Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

istəməyənlər  isə  40  gün  müddətində  ərazini  tərk  etməli  idilər.  7  min 
əsir 30 min dinara, 3 minə yaxın insan isə təmənnasız azad edilir. Elmə 
yüksək qiymət verən Səlahəddin sünniliyin dörd məzhəbini əhatə edən 
mədrəsələr inşa etdirir, əski məscidləri,  o  cümlədən  səlibçilərin saraya 
çevirdikləri  Əqsa  məscidini  yenidən  məscidə  çevirir.  Əqsanın 
mehrabını  və  digər  yerlərini  mərmər  və  mozaiklərlə  bəzəyir,  Qahirə 
qalasını yenidən inşa etdirir. Qüdsün fəthindən sonra Səlahəddin 1188-
də  Lazkiye, Cəbələ və Bəsrəni,  1189-cu ilin yanvarında Safed, Kevkeb, 
Kerek və Şevbek kimi əraziləri azad edir.  
Qüdsün  azad  edilməsi  Avropada  elə  təşviş  yaradır  ki,  hətta  papa  III 
Urban  şoka  düşərək  həyatla  vidalaşır.  Ardınca  papa  VIII  Qriqorinin 
tələbi  ilə  Avropanın  qüdrətli  dövlətləri  yenidən  xaçlı  yürüşünə 
hazılaşırlar.  “Krallar  savaşı” adlanan  III xaçlı  yürüşünün öndərliyində 
Alman  kralı  Fridrix  Barbarossa,  Fransa  kralı    I  Filipp  Avqust  və 
İngiltərə  kralı  Aslanürəkli  I  Riçard  dayanırdı.  1190-cı  ildə  Fridrixin 
Kilikiyada  Tarsus  çayında  çimərkən  boğulmasından  sonra  alman 
xaçlıları  geri  qayıdır.  Qüds  fatehi  ilə  döyüşmək  üçün  səbrsizlənən 
Riçard  gərəkərsə,  müharibə  üçün  Londonu  da  sata  biləcəyini  qeyd 
edirdi.  1191-ci  ilin  iyulunda  638  gün  davam  edən  savaşdan  sonra 
Akkanı  işğal  edən  xaçlı  qoşunları  aralarında  qadın  və  uşaqların  da 
olduğu  üç  min  müsəlmanın  boynunu  vurdurur  və  bu  işğaldan  sonra 
sonra Fransa kralı geri qayıdır.  Meydanda tək qalan  Riçard isə Yaffaya 
daxil olur. Səlahəddinin kəskin müqavimətindən sonra  Riçard məğlub 
olaraq əsir düşsə də, Səlahəddin onu azad edir və bu hərəkəti ilə bütün 
Avropanı  heyrətdə  qoyur.  1192-ci  il  sentyabrın  ikisində  tərəflər 
arasında  anlaşma  imzalanır  və  Riçard  geri  qayıdır.  Anlaşmaya  görə 
Qüds müsəlmanların əlində qalır, xristianlara həcc üçün Qüdsü ziyarət 
etmələrinə  icazə  verilir.  Tirdən  Yaffaya  qədər  sahil  zolağı  səlibçilərə 
verilir. Riçard Səlahəddinlə savaşında sultanın insaniyyətliyinə heyran 
olduğunu  gizlədə  bilməyərək  “insanlığı  Səlahəddindən  öyrəndim” 


deyə bildirir. Hətta  savaşda xəstələndiyində  Səlahəddinin  öz həkimini 
müalicə üçün yanına göndərdiyini heyrətlə qeyd edir. 
1193-cü ilin fevralında Səlahəddin xəstələnir və 14 gündən sonra martın 
4-də 56 yaşında Şamda vəfat edir. Ölüm yatağında ikən Səlahəddin əmr 
verir  ki,  mizrağa  kəfən  keçirib  xalqa  göstərərək  desinlər:  “Ey  əhali, 
şərqin  hakimi  sultan  Səlahəddin  ölmək  üzrədir.  Axirətə  ancaq  bu  bez 
parçasını  apara  biləcəkdir.  Ona  görə  də  Allaha  qulluq  etməkdə 
etinasızlıq göstərməyin”. Dövlətin xəzinəsi aşıb-daşsa da, heç vaxt onu 
mənimsəmədi,  bütün  ömrü  boyu  vətəninə  xidmət  edəcək  bir  əsgər 
olduğunu unutmadı. Öldüyü vaxt cibindən bir qızıl, bir-iki gümüş pul 
çıxır ki, bu pullar məzarının düzəldilməsinə də çatmırdı. Sultan Şamda 
Mədrəsətül-əziziyyədə dəfn edilir.  
Hələ  sağlığında  ikən  Səlahəddin  səltənəti  oğulları  və  qardaşı  Adil 
arasında bölüşdürür. Mesopotamiyanı Adilə, Şamı Efdala, Misiri Əzizə, 
Hələbi  isə  Zahirə  verir.  Yəmən  qardaşı  Turanşahın  varisi  Tuğtiginin 
ixtiyarında qalır. Humus əmisi Şirkuhun nəvəsi Mücahidə verilir.  
Səlahəddin nəinki şərq dünyasında həmçinin Avropada tanınırdı. XIII-
XIV  əsrlərdə  latınca  Səlahəddindən  bəhs  edən  əsərlər  yazılır. 
Ölümündən neçə illər keçsə də, xaçlı düşüncəsi ona olan nifrəti əsrlərcə 
saxlayır.  1920-ci  ildə  fransız  generalı  Qaro  Meyselun  savaşında  Şama 
gələrək  Səlahəddinin  qəbrini  təpiklədikdən  sonra  Hittin  savaşının 
qisası  kimi  nifrətlə bu sözləri deyir: “  Ey, Səlahəddin. Xaçlı  səfəri  indi 
başa çatdı. Budur biz qayıtdıq”.  
Bu gün qərbdə Səlahəddinə qarşı ilginin artmasının səbəbi hazırda eyni 
istiqamətlə davam  edən  xaç yürüşləridir.  Zülm  və  qan  içində boğulan 
şərqin türklərə, xüsusilə Səlahəddinə ehtiyacları vardır. Bu gün qərbin 
qabaqcıl  bilginləri  bütün  xaç  yürüşləri  kimi  hazırkı  xaç  yürüşünün  də 
hər iki qütb üçün fəlakətlər törədəcəyinin fərqindədirlər. Bu baxımdan 
Səlahəddinin  hakimiyyəti,  insaniyyətliyi,  mənəviyyatı  insanlığa  ibrət 
dərsi  olmalıdır.  Qərb  feodallarının  əyyaşlıq  içərisində  süründüyü  bir 


zamanda  Səlahəddinin  sadə  bir  həyat  tərzi  keçirməsi,  dinə, 
mənəviyyata  üstünlük  verməsi  onlar  üçün  dərkolunmaz  idi.  Bu 
baxımdan Səlahəddin yenidən doğulmalıdır. 
 
XIII yarpaq 
 “Tanrı uludur” və ya türkcə azanın tarixi 
Türkiyə  Cumhuriyyəti  tarixində  1932-1950-ci  illər  islam  dinində 
görünməmiş  bir  yeniliyi  ehtiva  edir.  Çünki  bu  18  illik  müddətdə  ölkə 
ərazisindəki  bütün  məscidlərdə  türkcə  azan  oxunulurdu.  On  üç  əsr 
ərzində  islamın  yayıldığı  bütün  ərazilərdə  “Allahu  Əkbər”lə  başlanan 
azan Türkiyədə “Tanrı uludur” sözləri ilə əvəzlənmişdi.
 
Osmanlı  imperatorluğundan  qalma  bir  sıra  adətləri  (papaq  və  geyim 
inqilabı,türbələrin  bağlanması,bir  sıra  titulların  ləğvi  və  s.)  ləğv  edən 
Mustafa  Kamal  islam  dinində  bir  sıra  islahatlar  həyata  keçirtdi.  Ən 
önəmli  islahat  müqəddəs  Quranın  türkcəyə  tərcüməsi  idi.  Artıq 
kəndlisindən  ziyalısına  qədər  hər  kəs  İlahi  Oxunu  başa  düşəcəkdi. 
Quranın  tərcüməsi  ilə  yanaşı  məscidlərdə  oxunulan  kütləvi  duaların 
mətninin və azanın da türkcəyə çevrilməsi məsələsi ortaya çıxdı. 
1931-ci  ilin  dekabrında  Atatürk  içərisində  dövrün  tanınmış 
hafizlərindən  olan    Hafiz  Burhan,  Sadettin  Kaynak,  Hafiz  Nurinin  də 
olduğu  9  nəfərdən  ibarət  bir  qrupla  Dolmabahçe  sarayında  azan  və 
xütbələrin  türkcə  tərcüməsi  məsələlərini  müzakirə  edir.  Müxtəlif 
mətnlər  içərisindən  aşağıdakı  tərcümə  daha  düzgün  hesab  edilərək 
qəbul edilir: 
''Tanrı uludur;  
Şüphesiz bilirim, bildiririm:  
Tanrıdan başka yoktur tapacak,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə