Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

VI yarpaq 
Babək: Bəy kimi yaşanan ömür 
Tarixin  ziddiyyətli,  mənbə  olaraq  qaranlıq,  hadisə  olaraq  işıqlı  bir 
dövrünü  təşkil  edən  Babək  hərəkatı,  bu  hərəkatı  doğuran  səbəblər, 
hərəkatın  ideya  qaynaqları,  mənəvi  yönü  tədqiqatçılar  arasında  fikir 
ayrılıqlarının yaranmasına, olaylara subyektiv yanaşmalara səbəb olub. 
Orta  əsrlər  dönəmində  ərəb  tarixçilərinin  tarixi  yazarkən  saraydan 
asılılıqları,  öz  düşüncə  tərzlərinin  obyektiv  yanaşmaya  imkan 
verməməsi,  ən  əsası  düşmənin  tarixi  yazıldığı  üçün  mütləq  şəkildə 
böhtanlardan  və  təhriflərdən  istifadəyə  haqq  qazandırılması  bu  və  ya 
digər şəkildə Babək hərəkatının üzərinə qalın örtük çəkib. Amma bütün 
bunlara  baxmayaraq  yazılanlar  arasında  yalanları  bir  kənara  atıb, 
gerçəkliklərə işıq tutmaq az da olsa, mümkündür. 
 
Bəlkə  də,  Babək  dünyada  yeganə  insandır  ki,  onun  doğuluşu  da,  ata-
anasının  kimliyi  də,  hətta  öz  gerçək  adı  da  mənbələrdə  yalan  olaraq 
verilib. Doğrudur, müəyyən qədər Babək haqqında mənbələri araşdıran 
iranlı  şərqşünas  Səid  Nəfisinin  bu  fikirlərinə  haqq  qazandırmaq  olar: 
“Böyük 
şəxsiyyətlərin 
ata-analarının 
kim 
olduğunu 
və 
dudmanlarının  mənşəyini  bilməyə  bir  o  qədər  də  ehtiyac  yoxdur”. 
Amma  bir  tarix  ki,  doğuluşdan  təhrif  olunursa,  bu  artıq  həm  tarixə, 
həm də ki qələmə xəyanətdir. 
Ərəb  mənbələrinin  (İbn  ən-Nədim,  “Kitab  əl-Fehrist”  və  digərləri) 
anlatdığına  görə,  Babəkin  atası  Abdullah  Ərdəbil  yaxınlığındakı 
Bilalabad  kəndində  yaşayarkən  güzəranını  yağ  satmaqla  keçirir  və  bir 
gün kəndləri gəzərkən tay göz bir qadına vurulur və onunla zina etdiyi 
üçün xalq arasında rüsvay edilir, daha sonra isə həmin qadınla evlənir. 
Bu evlilikdən isə Babək dünyaya gəlir. Daha sonra ərəb qaynaqlarında 
qeyd  olunur  ki,  Abdullah  bir  gün  Savalan  dağı  ətrafında  hücuma 
məruz  qalaraq  öldürüldükdən  sonra,  anası  Bərumənd  başqalarının 
uşaqlarına  süd  verməklə  qazandığı  muzdla  Babəki  on  yaşına  qədər 


böyüdür,  daha  sonra  isə  Babək  çobanlıq  edərək  bu  müddətdə  tənbur 
çalmağı  öyrənir,  daha  sonra  oradan  ayrılaraq  Təbrizə  gələrək  burada 
Məhəmməd  ibn  Rəvvad  adlı  şəxsin  yanında  çalışdıqdan  sonra  18 
yaşında  geri  qayıdır.  Daha  sonra  bir  gün  Bilalabad  kəndinə  gələrək, 
Bəruməndin  evində  qonaq  qalan  Xürrəmi  icmasının  rəhbəri  Cavidan 
Babəkin  fərasətli  olduğunu  görərək  onu  özü  ilə  aparır.  Xürrəmi 
icmasının  digər  bir  rəhbəri  Əbu  İmranla  savaşda  ağır  yaralandıqdan 
sonra  Cavidan  öldüyü  üçün,  bəlkə  də  həmin  dövrdə  Şərqin  ən  ağıllı 
qadını  olan  Cavidanın  arvadı  Kəldaniyyənin  sayəsində  həm  xürrəmi 
icması  parçalanmaqdan  və  dağılmaqdan  xilas  olur,  həm  də  ki  Babək 
Xürrəmi  icmasının  güclü  liderinə  çevrilir.  Xalqa  Cavidanın  ruhunun 
Babəkə  keçdiyini  və  onun  Məzdək  dininin  yenidən  dirçəldəcəyini 
müjdəsini  verən  qadın  Xürrəmi  adəti  ilə  Babəklə  evlənir.  Bununla  da 
Babək  Xürrəmi  icmasının  başçısı  olur  və  Babək  adını  da  bu  zaman 
götürür.  
Ərəb  mənbələrinin  Babəkin  icma  başçılığına  qədər  olan  həyatı 
haqqında  anlatdıqları  reallıqdan  uzaq  olsa  da,  Babəkin  atasının 
Xürrəmi icmasından olduğu söyləməyə haqlı əsaslar ortaya çıxır. Çünki 
Cavidanın  Bilalabada  gələrkən  kəndin  böyüyünün  onu  yaxşı 
qarşılamadıqdan  sonra,  Babəkin  anasının  evinə  gəlməsi  bu  fikrin 
müəyyən  qədər  haqlılıq  payının  olduğunu  göstərir.  Ayrıca  İslam 
dinində  olmayan bu ailənin uşağının adının  heç  də ərəb mənbələrinin 
anlatdığı  kimi  Həsən  yox,  türk  ismi  olan  Əsən  olduğu  haqda  da 
tədqiqatçılar arasında fikirlər mövcuddur. Məhz bu məqamda Babəkin 
ailəsinin də bağlı olduğu Xürrəmi icması haqqında məlumatlara nəzər 
yetirək. 
Məlumdur  ki,  orta  əsr  ərəb  tarixşünaslığı  ortodoks  İslamdan  kənarda 
olan  bütün  məzhəbləri  heres  elan  edərək  onların  kökünün  Sasanilər 
dönəmində ortaya çıxan  Məzdəkilər  hərəkatına  bağlayırdı. Tarixdə  isə 
Məzdəkilər bütün var-dövlətin insanlar arasında ortaq bölüşdürülməsi 
ilə  yanaşı,  qadınların  da  ümumi  olması  fikri  ilə  xatırlanır.  Yəni 


məzdəkilər  bir  növ  ərəb  tarixşünaslığında  zinakarlar,  rəzil  insanlar 
olaraq xatırlanır. Məhz bu ənənəni qoruyan saray tarixçiləri Xürrəmiliyi 
də Məzdəkiliyin davamı kimi görmüş, böhtan və qarayaxmalar onların 
da  üzərinə  atılmışdır.  Xürrəmilər  hərəkatının  adının  Məzdəkin 
Xürrəmə  adlı  bir  qadını  ilə  əlaqələndirilməsi  də  buradan  qaynaqlanır. 
Tarixçi Məhəmməd Övfi əsərində yazır ki, Babək icma başçısı olduqdan 
sonra  oğru,  dinsiz,  əxlaqca  pozğun  adamlar  onun  başına  yığıldılar. 
Göründüyü  kimi,  bütün  bunlar  Xürrəmilərə  qarşı  olan  nifrətdən 
yaranırdı  və  hətta  Xürrəmilərin  ildə  bir  dəfə  qeyd  etdikləri  Novruz 
bayramı  qadınların  ildə  bir  dəfə  kişili  qadınlı  bir  yerə  yığışaraq 
zinakarlıq  etdikləri  kimi  qələmə  verilirdi.  Akademik  Ziya  Bünyadov 
haqlı olaraq yazırdı: “İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur 
azadlıq  mübarizəsi  aparmış  bir  xalqı  şən  və  qayğısız  ömür  sürən 
başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil”. 
Babəkin  böyük  lider  olacağı  haqqında  ərəb  mənbələrində  maraqlı  bir 
rəvayət var. Tarixçi Məhəmməd ibn İshaq yazır: "Bir dəfə Babək evə gec 
gəlir  və  bundan  narahat  olan  anası  onu  axtarmağa  gedir.  Çox 
axtardıqdan  sonra  anası  onu  otardığı  inəklərin  arasında  tamamilə 
çılpaq vəziyyətdə yatmış halda tapır. Günorta olduğundan ana oğluna 
diqqətlə fikir verdikdə onun bədənindəki tük yerlərindən qan çıxdığını 
aydın  görür.  Uşaq  oyanıb  ayağa  durduqdan  sonra  qan  rəngini 
dəyişərək,  görünməz  olur.  Ana  başa  düşür  ki,  oğlu  dünyaya  böyük 
işlər  görməkdən  ötrü  gəlib  və  onun  taleyində  çox  qanlar  axacaq”
Məhz belə də olur. 
Xürrəmilər kimlər idi? 
Öncə  onu  qeyd  etmək  lazımdır  ki,  Xürrəmilər  hərəkatını  əski  din  və 
inanc  tərəfdarlarının  İslama  qarşı  mübarizəsi  kimi  qələmə  vermək  bu 
hərəkatı  aşağılamaq,  onun  dəyərini  heçə  endirmək  deməkdir. 
Xürrəmilər  hərəkatının  əsas  hədəfi  bilavasitə  İslam  dini  olmayıb,  bu 
dinin  daşıyıcısı  olan  işğalçı  Ərəb  dövləti  idi.  Yəni  Xürrəmilər  daha 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə