Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

qurmuş  quti-lullubi  xalqları  və  başqa  Orta  Asiyadan  gələn  ellər  və 
kütlələr 
vasitəsilə 
yaranmışdır”.  
 Göründüyü  kimi  Zöhtabi  Novruzun  Ön  Asiyadakı  Türklərlə,  Orta 
Asiyadan  gələn  türklərin  törənlərinin  qarışığından  ibarət  olduğu 
qənaətindədir.  Fikrimizcə,  bu  inkaredilməz  gerçəklikdir.  Bilirik  ki, 
Zərdüştilikdə  od  müqəddəs  sayıldığından  hətta  nəfəsləri  ilə  də  onu 
kirlətməmək  üçün  ağızlarını  parçayla  örtürdülər.  Halbuki  Novruz 
törənlərində  insanlar öz mənfi  enerjilərini (xalq  dilində  “ağırlıqlarını”) 
oda  “verərək”  ondan  xilas  olmağa  çalışırlar.  Bu  isə  şaman  türklərinə 
məxsus adətdir. Görünür, müxtəlif ərazilərdə yaşayan türklərin adətləri 
birləşərək vahid  ənənə  yaradıb.  Hazırda Quzey Azərbaycanda olduğu 
kimi  güneyimizdə  də  Novruz  törənləri  adətlərə  bağlı  şəkildə  qeyd 
olunur. Bayram martın 21-də başlayır və 13 gün davam edir. Qışın son 
günlərindən  etibarən  “Ev  tökmək”  adlanan  təmizlik  mərasimləri 
başlanır. Yas tutan qohum-əqrəbanın və tanışların evinə gedilir, həmin 
evin  kişilərinə  ağ  köynək,  qadınlarına  isə  rəngli  paltarlar  aparılır. 
Bunun mahiyyəti ondan ibarətdir ki, qohumlarının “qara paltarını” ağ 
ilə  əvəzləyərək  onları  yasdan  çıxarırlar.  Daha  sonra  əgər  varsa, 
küsülülüklərə  son  qoyulur,  kiçiklər  böyükləri  ziyarət  edirlər.  Bayram 
zamanı  “Novruz  ağası”  adlanan  şəxslər  evlərin  damından  və  ya 
pəncərəsindən  içəriyə  səbət  sallayaraq  ev  yiyəsindən  pay  istəyirlər, 
sonra  isə  bu  payı yoxsullar  arasında  bölüşdürürlər.  Güneydə  keçirilən 
ən  maraqlı  adətlərdən  biri  də  bayramın  13-cü  günü  ilə  əlaqəlidir. 
Həmin  gün  kimsə  evində  olmaz.  İnanca  görə  Həzrəti  Adəm  məhz  bu 
gün  cənnətdən  qovulub,  ona  görə  də  əgər  kimsə  həmin  gün  evində 
olarsa,  ilboyu  ona  dərd və müsibətlər  gələcəkdir.  Bir  çox  Türk  boyları 
arasında  geniş  yayılmış  “Qodu-qodu”,  “Kosa-kosa”,  “Tənbəl  qardaş”, 
“Qoca 
gəlin” 
oyunları 
Güneydə 
bayram 
günü 
oynanılan 
tamaşalardandır.  Güneyli  şairimiz  M.H.  Şəhriyarın  “Heydər  babaya 
salam”  poemasında  isə  bütövlükdə  bir  çox  adətlərin  real  təsviri  öz 
əksini 
tapıb.  
Tədqiqatçı  S.Soltanın  yazdığına  görə  mərkəzi  Urmiya  olan  Qərbi 
Azərbaycan əyalətinin Sulduz (adı dəyişdirilərək Nəğədə olub) və ətraf 
rayonlarda  bu  bayram  çox  böyük  şövqlə  keçirilir.  Aşıqlar  saz  çalır, 
insanlar  türk  havalarına  şənlənir.  Türk  dünyasının  başqa  bölgələrində 
olduğu  kimi,  Güney  Azərbaycanda  da  Yeni  Günə  hazırlıq  çərşənbələr 


və  təmizlikdən  başlayır.  Bu  işləri  bayrama  40,  30,  15  və  ya  10  gün 
qalanda görürlər. Məsələn, Güneyin  Qoşaçay  və  Çayqara bölgələrində 
bu  işlər  xalı-xalçanın,  pal-paltarların  çay  sularında  durulanması  ilə 
başlayır. Bu, gələcək günlərin təmiz olacağı inamı ilə bağlıdır. Təbrizin 
Dəvəçi,  Qonqabaşı,  Şamqazan,  Yekədükanlar,  Abrəsan,  Qarabağlılar, 
Sento,  Bahar,  Pastur,  "Çaharrahe-Şahnaz",  "Tərbiyət",  Qurd  meydanı, 
Acı  körpü,  Abbasi,  "Kuye-vəli-əsr",  "Terminal",  "Barnava",  Bazarağzı, 
Saatqabağı, 
Xiyabani, 
"Şəmsül-imarə", 
"Vadiye-rəhmət", 
Ərk 
məhəllələrində  də  Bakının,  Gəncənin,  Şəkinin,  Ordubadın,  Borçalının, 
Lənkəranın,  Dərbəndin  küçələrində  olduğu  kimi  tonqallar  qalanır, 
"ağırlığım-uğurluğum  burada  qalsın"  söylənilir.  Yeməklərə  gəldikdə 
isə,  plovun  çeşidli  növləri  -  fisincan  plov,  zəriş  plov,  mürəssə  plov, 
şirniyyatı  ilə ad çıxarmış "Şəbüstər  şirinləri", şorbalar, "Təbriz"  küftəsi, 
rizə küftə, qarnıyarıq (badımcan dolması), "Qoşaçay" kababı, yarma aşı, 
işgənə, şolən və başqa ləzzətli yeməklər hazırlanır. Şirniyyatlardan isə - 
paxlava,  bamiyə,  zulbiya,  tərə  (halva  növü),  halvanın  çeşidli  növləri, 
qayğanaq  (paxlavaya  oxşayır),  filqulağı  (quşfil),  qulabiyə,  badambura, 
lətifə,  kişmişli,  dil  ("zəban")  süfrələrə  yaraşıq  verir.  Bundan  başqa 
Təbrizdə  badımcandan  tutmuş  qarpızadək,  eləcə  də  gilənardan 
qozadək bütün meyvələrdən mürəbbə və şərbət hazırlanır, bu nemətlər 
Güney  Azərbaycan  türklərinin  bayram  süfrəsinin  bəzəklərindəndir. 
Novruz  yeni  günlərə  olan  başlanğıcdır.  Bilavasitə  təbiətlə  əlaqəli 
olduğu  üçün  nə  qədər  təmtəraqlı,  möhtəşəm  keçirilərsə,  onun  enerjisi 
bir  il  ərzində  yurdumuzun  azadlığı  üçün  kömək  edəcəkdir.  Novruz 
zülmə,  haqsızlığa  dirənişin  bayramıdır.  Xalqın  birlik  və  bərabərlik 
günüdür.  Doğrudur,  bilinən  və  bilinməyən  səbəblər  ucbatından  son 
dönəmlər milli bayramların keçirilməsi ötən illərə nisbətdə daha passiv 
görünsə  də,  ümidə  doğru  addımladığımız  yeni  dönəmdə  daha 
coşğuyla  qutlanmalı,  Türk  dünyasının  ortaq  dəyərlərə  sahib  olması 
sərgilənməlidir.  
 
         
 


 
        
XVII yarpaq 
Manilik 
Yurdumuzun  görkəmli  mütəfəkkiri  Maninin  2014-cü  ildə  keçiriləcək  1800 
illiyinə həsr olunur. 
Maninin  həyatı-  Yurdumuzun  ünlü  filosofu  Maninin  həyatı  tarixi 
mənbələr  əsasında  bu  günümüzədək  gəlib  çatıb.  Zərdüşt  peyğəmbər 
kimi əsl adı bəlli olmayan Mani miladın 216-cı ilində aprel ayının 14-də 
Mesopotomiyanın (Babilin Nahr Kutha bölgəsində) Mardinu şəhərində 
zəngin  bir  ailədə  dünyaya  göz  açıb.  Atası  Pətik  Babak  (Patekios, 
Patticius,  Paftiq,  ərəbcə  Futtuq)  dindar  bir  şəxsiyyət  olub,  əsli  kökü 
Azərbaycan-Türk dövləti olan Madayın paytaxtı Ağbatana (Həmədana) 
bağlı  idi.  Anası  Mar  Maryam  (Məryəm)  Arşaki  xanədanı  ilə 
(Arşakilərin  Kamsarakan  qolu)  qohumluğu  olan  bir  qadın  olub.  Mani 
(Manys,  Manytos,  Manentos,  Manou,  Manichios,  Manes,  Manetis, 
Manichaus) sözünün mənası Arami dilində “Mana” kökündən yaranıb 
ki,  bu  da  “işıq”  anlamındadır.  Umumilikdə,  “Mani”  sözünün  mənası 
elmdə  “aydınladan”  kimi  qəbul  edilir.  Ağbatandan  Ktesifona  köçən 
Pətik çoxallahlı şəhər olan Ktesifonda həqiqi bir dindar olmaq istəyirdi. 
O, bilgəlik Tanrısı Nabuya daha çox bağlanmışdı. Pətik bir gün bu tanrı 
üçün  edilən  törənə  aparılan  bütün  qırılmasına  səbəb  olan  Palmiralı 
Sittay  ilə  tanış  olur.  Sittayla  tanışlıqdan  sonra  Pətik  onun  ardınca 
getməli  olduğunu  anlayır  və  bu  yolçuluğa  baş  qoyur.  Bu  onun  üçün 
asan olmayacaqdı, çünki bu yolda o bir çox şeylərdən vaz keçməli idi. 
Sittay  insan  ruhunun  tərbiyə  edilməsinə  inanan  Nəsrani  bir  təriqətin 
üzvü  idi.  Bu  təriqətin  üzvləri  ticarətlə  məşğul  olur  və  qatı  dindarlar 
idilər.  Pətik  yaxşı  bir  insan  olmaq  istəməsindən  bu  təriqətə  üzv  olur. 
Maninin  atası  təriqətə  üzv  olmaqla  yanaşı  həm  də  dini  islahatçı 
qismində də çıxış edir. Bu təriqət barədə bilgilər çox məhduddur. Əsas 
ayinlərindən  birinin  Vaftiz  olduğu  bəllidir.  Belə  ki,  günahlardan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə