Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   2   3   4   5   6   7   8   9   ...   44

oğul  övladının  olmamasını  qeyd  edir,  halbuki  Alp  Ər  Tonqanın 
Barman  və  Barsaqan  adlı  iki  oğlunun  olması  Türk  dastanlarında 
göstərilir.  Həmçinin  Herodotda  II  Kirin  Astiyaqı  sağ  saxlaması  qeyd 
olunduğu  halda,  Alp  Ər  Tonqanın  əsir  düşdükdən  sonra  öldürülməsi 
digər  mənbələrdə  bildirilir.  Bütün  bu  fikirləri  ümumiləşdirərək  ilkin 
olaraq  belə  nəticə  çıxarmaq  mümkündür  ki,  Alp  Ər  Tonqa  timsalında 
iki hökmdar- Madanın sonuncu xaqanı Astiyaq və qüdrətli İskit xaqanı 
Madiyes  dastanlaşdırılıb.  Yəni  dastanın  müəyyən  hissəsi  Astiyaqı, 
digər  hissəsi  isə  Madiyesi  (assur  mətnlərində  Maduva)  əhatə  edir.  Və 
əsas  olan  budur  ki,  Keyxosrov  Mada  xaqanı  Kiaksar  deyil,  məhz 
Əhəməni şahı II Kirdir. Əfsanə hesab edilən Turan dövləti isə iskitlərin 
Midiyada  28  illik  hakimiyyətdə  olduğu  müddətdə  Mada-iskit 
birləşməsinin  ümumi  adı  olub.  Və  belə  ehtimal  etmək  olar  ki,  iskitlər 
m.ö  VII  əsrdə  İdil  çayı  ətrafından  gələrək  Dəmirqapı  Dərbənddən 
keçərək Ön Asiyaya gəlirlər və Madada hakimiyyəti ələ aldıqdan sonra 
İran-Xorasan yolu ilə Türküstan ərazilərinə yönəlirlər və burada bir sıra 
şəhərlər  salırlar  və nəhayətində  farslarla mübarizə  sonucunda  məğlub 
olurlar.  Məhz  buna  görədir  ki,  Turan  xaqanlığının  əraziləri  kimi 
Kaşğardan Urmiya gölü ətrafına qədər olan bir çox ərazilər göstərilir. 
İndi  isə  ikinci  mühüm  mənbə  hesab  edilən  Kaşğarlı  Mahmudun 
“Divan”ına  nəzər  yetirək.  Alp  Ər  Tonqanın  xəyanət  nəticəsində 
öldürülməsi bu mühüm mənbədə 11 ağı ilə qeyd olunur. Ümumiyyətlə, 
türk  dastanlarında  Alp  Ər  Tonqanın  şəhərləri  kimi  Balasaqun, 
Ordukənd  (Kaşğar),  Quzey  Azərbaycanda  Şabran  və  Bakı,  güneydə 
Qəzvin  qeyd  olunur.  Qəzvin  şəhərinin  Alp  Ər  Tonqanın  qızı  Qaz 
tərəfindən  salınması  haqqında  məlumatlar  vardır.  Digər  tərəfdən 
Orxon abidələrində Tonqra tigin matəminin keçirilməsi barədə bilgilər 
mövcuddur. Belə ki, 714-cü ildə Uyğurların yaşadığı Beşbalıq şəhərinin 
mühasirəyə  alındığı  zaman  Tonqra  tiginin  yuğ-yas  mərasiminin 
keçirildiyi  günə  təsadüf  olunduğu  qeyd  olunur.  Kaşğarlı  Mahmudun 
məlumatına əsasən bütün Türk xaqanlarının soy kökü Alp Ər Tonqadır 


və bu soydan olmayanlar “xan” və “xaqan” titullarını daşıya bilməzlər. 
Məhz  buna  görədir  ki,  Qaraxanlılar  özlərini  “Ali-Əfrasiyab” 
adlandırırdılar.  Tarixçi  Cüveyni  uyğur xaqanlarının, Əbülqazi Bahadır 
xan  “Şəcəreyi-Tərakimə”  əsərində  isə  səlcuqların  Əfrasiyab  soyundan 
olduğunu bildirir.  Tarixçi  Fəxrəddin  isə  yazır:  “Türklərin padşahı, son 
dərəcə  müdrik  və  ağıllı  adam  kimi  tanınan  Əfrasiyabın  kəlamları 
içərisində  belə  bir  kəlam  da  var:  “Türk  balıqqulağı  içindəki  mirvarini 
xatırladır,  nə  qədər  ki,  o  öz  qınındadır  heç  bir  qiyməti  yoxdur.  Lakin 
balıqqulağının  içindən  çıxan  kimi  o  qiymətə  minir,  padşahların 
taclarını, şahzadə xanımların boyun-boğazını və qulaqlarını bəzəyir” 
Alp  Ər  Tonqa  şəxsiyyətinə  Mahmud  Kaşğarlı  ilə  yanaşı  dövrün  digər 
bir türk bilgini Yusif Balasağunlu da toxunub və o 1069-cu ildə qələmə 
aldığı  “Qutadqu-Bilik”  adlı  əsərində  yazır:  “Türk bəyləri arasında Alp 
Ər  Tonqa  öz  biliyi  və  şücaəti  ilə  seçilirdi.  O,  hər  şeyi  bilir  və  başa 
düşürdü.  Bu  dünya  nə  qədər  seçilmiş  və  bacarıqlı  qəhrəmanları 
udmuşdur. Taciklər Alp Ər Tonqanı Əfrasiyab adlandırırlar”. 
Bütün  bunlardan  belə  nəticə  çıxır  ki,  müxtəlif  dövrlərdə  tarixçi  və 
dastançılar  real  türk  hökmdarları  ilə  qüdrətli  Alp  Ər  Tonqa  və  ya 
Əfrasiyabı  qarışdırıblar.  Məsələn,  İran  tarixçisi  Əlaəddin  Ata  Malik 
Cüveyni  1259-cu  ildə  farsca  yazdığı  “Tarixi-cahan-guşə”  əsərində  Alp 
Ər  Tonqanın  qüdrətli  Uyğur  xaqanı  Buku  xanla  eyniləşdirir  və  Buku 
xanın  digər  bir  adının  Əfrasiyab  olduğunu  qeyd  edir.  Moğol  tarixçisi 
Mirzə  Heydər  Duğlat  1541-1547-ci  illərdə  yazdığı  “Tarixi  Rəşidi” 
əsərində  Əfrasiyab  haqqında  yazır:  “Kaşğar  qədim  və  məşhur  bir 
şəhərdir.  Qədim  zamanlarda  Kaşğar  sultanları  moğolların  Buqa  xan 
dedikləri  Türk  Əfrasiyabın  ailəsindəndir.  Onun  şəcərəsi  belədir: 
Firudin  oğlu,  Tur  oğlu,  Dad  oğlu,  Naşin  oğlu,  Piş  oğlu  Əfrasiyab”. 
Buddist  uyğur  şairi  Ki  Ki  də  Əfrasiyabın  uyğur  xaqanı  Bögü  xaqan 
olmasını  qeyd  edir  və  bu  hadisə  1334-cü  ildə  hazırlanmış  və  hazırda 
Çinin  Qansu  əyalətinin  Vu-vei  İli  muzeyində  saxlanılan  “Koçu  Uyğur 
xaqanlığı  Töhpe”  abidəsində  də  öz  əksini  tapıb.  Bu  abidə  ilə  yanaşı 


uyğur  türkləri  arasında  Əfrasiyabla  bağlı  xalq  arasında  gəzən 
rəvayətlər  də  mövcuddur.  Toy  mərasiminin  yaranması  haqqında  olan 
rəvayətdə  uyğurlar  arasında  evlənmə  adətinin  və  şəhərsalma 
mədəniyyətinin əsasının, dəfnetmə ilə bağlı rəvayətlərdə isə cəsədlərin 
sandığa  qoyularaq  gömülməsinin,  digər  bir  rəvayətdə  isə  beşiyin 
əsasının  Əfrasiyabın vaxtında  qoyulması  haqqında məlumatlar  verilir.  
Uyğur  rəvayətlərində  bizim  üçün  maraqlı  olan  iki  şəxs  adının 
çəkilməsidir.  Ölügömmə  ilə  bağlı  rəvayətdə  Əfrasiyabın  atasının  adı 
Uluğ  Tor  (Avestadakı  Tur  ilə  səsləşir),  beşiyin  yaranması  ilə  bağlı 
rəvayətdə isə arvadının adının Böşük (Beşik) olması qeyd olunur. Başqa 
bir  uyğur  rəvayətində  Əfrasiyabın  çalğı  alətlərinin  yaradıcısı  olması, 
digər  bir  rəvayətdə  özünə  7  şəhəri  (Ərdəbil,  Suddikut,  Korla,  Turfan, 
Hoten, Almalı, Balasaqun) paytaxt seçməsi, yuxuda cənnəti görməsi və 
şəhərlərində cənnət meyvələri yetişdirmək barədə əmr verməsi barədə 
bilgilər mövcuddur. 
Alp  Ər  Tonqa  haqqında  digər  bir  mühüm  tapıntı  uyğurlara  məxsus 
olan  Bəzəklik  məbədində  olan  yazıdır.  Belə  ki,  məbədin  divarında 
ağzında  və  paltarında  ləkələr  olan  və  öldürüldüyü  ehtimal  olunan  bir 
rəsm mövcuddur və rəsmin bir yerində “Tunqa tigin”, digər bir yerində 
“Tunqa ol” yazıları qeyd olunub. 
XV  əsr  müəllifi  Əli  Yazıçıoğlu  “Tarix  əl-səlcuq”  əsərində  Əfrasiyabın 
oğlunu  bu  cür  vəsf  edir:  “doxsan  dəridən  kürk  olsa,  topuğunu 
örtməyən,  doqquz  dəridən  şəbkülah  olsa,  tülüyün  örtməyən,  doxsan 
qoyun  dovğalıq,  on  qoyun  öyüncük  yetməyən,  doqquz  yaşar  cüngün 
silküb  atan,  kıynağında  gökdə  tutan,  at  başın  yalmırıp  bir  kəz  yutan 
Əfrasiyab oğlu Alp Ariz bəy”.  
İslamı dövlət dini edən Qaraxanlı Satuk Buğra xaqanın böyük oğlunun 
adının  Tonqa  İlig  olması,  Göktürk  mətnlərində  Tonqa  tigin  adlı  bir 
sərkərdənin  yuğ  mərasiminin keçirilməsi  “Tonqa” adının türk  xalqları 
arasında  geniş  yayıldığını  göstərir.  714-cü  ildə  pusquya  düşərək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə