış  olduqları 
“Kadusilərin,  qədim  talışların  Azərbaycan  tarixində  yeri”  kitabını 
mütaliə  etməmiz  oldu.  İlk  öncə  xüsusi  vurğulamaq  lazımdır  ki,  kitab 
heç  də  talışların  kadusilərin  nəsli  olması konteksindən  araşdırılmayıb, 
kitabda  üstünlük  daha  çox  kaspilərlə  kadusilərin  eyni  xalq  olması  və 
kadusilərin  dövrün  hegemon  imperiyaları  ilə  münasibətlərinə  verilib. 
Müəllif sadəcə bir ifadədən yola çıxaraq kadusilərlə talışları eyniləşdirir 
və  sübutlarında  İran  tarixçilərinin,  və  hazırda  Azərbaycan  tarixçiləri 
içərisində  qəbul  olunmayan  imperiya  siyasəti  altında  işləmiş  (Əhməd 
Kəsrəvi,  İqrar  Əliyev,  Dyakonov,)  tarixçilərin  əsərlərinə  istinad  edilib. 
Və bu da özlüyündə tədqiqat işinin qeyri-səmimiliyindən xəbər verir. 
Əlbəttə  ki,  biz  tariximizin  öyrənilməsi  və  doğru  düzgün  araşdırılması 
üçün  səy  göstərən  bütün  tədqiqatçıları  dəstəkləyirik.  Azərbaycan 


tarixən müxtəlif xalqların  yaşadığı region olub və  heç bir zaman etnik 
zəmində  münaqişələrin  yaranmasına  imkan  verilməyib.  Dövlətin 
apardığı  siyasət 
həmişə  etniklərin  hüquq  və  azadlıqlarının 
qorunmasına  zərbə  vurmayıb,  əksinə  onların  öz  dillərinə  təhsil 
almalarına,  adət  və  mədəniyyətlərini,  tarixlərini  öyrənmələrinə  şərait 
yaradılıb.  Ona  görə  də  bir  Azərbaycan  vətəndaşı  kimi  bizim 
məqsədimiz 
heç 
də 
türkçülük 
duyğularına 
qapılaraq 
sizin 
konsepsiyanızı    mütləq  şəkildə  inkar  etmək  deyil,  sadəcə  fikir 
mübadiləsi aparmaqdır. 
Hörmətli Həşim bəy, ilk olaraq onu qeyd etmək istəyirəm ki, kitabınızı 
dəfələrlə  oxumağıma  baxmayaraq  orada  kadusilərin  talışların  əcdadı 
ola biləcək heç bir ağlabatan dəlilə rast gəlmədik. “Kadusilər haqqında 
tarixi-coğrafi”  məlumatlar  adlı  fəsildə  kadusilərin  kaspilərin  nəsli 
olmasını bildirir və dolayısı ilə kaspi tayfalarını da talışların ulu əcdadı 
və  nəhayətində  irandilli  tayfa  hesab  edirsiniz.  Kitabınızın  26-cı 
səhifəsində isə   yazırsınız: “Bizə məlum olan  kassi-kaspi-kadusi şəxs 
adlarının və qaynaqlarda onlara məxsus olan sözlərin əksəriyyətinin 
Hind-Avropa-İran    mənşəli  olmasını  dünyanın,  o  cümlədən 
Azərbaycan tədqiqatçılarının əksəriyyəti təsdiq edirlər”.  
Cənab  Kəlbiyev,  kassilərin  kaspilərin  əcdadı  olması  fikrində  haqlınız, 
lakin  kassi-kaspi-kadusi  şəxs  adlarının  hind-avropa  mənşəli  olmasını 
və  üstəlik  dünya  tarixçilərinin  bunu  qəbul  etməsini  qeyd  etməyiniz 
tamamilə  yanlışdır.  Birincisi,  bir  tarixçi  kimi  fikir  irəli  sürürsünüzsə, 
bunu sübutunu da göstərməlisiniz, yəni heç olmasa bir kassi şəxs adını 
çəkərək, onu hind-avropa dillləri əsasında açılışını verməli idiniz. Lakin 
biz buna əsərinizdə rast gəlmədik və dünya tarixçilərinin də bu fikirdə 
olmadığını  sizə  isbat  edəcəyik.  Bunu  üçün  tarixdə  özünəməxsus  rol 
oynamış 5 Kassi hökmdarının adını təqdim edirik:  
1.
 
Qandaş- e.ə. 1720-1700 
2.
 
Qara- İndaş- e.ə 1445-1427 
3.
 
Qara- Hardaş- e.ə 1347-1346 


4.
 
Kadaşman Turqu- e.ə 1297-1279 
5.
 
Kadaşman Enlil- e.ə 1279-1264 
 
Bu hökmdar adlarını diqqətlə nəzərdən keçirin. “Qara” kəlməsi orta əsr 
türk  xaqanlarının  adlarında  da  (Göktürk  xaqanı  Qara  Kiəli  xaqan, 
Qaraqoyunlu Qara Yusif və s.) işlənir və ən əsası dördüncü hökmdarın 
adındakı  “turqu”  ifadəsi  sizə  bir  şey  demirmi?  Bu  hökmdarlar 
kassilərin ən qüdrətli  dövrünün hakimləridir və ona görə  də adları  öz 
dillərindədir.  Təsadüfi  deyil  ki,  son  Kassi  hökmdarlarının  adlarından 
bəziləri  akkad  mənşəlidir.  Üstəlik  kassi  tanrılarının  (Şimaliya,  Harbe, 
Şukamuna,  Kaşşu,  Şixu,  Sax,  Suriaş,  Qidar,  Dur,  Kamulda,  Mirizir, 
İmmiriya) adları da şumer və türk dillərində izah olunur. 
Onu da nəzərinizə çatdıraq ki, kassilərin önəmli bir tayfası karzi-yabqu 
adlanır  ki,  buradakı  “yabqu”  sözü  türk  yabğuları  (orta  əsr  türk 
xaqanlıqlarında  hökmdar  titulu)  ilə  əsaslı  şəkildə  səsləşir:  Dib-Yabku, 
Tokuz-Yabku  və  s.  Üstəlik  kassilərdə  hökmdarın  titulu  olan  “yanzu” 
ifadəsi  də  şumer  dilində  izah  olunur  (ağıllı  öndər  anlamındadır)  və 
digər  türk  dövləti  olan  Manna  hökmdarları  da  bu  titulla  tanınırlar. 
Sonralar bir sıra türk xalqlarının adında kas sözü geniş şəkildə yayılır. 
Bunlara misal olaraq kırkas (indi qırğız), xakas, kasax (sonralar qazax), 
kasar  (sonralar  xəzər)  və  nəhayət  Azərbaycanın  həm  şimal,  həm  də 
cənub  hissəsində  -  Dərbənd  ətrafında,  Mildə,  Kürün  Arazla  birləşdiyi 
yerdən  Xəzərə  qədərki  ərazilərdə  yaşayan  kaspilər.  Üstəlik  türklərin 
yaşadıqları coğrafi ərazilərin bəziləri də kas kəlməsi ilə yaranıb: Kaşqar, 
Kazan,  Kafkas,  və  s.  Bütün  bunlardan  aydın  olur  ki,  kaspilərin  ataları 
olan kaslar irandilli olmadıqları kimi, onların nəsilləri olan kaspilər də 
iranlılaşa  bilməzdilər.  Çünki  kaspilər  öz  dövrünün  ən  qüdrətli 
tayfalarından idilər. 
Digər  tərəfdən  mənbələrdən  kassi  hökmdarı  Qandaşın  1742-ci  ildə 
Babilistana  yürüşü,  II  Aqumun  (  1595-1571)  özünü  «Kassilərin, 
akkadların,  Babilistanın  və  Kutilərin  hökmdarı»  elan  etməsi,  XV  əsrin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə