Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

türkçülük  duyğularını  tamamilə  itirən  Boris  bundan  qəzəblənərək 
oğlunun  əvvəlcə  gözlərini  çıxarır,  sonra  isə  öldürür.  Ardınca  Boris 
idarəetmənin  əsasını  təşkil  edən  Xalq  Məclisini  çağıraraq  kiçik  oğlu 
Simonu knyaz elan edir. 
Bütün bunlara baxmayaraq, xristianlığın qəbulu Bizansla münasibətləri 
tamamilə yaxşılaşdıra bilmir. Doğrudur, məsihiliyin qəbulundan sonra 
Bizans  hədiyyə  olaraq  Çağra  ovalığını  bulqarlara  versə  də,  sonralar 
imperator Vasili 14 min bulqar əsgərini əsir alaraq gözlərini çıxartdırır. 
Tuna-bulqarları  1018-1187-ci  illərdə  Bizansın  hakimiyyəti  altında 
olsalar  da,  1373-1878-ci  illərdə  digər  bir  türk  ulusu  olan  Osmanlıların 
tabeçiliyində yaşayırlar. 
Tuna-Bulqar  dövlətini  “Xan”  adlanan  hökmdar  idarə  edirdi  və  eyni 
zamanda  Xalq  Məclisi  fəaliyyət  göstərirdi.  Xanlıqda  12  heyvanlı  türk 
təqvimi  işlədilirdi.  I  Boris  xana  qədər  türkçülük  ənənələrini  yaşadan 
bulqar  hökmdarları  bunlardır  :  Tervel  (701-718),  Sevar  (724-740), 
Qurumuş  (740-756),  Vinek  (761-764),  Telets  (761-765),  Sabin  (765-767), 
Toktu  (767-772),  Paqan  (772),  Teleriq  (772-777),  Kardam  (777-803), 
Kürüm  (803-814),  Omurtaq  (814-831),  Balamir  (831-856,xristianlığı 
qəbul edən qardaşını öldürür.), Presiyan (836-853). 
Bulqar-Türk  dövlətinin  süqutundan  əsrlər  keçsə  də,bir  qism  bulqar 
türçülüklərini  itirmədilər.  Məhz  buna  görədir  ki,  sonralar  da  bulqar 
türklərinə  qarşı  çirkin  planlar  hazırlandı.  1878-1879-cu  illərin  Rus-
Osmanlı  savaşında  və 1912-1913-cü  illərin  Balkan müharibələrində  1,7 
milyon Bolqarıstan türkü ölkədən qovuldu. Berlin konfransından sonra 
bulqar türklərinin dil və təhsillə bağlı hüquqları bərqərar edilsə də, bu 
hal  1921-23-cü  illərədək  davam  etdi.  Sosialist  rejimin  dağılmasından 
sonra  bulqar  türkləri  yenidən  hüquq  və  azadlıqları  uğrunda 
mübarizəyə  başlayırlar.  Hazırda  Bolqarıstanın  8  milyonluq  əhalisinin 
1.5  milyonu  türkdür.  Onların  “Zaman-Bulqariya",  "Bultürk"  kimi 
qəzetləri  fəaliyyət  göstərir.  Tarixin  unutdura  bilmədiyi  bir  həqiqət 


Sofiya şəhərində Kürüm xana qoyulmuş heykəldir. Heykəlin altında isə 
türk  tarixinin  ən  şərəfli  dövrlərindən  birini  ehtiva  edən  bu  kəlmələr 
yazılıbdır  :  “Bolqar  xalqı  onları  Bizans ağalığından  xilas  etdiyinə  görə 
Kürüm xana minnətdardır”. 
 
      
IX yarpaq 
İdil suyu axar durur 
Böyük Bulqar dövləti parçalandıqdan sonra 463-cü ildə bulqarların bir 
qismi  İdil  (Volqa)    çayı  sahilində  məskunlaşır.  Buradakı  bulqarların 
əsas  hissəsini  otuz-oğurlar  təşkil  etsə  də,  onların  tərkibinə  xəzərlər, 
sabarlar, uzlar və hunların qalıqları da daxil idi. Əvvəllər qrup halında 
yaşayan bulqarlarda hər qrupun bir hökmdarı olurdu, lakin IX əsrdən 
bulqarlar  bir  dövlət  ətrafında  birləşməyə  başladılar.  Bu  qruplar 
bunlardır : Bulqar, Suvar, Barzula, İskil.
 
Bulqar  dövləti  965-ci  ilədək  Xəzər  xaqanlığından  asılı  vəziyyətə  idi  və 
vergi  verirdi.  Xəzər  xaqanlığının  devrilməsindən  sonra  müstəqilləşən 
bulqarlar 985-ci ildə Kiyev-Rus dövlətinin hücumuna məruz qalır, lakin 
ruslar  tezliklə  ərazini  tərk  edirlər.  1006-cı  ildə  bulqarlarla  ruslar 
arasında ticarət müqaviləsi imzalanır.  
Rusların bulqarlara qarşı mənfi münasibətinə baxmayaraq 1024-cü ildə 
Suzdal  knyazlığında  aclıq  baş  verərkən  bulqarlar  ruslara  yardım 
göstərirlər.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bulqarlar  bərəkətli 
torpaqlarda  məskunlaşdıqlarından  oturaq  həyat  tərzi  sürürdülər, 
əkinçilik  (ağ  darı,  buğda  və  arpa  əkirdilər),  heyvandarlıq,  zərgərlik, 
dəriçilik  və  kürkçülüklə  məşğul  olurdular.  Xəzər  və  Aral  dənizləri 
ətrafı,  Xarəzm,  İran,  Misir,  Türküstan  və  hətta  Şimal  Buzlu  okean 
əraziləri ilə ticarət edirdilər. Ticarətlərinin əsasını müxtəlif kürk və dəri, 
silahlar, bal və fındıq təşkil edirdi. “Bulqari” adlanan dəri və çəkmələr 


daha çox məşhur idi. Bulqarların kürk istehsalı bu ticarətlə məşğul olan 
digər xalq olan ruslarla münaqişələrə səbəb olurdu. Məhz bu səbəbdən 
XI-XIII əsrlərdə ruslarla savaşlar aparılır. 
İdil-Bulqar  şəhərləri  bunlardır:  Suvar,  Osal,  Tetiş,  Cuke-tav,  Züye, 
Kaşan,  Kermencük,  Kazan.  Paytaxt  Bulqar  şəhəri  IX-XII  əsrlərdə  Şərqi 
Avropanın  ən  mühüm  ticarət  mərkəzlərindən  idi.  Bu  mərkəz  indiki 
Kazan  şəhərindən  115  km  cənubda  yerləşirdi.  Şəhərin  ən  məşhur 
sarayları “Ağ saray” və “Qara saray” adlanan tikililərdir. 
İdil-bulqarları  qərbdə  burtaslarla  və  ruslarla,  şərqdə  başqurdlarla 
həmsərhəd olublar.  İdil çayının adının Hun  xaqanı Atillanın ismindən 
götürüldüyü  qeyd  olunur.  Bulqarların  nəsli  hesab  edilən  çuvaşlar  
“Adıl” adlandırırlar. Digər türk xalqları tərəfindən Atil, Etil, İtil və İdil 
kimi  tələffüz  olunur.  Valday  yaylasından  başlayan  İdil  çayı  Şupaşkar, 
Qorki,  Kazan,  Kuybişev,  Volqoqrad  və  Astarxandan  keçərək  Xəzər 
dənizinə tökülür. 
 
İdil suyu axar durur 
Qaya dibini oyar durur 
Bütün balıqlar baxa durur 
Gölü bilə daşırırlar.  
 
( “Divani-lüğət it-türk”dən) 
 
Volqa  bulqarları  haqqında  əsas  məlumatları  İbn  Fədlan  “Səfərnamə” 
əsərində  verib.  “Səfərnamə”də  qeyd  edilir  ki,  Bulqar  xanı  Şelkey  oğlu 
Almış  islami  bilgilər  əldə  etmək  üçün  xəzər  türklərindən  Baştonun 


rəhbərliyi ilə xəlifə əl-Müqtədirə elçi göndərir.(920) 922-ci ilin mayın 12-
də  İbn  Fədlanın  başçılığı  ilə  Xilafətdən  islam  alimlər  və  inşaatçılar 
Bulqar  şəhərinə  ayaq  basırlar.  Saraydakı  görüşdə  Almış  xan  xəlifənin 
şərəfinə 3 dəfə bal şərabı içir. Fədlan Almış xanın islama səmimiyyətlə 
inandığını  və  onun  “Allahım,  bulqar  xanı  Yaltavarı  islah  et”  duasını 
etdiyini qeyd edir. İslamdan əvvəlki bir sıra adətlər saxlanılsa da, yeni 
dinin  ritualları  ciddi  şəkildə  yerinə  yetirilirdi.  Hətta  sübh  namazını 
vaxtında qılmaq üçün gecələr oyaq qalınırdı. 
İbn  Fədlan  bu  səyahəti  əsnasına  bulqarlarla  yanaşı  oğuzlar,  xəzərlər, 
başqurdlar,  slavlar  haqqında  dəyərli  məlumatlar  verir.  Özünə  Cəfər 
adını  götürən  Almış  944-də  oğlu  Əhmədi  həccə  göndərir  və  eyni 
zamanda xəlifəyə dəyərli hədiyyələr və bayraq ərmağan edir. 
Beləliklə,  İdil-Bulqar  dövləti  islamı  dövlət  dini  edən  ilk  türk  dövləti 
olur.  Almış  xan  isə  İslamı  qəbul  edən  ilk  türk  hökmdarlarından  biri 
kimi tarixə keçir. 
Xanlıqda  eltəbər,  buyruq,  tudun  kimi  vəzifələr  mövcud  olub.  Almış 
Cəfər  xandan  sonrakı  bulqar  başçılar  bunlardır  :  “Mikayıl,  Talib  ibn 
Əhməd, Mömin ibn Əhməd, Mömin ibn Əl-Həsən.  
Bulqar  türklərində  din-  İstər  Tuna,  istərsə  də,  İdil  bulqarlarında  yeni 
dinin  qəbulundan  əvvəlki  dinləri  eyni  idi.  Bulqar  totemizmində  əsas 
yeri  qartal  və  qurd  tuturdu.  Madara  qəsəbəsindən  tapılmış  yazılarda 
Tanqra  sözü  bulqarların  Tenqri  inancından  xəbər  verir.  Bulqarlar 
Tanqranı səmavi hesab edirdilər və başqa xalqlar kimi Tanqranın insan 
olduğunu 
düşünmür, 
eyni 
zamanda 
hökmdarı 
Tanrı 
kimi 
səciyyələndirmirdilər.  Xan  sadəcə  olaraq  onların  üzərində  hakim 
olması  üçün  seçildiyindən  digər  insanlardan  fərqləndirilirdi.  Çünki 
xanın da hakimiyyətinin fani olduğunu, bir gün öləcəyini və öldükdən 
sonra 
onun 
yerinə  başqasının  gələcəyini  bilirdilər.  Madara 
qəsəbəsindəki  yunanca  olan  yazının  birində  “Tanrı  tərəfindən 
göndərilən, Tanrıya bənzər Balamir xan” ifadəsi qeyd olunub. Arxeoloq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə