Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

böyük  ideal-Azadlıq  uğrunda  mübarizə  aparırdılar.  Onların  yurdunu 
işğal  edən  qəsbkarlar  İslam  dinində  olduğu  üçün  Xürrəmilərin  başqa 
bir  inancın  daşıyıcısı  olmaları  qanunauyğun  hal  idi.  Daha  çox  qəbul 
edilən fikrə görə, Xürrəmi sözü hərəkatın ilk başladığı yer olan Xürrəm 
adlı  yaşayış  məntəqəsinin  adından  götürülüb.  Eyni  zamanda  hər  bir 
şeyi  mübah  sayan,  ancaq  şadyanalıq  keçirməyi  xoşladıqları  üçün  şad-
xürrəm  adı  ilə  əlaqədar  olduğu  qeyd  olunur.  Təbii  ki,  bu  fikir 
kökündən  yanlışdır,  belə  bir  versiya  yuxarıda  qeyd  etdiyimiz 
səbəblərdən 
yaranıb. 
Xürrəmi 
sözünü 
Kərbəla 
döyüşünün 
qəhrəmanlarından  Hürrün  adı  ilə  bağlı  olması,  həmçinin  əksinə 
oxuduqda  (Xürrəm-Mərrüx,  Mərrix)  Mərrix-Mars  planetinin  adı  ilə 
əlaqədar  olması  barədə  də  fikirlər  vardır.  Hətta  Babəkin  müsəlman 
olması  ilə  bağlı  ərəb  mənbələrində  bir  sıra  fikirlər  olsa  da,  bunlar 
reallıqdan  uzaqdır.  Babəkiliyi  heteredoks  islama  bağlayanlar  sadəcə 
onun  mübarizə  apardığı  xilafətin  ortodoks  olması  ilə  əsaslandırırlar. 
Çünki Babək üsyanına qədər hakimiyyətə baş qaldıran hərəkatlar məhz 
heres 
məzhəblərin 
davamçıları 
olmuşlar. 
Xürrəmi 
inancının 
zərdüştiliklə  əlaqələndirilməsi  də  doğru  deyil,  çünki  IX  əsrdə 
Azərbaycanda  əski  dinimizin  artıq  sosial  dayağı  qalmamışdı. 
Xristianlıq  isə  Alban  hökmdarı  Mömin  III  Vaçaqanın  bütün  səylərinə 
baxmayaraq  regionda  nüfuz  qazana  bilmədi.  Yeganə  doğru  variant 
güneyli  tədqiqatçı  Saleh  İldırımın  konsepsiyasıdır:  Babəkilər  əski  türk 
gələnəklərinə  bağlı  olan  şamançı  idilər.  S.İldırım  yazır:  “Xürrəmilərin 
inanclarına  gəlincə  Cavidanın  ruhu  Babəkdə  zuhur  edir.  Simvolik 
olaraq iki mənəvi qüvvəyə-ruha, ağ və qara, işıqlıq və qaranlıq ruhuna 
inanırlar.    Başqa  dinləri  rədd  ya  təhqir  etmirlər.  Bütün  dinlərin 
tərəfdarları öz dini mərasimlərində azaddırlar”. Xürrəmilər Şirvin adlı 
peyğəmbərə 
inanc 
bəsləyir, 
reinkarnasiyaya-ruhun 
yenidən 
canlanmasına inanırdılar. Şirvinlik inancında Tanrı cinsiyyətsizdir, yəni 
nə erkəkdir, nə də qadın. O tamdır, bütündür. Bu inanca uyğun olaraq 
Babək zamanında qadın-kişi bərabərliyi mövcud idi. Ailənin mirası qız 
və  oğlan  övlad  arasında  bərabər  olaraq  paylaşılırdı.  Bu  isə  İslamın 


şərtləri  ilə  zidd  idi.  Asif  Ata  Şirvinlik  barədə  belə  söyləyib:  “Babək 
Şirvinin qulu deyildi, o Şirvinə itaət eləmirdi. Şirvindən qorxmurdu, 
Babəkin  üzərində  Şirvin  hökmranlığı  durmurdu    Şirvin  Babəkin 
qəlbində, ağlında, əməlində yaşayırdı”. 
Xürrəmilər icmasının xəzər türkləri ilə də bağlılığı mövcuddur. Babəkə 
qədər Xürrəmi icmasına iki rəhbərin başçılıq etməsi xəzərlərdən qalma 
ənənə  idi.  Digər  tərəfdən  xəzərlərlə  xürrəmilərin  digər  dinlərə  qarşı 
tolerant  münasibətləri  xürrəmiliyin  xəzərlərin  inancı  ilə  bağlılığını 
göstərir. İbn Fədlan yazır ki, xəzərlərdə 7 qazı var idi: 2-si yəhudilər, 2-
si  xristianlar,  2-si  müsəlmanlar  və  1-i  də  kafirlər  üçündür.  Yəni 
xəzərlərin dinə tolerant münasibəti həmin dövr üçün unikal bir hadisə 
idi.  
“Babək”  adı-  Xürrəmilər  tarixində  ən  mühüm  məsələlərdən  biri 
Cavidandan sonra rəhbərliyə keçən Həsənin və ya Əsənin özünə Babək 
adını götürməsidir. Bir  sıra  şərqşünaslar bu adı farsmənşəli  Papək adı 
ilə  izah  etməyə  çalışsalar  da,  bu  fikir  iflasa  uğramış,  ümumiyyətlə 
xürrəmi  icmasına  liderlik  edənlərin  adlarının  türkcə  olduğu 
anlaşılmışdır:  “Cavidan”  ismindəki  “Çav”  türkcə  “şan-şöhrət”,  “İd” 
“göndərmək”,  “an”-mənsubiyyət  şəkilçisidir.  Ümumilikdə,  sözün  tam 
açılışı  “əbədi  şöhrətə  layiq  görülmüş”  mənasındadır.  İmran,  türk  şəxs 
adı  olan  Əmranın  ərəbləşmiş  formasıdır.  “Əm”  türkcədə  “bacarıqlı”, 
“ran”  isə  “ərən”  sözünün  şəkildəyişməsidir.  “Babək”  sözü  isə  iki 
hissədən  təşkil  olunub:  Birinci  hissə  “Bay”,  ikinci  hissə  isə  “Bək-Bak” 
sözündəndir. Əslində, tarixi anlamına görə hər ikisi eyni mənanı ifadə 
edir.  “Bək-Bak-Bağ”  sözü  ulu  türkün  qədim  yurdu  olan  Midiyada 
Tanrıya  verilən  “Bağ” sözündəndir. Hökmdar Baybağ da əcdadlarının 
inanclarına  uyğun  olaraq  bu  adı  özünə  götürüb.  Çünki  tarixən  türk 
xaqanları  qüdrətli  olduqlarını  göstərmək  məqsədilə  içərisində  “Bağ” 
sözü  keçən  ləqəblər  seçiblər.  Məsələn,  Midiya  sarı  (hökmdarı)  Ərbağ 
(yunancası  Arbak),  Göytürk  xaqanı  Bağa  İşbara  (581-587),  Cur  Bağa 
(587-588)  xaqan,  Türkeş  xaqanı  Bay  Bağanın  adını  qeyd  etmək  olar. 


Adın  əvvəlindəki  “Bay”  sözü  də  “Bağ”  sözünün  müxtəlif 
variantlarından  (Bayat  sözündəki  “Bay”  da  bu  qəbildəndir.)  biridir. 
Sonralar “Bağ” sözü Tanrı anlamını ifadə etməklə yanaşı, yüksək rütbə 
mənasını ifadə edən “bəg-bək-bəy” formalarına düşüb. 
Babək qiyamçı yox, hökmdar idi! 
Tarixən  imperiyalar  müstəmləkəçilik  siyasəti  həyata  keçirdiklərindən 
onlara  qarşı  əsarətdə  olan  xalqlar  bir  sıra  qiyamlar  qaldırıblar.  Bu 
qiyamlar  imperiyanın  gücünə  münasibətdə  maksimum  4-5  il  davam 
edib və sonucda məğlub olub. Fəqət 500 minə yaxın ərəbi öldürmüş, ən 
cəsur  sərkərdələrini  məhv  etmiş  Babək  adi  bir  qiyamçı  deyil,  məhz 
hökmdardır.  Bunu  sübut  etmək  üçün  bir  sıra  amilləri  nəzərinizə 
çatdırırıq: 

 
Bayrağın  olması  -  Həm  də  tarixdə  azadlıq  rəmzi  olaraq  ilk  dəfə 
səmalara qaldırılmış Günəş rəmzi olan qırmızı bayraq 

 
Dövlətə  məxsus  hərbi  şuranın  mövcudluğu,  nizami  qoşunun  və 
ona rəhbərlik edən cəsur sərkərdələrin varlığı 

 
Xristian dövlətləri ilə qurulan münasibətlər - Babəkin iqamətgahı 
ilə  Qərb  sarayları  sıx  əlaqədə  idi  və  Avropa  feodalları,  onların 
övladları bu iqamətgahın fəxri qonaqları olublar 

 
Rəhbərlik edəcək geniş bir ərazinin olması 

 
Vahid idealogiyanın olması və s. 
Dövlətin  yaranması  yolunda  hökmdar  Baybək  dövrün  qüdrətli 
imperiyaları ilə əlaqə yaradıb və onlarla adi bir qiyamçı qismində deyil, 
böyük  bir  hökmdar  kimi  münasibətdə  olub.  Onun  Bizans  imperatoru 
Feofilə  göndərdiyi  məktubunda  bütün  ərəb  ordusunun  yalnız  onunla 
mübarizə  apardığını  bildirərək  bu  fürsətdən  lazımınca  istifadə  edə 
biləcəyini  bildirir.  Burada  bizə maraqlı  olan  cəhət  Babəkin  özünün  də 
qeyd etdiyi kimi bütün ərəb ordusunun onunla mübarizə aparmasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə