Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

VIII yarpaq 
Tuna bizdən utanır, biz Tunadan 
Bulqar  adı  tarixdə  ilk  dəfə  V  əsrin  II  yarısından  etibarən  işlədilir. 
Mənbələrdə 482-ci ildə Bizans imperatoru Zenonun şərqi qotlarla savaş 
üçün  Qara  dənizin  şimalında  yaşayan  bulqarlardan  kömək  istəməsi 
qeyd olunur. Məlumdur ki, 453-cü ildə Atillanın ölümündən sonra hun 
tayfaları  Avropa  ərazilərinə  yayılmağa  başlayır.  Atillanın  ikinci  oğlu 
Dengizikin  ölümündən  sonra  (469)  onun  kiçik  qardaşı  İrnək  özünün 
başçılıq  etdiyi  hunlarla  birgə  Orta  Avropanı  tərk  edərək  Qara  dəniz 
sahillərinə  gəlirlər  və  buradakı  oğur  (bunların  tərkibinə  Saraqur  (Sarı 
və  ağ  Oğur),  Bittiqur  (Beş-Oğur),  Ultingur  (Altı-Oğur),  Kutri-qur-
Kuturqur  ("Tukurqur"-Doqquz-Oğur),  Unqur-Hunuqur-Onuqur  (On-
Oğur),  Utiqur-Uturqur  (Otuz-Oğur)  boyları  aiddir.)  adlanan    türk 
tayfaları ilə qarışdıqdan sonra “bulqar” (türkcə “qarışmaq” deməkdir.) 
adlanmağa  başlayırlar.  Tarixdə  kimmerlərin  (qamərlərin)  bulqarların 
əcdadı  olması  fikri  də  mövcuddur.  Prokopius  kimmerləri  bulqarların 
əcdadı kimi qeyd edir. İran və Xəzər rəvayətlərində bulqarların ataları 
kimi  Kimaridən  bəhs  edilir.  “Mücməül-tavarix”  əsərində  Yafəsin 
yeddinci  oğlu  Kimarinin  bulqarların  əcdadı  olduğu  göstərilir.  Eyni 
zamanda  Macar  mifologiyalarında  vaxtilə  Kimmer  hökmdarının 
Kutirqur və Utirqur adlı iki oğlunun olması qeyd olunur. Digər bir türk 
tayfası  xəzərlər  isə  öz  nəsillərini  bu  cür  qeyd  edirlər:  Nuh-Yafəs-
Kimmer-Turqarma.
 
558-ci  ildən  sonra  bulqarlar  bir  müddət  avarların  hakimiyyəti  altında 
yaşayırlar.  567-ci  ildə  avarlar  göktürklərə  məğlub  olandan  sonra  Orta 
Avropaya və indiki Cənubi Rusiya ərazilərinə köç edirlər.Avarların bu 
köçü nəticəsində bulqarların bir qismi də onlara qoşularaq ərazini tərk 
edir, digər qismi isə göktürklərin tabeçiliyinə keçir. Bizansın yardımı ilə 
bulqarlar  göktürklərin  tabeçiliyindən  çıxırlar  və  müstəqil  dövlət 
yaradırlar. İlk hökmdarları Asiya Hun xaqanlarının sülaləsindən gələn 


Qurd  (Kubrat)  xan  olur.  Kubratın  zamanında  dövlətin  sərhədi  Kuban 
çayından  Tunayadək  uzanırdı.  Dövlətdə  əsas  yeri  on-oğur  türkləri 
tuturdu.  Bizans  mənbələrində  (VI  əsr)  bulqarların  yaşadığı  ərazilər 
"Patria  Onoguria"  adlanırdı  ki,  bu  zaman  şimalı  Qafqaz  əraziləri 
nəzərdə  tutulurdu.  665-ci  ildə  Qurd  xanın  ölümündən  sonra  Böyük 
Bulqar dövləti xəzərlərin hücumlarına davam gətirməyərək parçalanır. 
Bu  hadisədən  sonra  əsasının  otuz-oğurların  təşkil  etdiyi  bir  dəstə 
şimala doğru çəkilsə də, Kubratın oğullarından Bat Bayan macarlar  və 
on-oğurlarla  birgə  ərazidə  qalırlar.  Bu  günkü  balkarlar  yurdu  (Şimali 
Qafqazı) tərk  etməyənlərdir. Digər  bir  dəstə  Bat Bayanın kiçik  qardaşı 
Asparuxun  (679-702,  adın  açılışı  təmiz  türkcədir.  “Aspar”  türklərdə 
tituldur, “ux” isə “oğul,varis” deməkdir. Ad V əsrdə Alban feodalı olan 
Asprakın  ismi  ilə  eynidir.)  başçılığı  ilə  Tuna  (Dunay)  çayı  ərazilərinə 
gedərək orada məskən salırlar və Dobrucanın cənubunda Tuna-Bulqar 
dövlətini  yaradırlar.  Asparuxun  başçısı  olduğu  bulqarlar  iç  bulqarlar 
kimi tanınır. 
Bizansla  münasibət-Tuna  Bulqarlarının  qonşu  Bizansla  münasibətləri 
ziddiyyətli  xarakter  daşıyır.  Bəzən  xəzər  türkləri  kimi  Bizansın 
yardımına  çatan  bulqarlar  bəzi  xanların  dövründə  şiddətli  savaşlar 
aparırlar. Belə ki, 717-ci ildə bulqarlar Konstantinopolu mühasirə edən 
ərəb ordularına müqavimət göstərən Bizansa yardım edir. II Yustinian 
Tervel  xanın  (702-718)  yardımı  ilə  iki  dəfə  taxta  çıxır.  716-cı  ildə 
Bizansla 
ticarət 
müqaviləsi 
imzalanır. 
Lakin 
bulqarların 
güclənməsindən  ehtiyat  edən  imperator  V  Konstantinin  (741-775) 
zamanında  Bizans  xanlığa  qarşı  yürüşlər  təşkil  edir.  İmperator  I 
Nikefor  811-ci  ildə  xanlığın  mərkəzi  Pereyaslava  qoşun  çıxarır,  lakin 
məğlub olaraq özü də döyüş meydanında öldürülür. Ardınca bulqarlar 
imperator  II  Mixaili  də  məğlub  edirlər.  Bizansın  yürüşlərinə  cavab 
olaraq  Kürüm  xan cənubi  Macarıstanı  və  Tansilvaniyanı  əraziyə  qatır, 
809-cu ildə Sofiyanı, ardınca Niş və Belqrad qalalarını işğal edərək 814-
cü ildə Konstantinopolu mühasirəyə alır. Lakin mühasirə zamanı Atilla 


kimi ağız və burun qanaxmasından vəfat edir.(13 aprel 814). Kürümün 
oğlu  Omurtaq  (814-831)  Bizansla  30  il  müddətə  sülh  müqaviləsi 
imzalayır. 
Tuna bulqarlarının ən parlaq dövrləri Omurtaq xanın zamanına təsadüf 
edir. Belə ki, Bizansla sülh bağlandıqdan sonra Omurtaq xan iç duruma 
daha  diqqətli  yanaşmağa  başlayır.  Bu  dövrdə  yeni  şəhərlər  salınır, 
möhtəşəm saraylar, abidələr tikilir, su yolları çəkilir. Roma dövrünə aid 
olan  Kara  çayı  ətrafındakı  duz  mədənləri  yenidən  işlək  vəziyyətə 
salınır.  Arxeoloq    G.Feherin  Pereslav  şəhərinin  Madara  qəsəbəsindən 
aşkar  etdiyi  40  kv.metrlik  sahəni  əhatə  edən  qaya  üzərindəki  Kürüm 
xana aid atlı barelyef Omurtaqın zamanında hazırlanıb. 
Omurtaq  Avropanın  digər  bir  güclü  dövləti  olan  Frank  imperiyası  ilə 
savaş apararaq Tuna-Sava-Drava hövzələrini ələ keçirir. 
Lakin digər türk toplumlarından uzaqlıq və eyni zamanda slavyanların 
say çoxluğu tədricən türklərdə milliliyin itirilməsi ilə nəticələnir. Artıq 
bulqarlarla  yanaşı  slavlar  da  dövlət  idarəetməsində  iştirak  etməyə 
başlayırlar.  Bulqarların  slavlarla  evlənmələri  bu  prosesi  daha  da 
sürətləndirir. I Boris xanın zamanında məsihiliyin qəbul edilməsi artıq 
slavlaşmanın kuliminasiya nöqtəsinə gətirib çıxarır.I Boris xan 864-865-
ci ildə Bizansın təsiri ilə xristianlığı rəsmi dövlət dini elan edir. 869-870-
ci  ildə  Konstantinopol  kilsələr  yığıncağında  Bulqar  kilsəsi  rəsmən 
tanınır.  Bunula  da,  bulqarların  Tanqra  (Bir  Tanrı)  inancı  zəifləməyə 
başlayır.  Əsl  adı  Boqaris  olan  xan  Boris  adını  götürür  və  “xan”  titulu 
“knyaz”la  əvəz  olunur.Boris  xanlıqda  Bizans  apostolları  olan  Kiril  və 
Mefodinin  baxışlarını  yaymağa  çalışır.  Artıq  xristianlıq  qəbul 
edildikdən  sonra  türk  adlarının  slavyan  adları  ilə  əvəzlənməsi 
başlanılır.  Knyaz  Boris  yaşlandıqdan  sonra  rahib  həyatına  qapılaraq 
hakimiyyəti  oğlu  Vladimirə  tapşırır.  Vladimir  tenqrilik  inancında 
olduğundan atasının qəbul etdiyi bir sıra qərarları ləğv edir. Lakin artıq 
məsihilik  əhalinin  böyük  bir  qismi  tərəfindən  qəbul  edilmişdi.  Bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə