Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

verilə  bilən  hər  cür  zərəri  dəf  etmək  üçün  və  eyni  zamanda  adam  və 
heyvan  öldürməyə,  hətta meyvə qopartmağa qarşı  idi.  Üçüncü möhür 
Maniçilik inancına və təmizliyinə qarşı olan hər cür düşüncəni qadağan 
etmişdi.  Bu  üç  möhür  indi  də  deyimlərimizdə  “əlinə,  dilinə  və  belinə 
sahib ol” kimi işlənir. Yetkinlərə qadınlar da daxil edilirdi. Yetkinlərin 
bu həyatı buddist keşişlərinin həyat tərzinə çox bənzəyirdi, yeganə fərq 
yetkinlərin daimi qaldıqları müəyyən bir yerin olmaması idi. 
2.
 
Dinləyənlər-  bunlar  dinə  kor-koranə  inananlar  idi  və  sayları 
təbii ki, yetkinlərdən çox idi. Bunlar Maninin 10 əmrinə tabe olanlar idi: 

 
Yaşanılmış zamana inanmaq 

 
Çoxallahlılıq dövrünün olduğuna inanmaq 

 
Özünü yalan danışmaqdan qorumaq 

 
Pis insan olmamaq 

 
Ət yeməmək 

 
Özgəsinin namusuna pis gözlə baxmamaq 

 
Oğurluq etməmək 

 
Oxumaq, sehrlə həqiqəti tanıyaraq bunları bir-birindən ayırmaq 

 
Əhali içərisində inanclı olmaq 

 
İşində yavaş və etinasız olmamaq 
 
Bu  on  əmr  bütpərəstliyi,  namussuzluğu,  qətli,  zinanı,  oğurluğu, 
yalançılığı,  sehrbazlığı,  ikiüzlülüyü  və  dinə  xəyanəti  qadağan  edirdi. 
Dinləyənlər  yetkinlərə  (və  ya  seçilmişlərə)  hörmət  etməli,  onların 
qarşısında  diz çökməli  idilər.  Bunun müqabilində yetkinlərdən meyvə 
və  göy-göyərti  alardılar.  Maniçilikdə  ibadət  günorta,  axşamüstü,  gün 
batdıqda  və  günün  batmasından  3  saat  sonra  olmaqla  gündə  4  dəfə 
(Əslində namaz 7 dəfə idi, fəqət insanlar 4-nü yerinə yetirirdi.) edilirdi. 
Gündüz  duaları  Günəşə,  gecə  duaları  isə  Aya  baxaraq  edilirdi.  Ay  və 
Günəşin  olmadığı  zamanlarda  isə  üzlərini  Şimala  doğru  tuturdular. 
Duadan  əvvəl  təmizlənmək  üçün  sudan,  olmadıqda  isə  torpaqdan 
istifadə  olunurdu.  Həftənin  ilk  günü  Günəşin  şərəfinə  hamı  oruc 
tutmalı  idi.  Yetkinlər  isə  həftənin  ikinci  günü  Ayın  şərəfinə  də  oruc 
tutardılar. Eyni  zamanda hamı hər  yeni ayda  iki  gün  oruc tutmalı idi. 
Manilikdə  3  möhürlə  yanaşı  mövcud  olan  5  buyruğun  əvvəlində  100 


günlük  orucluq  dayanırdı.  Yetkinlər  öldükdən  sonra  mütləq  cənnətə 
qovuşacaqlar,  dinləyənlər  isə  müəyyən  bir  mərhələdən  sonra  səadətə 
çatacaqlar.  Ölümdən  sonra  İlahi  Məhkəmənin  olduğu  qəbul  edilir. 
Maniyə  görə,  keçmiş,  indi  və  gələcək zamanın  mənbəyində  də  nur  və 
zülmət dayanır. 
Bema mərasimi-Maninin ölüm gününə həsr olunurdu və çoxlu dualar 
edilməklə, müqəddəs yazılar oxumaqla qeyd olunurdu. Bu ayin barədə 
yetərli bilgilər mövcud deyildir. Məlum olan 5 pilləli bir sahənin üstünə 
boş  taxtın  qoyulmasıdır.  Eyni  zamanda  Maniçilikdə  keçirilmə qaydası 
bizə gəlib çatmayan Vaftiz ayini də mövcud olub. 
Manilikdə  insanlara  rəhbərlik  etmək  üçün  Mani  tərəfindən 
təlimatlandırılmış bir öndər dayanır. Bu öndərdən sonra 5 təbəqə özünə 
yer  alır.  Bunlar  12  müəllim,  72  keşiş,  360  ağsaqqal,  yetkinlər  və 
dinləyənlərdir. 
Tanrı və Şeytan- Mani dualizmində İşıq Tanrının, qaranlıq isə Şeytanın 
simvolu  hesab  edilir.  Zülmət  və  nurun  bir-birilərinə  münasibətdə  heç 
birinin üstünlüyü yoxdur. Qaranlıq və İşıq özlərindən üstün bir qüvvə 
tərəfindən  yaradılmayıb  və  heç  biri  daha  əvvəl  olmayıb.  Zülmət 
dünyada  Arkonlar  adlanan  varlıqlar  mövcuddur  ki,  bunlar  İblisin 
əsgərləri  hesab  edilir  və  hər  cür  pisliyi  törədirlər.  Manilikdə  “Üç  an” 
adlanan kosmoloji  bölgü vardır  ki,  buraya  keçmiş,  mövcud  və  gələcək 
zaman  daxildir.  Keçmiş  zamanda  zülmət  və  nur  bir-birilərinə  qarşı 
olmayıb,  ayrı-ayrı  dünyalar  vəziyyətində  idi.  Mövcud  indiki  zaman 
maddi olanın mənəvi olana hücumu ilə başlanmış və bu hal hazırda da 
davam edir. Kosmosun yaranması bilavasitə bu hadisə ilə əlaqədardır. 
Qaranlıq işığa hücum edərkən kosmos yaranmış və kosmos nə xeyir, nə 
də  şərdir,  o  bir  qarmaqarışıqlıq,  xaos  anlamındadır.  Gələcək  zamanda 
zülmət  və  nur  əvvəlki  kimi  bir-birilərindən  ayrılacaqdır  ki,  bu  da 
kosmosun  sonu  olacaqdır.  İnsan  nə  qədər  pislik  edərsə,  dünyadakı 
qarmaqarışıqlıq,  xaos  çoxalacaq,  əks  halda  bu  proses  çözüləcəkdir. 


Zərdüştiliyin  monist  ideyasının  tam  əksinə  olaraq  manilikdə  xeyir  və 
şər  anlayışları  tamamilə  dualist  xarakterlidir.  Belə  ki,  Zərdüştilikdə 
xeyir  və  şəri  bilgəlik  Tanrısı  Ahura  Mazda  (Hörmüzd)  yaratmışdır, 
Manilikdə  isə  hər  iki  qüvvə  əbədidir,  onları  heç  bir  üstün  varlıq 
yaratmayıb  və  bir-birilərindən  asılı  deyillər.  Maniliyə  görə,  dünyanın 
sonu gəldiyi zaman böyük bir savaşdan sonra İsa (ə) yenidən dünyaya 
gələcək,  məhkəmə  kürsüsü  qurulacaq,  yaxşılar  pislərdən  ayırd 
ediləcəkdir.  Bu  hadisədən  sonra  dünya  atəşlə  yox  ediləcəkdir.  Bu  atəş 
1468  il  davam  edəcəkdir,  ta  ki  sonuncu  şər  maddə  də  aydınlıqdan 
ayrılaraq  yox  olsun.  Manilikdə  hər  cür  pisliyi,  şəri  yaradanlar  Div 
adlandırılıb. 
Maniliyin  yayılması-  Roma  və  Sasanilərin  kəskin  müdaxiləsinə 
baxmayaraq  manilik  tezliklə  qərbə  və  şərqə  yol  almağa  başlayır.  IV 
əsrdən etibarən şərqi  İrana yayılan  Manilik Böyük  İpək yolu  vasitəsilə 
Əfqanıstana  və  Tarım  hövzəsinədək  genişlənir.  762-ci  ildə  Uyğur 
dövlətinin  rəsmi  dövlət  dini  olduqdan  sonra  Manilik  Çinə  doğru 
genişlənməyə başlayır. IX əsrdə Uyğur dövlətinin yox olmasından sona 
ta Çingiz xanın zamanınadək Tarım hövzəsində öz mövqeyini qoruyub 
saxlayır.  Çində  isə  ölkənin  güney  ərazilərinə  qədər  yayılır.  Çinin 
Fukien  əyalətində  XVI  yüzillikdə  də  maniliyə  rast  gəlinir.  Əl-Biruni 
haqlı  olaraq  qeyd  edir  ki,  “Şərq  türklərinin  böyük  bir  hissəsi,  Çin  və 
Tibetdə  yaşayanlar  və  Hindistanın  bir  hissəsi  Mani  dininə  etiqad 
edirlər”.  Əməvilərin  zamanında  xilafətdən  heç  bir  zərər  görməyən 
Maniçilər  İraqın  bir  çox  kəndlərinə  yayılırlar,  fəqət  Abbasilərin 
zamanında  “zındıq”  adı  altında  təqib  olunmağa  başlayırlar.  Bu 
təzyiqlər nəticəsində Maniçilər Xorasana və dinin geniş yayıldığı Uyğur 
torpaqlarına  köç  etməyə  başlayırlar.  Xristianlıq  tərəfindən  qəbul 
edilməyən "Tomas İncili", "Addas təlimləri" və "Hermesin Çobanı" kimi 
İncil  mətnləri  Manilik tərəfindən qəbul edildiyindən Tomas, Addas  ve 
Hermesin Maniliyin həvariləri olduğu fikrini  yaranır. Addasın Şərqdə, 
Tomasın  Suriyada  və  Hermesin  Misirdə  həvarilik etməsi qeyd  olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə