Dilqəm ƏHMƏd yolun yarpaqları


Şüphesiz bilirim, bildiririm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

Şüphesiz bilirim, bildiririm  
Tanrının elçisidir Muhammed  
Haydin namaza, haydin felaha  
Namaz uykudan hayırlıdır.'' 
Atatürk  ilk  olaraq  türkcə  azanı  Süleymaniyyə  məscidinin  baş  imamı 
Hafiz Kamaldan dinləmiş və təqdir edərək bu qərarı vermişdi. Tərcümə 
edilmiş  Quran  ilk  dəfə  22  yanvar  1932-ci  ildə  Yerebatan  camesində 
Hafiz Yaşar Okur tərəfindən oxunuldu. Yanvarın 30-da isə Hafiz Rifat 
Fatih  məscidində  ilk  dəfə  olaraq  türkcə  azanı  səsləndirdi.  Həmin  il 
fevralın  3-nə  düşən  Qədr  gecəsində  Ayasofiya  məscidində  də  türkcə 
Quran  oxunuldu,  təkbir  deyildi.  İyulun  18-də  Diyanət  İşləri  Rəyasəti 
636  saylı  qərarla  azan  və  iqamənin  türkcə  oxunulması  barədə  qərar 
qəbul  etdi  və  tərcümə  mətni  Evkaf  müdirliklərinə  göndərildi.  4  fevral 
1933-cü  ildə  müftiliklərə  azanın  türkcə  oxunulması  və  bu  qaydalara 
riayət etməyənlərin cəzalandırılması barədə göstəriş verildi. 
Azanın  türkcə  verilməsindən  böyük  sevinc  duyan  Ziya  Gökalp 
hisslərini bu şəkildə ifadə etmişdi: 
Bir ölkə ki,camesində türkcə azan oxunur, 
Köylü anlar mənasını namazdakı duanın 
Bir ölkə ki,məktəbində türkcə Quran oxunur, 
Kiçik,böyük hər kəs bilir,buyruğunu Xudanın. 
Ey Türk oğlu,iştə budur sənin Vətənin! 
Lakin  bir  qism araşdırmaçılara görə,  türkcə azanın oxunulmasına  hələ 
XIX  əsrin  sonlarında  bir  sıra  müəzzinlər tərəfindən  başlanılıb.  Belə  ki, 
1885-ci  ildə  İstanbulda  səfərdə  olan  Macar  xalq  ədəbiyyatşünası  İqnaz 
Kunoş  həmin  ildə  yazdığı  kitabında  qeyd  edir:  “...Müəzzinlər  qiblə 


tərəfə  dönüb,  əllərini  üzlərinə  örtüb  həzin-həzin  azan  oxumağa 
başladılar: Yoxdur tapacaq, çalabdır ancaq”. Burada maraqlı olan cəhət 
əski  türkcədə  “Tanrı”  anlayışını  ifadə  edən  “Çələb”  sözünün 
işlənməsidir. 
Atatürkün zamanında azanın əsli  qəti  şəkildə  yasaqlanmamışdı.  İkinci 
prezident  İsmət  İnönünün  dövründə  1941-ci  il  iyunun  6-da  verilmiş 
qanunla  yalnız  türkcə  azanın  oxunulması  qərara  alındı.  4055  saylı 
qanuna  əsasən  Türk  Cəza  Qanununun  526-cı  maddəsinə  əlavələr 
olundu. Əlavələrə  görə, ərəbcə azan  və  iqamə oxuyanlara 3 aya qədər 
həbs, 10 lirədən 200 lirəyə qədər maddi cəza tətbiq ediləcəkdi. 
1950-ci  il  14  may  seçkilərində  qələbə  çalan  Demokrat  Partiyasının  ilk 
qərarlarından  biri  də  ərəbcə  azanın  yenidən  oxunulmasına  icazə 
verilməsi  oldu.  İyunun  13-də  saat  15:00-da  Demokrat  Partiyası 
keçirtdiyi  qapalı  iclasda  azanın  yenidən  ərəbcə  oxunmasının  gərəkli 
olduğu  qərarına  gəldi.  Ayın  16-da  keçirilən  məclisdə  çıxış  edən 
Demokrat  Partiyasından  Seyhan  Sinan  Tekelioğlu  azanla  əlaqədar 
bunları  qeyd  etdi:  “Heç  şübhəsiz  Atatürk  sağ  olsaydı  da,  Böyük 
Məclisin  düşündüyü  kimi  düşünəcəkdi...  “Allahu  Əkbər”  ilə  “Tanrı 
uludur”  kəlmələri  eyni  mənaya  gəlmir.Qədim  dövrün  kitablarını 
oxusaq,bir  çox  tanrıların  olduğunu  görərik:  yağmur  tanrısı,yer  tanrısı 
və  sair.Bu  baxımdan  “Tanrı  uludur”  deyərkən  bunlardan  hansı 
uludur?” 
1950-ci  ilin  16  iyununda  toplanan  TBMM  5665  saylı  qanunla  ölkə 
ərazisində  azanın  yenidən  orijinal  variantında  oxunulmasına  icazə 
verdi.  Müxalifəti  təmsil edən CHP partiyası  adından çıxış  edən Cemal 
Reşit  Eyüboğlu  bu  qərara  qarşı  çıxmayacaqlarını  bəyan  etdi.  Qanun 
iyunun  17-də  (Ramazan  ayının  1-də)  “Rəsmi  qəzet”də  öz  əksini 
tapdıqdan sonra həyata keçirilməyə başladı. 
Beləliklə,18  illik  türkcə  azan  bir  daha  oxunulmayaraq,islam  və  türk 
tarixinin maraqlı səhifəsinə çevrildi. 


Maraqlı  olan cəhət Atatürkün əsrlərcə  islami ideologiya ilə yoğrulmuş 
Osmanlı  imperiyasının  yenicə  süqutundan  sonra  birdən-birə  radikal 
islahatlara  əl  ataraq  islamı  reform  etmək  istəməsidir.  Səbəb  nə  idi? 
Bəlkə,  Atatürk  onu  təkgözlü  dəccala  bənzədən  Said  Kürdi  kimilərin 
dediyi kimi,ateist idimi, yoxsa... 
Atatürkə  görə, türk  xalqı öz dinini  tam  şəkildə  anlaya bilmir, Quranın 
və  edilən  duaların nə anlama gəldiyini başa  düşmür.  Əgər başa  düşsə 
idi,  dua  kimi  insanlar  bəzi  qısa  ayələrdən  istifadə  etməzdilər.  Yəni 
adicə,  Ləhəb  surəsinin  (qarğış  xarakterli  ayələrdən  ibarətdir.)  nə 
anlama  gəldiyini  bilsə,  heç  zaman  bu  surəni  dua  kimi  oxumaz.  Ona 
görə  də,  xurafatçılığa  son  vermək  üçün  Atatürk  bu  addımı  ataraq 
Quranın,  o  cümlədən  onun  təfsirinin  və  Buxarinin  hədislərinin 
tərcüməsinə  qərar  verdi.  Artıq  Ziya  Gökalpın  da  dediyi  kimi, 
kiçiyindən  böyüyünə,  kəndlisindən  ziyalısına  qədər  hər  kəs  İslamı 
anlayacaqdı. 
Azanın  türkcəyə  tərcüməsi  heç  də  birmənalı  qarşılanmadı.  Fevralın  1-
də  Bursada  100  nəfər  türkcə  azana  qarşı  etiraz  etdi.  Fevralın  4-də 
Afyonda  olarkən  hadisəni  eşidən  Atatürk  Bursaya  doğru  hərəkət 
edərək səhərisi gün oraya çatdı. Eyni zamanda daxili işlər naziri Şükrü 
Kaya,  Ədalət  bakanı  Yusuf  Kamal  Tengirşek  də  Bursaya  gələrək 
hadisəni  araşdırmağa  başladılar.  Olaydan  sonra  Anadolu  ajansına 
verdiyi  müsahibədə  Atatürk  bunları  söylədi:  “Bursaya  gəldim.Hadisə 
haqqında  yetkililərdən  məlumat  aldım.  Olay  əslində  əhəmiyyət 
daşımamaqdadır. 
Hər 
halda 
cahil 
mürtəcelər 
Cumhuriyyət 
ədliyyəsinin  pəncəsindən  qurtula  bilməyəcəklər.  Hadisəyə  xüsusi 
diqqət  yetirməyimizin  səbəbi  dini  siyasətə  və  ya  hər  hansı  təhrikəyə 
vasitə  etməyə  əsla  icazə  verməyəcəyimizin  bir  daha  anlaşılmasıdır. 
Məsələnin  əsas  mahiyyəti  din  deyil,  əslində  dildir.  Qəti  olaraq 
bilinməlidir  ki,  türk  millətinin  milli  dili,  mentaliteti  bütün  həyatına 
hakim olacaqdır”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə