Maniçiliyin Fələstində mövcud olması haqqında da bilgilər bəllidir.
Müqəddəs. Efrem 378-ci ildə Maniliyin Mesopotomiyadan başqa heç
bir ölkədə daha güclü olmadığına heyfslənirdi. Edessada (Urfada) 450-
ci ildə güclü bir maniçi yığıncağın olması məlumdur. Emesuslu
Eusebiusun, Laodicealı Georgeunun, Tarsuslu Diodorun, Antakyalı
Chrysostomusun, Salamisli Epifanın və Bostralı Titin Maniçiliyə qarşı
mübarizə aparmaları barədə bilgilər mövcuddur. Bütün bunlar
Maniçiliyin xristianlıq üçün necə bir təhlükə törətdiyindən xəbər verir.
Manilik xristianlıq üzərindəki mübarizəsində ən böyük nailiyyətini
Misirdə qazanır. Belə ki, imperator Konstantin zamanında İskəndəriyyə
valisi buradakı xristian rahiblərinə sərt divan tutmuşdu. 375-400-cü
illərdə Manilik Şərqi Romada böyük nüfuz qazandı və sonra sürətlə
geriləməyə başladı.VI əsrdə manilik yenidən dirçəlməyə başlasa da,
imperator Yustinian tərəfindən qarşısı alınır.
X əsrdə Türküstan ərazilərindəki maniçilərə Acari adı verilmişdi.
Miladın 694-cü ilindən etibarən manilik Çinə daxil olmağa başladı. XIX
əsrdən bu yana Çinin Dunhuanq şəhəri yaxınlığındakı Moqao
Mağaraları və Xinjianqın Turfan bölgəsində Maniliyə aid dini kitablar
və bəlgələr maniliyin Çinin şimal qərbinə qədər yayıldığını göstərir. XX
əsrdən etibarən Turfan vadisində aparılan arxeoloji qazıntılar zamanı
orta fars dilində, o cümlədən parfiya və soqd dilində maniliyə aid
ədəbiyyatlar tapılmışdır.
Bu ədəbiyyatlar X əsrə qədər soqdi maniləri tərəfindən qələmə alınıb.
Buradan tapılmış əlyazmalar 618-907-ci illərə aiddir. Maniliyin
xristianlıq üzərindəki qələbəsi tez bir zamanda kilsəyə nifrət edən
insanların inamına çevrildi. Maniliyin qərbdəki əsas yurdu Şimali
Afrika idi. Manidən sonra gələn və ikinci Farqalit adlanan Adimantus
da burada yaşamışdır. Maniliyin buradakı öndərlərindən biri IV əsrin
sonlarında yaşamış Mileveli Faustdur. Milevede yoxsul bir ailədə
dünyaya göz açan Faust gəncliyində Romaya getmiş və orada maniliyi
qəbul etmişdi. Yüksək intellektə sahib olmasa da, insanları özünə cəlb
edəcək natiqlik qabiliyyətinə malik idi. Manilər arasında böyük nüfuz
sahibi olan Faust 383-cü ildə Kartacaya köç etdiyi zaman xristianlar
tərəfindən həbs edilir, lakin heç bir cəza verilmədən azad edilir. 400-cü
ildə Maniliyin prinsiplərindən bəhs edən bir kitab yazır, bunun
əleyhinə xristian filosoflarından Avqustin 33 cildlik bir tənqidlə cavab
verir. Faustun sonrakı taleyi barədə heç bir bilgi məlum deyildir.
Avqustinin sonrakı 20 illik fəaliyyətində Manilik haqqında heç bir söz
etməməsi bu dinin artıq öz mövqeyini itirməsindən xəbər verir.
Vandallar Afrikanı ələ keçirərkən Maniçilər Arius məzhəbinə etiqad
edən vandalları öz tərəflərinə çəkməyə çalışmışlar. 427-484-cü illərdə
hökmdarlıq edən kral Huneric bu prosesə qarşı çıxmış və Şimali
Afrikadakı Maniçilərin bir qismini sürgün etmiş, digərlərini isə məhv
etmişdir.
Maniliyin qərbdəki əsas mərkəzlərindən biri də Roma şəhəri olub. 311-
314-cü illər arasınada papalıq edən Miltiad "Liber Pontificalis" adlı
əsərində Romadakı Maniçilərdən bəhs edib. İmperator Valentianın 372-
ci ildə verdiyi fərmanda bütün Maniçilərin bir yerə toplanmasını
bildirmişdir. 384-388-ci illər arasında Romada "Martari" adında yeni bir
Maniçi təriqət yaradıldı. Bu təriqətin əsas məqsədi yetkin manilərin bir
monastr ətrafında birləşdirmək və gəzərgi fəaliyyətinə son qoymaq idi.
Fəqət digər maniçilər tərəfindən kəskin etirazla qarşılandılar. VI əsrdən
etibarən qərbdə Manilik demək olar ki, tamamilə yox oldu. Sonralar bu
ərazilərdə dualist təriqətlər, xristianlığa qarşı gizli birliklər yaransa da,
bunların heç biri bilavasitə maniliklə əlaqədar olmamışdır.
Manilik xristianlıqdan 255 il sonra yaranmasına baxmayaraq tezliklə
xristianlığın ən böyük rəqibinə çevrildi. Kilsə itirilən nüfuzunu bərpa
etmək nüçün əmrlər, buyruqlar verərək və dualist inancın əleyhinə
çıxışlar edərək Maniliyin qərbdəki yayılışının qarşısını almağa çalışırdı.
Kilsənin bu təbliğatından biri də Maniçi ədəbiyyatların məhv edilməsi
idi. Miladın 279-cu ilində Roma imperatoru Diokletian İskəndəriyyə
şəhərindəki
Maniçi
ədəbiyyatların
yandırılmasını
əmr
edir.
Xristianlığın Maniçiliyə qarşı çıxmasının bir səbəbi də Maninin
İncildəki İsanı yalançı adlandırmasıdır. Onun fikrincə, bu şəxs əsl
İsanın səlahiyyətlərinə təcavüz etmiş, Allahla insan təbiətini özündə
birləşdirməyə qoymamışdır. Məhz bu səbəbdən gerçək İsanın
səlahiyyətlərinin davamçısı olaraq Allah Manini göndərmişdir. Eyni
zamanda Maniçilər İsanın Allahın oğlu olması fikrini cəfəngiyyat hesab
edirdilər. Çünki Maniçilik inancına əsasən insanın bədəni maddi
olduğuna görə şərdən yaranıb və şərdən törənmiş vücuda sahib olan
insan əsla Tanrının oğlu ola bilməz.
Maniliyin sonu- Digər dinlərdən fərqli olaraq Maniçilik heç bir zaman
sosial-siyasi xarakter daşımayıb. Belə ki, Maniçilik yayıldığı ərazilərdə
xalqın sosial durumuna, siyasi proseslərə müdaxilə etməmiş və dinin
fəlsəfəsindən də aydın göründüyü kimi insanları bu dünyada baş verən
olaylardan qurtulub tərki-dünya həyat tərzi sürməyə səsləmişlər.
Maniçiliyin bir din olaraq öz nüfuzunu itirməsi məhz bu amillərlə
əlaqədardır. Maniçiliyin yayıldığı dönəmlərdə həm Sasani, həm də
Roma imperiyasında ağır müharibələr baş alıb gedirdi, qarətçi yürüşlər
günü-gündən çoxalırdı. Belə bir vəziyyətdə Maniçi missionerlər və
öndərlər xalqa heç bir çıxış yolu göstərmirdilər. Maniliyin pessimist
xarakter daşıması, insanları tamamilə dünyadan təcrid etməsi onun
sürətlə nüfuzunun enişinə səbəb oldu.
XVIII yarpaq
Məzdək Bəmdad oğlu
Zərdüşt və Maninin ideyalarını yenidən reform edən Məzdək Bəmdad
oğlu klassik feodal cəmiyyətində indiyədək kimsənin cürət etmədiyi
baxışlarla çıxış etdi. Nəyə görəsə, Qərb dünyasının hələ əsrlər sonra
düşünəbiləcəkləri dəyərləri daha öncə qəbul etdirməyə çalışan
Məzdəkin adı mənbələrdə yalnız “ümumi qadın” fikrini ön plana çəkən
Dostları ilə paylaş: |