Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

Bu  hadisədən  sonra  həbs  edilən  Bursa  müftisi  Nurəddin  əfəndi, 
Ulucamenin  xətibi  Hafiz  Tevfik  əfəndi,  fabrikator  Qaffarzadə  Mehmet 
əfəndi  və  digərləri  (cəmi  24  nəfər)  13-14  fevralda    verilən  qərarla 
səhərisi günü Bursa Ağır Cəza Məhkəməsinə təhvil verildi. Daha sonra 
Çoruma aparıldılar və mayın 1-də qərar açıqlandı: 4 nəfər azad edildi, 5 
nəfərə  2  il,  7  nəfərə  1  il,  qalan  7  nəfərə  isə  5  ay  həbs  verildi.  Bursa 
olayının ardınca İzmirdə və digər yerlərdə ərəbcə azan oxuyanlar həbs 
edildi. 
Lakin  bu  cür  cəza  tədbirləri  ərəbcə  azan  sevgisini  insanlar  qəlbindən 
çıxara  bilmədi.  Təsadüfi  deyil  ki,  1950-ci  il  Ramazan  ayının  1-ci 
günündə  ilk  dəfə  yenidən  ərəbcə  azan  oxunarkən  insanlar 
sevinclərindən  ağlamış,  qurbanlar  kəsərək  şadlıq  keçirmişlər.  Amma 
türkcə  azan  qanunla  qadağan  edilməmişdi,  fəqət  indiki  dövrdə  də 
qadağan  olunmamasına  baxmayaraq  məscidlərin  heç  birində  türkcə 
oxunulmur.  1960-cı  ilin  iyulunda  keçirilən  Türk  Dil  Qurumunun 
qurultayında  bir  sıra  elm  xadimləri  tərəfindən  yenidən  türkcə  azan 
oxunulması məsələsi qaldırılsa da, bu təklif qəbul edilmədi. 
Milli tariximizdə də anadilli ibadət və Quranın tərcüməsi məsələsi ötən 
əsrin  əvvəllərinə  dayanmaqdadır.  1917-ci  ildə  “Açıq  söz”  qəzetində 
Rusiyada  təhsil  alan  və  içərilərində  azərbaycanlıların  da  olduğu  bir 
qrup tələbənin müraciəti çap edilmişdi. Müraciətdə Quranın tərcüməsi 
və ana dilində ibadətin məqbulluğu din xadimlərindən tələb olunurdu. 
Onlara  görə,  bütün  millətləri  Tanrı  yaradıb  və  hər  kəs  Allahla  öz  ana 
dilində  əlaqə  yaratmalıdır.  Bunu  qadağan  etmək  Yaradana  qarşı 
çıxmaqdır. 
Atatürkün  müasiri  olan  M.Ə.Rəsulzadə  də  anadilli  ibadətin 
tərəfdarlarından 
olub. 
Cumhuriyyətin 
qurucularından 
olan 
M.Ə.Rəsulzadə  bu  məsələ  ilə  bağlı  fikrini  belə  ifadə  edib:  “Dinin 
əsasları  ərəb  olmayanlar  üçün  yabançı  qalmamalıdır.  Əvvəla  Quran, 
sonra da ayin və dualar türkcəyə tərcümə edilməlidir ki, ruha və qəlbə 


lazım  gələn  hərarət  və  nuru bəxş  edə  bilsin.  Yoxsa ayini-diniyyə quru 
bir  hərf  və  cansız  bir  kəlmədən  ibarət  olub  qalar  ki,  faydasız  olan  hər 
şey əbəsdir". 
Mərhum  Əbülfəz  Elçibəy  də  türkcə  ibadətin  qızğın  tərəfdarlarından 
olubdur:  "Quran  klassik  ərəb  dilinin  nümunəsidir.  Onu  hər  adam 
anlaya bilməz. Mustafa Kamal Atatürk də təklif etmişdi ki, azan türkcə 
verilsin,  namaz  türkcə  qılınsın,  dualar  türkcə  oxunsun  ki,  mahiyyət 
başa  düşülsün.  Quran  onu  başa  düşən  insanın  beynini,  fikrini  inkişaf 
etdirir. Dili bilməyənlər isə onu mənasını başa düşmədən əzbərləyirlər. 
Məhəmməd  Hadinin  şeiri  var,  məğzi  belədir  ki,  Quranı  boş-boşuna 
əzbərləməkdən bir şey çıxmaz, mənasını bilmək lazımdır”. 
O  zamankı  dövrün  tarixi  reallıqlarına  nəzər  salsaq,Atatürkün  dini 
islahatlarının  gərəkli  olduğunu  görərik.  Çünki  bu  islahatlar  sayəsində 
Türkiyə digər islam dövlətlərini bir neçə yüzil qabaqladı. Milli adətləri 
saxlamaqla  avropalaşma  Türkiyənin  xurafatlarla  zəngin  şəriət 
dövlətinə  çevirmədi.  Osmanlı  dövründən  fərqli  olaraq  islam  dini  elmi 
yanaşmalarla  mənimsənilməyə  başlanıldı  və  bu  gün  bu  islahatların 
nəticəsi dini anlama baxımından öz əhəmiyyətini göstərməkdədir. 
  
         XIV yarpaq 
Tarixin fenomeni: Xəzər xaqanlığı 
Qara  dənizlə  Xəzər  dənizi  arasındakı  düzənlik  ərazilərdə  yaşamış 
xəzərlər Oğuz türklərinin bir qolu hesab edilir, dilləri Oğuz dil qupuna 
aiddir. Sabar türklərinin davamı olan xəzərlərin xaqanlığı Aşina soyuna 
mənsub  olan  ailə  tərəfindən  yaradılıb.  Erkən  orta  əsrlərin  üç  güclü 
dövlətindən  biri  olan  Xəzər  xaqanlığı  haqqında  həm  xristian,  həm  də 
islam  mənbələrində  qismən  bilgilər  qalıb.  Əldə  etdiyimiz  məlumatlar 
əsasında xaqanlığın tarixini bir sıra aspektlərdə nəzərdən keçirəcəyik.
 


Xaqanlığın  yaradılması-Xəzərlər  630-cu  ilədək  Göktürk  xaqanlığının 
tabeçiliyində  fəaliyyət  göstəriblər.  627-628-ci  illərdə  Göktürklər  Bizans 
imperatoru Heraklın istəyinə müvafiq  olaraq xəzərləri Sasanilərə qarşı 
çıxarır  və  xəzərlər  Tiflisi  ələ  keçirirlər.  Xəzər-Bizans  ittifaqı  Göktürk 
imperatorluğu  dağıldıqdan  sonra  da  davam  edir.  Belə  ki,  Sasanilərin 
məğlubiyyətindən  sonra  Bizansa  qarşı  yeni  rəqib  qismində  çıxış  edən 
Ərəb  imperiyasına  qarşı  xəzərlər  ən  qüdrətli  müttəfiq  olur.  Bu  ittifaqı 
gücləndimək  məqsədilə  Bizans  tərəfi  nigah  diplomatiyasından  da 
istifadə  edir.  Belə  ki,  imperator  II  Yustinian  (685-695  və  705-711, 
xaqanın  bacısı  Teodora  xatunla  evlənmişdi)  və  V  Konstantin  (741-775) 
Xəzər  şahzadələri  ilə  evlənirlər.  Konstantinin  şahzadə  Çiçəkdən 
(Sonralar Bizansda geniş yayılan xəzər geyim moda stili olan “çiçakion” 
bu şahzadənin adı ilə bağlıdır) doğulan oğlu Leon tarixdə “Xəzər Leon” 
(775-780-ci illərdə hökdar oldu) ləqəbi ilə tanınır. Bizans imperatoru və 
tarixçisi VII Konstantin (901-959) “De Cerimoniis”-“Törələr kitabı” adlı 
əsərində  Qərbi  Roma  imperatorluğuna  göndəriləcək  məktub  üçün  iki 
sikkəlik  qızıl  damğa  yetdiyi  halda,  Xəzər  xaqanlığına  göndəriləcək 
məktub üçün 3 qızıl damğanın gərəkli olduğunu qeyd edir. Xəzərlərin 
Bizansı  müttəfiq  seçməsi  ərəb-xəzər  münaqişəsinin  yaranmasını 
reallaşdırır.  Ərəblərin  xəzərlərə  qarşı  ilk  böyük  savaşı  xəlifə  Osmanın 
zamanında,  652-ci  ildə  baş  verir  və  Bələncərə  qədər  soxulan  ərəblər 
məğlub  edilərək  geri  qayıdırlar.  718-ci  ildə  ərəblər  Konstantinopola 
hücum edərkən Bizans Xəzər və Bulqar türklərindən yardım istəyir və 
bu köməkdən sonra ərəblər ordunu xəzərlərin üzərinə yönəldirlər. 722-
ci  ildə  Ərməniyyə  valisi  əl-Carrahül-Hikəmi  savaşda  önəmli  qələbə 
çalır.  730-cu  ildə  Xəzər  xaqanının  oğlu  Barcil  Ərdəbilə  qədər 
irəliləyərək  ərəbləri  məğlub  edir  və  vali  Hikəmi  öldürülür.  Ərəblərin 
Xəzər  ölkəsində  ən  böyük  qələbəsini  Azərbaycan  və  Ərməniyyənin 
valisi Mərvan ibn Məhəmməd 737-ci ildə əldə edir. Mərvan 150 minlik 
ordu ilə İtil şəhərinə yürüş edir və ardınca ərəblər qoşunun bir hissəsini 
Dəryal keçidi, digərini Dərbənd yolu ilə keçirdərək Səməndər şəhərinə 
hücum edirlər. Xaqan İtilin qarşı tərəfinə keçərək tarxanlardan ibarət 40 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə