Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

ayrılmasını  şərtləndirir.  Bu  baxımdan  uyğurlarda  mədəniyyət 
müxtəlifliyini araşdırmağa çalışacağıq: 
Manilik və buddizm- Türk xalqları tarixində  xəzərlərin  yəhudi  dinini 
qəbul  etmələri  kimi,  digər  maraqlı  bir  fakt  uyğur  türklərinin  maniliyi 
dövlət  dini  səviyyəsinə  qaldırmalarıdır.  Məlumdur  ki,  Mani  dini  III 
yüzillikdə  həmədanlı  Mani  Pətik  oğlu  tərəfindən  yaradılmış  bir 
inancdır.  Mani  zərdüştlüyü  islah  etmək  məqsədi  ilə  xristianlığın, 
buddizmin,  brahmanizmin,  taosizmin,  əski  Şumər-Babil  folklorunun 
bir  sıra  dəyərlərini  sintez  edərək  sinkretik  bir  din  yaradır.  Maniliyin 
sadaladığımız dinlərin ünsürlərini özündə əks etdirməsi bu dinin geniş 
bir  coğrafiyaya  yayılmasına  səbəb  olur.  Belə  ki,  Mesopotomiya,  İran 
ərazisində  yaradılmış  manilik  tezliklə,  Şimali  Afrika,  İspaniya,  Fransa, 
Şimali İtaliya, Balkan yarımadasına, Çinə, Türküstan ərazilərinə, Şimali 
Hindistana  qədər  geniş  ərazini  əhatə  etməyə  başlayır.  Məlumdur  ki, 
manilik  uzaq  şərq  dinləri  kimi  insanları  dünyəvi  həyatdan 
uzaqlaşdıraraq yalnız axirətə bağlayır. Bu baxımdan hətta ət yeməyi də 
qadağan  edən  maniliyin  igid  uyğurlar  arasında  yayılması  heyrət 
doğurur. Mənbələrdə uyğurların maniliklə tanış olmaları Bögü xaqanın 
adı  ilə  əlaqələndirilir.  Belə  ki,  762-ci  ildə  Çinə  yürüş  təşkil  edərkən 
xaqan  burada  Mani  rahiblərinin  təsiri  altına  düşərək  bu  dini  qəbul 
etmək  istəyir.  Bu  məqsədlə  xaqanlığa  qayıdarkən  özü  ilə  bərabər  4 
mani rahibini də gətirir. Tapılan kitabələrdə qeyd olunur ki, bu rahiblər 
“üç zaman”a (Mani dininin əsas anlayışlarındandır.) bələd idilər, yeddi 
kitabı  (Maninin  müəllifi  olduğu  kitablar)  başa  düşürdülər.  Onların 
biliyi dəryalar qədər dərin olduğundan uyğurlara bu dinin prinsiplərini 
anlada  bilirlər.  Maniliyi  Çinə  694-cü  ildə  missionerlərdən  Fou-totun 
gətirir  və  maniliyi  anladan  “İki  prinsip”  adlı  kitabı  burada  yaymağa 
çalışır.  732-ci  ildə  bütün  dinlərə  sərbəstlik  veriləndən  sonra  manilik 
Çində  sürətlə  yayılmağa  başlayır.  768-771-ci  illərdə  Çində  uyğurlar 
kimi  “İşıq  Cənnəti”  adı  verilən  Mani  məbədlərinin  tikilməsinə  icazə 
verilir.  Mərkəz  Loyanq  şəhəri  uyğurların  nəzarətində  Mani  dininin 


mərkəzinə  çevrilir.  Türk  xaqanlığında  qırğızların  hakimiyyətə 
gəlmələrindən  sonra  çinlilər  bütün  Mani  məbədlərini  dağıtmağa 
başlayırlar.  Uyğurların  Maniliyi  mənimsəmələri  bir  tərəfdən  Çin 
vasitəsilə  olsa  da,  digər  tərəfdən  soğdlu  tacirlərin  fəaliyyətləri 
nəticəsində  də  baş  verir.  Ehtimal  olunur  ki,  bəlkə  də,  xəzərlərin 
yəhudiliyi  siyasi  məqsədlə  qəbul  etmələri  kimi,  uyğur  türkləri  də 
soğdların  köməyindən  istifadə  etmək  üçün  əsasən  soğdlar  arasında 
yayılan bu dini qəbul edirlər.  
Yeni 
dinin 
mənimsənilməsindən 
sonra 
artıq 
uyğurların 
mədəniyyətində  əsaslı  dəyişikliklər  baş  verir.  Ənənəvi  türk  əlifbasının 
əvəzinə  Maninin  yaratmış  olduğu  soğd  əlifbasından,  eyni  zamanda 
Maninin ölümüylə başlanan yeni təqvimdən istifadə olunur. Koço, Yar, 
Solmı  şəhərlərində  maniçi  monastrlar  tikilir.  Ümumiyyətlə,  maniçi 
məbədlər  quruluşuna  görə  Zərdüşt  atəşgədələrinə  bənzəyir.  Məbədlər 
müxtəlif  rəsm  əsərləri  və  freskalarla  bəzədilirdi.  Maniliyin  rəsm  və 
musiqi sənətlərini yüksək qiymətləndirməsi Maninin nəqqaş olması ilə 
əlaqədardır.  Rəsmdə  əsasən  mavi  və  qırmızı  rənglərdən  istifadə 
edilirdi. Freskalarda uyğur şahzadələrinin şəkilləri və heyvan təsvirləri 
(sədaqəti və xoşbəxtliyi təmsil edən fil ) verilirdi.  
Turfandakı qazıntılarda Mani dininə aid müxtəlif mədəniyyət abidələri 
aşkar  edilir.  Koço,  Yarkoto,  Martuk  və  Tuyuk  şəhərlərində  buddist  və 
maniçi  məbədləin  qalıqları  üzə  çıxarılır.  Eyni  zamanda  qazıntılarda 
Mani  dininə  aid  mətnlər  toplusu  da  əldə  edilir.  Mətnlərdən  biri  Bögü 
xaqanın  maniliyi  qəbul  etməsi  ilə  əlaqədar  olan  uyğur  hərfləri  ilə 
yazılmış dörd səhifəlik yazıdır. Eyni zamanda xalqa yeni dini öyrətmək 
üçün sual-cavab  xarakterli mətnlər  və monastrlarda  dindarların  vəzifə 
bölgüsünü  müəyyənləşdirəcək  bəlgələr  əldə  edilir.  Sorçukda  Kirin 
mağarasında  uyğur  şahzadələrinin  rəsmlərinin  həkk  olunduğu 
freskalar mövcuddur. 757-ci ildən etibarən uyğur rəsm sənətində insan 
cizgilərinin  dəqiq  təsviri  inkişaf  tapır.  Əvvəllər  isə  çəkilən  rəsmlərin 
altında  isim  yazıldığında  rəsmin  kimə  aid  olması  anlaşılırdı.  


Turfandakı qazıntılarda ipək üzərində müxtəlif rəsmlərə də rast gəlinir. 
Uyğur-Buddist  rəsm  sənət  nümunələri  əsasən  Bəzəklik  məbədlərində 
həkk olunub. Hazırda bu mədəniyyət abidələri Berlin, Sankt-Peterburq, 
Tokio, Dehli muzeylərində sərgilənməkdədir. 
Çin  və  Hindistanla  yaxınlıq  uyğurlar  arasında  Buddizm  dininin 
yayılmasına  rəvac  verir.  Uyğurlar  Buddanı  Burkan  adlandırırdılar  ki, 
uyğur  ədəbiyyatının  önəmli  mərhələlərindən  biri  də  “Burkançı 
ədəbiyyat”  kimi  tarixdə  qeyd  olunur.  Uyğur  başçılarından  biri 
Buddizmdə  Buddadan  əvvəlki  mövqeni  ifadə  edən  Bodisathva 
anlayışına uyğun olaraq Pu-Sa adını götürüb. 832-ci ilə aid bir sənəddə 
deyilir: “Keçmişdə uyğurlar cahil olduqlarından şeytanı burkan olaraq 
tanıyırdılar,  indi  isə  həqiqəti  anladılar”.  Kumturada  bir  nirvana 
mağarasında Brahmi yazısı  ilə yazılmış uyğur və Çin dilində kitabələr 
əldə edilib ki, bu mağaradakı freskalarda Buddanın ölüm anının təsviri 
mövcuddur.  
Uyğurlarda  okkultizmlə  məşğul  olan  insanlar  qam  adlanırdı.  Qamlar 
gələcəkdən  xəbər  vermək,  xəstələri  sağaltmaq  qabiliyyətlərinə  malik 
idilər.  Ad  qoyma  ananın  doğumdan  sonra  gördüyü  ilk  varlığa  əsasən 
qoyulurdu.  Buna  görə  də,  xalq  arasında  Bayraq,  Qızıl,  Günəş  və  sair 
adlara  rast  gəlinirdi.  Maniliyin  qəbulundan  sonra  Hörmüz  adı  geniş 
yayılmağa başlayır.  
Uyğur  ədəbiyyatı  həm  türk,  həm  də  soğd  əlifbasının  hakim  olduğu 
dövrlərdə  formalaşır.  Yazılı  ədəbiyyatda  ilk  nümunələr  IV-V  əsrlərə 
təsadüf  edir.  V  yüzillikdə  yazılmış  “Xuastanift”  poeması  ən  qədim 
nümunələrdən hesab olunur. Turfandakı qazıntılar zamanı əldə edilən 
şeirlərin  20-si  buddizm,  7-si  Mani,  6-sı  isə  İslam  mühitində  yazılıb. 
Şeirlərin  VIII-XIII  əsrlərdə  yazıldığı  ehtimal  olunur.  Şeirlər  daha  çox 
dini  nəğmə  xarakterlidir.  Hələlik  bizə  məlum  olan  ilk  uyğur  şairi 
Aprinçur tigindir. Digər uyğur şairləri bunlardır: Aprinçur (2 şeir, mani 
mühiti),  Kül  Tarxan,  Sınku  Seli  Tudun  (bu  şair  türk  ellərindən  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə