Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   2   3   4   5   6   7   8   9   ...   44

vəzifəyə  təyin  olunanlar  isə  iki  dirhəm  ödəməlidir.  Adlı-sanlı  əyanlar 
və çar  nəslindən  olan şəxslər ömrü  boyu bir  dəfə bir  yəhərli-qayışlı at 
və  ya  nə  bacarırsa  onu  verməlidir.  Əgər  həmin  şəxs  bunu  etməyib 
ölərsə,  bu  vəzifə  onun  ailəsinin  üzərinə  düşür.  Əsilzadələrin  kilsəyə 
verdikləri onda bir vergisinin yarısı Baş kilsəyə, digər yarısı isə mənsub 
olduqları öz kilsələrinə verilməlidir.  
Cəza və məhkəmə qanunları- Məclisin qəbul etdiyi 7-ci maddəyə görə 
əgər hansısa bir xaçpərəst biri ilə dava edib onun qanını tökərsə, həmin 
adam birbaşa yepiskopun yanına gətirilməli və cəzasını almalıdır. Əgər 
bir rahib monastrdan oğurluq edərsə, həmin adam mühakimə olunmalı 
və ona ayrılan torpaq payı kilsənin xeyrinə verilməlidir. Məclisin qəbul 
etdiyi  12-ci  maddəyə  əsasən  ölülər  üçün  yas  saxlamaq  və  ağlamaq 
qadağan edilir və bu qanuna qarşı çıxanlar çar divanında cəzalandırılır. 
Keşişlər  və  ondan  aşağı  vəzifədə  olanlar  hər  hansı  bir  suçdan  sonra 
günahlarını  boyunlarına  alarlarsa,  onlar  yepiskop 
tərəfindən 
cəzalandırılmalı  və  kilsədə  tövbə  etməlidirlər,  əgər  onlar  günahlarını 
etiraf  etməsələr  və  günahları  aşkar  olunsa,  onlar  qanunlar  əsasında 
cəzalandırılıb,  kənddən  qovulmalıdırlar,  əgər  keşişlərin  günahı  təsdiq 
olunmazsa, o zaman onlar nahar ibadətini keçirtməlidirlər.  
Kilsənin  idarə  edilməsi  ilə  bağlı  qanunlar-  Məclisin  qəbul  etdiyi 
qanunun  7-ci  maddəsi  kilsəyə  mənsub  olan  keşişlərin  və  dindarların 
say  nisbətinin  müəyyənləşdirilməsinə  həsr  olunub.  9-cu  maddəyə 
əsasən  iki  kiçik  kənd  bir-birilərinə  yaxındırsa,  onlar  birləşdirilməli  və 
onlara bir keşiş xidmət göstərməlidir. 17-ci maddəyə əsasən bir kənddə 
tikilmiş  iki  və  ya  üç  kilsədən  gələn  xeyirlər  və  vergilər  baş  kilsəyə 
verilməlidir.  20-ci  maddəyə  görə  əsilzadələr  öz  şəxsi  mülklərindən 
yepiskopun xəbəri olmadan keşişi nə qova bilər, nə də ki onu təyin edə 
bilər. Yepiskoplar  da eyni  zamanda əsilzadənin razılığı  olmadan onun 
mülkünə  keşiş  təyin  edə  və  ya  qova  bilməz.  Keşiş  əsilzadədən  və  ya 
dindarlardan  gələn  hər  hansı  bir  təhlükəyə  baxmayaraq,  yepiskopun 
icazəsi olmadan öz yerini tərk etməməlidir.  


İbadətlə  bağlı  qanunlar-  Qanunun  19-cu  maddəsinə  görə,  hər  bazar 
günləri  həm  ağa,  həm  də  ki  nökər  bir  yerdə  ibadət  etmək  üçün  Baş 
kilsəyə  getməlidirlər.  21-ci  maddəyə  görə  isə  əsilzadə  öz  kilsəsində 
səcdəgah qurub ibadət  mərasimi keçirmək  istəyirsə,  bunu  yepiskopun 
icazəsi ilə etməlidir. Əgər buna əməl etməzsə, o, kilsədən uzaqlaşdırılır 
və  yepiskopa  cərimə  gətirir.  Qanunun  13-cü  maddəsinə  əsasən  ölmüş 
heyvanın  ətini  və  qırxgünlük  pəhriz  zamanı  ət  yeyən  və  bazar  günü 
işləyib  kilsəyə  getməyən  şəxslər  dindarların  gözü  qabağında  keşiş 
tərəfindən cəzalandırılır.  
Ailə  ilə  bağlı  qanunlar-  Qanunun  10-cu  maddəsinə  görə,  heç  kəs  öz 
qohumu olan əmi və bibi nəvəsi ilə evlənə bilməz, qardaşının arvadını 
ala  bilməz.  11-ci  maddəyə  görə  əgər  kim  öz  arvadını  səbəbsiz  yerə 
boşayıb,  ikinci  arvadla  kəbinsiz  yaşayırsa,  kim  cadugərlərə  müraciət 
edirsə,  onlar  çar  divanına  gətirilməli  və  işgəncələrdən  sonra  ölüm 
cəzasına məhkum edilməlidir.  
Göründüyü  kimi, Aquen kilsə  Məclisinin  qanunları  Albaniyada  fedoal 
münasibətlərin  möhkəmlənməsinə,  Alban  kilsəsinin  hüquqlarının 
artırılmasına və kilsə xadimlərinin nüfuzunu əyanlarla eyniləşdirməyə 
və  onlar  arasındakı  münasibətləri  tənzimləməyə,  ölkədə  dini  birliyin 
yaradılmasına  xidmət  edirdi.  Lakin  bütün  bu  tədbirlərə  baxmayaraq 
Çar  Vaçaqanın  ölümündən  sonra  Albaniyada  xristianlıq  yüksək 
səviyyəyə  çata  bilmədi,  yəni  Azərbaycan  türklərinin  vahid  dininə 
çevrilmədi.  
 
       
 
   
 


         II yarpaq  
Alp Ər Tonqa 
Alp Ər Tonqa və onun hökmdarı olduğu Turan dövləti haqqında olan 
mənbələrin  azlığından  və  mövcud  olan  mənbələr  də  şifahi  xalq 
ədəbiyyatına  və  dini  rəvayətlərə  əsaslandığından  bu  mövzu  ətrafında 
müxtəlif  mülahizələrin  yaranmasına  səbəb  olub.  Lakin  buna 
baxmayaraq  böyük  türk  xaqanı  Alp  Ər  Tonqanın  (orta  əsr  şərq 
mənbələrində  Əfrasiyab) kimliyi zaman  baxımından bir-birindən xeyli 
uzaq olan iki mühüm mənbə əsasında qismən açıqlana bilir.  Bunlardan 
biri  Azərbaycan  ərazisində  formalaşmış  müqəddəs  kitab  hesab  edilən 
Avesta, digəri isə Türküstanda yaşamış Mahmud Kaşğarlının “Divani-
lüğət ət-Türk” əsəridir. 
 
Birinci  mənbəmiz  Avesta  olduğundan  ilk  olaraq  orada  Franqrasyan 
adlanan  və  Alp  Ər  Tonqa  hesab  edilən  Turan  hökmdarı  barədə  olan 
məlumata  diqqət  yetirək.  Avestanın  Yaştlar  kitabının  Ardvisur-Yaşt 
bölməsinin  XI  hissəsində  Turanlı  Franqrasyanın  Vorukaş  (Xəzər) 
dənizinin  ortasında  yerləşən  Xvarnonu  (xvarnonu  əldə  edən  şəxs 
xoşbəxtlik qazanır və ilahi qüdrət sahibi olur) ələ keçirmək üçün Anahit 
Ardvisura  qurban  gətirməsi,  lakin  ilahə  Anahitin  bu  qurbanı  qəbul 
etməməsi və ona bu zəfəri bəxş etməməsi qeyd olunur:  
“Ona qurban gətirdi əsli Turanlı olan, 
Uçurum qırağında bədəməlli Franqrasyan. 
Min cöngə, 10 min qoyun, bir də yüz at gətirdi. 
O da Ardvisurdan belə dilək dilədi: 
“Ey xeyirxah, qüdrətli Anahit Ardvisur, 
Mənə elə bir uğur nəsib elə, yetir ki, 
Vorukaş dənizinin ortasında nur saçan, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə