Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

oynamaları, 
güləş 
keçirmələri 
haqqında 
məlumatlar 
vardır. 
Miladdan  öncə  70-ci  illərə aid  bir  sənəddə  Parfiya  hökmdarı  I  Valaşın 
Novruz  törənləri  keçirtməsi  qeyd  olunur.  Sasanilər  dönəmində 
tacqoyma  mərasiminin  Novruz  günündə  Atropatenadakı  mərkəzi 
məbəddə  keçirilməsi  mənbələrdən  bəllidir.  Bu  amilin  özü  də 
Zərdüştlüyün  və  Novruzun  Azərbaycanla  bağlılığını  sübut  edir.  
Hazırda  Altay  türkləri  martın  21-i  "Cılgayak"  adlı  bayram  keçirirlər. 
Qırğız 
tarixçisi 
Anvar 
Baytur  qırğızların 
Kuzu 
ulduzunun 
görünməsindən  bir  gün  sonra  bahar  bayramı  keçirdiklərini  qeyd  edir. 
Çin  qaynaqlarında  hunların  miladdan  öncə  220-ci  ildən  mart  ayında 
bahar şənlikləri keçirdikləri qeyd olunur. Tsi-Ma-Çianın əsərinin “Hun 
adətləri”  adlı  bölməsində  hunların  müxtəlif  şənliklər  keçirmələri, 
atalarının  ruhlarını  yada  salmaları,  ibadət  etmələri  və  Gök  Tanrıya 
qurban  kəsmələri  qeyd  olunur.  Digər  bir  Çin  tarixçisi  Fenyenin  “Son 
Xan  sülaləsi”  adlı  əsərinin  “Cənub  hunları”  adlı  bölməsində  hunların 
başda 21 mart olmaqla ildə 3 dəfə toplanıb (milad təqvimi ilə 3-cü, 8-ci, 
12-ci 
ayda) 
qurban 
kəsdikləri 
bildirilir. 
Firdovsinin 
sonradan 
özünün 
də 
uydurma 
adlandırdığı 
“Şahnamə”sində  mifik  İran  şahı  Cəmşidin  müxtəlif  ölkələr  gəzdikdən 
sonra  Azərbaycana  gələrək  buranı  bəyənməsinin  xalq  üçün  yeni  günə 
çevrilməsi  və  bu  hadisənin  həmin  ildən  etibarən  bayram  kimi  qeyd 
olunması  bildirilir.  “Şahnamə”də  uydurulan  digər  bir  hadisə  dəmirçi 
Gavə  ilə  Zöhhak  arasındakı  mübarizədir  ki,  bunun  sonucunda  guya 
kürtlərin əcdadı olan iki qardaş tonqal qalayaraq üsyan qaldırır və şahı 
məğlub  edirlər.  Məhz  bu  uydurma  olayı  azadlıq  mübarizəsi  kimi 
Novruza  calayan  PKK  Novruz  şənlikləri  zamanı  Türk  bayrağını 
yandırmaqdan 
da 
çəkinmirlər. 
Ərəblərin  istilasından  sonra  Azərbaycanda  Novruz  şənliklərinin 
keçirilməsi  davam  edir  və  Babəkin  yaratdığı  Xürrəm  dövlətində  geniş 
şəkildə  qeyd  olunur.  Məhz  xürrəmilərin  ildə  bir  dəfə  toplanaraq  dağ 
başında  tonqal  qalayaraq  şənliklər  keçirmələrinin  mahiyyətini 
anlamayan cahil ərəb tarixçiləri onların əyyaşlıq etmələrini düşünüblər. 
Xilafətin  Novruza  qadağa  qoymaması  isə  iki  amillə  əlaqələndirilir: 
1.  Məlum  olduğu  kimi,  Azərbaycanda  və  digər  ölkələrdə  ərəblər 
hakimiyyətə  gəldikdən  sonra  məcbur  olduqlarından  Sasanilərin  idarə 
üsulunu  saxlayırlar.  Sasani  üsul  idarəsində  əhalidən  vergilər  Novruz 


zamanı  yığılırdı  və  məhz  buna  görə  də  ərəblər  müasir  istilahla  desək, 
bir  növ  xalqı  “soymaq”  üçün  Novruzu  qadağan  etmirlər. 
2.  Digər  tərəfdən  artıq  Novruz  şiə  müsəlmanlar  tərəfindən  müqəddəs 
bayramlar sırasına salınmışdı və bu baxımdan artıq bahar bayramı ərəb 
icması 
içərisində 
də 
özünə 
yer 
tapmışdı. 
Səlcuq  oğullarından  Cəlaləddin  Məlikşahın  dövründə  1079-cu  ildə 
ilbaşı  21  mart  götürülən  Cəlali  təqvimi  yaradılır.  Ağqoyunlu  Sultan 
Həsənin  “Qanunnamələr”ində  Novruz  yeni  gün  hesab  edilir  və 
vergilərin  toplanılmasına  bu  gündən  başlanılır.  Bu  qayda  Osmanlı 
dövlətində də qüvvədə idi və Sultan Novruz adı verilən bu gün həm də 
vergilərin yığılması günü kimi sancaqların qanunnamələrində öz əksini 
tapıb. 
Osmanlılarda Novruz günündə dövlət əczaxanalarında Novruziyyə adı 
verilən  və  iştahı  artıran,  şəfaverici  olduğuna  inanılan  dərman 
hazırlanırdı.  Xalq  bu  dərmanı  qaynadaraq  suyunu  içir  və  üzlərinə 
sürtərdilər. Dərmanı tapa bilməyənlər müxtəlif şirniyyatlar bişirirdilər. 
Hər  il  Novruz  zamanı  vəzirlər,  saray  adamları,  əyalət  hakimləri 
bayramla  əlaqədar  olaraq  sultana  atlar,  silahlar,  qumaşlar  və  sair 
hədiyyələr 
verirdilər.  
Təbii  ki,  Səfəvilər  dönəmində  Novruz  öz  möhtəşəmliyinin  zirvəsində 
olmuş və hətta Ərzincanda hələ də yaşlı nəsil tərəfindən söylənilən bir 
rəvayətdə  Novruz  Şah  İsmayılla  əlaqələndirilir.  Həmin  rəvayətə  görə, 
Şah  İsmayıl  Ərzincana  gələrkən  Öbek  (və  ya  Höbek)  dağı  ətrafında 
çadır qurduraraq burada törən keçirir. Dağın ətrafında yerləşən böyük 
və  düz  daşın  üzərində  yemək  yeyərək  süfrəsindəki  nemətlərdən 
seyidlərə  də  paylayır.  Hazırda  Şah  xonçası  adlanan  bu  daş  müqəddəs 
sayılır  və  hər  il  Novruz  günü  bu  daşın  üzərində  yemək  yeyilir, 
yığıncaqlar  təşkil  edilir,  insanlar  bir-birindən  halallıq  alır,  küsülülər 
barışır.  
Fəqət  tarixən  Novruz  bayramının  keçirilməsinə  bir  sıra  hallarda 
qadağalar  da  qoyulub.  Belə  ki,  1826-cı  ildə  sultan  II  Mahmud  Novruz 
bayramının  keçirilməsini  qadağan  edir.  Sonralar  Cumhuriyyət 
dönəmində  rəsmi  bayramlar  çərçivəsinə  salınmasa  da,  xalq  arasında 
əvvəlki 
əzəməti 
ilə 
qeyd 
olunur.  
TBMM 
açıldıqdan 
sonra 
ilk 
Novruz 
21 
Mart 
1921  ildə  keçirilir.  İstiqlal  savaşı  dönəmində  ən  möhtəşəm  Novruz 


törəni 22 Mart 1922-ci ildə Ankarada Taşhan meydanında qeyd olunur. 
Bu  törəndə  Mustafa  Kamalın  Azərbaycan,  Özbəkistan,  Əfqanıstan  və 
Rusiyadan  gələn  nümayəndələrlə  birlikdə  bir  çadırdan  bayramı  seyr 
etdiyi  bildirilir.  Bir il  qabaqkı törənlə əlaqədar olaraq  Atatürk 24 Mart 
1921-ci  ildə  N.Nərimanovdan  teleqraf  alır:  “Cənubi  Qafqaz  komissarı, 
Azərbaycan  Sərbəst  Hərbi  Məktəb  tələbələri,  iki  bölüklü  Süvari 
əsgərləri,  Şuşa  Mühafizə  Taboru  əsgərləri  Türk  millətinin  böyük 
Novruz bayramını təbrik edir və biz ümid edirik ki, Azərbaycan İnqilab 
Ordusu  qəhrəman  Türk  ordusu  ilə  bərabər  bu  yaxınlarda  Şərq 
millətlərini Qərb imperializminin təzyiqindən qurtararlar. Yaşasın Şərq 
inqilab  başçılarından  Mustafa  Kamal”  (Nəriman  Nərimanov, 
Azərbaycan 
Hökumətinin 
başçısı). 
1863-1878-ci  illərdə  Şərqi  Türküstanda  olan  Şao  Xun  “Qərb  bölgəsi 
haqqında  şeir”  adlı  dörd  cildli  kitabında  türklərin  Novruz  şənlikləri 
keçirmələrini,  pəhləvan  güləşlərini  şövqlə  anladır.  Sonralar  Çində 
diktatura  rejiminin  hökm  sürdüyü  zamanlarda  uyğurlara  Novruz 
bayramı  keçirmək  qadağan  olunur.  Belə  ki,  1938-ci  ildə  uyğur  şəhəri 
Ağsuda  30  min  nəfərin  qatıldığı  Novruz  törəni  diktatorlar  tərəfindən 
dağıdılır. 
1922-ci  ildə  N.Nərimanov  Genuya  konfransında  olduğu  vaxt  Kirovun 
əmri  ilə  küçələrdə  Novruz  bayramını  qeyd  edən  əhaliyə  atəş  açılır. 
1920-ci  ildə  Özbəkistanda  qadağan  edilən  Novruz  törənlərinin 
keçirilməsinə  1960-cı  ildən  etibarən  yenidən  başlanılır.  1988-ci  ildə 
Qazaxıstanda, 1990-cı ildə Özbəkistanda Novruzun rəsmi şəkildə qeyd 
olunmasına 
icazə 
verilir.  
İndi  isə  200  ilə  yaxındır  ki  əsarətdə  olan  güneyli  soydaşlarımızın 
keçirdikləri 
Novruz 
törənlərindən 
bəhs 
edək. 
Zərdüştün Türk olduğunu isbatlayan güneyli professor, görkəmli alim 
Mahmud Təqi Zöhtabi yazır: “Novruz bayramı adının farsca olmasına 
baxmayaraq  Azərbaycan  və  Həmədan  diyarında  və  bu  yerlərin  əski 
sakinləri  tərəfindən  yaranmış,  həm  də  təbiətin  yenidən  canlanmasıyla 
əlaqədar  yaranan  milli  bir  şənlik  bayramıdır.  Əvvəllər  bu  bayram 
Azərbaycan  və  Həmədan  ərazisində  əsrlər  boyu  formalaşan  Zərdüşt 
dini ilə bərabər və hətta ondan əvvəlki əsrlərdə yaranmağa başlamışdır. 
Bu  bayramın  ilk  rüşeymləri  miladdan  2500-3000  il  əvvəl  bu  günkü 
Azərbaycan  və  Həmədan  torpaqlarında  yaşayıb,  mədəniyyətlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə