Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

xaqanlardan  biri  əsas  hökmdar  sayılırdı,  digərləri  ondan  asılı 
vəziyyətdə idilər. Xaqandan sonra ikinci böyük rütbə  yabqu və  şadlar 
hesab  olunurdular.  Xaqanın  hökmdar  olmayan  uşaqları  tigin  ləqəbini 
daşıyırdılar.  Digər  yüksək  rütbəli  məmurlar  tarxan,  buysuk,  şadapıt 
adlanırdılar və hamısına bəy deyə müraciət olunurdu. Bu bölgülər çox 
vaxt  irsi xarakter daşıyırdı.  Xaqan öləndən  sonra onun  yerinə qardaşı, 
oğlu və ya əmisi keçirdi. 
Kür  Şad-Çuluq  xaqanın  kiçik  oğlu  olan  bu  tigin  əmisi  Kiəli  xaqan 
olduqdan  sonra  Şad  rütbəsinə  layiq  görülür.  Ögey  anası  olan  İçinqin 
türk  elinin  başına  gətirdiyi  fəlakət  onun  bir  neçə  dəfə  əmisi  ilə 
münasibətlərinin  kəskinləşməsinə  səbəb  olmuşdu.  Kür  Şadın 
döyüşlərdə göstərdiyi igidliklər onun nüfuzunun artmasına bais olmuş, 
təkcə Göktürk elində deyil, düşmən Çin imperiyasında da şöhrətindən 
danışılmağa  başlanılmışdı.  Əsarət  illərində  digər  türk  bəylərinin  bir 
qismi  intihar  etsə  də,  Kür  Şad  xalq  üçün  yaşamanın  daha  əhəmiyyətli 
olacağını 
düşünürdü. 
Onun 
cəsarətinə 
bələd 
olan 
çinlilər 
imperatorluğun  saray  mühafizəsinin  qorunmasına  rəhbərlik  edən  bir 
vəzifəyə qoymuşdular. Kür Şad Çin ordusunda xidmət etməyə başlasa 
da,  bir  gün  bu  qılıncla  çinliləri  məhv  edəcəyi  anı  gözləyirdi.  Qara 
xaqanın  ölümü,  əsir  türklərin  vəziyyətinin  ağırlaşması  Kür  Şada  təcili 
planlar qurmağa məcbur edirdi. 
Bu  dövrdə  Çinə  Tanq  sülaləsinin  ikinci  imperatoru  Li  Şih  Min  (Tay-
Tsunq,  627-649)  hökmdarlıq  edirdi.  Onun  zamanında  50  milyonluq 
əhalisi olan Çin qüdrətli  bir imperiya vəziyyətində idi.  Kür  Şad  (çincə 
Kie-Şe)  sarayda  yüksək  bir  mövqe  tutduğundan  Çin  ordusu  və 
imperator haqqında gizli bilgilərə sahib idi.  
Çin  imperatoru  Tay-Tsunq  bəzi  gecələr  təkbaşına  paytaxt  Çanan 
şəhərini dolaşırdı. Bunu bilən Kür Şad 39 yoldaşı ilə birlikdə gizli plan 
quraraq  imperatoru  əsir  almağı  qərarlaşdırırlar.  Plana  görə,  əgər 
azadlıq  mübarizəsi  qələbə  ilə  nəticələnərsə,  Kür  Şad  siyasətdən 


çəkilərək  əsla  xaqan olmayacaq,  onun  qardaşı  Tulunun oğlu  hökmdar 
elan  ediləcəkdir.  Çünki  onsuz  da  könlündən  xaqanlıq  keçməyən 
(Əslində  bu  mövqe  üçün  ondan  layiqlisi  yox  idi.)  Kür  Şadın  fikrincə, 
mübarizə  tamamilə  milli  xarakter  daşımalıdır  və  heç  bir  türkün 
qəlbində  buna zərrə qədər də şübhə olmamalıdır. Plan  yalnız 39 nəfər 
igid  türkə  bildirilmişdi,  çünki  çox  adamın  bilməsi  qiyamın  çinlilər 
tərəfindən sezilə biləcəyinə səbəb olardı. 
Nəhayət,  639-cu  ilin,  ümumiyyətlə  bəşər  tarixinin  ilk  və  son  gününün 
qəhrəmanlıq  saatı  yaxınlaşdı.  40  nəfər  cəsur  türk  axşamın  düşməsini 
gözləyirdi.  Fəqət  tale  yazılmışdı.  Heç  gözlənilmədən  güclü  leysan 
yağmağa  başlayır  və  bunun  nəticəsində  imperator  sarayı  tərk  etmir. 
Hərəkatı  təxirə  salmağın risk olduğunu  düşünən  Kür  Şad  (Çünki  plan 
aşkar  olsaydı,  minlərlə  türk  qılıncdan  keçiriləcəkdi.)  inanılmaz  bir 
addım ataraq 40 nəfərlik bir dəstəylə 100 min nəfərlik qoşunla qorunan 
Çin sarayına hücum etməyi əmr edir. Məqsəd silah gücünə imperatoru 
əsir  alaraq  Ötükənə  doğru  irəliləmək  idi.  Yüzlərlə  Çin  əsgəri  40 
əsilzadənin  sərrast  oxları  və  qılncları  ilə  öldürüldü.  Fəqət  Çin 
ordusunun  çoxluğunu  nəzərə  alan  Kür  Şad  saray  axuruna  hücum 
edərək  imperatorluğun  atlarını  ələ  keçirərək  vətənə  doğru  irəliləməyi 
əmr edir.Atlara minən dəstə paytaxtı tərk etsələr də, Çin ordusu onları 
təqib etməkdə idi. 
...Qarşıda  Vey  çayı  görünürdü.  Onu  keçdikləri  an  azadlığa 
qovuşacaqdılar.  Fəqət  axşamdan  yağan  yağmur  çayın  körpüsünü 
dağıtmışdı.  Sonadək  mübarizə  aparmaqdan  başqa  çarə  qalmamışdı. 
Vey  çayının  sahilində  sağ  qalan  dəstə  üzvlərinin  hamısı  şəhid  olmuş, 
yalnız  Kür  Şad  qalmışdı.  O,  ulu  babaları  Meteni,  Bumını,  İstəmini 
düşünərək  bir  yandan  da  Bozqurd  andını  təkrarlayırdı:  “Göy  girsin, 
Qızıl  çıxsın.  Tanrı  türkü  qorusun!”  Nəhayət,düşmən  çinlinin  qılıncı 
havaya qalxır və Tanrı dağlarının acı naləsi eşidilir. 


Həqiqətən, Kür Şad  bəşər  tarixinin  ilk  və  son  qəhrəmanıdır. Belə  ki,  o 
mücadiləsində  heç  bir  zaman  şəxsi  mənfəət  güdməyib,  digər 
qəhrəmanlar kimi nə ölkələr zəbt edib, nə yüksək rütbələrə can atıb, nə 
də ki, xalqa zənginlik, var-dövlət gətirib. Onun yalnız bir idealı var idi: 
Ötükəndə  qurdbaşlı  bayrağı  dalğalandırsın.  Kür  Şadın  bu  mücadiləsi 
nəticəsində  çinlilər  əsir  türkləri  sərhəd  bölgələrə  sıxışdırdılar  və  türk 
tarixində yeganə əsarət dövrü olan 50 ilə yaxın müddətdən sonra İkinci 
Göytürk dövləti quruldu. 
 
XI yarpaq 
Kurqanlardan gələn işıq 
“Spitamen İskəndərlə döyüşən xalq sərkərdəsidir” Vasili Yan
 
Sitatı Vasili Yandan əbəs yerə gətirmədik. Çünki “Kurqanlardan gələn 
işıq”  tarixi  romanı  ilə  oxucularında  Spitamenə  qarşı  sevgi  və  qibtə 
yaranmasının  səbəbkarıdır.  Bir  çoxları  kimi  Spitamenin  kimliyinə  biz 
də ilk dəfə olaraq həmin əsərdə rast gəldik. Roman 1932-ci ildə qələmə 
alınsa  da,  1959-cu  ildə  təkmilləşdirilərək  yenidən  çap  olunur  və 
müxtəlif  dünya  dillərinə  tərcümə  edilir.  Vasili  Yan  Azərbaycan 
oxucusuna  “Çingiz  xan”,  “Batı”,  “Finikiya  gəmisi”  kitabları  ilə 
tanınmasına baxmayaraq, fikrimizcə, “Kurqanlardan gələn işıq” romanı 
onu  oxucuların  gözündə  daha  da  yüksəldib.  Ümumilikdə,  əsər  
Makedoniyalı  Aleksandrın  Şərqə  yürüşünü  əhatə  edir  və  bununla 
əlaqədar  bir  sıra  şərq  xalqlarının,  xüsusilə  iskitlərlə  soğdların  həyatla 
mübarizəsindən, bozqırlara olan sevgisindən və igid Spitamendən bəhs 
edir.
 
Türk  xalqlarının  daima  qəhrəmanlara  ehtiyacı  vardır.  Xalqı  əsarət 
zəncirindən  qıraraq,  yatmış  azadlıq  duyğularını  oyadaraq  Vətən 
uğrunda savaşa istiqamətləndirəcək sərkərdələr ətrafında sıx birləşmək 
türk  boyları  üçün  xarakterik  xüsusiyyətlərdəndir.  Təsadüfi  deyil  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə