Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

Demək,  bu zaman  vəziyyət  elə  yerə  çatıb  ki,  Ərəb  imperatorluğu  əsas 
rəqibi olan Bizans imperiyası ilə münasibətləri donduraraq bütövlükdə 
Babəkin üzərinə düşüb. Bu isə artıq o deməkdir ki, Babək hərəkatı artıq 
qiyam  formasından  çıxaraq  müstəqil  dövlət  yaradılması  mərhələsinə 
keçib.  Məhz  bu  məqsədlə  xürrəmilərin  məhv  etməyin  yolu  xilafət 
sarayının  yeganə  mübahisə  obyekti  idi.  Nəhayət  çarə  tapıldı.  Ölüm 
anında Məmun varisi Mötəsimə bunları vəsiyyət etdi: “Yadda saxla ki, 
Türk  türkü  çalar.  Puluna,  malına  xəsislik  etmə,  bacardıqca,  türkə 
qarşı  türk  çıxart.  Nə  qədər  ki,  xürrəmilər  var,  xilafətdə  rahatlıq 
olmayacaq”. 
Bu bir həqiqətdir ki, Babək üzərinə göndərilən ərəb sərkərdələri qələbə 
çala  bilməyərək  ,vəziyyəti  qaçaraq  xilas  olmaqda  görüblər.  Hətta  ərəb 
sərkərdəsi  Əbu  Musa  "Biz  onlarla  vuruşa  bilmərik,  biz  ancaq 
müsəlmanları  qorxutmağa  qadirik"  deyərək  hərəkatın  qarşısı 
alınmayacaq  bir  şəklə  çatdığını  ifadə  edib.  Əlbəttə  ki,  məntiqli 
düşünsək,  görərik  ki,  xürrəmilər  hərəkatının  əvvəlində  (Cavidan  və 
Əbu İmranın zamanında) məqsəd feodal zülmünün aradan qaldırılması 
idisə, artıq Babəkin zamanında bu amal müstəqil dövlət yaratmaq olub. 
Nəhayət,  Babəkə  qarşı  çıxacaq  bir  türk  tapılır.  Bu  Orta  Asiya 
türklərindən  Afşin  Heydər  ibn  Kavus  olur.  Afşin  Babəki  məğlub  etsə 
də,  xilafətdə  ona  qarşı  olan  qısqanclıq    Babəkdən  üç  il  sonra  onun  da 
öldürülməsinə  səbəb  olur.  Afşin  də  Türk  idi.  Babəki  əsir  aldığı  üçün 
qiymətli  xələtlərdən,  qızıl  taclardan  tutmuş  nə  qədər  mülk  əldə  etdi, 
amma  axırı  həbsxanada  zəlil  gündə  qalaraq  acından  ölür.  Tarixə  isə 
xürrəmiləri məğlub edən Afşin deyil, məhz Babək keçir. 
        Babəki kimlər kimə satdı? 
Qeyd  etmək  lazımdır  ki,  Babək  hərəkatının  uğurlu  alınmasının  bir 
səbəbi  də  yerli  feodalların  xürrəmilərə  dəstək  verməsi  idi.  Lakin 
hərəkatın  sonlarına  yaxın  feodalların  öz  mənafelərini  güdməsi  və 
Babəkə  sonadək  dəstək  olmamaları  bu  azadlıq  hərəkatının,  Qaradağ 


mərkəzli  bir  dövlətin  varlığına  son  qoyur.  Mənbələrin  məlumatına 
görə,  Bəzz  qalası  uğrunda  gedən  vuruşmada  100  mindən  çox  ərəb 
əsgəri,  80  minə  yaxın  xürrəmi  həlak  olur.  837-ci  ilin  avqustun  26-da 
Bəzz  qalasının  işğalından  sonra  Babək  kiçik  bir  dəstə  ilə  qaladan 
ayrılaraq  meşəlik  bir  yerdə  gizlənir.  Babəkin  yerini  öyrənən  Afşin 
xəlifənin  ona  aman  məktubunu  və  Babəkin  oğlunun  yazdığı  bir 
məktubu  göndərir.  Məktubda  Babəkin  oğlu  atasında  xəlifənin  əfvini 
qəbul  etməsini  istəyirdi.  Babək  oğlunun  məktubunu  gətirəni 
öldürtdükdən sonra xəlifənin məktubunu oxumadan ikinci elçiyə deyir: 
“Oğlumun  yanına  get  və  bu  sözləri  çatdır:  “Bir  gün  hökmdar  kimi 
yaşamaq qırx il qul olmaqdan daha yaxşıdır”. Bir müddət gizləndikdən 
sonra  Bizansa  getmək  istəyən  Babək  Arrana  gəlir  və  burada  Alban 
feodallarından  Səhl  ibn  Sumbatın  yanında  qalır.  Babəkə  xəyanət  edən 
Sumbat onu ova aparır və əvvəlcədən danışıldığı kimi Afşinin adamları 
onu mühasirəyə alır. Bu barədə Əhməd ibn Əsəm “Fəthlər kitabı”nda 
yazır:  “Babək  onları  görəndə  artıq  mühasirədə  idi.  Onlar  qışqırdılar: 
“Atından  en!  Babək  soruşdu:  “Siz  kimsiniz?”  Biri  dedi  ki,  “mən 
Buzbarayam,  digəri  də  Əbu  Səidəm”-dedi.  Babək,  “Aydındır!”  deyib 
atından endi. Sonra o, Səhl ibn Sumbata baxıb, onu söydü və dedi: “Sən 
məni yəhudilərə bir quruşa satdın! Əgər pul belə sənə lazım idisə, mən 
iki qatını verərdim”. Babəkin bu sözləri türk tarixinə acı bir xatirə kimi 
düşdü.  Bir  türk  başbəyi  yəhudi-ərəb  birləşməsi  sonucunda  əsir  alınır. 
838-ci  il  martın  14-ü  gününü  Məsudi  belə  təsvir  edir:  “Babəkə  və 
qardaşına  şahlara  layiq,  mirvarilərlə  işlənmiş,  qiymətli  daş-qaşlarla 
bəzənmiş  libaslar  geyindirirlər.  Babəki  Hindistan  şahının  Məmuna 
hədiyyə  etdiyi  nəhəng  boz  filin,  Abdullanı  isə  inəyin  üstünə 
mindirirlər.  Samirəyə  uzanan  yolun  hər  iki  tərəfində  bayram  libası 
geyinmiş,  qara  bayraqları  dalğalanan  süvari  və  piyada  qvardiyaları 
düzülmüşdü.  Babək  yol  boyu  düzülmüş  bu  ərəb  döyüşçülərinə 
baxaraq, dodağının altında hey deyinirdi: "Gör nə qədər bədbəxtəm ki, 
bu itlərin hamısını gəbərdə bilmədim". 


Babək edam olunur. Ölüm anında üzünün rənginin saralması qorxaqlıq 
kimi  görsənməsin  deyə  bədənin  qanını  üzünə  sürtür.  Babək  tarixə  bu 
hərəkəti ilə düşür, xəlifə Mötəsimin isə tarixə nə cür düşdüyünü Nizam 
əl-Mülk Siyasətnamə əsərində yazır: “Bir gün Mötəsim içki məclisindən 
durub  otaqların  birinə  getdi.  Bir  müddət  orada  qaldıqdan  sonra  gəlib 
şərab içdi. Sonra yenə də durub başqa bir otağa getdi. Yenə gəlib şərab 
içdi və üçüncü otağa getdi. Sonra hamama gedib qüsl etdi və iki rükət 
namaz  qıldıqdan  sonra  məclisə  gəlib  Qazi  Yəhyadan  soruşdu: 
“Bilirsənmi,  mən  bu namazı  nə  üçün qıldım?”  Dedi:  “Yox,  bilmirəm”. 
Dedi: “Əziz və uca Allahın bu gün mənə mərhəmət etdiyi nemətə qarşı 
qılınan namazdır. Bu üç saatda mən üç qızın qızlığını aldım. Bu qızların 
üçü də mənim üç  düşmənimin qızları  idi: biri  Rum  padşahının,  digəri 
Babəkin və üçüncüsü atəşpərəst Mazyarın qızı”.  
Görəsən, əyyaş, zinakar, zındıq kim idi? Babək, yoxsa Mötəsim??? 
 
         VII yarpaq 
Bilgə Tonyukuk 
Qərb türkoloqları onu türklərin  Bismarkı  kimi tanıyırlar. Lakin zaman 
amilini nəzərə aldıqda əslində Bismark üçün “almanların Tonyukuku” 
ifadəsi  daha  düzgün  sayılmalıdır.  Adətən,  şərq  tarixində  hökmdardan 
sonra  gələn  ikinci  səlahiyyət  sahibləri  tarixə  xüsusi  olaraq  düşmürlər. 
Fəqət dörd xaqana vəzirlik edən Bilgə Tonyukuk Orxon abidələrindən 
də  aydın  olduğu  kimi  həm  hökmdarın,  həm  də  ki  türk  budununun 
sevgisini qazanmış bir şəxsiyyətdir.
 
Qəribədir  ki,  sonralar  türk  elinin  xilaskarlarından  olan  Tonyukuk 
düşmən  Çin  dövlətində  doğulub  və  həmin  vaxt  Türk  budunu  Çinin 
əsarəti altında idi. Dünyagörüşü belə bir şəraitdə formalaşan və Çində 
hərb  sənətinə  dərindən  yiyələnən  Tonyukuk  bir  gün  Göktürklərin 
azadlığı üçün savaşacağına ümid bəsləyir. Kür Şad hərəkatı tam olaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə