Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   2   3   4   5   6   7   8   9   10   ...   44

onları  “Ata”  kimi  çağırırdılar.  Təbii  ki,  müxtəlif  zamanlarda 
sadaladığımız  işlərin  icraçıları  kimi  Qam  Atalar  fəaliyyət  göstəriblər. 
Bunlardan  bizə  məlum  olan  ən  cəsuru  isə  şərti  olaraq  Smerdis  və  ya 
Bardi adlandırılan Qaumatadır. 
Bağıstan  qayasında  Qam  Atanın  mağ  adlandırılması  həm  onun  milli 
mənsubiyyətinin,  həm  də  ki  dini  statusunu  əks  etdirir.  Abidənin  fars 
mətnində  mağın  adı  kimi  Qaumata,  elam  mətnində  Kamata,  babil 
variantında  Qumata  kimi  qeyd  olunur.  İlk  dəfə  bu  adın  türkcə  dəqiq 
açılışı  islamaqədərki  tarixlə  məşğul  olan  professor  Firudin  Ağasıoğlu 
Cəlilov tərəfindən Qam Ata formasında verilib. Bu izahın “Qorqud Ata 
kitabı”ndakı  şəxs  adları  ilə  səslənməsi  (Qamğan,  Qambörə)  açılışın 
doğruluğunu sübut etmiş olur. Farsca mağın adının Qaumata şəklində 
yazılması  isə  iki  cəhətdən  izah  edilir.  Birinci  yanaşmaya  görə,  fars 
dilinin  qrammatik  qaydalarına  uyğun  olaraq  mətndə  “U”  səsi  əlavə 
olaraq  artırılıb,  ikinci  yanaşmaya  görə  isə  fars  şahı  nifrətə  layiq  hesab 
etdiyindən  mağın  ismini  bilərəkdən  Qaumata  şəklində  yazdırıb  ki, 
burada  “qau”  sözü  “öküz”  anlamına  gəlir.  Qeyd  edək  ki,  Qam  Ata 
olayı  haqqında  ən  əsaslı  mənbələr  Bağıstan  abidəsi  və  Herodotun 
“Tarix”  əsəridir.  Bağıstan  qayasındakı  yazıların  Dara  tərəfindən 
yazılmasını,  Herodotun  isə  məlumatları  farslardan  götürdüyünü 
nəzərə  alsaq,  şübhəsiz,  hadisənin  tam  gerçəkliyi  ilə  qeyd  olunmadığı 
düşünülə  bilər.  Lakin  ilk  mənbələrin  bu  ikisi  olması  onlara  istinad 
etməyə  zərurət  yaradır.  Herodota  görə,  Madayın  işğalından  sonra 
farslar  ilk  dövlətlərini  yaradırlar  və  yerli  xalq  üzərində  öz  ağalıqlarını 
göstərmək  üçün  var  güclərini  səfərbər  edirlər.  Buna  dözməyən  mağ 
tayfasından  iki  qardaş-  Patizif  (Kambis  onu  öz  mülki  işlərinə  rəhbər 
qoymuşdu) və Smerdis şahın Misirdə olmasından istifadə edərək üsyan 
qaldırırlar  və  hakimiyyəti  ələ  alırlar.  Smerdisin  Kambisin  öldürtdüyü 
qardaşına  oxşadığını  və  adının  da  onunla  eyni  olduğunu  nəzərə  alan 
Patizif  qardaşını  şah  elan  edir  və  xalqa  görsənmədən  dövləti  idarə 
edirlər.  Xəbər  Kambisə çatdığında  artıq  o  Suriyada  ölümcül  haldaydı, 


buna  görə  də  o,  ətrafındakı  farslara  və  Əhəməni  ailəsinə  hakimiyyəti 
mağlardan  geri  almağı  vəsiyyət  edərək  orada  da  ölür.  Artıq  mağ 
qardaşları istədikləri siyasəti yürütməyə başlayırlar. Qam Ata ilk öncə 
dövlətin  mərkəzini  yenidən  Ağbatana  qaytarır,  saray  elitasının 
imtiyazını  azaldır,  əhalini  üç  il  müddətinə  hərbi  çağırışdan  (çünki 
xalq fars işğalçı yürüşlərindən xeyli zülm çəkmişdi) və vergidən azad 
edir. Bütün bunlar miladdan 522  il  əvvəl  mart ayında baş  verir.  Lakin 
Asiyanın ədalət simvolu olan Qam Ata hakimiyyəti cəmi 7 ay mövcud 
olur, Əhəməni nəslindən Dara yeddi saray əyanı ilə birləşərək mağları 
devirirlər.  Herodota  görə,  ilk  olaraq  mağın  II  Kirin  oğlu  Smerdis 
(Bağıstanda Bardi) olmasından şübhələnən şəxs əsl nəcabətli və dövlətli 
adamlardan  Otan olur.  Onun qızı Fədimə Kambisin  arvadı  idi  və  indi 
hakimiyyətdə  şahın  qardaşı  hesab  edildiyindən  adətə  görə  yeni 
hökmdarın  arvadına  çevrilir.  Qızının  vasitəsilə  Otan  yeni  şahın 
qulaqsız  olduğunu  öyrənir  (nəyə  görəsə  bir  dəfə  Kambis  mağ 
Smerdisin qulağını kəsdirib) və başa düşür ki, şah həqiqi Smerdis deyil 
və  bu  barədə  atasına  xəbər  verir.  Otan  əldə  etdiyi  bilgiləri  Aspafinlə 
Qobriyə  açıqlayır  və  bir  cəbhədə  birləşirlər.  Ardınca  Otan  İntəfrəni, 
Qobri  Meqabizi,  Aspafin  Hidərni  özlərinə  cəlb  edirlər.  Bu  zaman 
Parsada olan Dara mağların gizlin iş tutduqlarını xəbər aldıqdan sonra 
Susa  gəlir  və  bu  altı  nəfərlə  birləşərək  mağları  devirmək  üçün  plan 
cızırlar.  Bağayadis  ayının  onunda  qəsdçilər  Daranın  təklifi  ilə  fars 
düşüncəsinə  uyğun  olaraq  xəlvətcə  gecə  saraya  doğru  hərəkət  edərək 
keşikçiləri  öldürür  və  hər  iki  qardaşın  üzərlərinə  cumaraq  ikisini  də 
qətlə yetirirlər. Sonra başlarını payaya keçirdərək farslara göstərirlər və 
onları  mağları  qırmağa  təhrikləndirirlər.  Tarixin  atası  qeyd  edir  ki, 
həmin gün farslar o qədər mağ öldürürlər ki, əgər gecə düşməsə idi, 
Midiyada  mağ  qalmayacaqdı.  Sonralar  həmin  gün  “mağlar  qırğını” 
(“magufonia”, 5  noyabrda keçirilirdi) adı  ilə fars  bayramına çevrilir. 
Bu  “bayram”da  heç  bir  mağ  küçəyə  çıxmayaraq  evlərində 
otururdular.  


Qeyd etdik ki, ən birinci mənbə Bağıstan yazılarıdır və burada Dara bir 
sıra hallarda hadisələri təhrif edərək müxtəlif yalanlar uydurur: 
1)  "Maq  Qumatanın  Kambuziyadan  zorla  aldığı  şahlıq  nəsillikcə  bizə 
məxsusdur.  Parsua  və  Maday  torpaqlarında  o,  şah  oldu”.  Halbuki, 
Herodotdan  tutmuş  müasir  tarixçilərin  hamısı  ilk  fars  dövləti  kimi  II 
Kirin xəyanətkar Qarpaqla birləşərək Astiaqı yıxıb  Madayda  Əhəməni 
şahlığı  qurmalarını  qeyd  edir.  Üstəlik,  Kambis  ölüm  yatağında  “Bax, 
sizin  hamınıza,  xüsusən  Ağamən  nəslini  şahlıq  allahlarına  and  verib 
əmr edirəm: qoymayın hakimiyyət təzədən midiyalılara keçsin!” -deyə 
vəsiyyət 
etməsi 
ərazidəki 
hakimiyyətin 
əslində 
madaylılara 
məxsusluğunu dolayısı ilə bildirmiş olur.  
2)  "Bizim  nəsildən,  Parsua  və  Madaydan  bir  şəxs  tapılmadı  ki,  Mağ 
Qumatadan şahlığı geri alsın. Xalq ondan qorxurdu”. Görəsən, xalqı üç 
il  müddətinə  vergidən  və  dağıdıcı  hərbi  yürüşlərdən  azad  etdiyinə 
görəmi xalq Qam Atadan qorxurdu? Elə bu nöqteyi-nəzərdən Herodot 
haqlı  olaraq  qeyd  edir:  “Mağ  bu  vaxt  ərzində  tabeliyində  olan 
adamların hamısına böyük mərhəmətlər göstərməyə imkan tapdığına 
görə,  ölümündən  sonra,  təkcə  farslardan  başqa,  qalan  bütün  Asiya 
xalqları ona yas saxlamışlar”. 
Təbii  ki,  Daranın  özünün  riyakar  və  yalançı  olması  onda  Qam  Ataya 
qarşı  kəskin  nifrət  oyadır  və  məhz  buna  görədir  ki,  Bağıstanda  Qam 
Atanın təsviri Daranın ayaqları altında həkk edilir. Onun həmfikirlərini 
şantaj  etməsi  və  onları  aldadıb  gizlicə  mehtəri  ilə  plan  quraraq 
hökmdarlığa  yiyələnməsi  məkrli  və  xəyanətkar  təbiətə  məxsus 
olmasından xəbər verir. Təsadüfi deyil ki, onun hakimiyyəti dövründə 
nəinki  Madayda,  bütövlükdə  Ön  Asiyada misli  görünməmiş  qiyamlar 
baş verir. Mağ qardaşların devrilməsindən sonra Madayda bir il sonra 
Fravartişin,  ardınca  Çissataxmanın  başçılığı  ilə  fars  əsarətinə  qarşı 
azadlıq  hərəkatı  baş  verir,  lakin  hər  iki  üsyançı  məğlub  edilərək 
Ağbatanda işgəncə ilə qətlə yetirilirlər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə